Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə18/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

haqqında  məsələyə  baxıla  bilər.  Belə  mexanizmlər qanunvericilik,  yaxud  qeyri- 

formal  qaydada  konkret  bir  müddət  üçün  yaradıla  bilər;  bu  müddət  isə 

qazanılmış  nailiyyətlərdən  asılı olaraq,  uzadıla, yenidən  baxıla və azaldıla  bilər.

b) Hüquq müdafiəsi

24. 

Milli  azlıqların  ictimai-siyasi  həyatda  səmərəli  iştirakı  üçün 



münaqişələrin  qarşısının  alınması  və mübahisələrin həlli  ilə  bağlı  işlək  məsləhət 

vasitəsi,  həmçinin,  zəruri  halda  birdəfəlik  və ya alternativ mexanizmlərin  tətbiq 

imkanı  lazımdır.  Müvafiq  metodlara aşağıdakılar aiddir:

-  münaqişələrin  məhkəmə  qaydası  ilə,  o  cümlədən,  məhkəmə 

instansiyalarında  qanunvericilik  qərarından  və  ya  inzibati  qərardan  şikayət 

vermək  vasitəsi  ilə  həll  edilməsi;  -  bu  isə  dövlətdə  müstəqil,  əhali  üçün  açıq, 

qərəzsiz  məhkəmə  orqanlarının  möcudluğunu  və  onların  qərarlarına  hörmətlə 

yanaşmanı  tələb edir; və

-  mübahisələrin  həllinin  danışıq,  faktlaıın  müəyyən  edilməsi,  vasitəçilik, 

arbitraj,  milli  azlıqların  işləri  üzrə  ombudsmen  kimi  əlavə  mexanizmlər, 

həmçinin, dövlət idarəsi məsələsi üzrə şikayətləri qəbul etmək və onlara baxmaq 

vəzifəsini yerinə yetirə bilən xüsusi komissiyalar.

MİLLİ  AZLIQLARIN  İCTİMAİ-SİYASİ  HƏYATDA SƏMƏRƏLİ 

İŞTİRAKI  HAQQINDA I.L'ND TÖVSİYƏSİ  ÜÇÜN 

İZAHEDİCİ  QEYDLƏR

I  ÜMUMİ PRİNSİPLƏR

1.  Birləşmiş  Millətlər  Təşkilatının  ("BMT"  adlanan)  Nizamnaməsi  kimi, 

ATƏM-in  əsas  sənədləri  də  azlıqlara  mənsub  şəxslərin  hüquqları  da  daxil 

olmaqla,  insan  hüquqlarına  hörmət  edən  bərabərhüquqlu  suveren  dövlətlər 

arasında  dostluq  və  əməkdaşlıq  münasibətlərinin  inkişafı  hesabına  beynəlxalq 

sülh  və  təhlükəsizliyin  dəstəklənməsinə  və möhkəmləndirilməsinə yönəldilibdir. 

Həqiqətən,  tarixin  göstərdiyi  kimi,  insan  hüquqlarına,  o  cümlədən  azlıqların 

hüquqlarına  hörmətsizlik  dövlətdaxili  sabitliyin  sarsıdılmasına  və  dövlətlər 

arasında münasibətlərə mənfi  təsir göstərməsinə gətirib çıxarda bilər və bununla 

də beynəlxalq sülh və təhlükəsizliyi zərbə altında  qoyar.

1975-ci  il  Helsinki  Yekun  aktının  elan  etdiyi  dekaloqun  VII  prinsipindən 

başlayaraq  ATƏT-in  iştirakçı dövlətləri  milli azlıqlara mənsub şəxslərin qanuni 

maraqlarına  hörmətlə  sülh  və  sabitliyin  qorunub  saxlanması  arasında  əsaslı 

bağlılığın olduğunu xüsusi qeyd etmişlər. Daha sonrakı əsas sənədlərdə, xüsusilə 

Madrid  görüşünün  (1983-cü  il)  Yekun  sənədində  (15-ci  prinsip),  Vyana 

görüşünün (1989-cu il) Yekun sənədində (18 və  19-cu prinsiplər) və yeni Avropa 

üçün  Paris  xartiyasında  (1990-cı  il),  eləcə  də  sonrakı  zirvə  görüşlərinin 

sənədlərində,  məsələn.  Helsinki  sənədində (1992-cı  il)  (IV  hissənin  24-cü  bəndi) 

və  Lissabon  sənədində  (1996-cı  il) (I  hissə.  XXI  yüzil  Avropası  üçün  ümumi  və 

tam əhatəli  təhlükəsizlik modeli haqqında  Lissabon bəyannaməsi;  2-ci  bənd) bu 

bağlılıq bir daha və yenidən göstərilmişdir. Azlıqların hüquqlarının müdafiəsi və 

təminatı  ilə  sülh  və  sabitliyin  qorunub saxlanılması  arasında  bağlılıq  Birləşmiş 

Millətlər Təşkilatı səviyyəsində, xüsusilə milli, yaxud etnik, dini və dil azlıqlarına 

mənsub  şəxslərin  hüquqları  haqqında  BMT  bəyannaməsinin  (1992-ci  il)

44

("Azlıqlar haqqında  BMT  Bəyannaməsi" adlanan)  preambulasında  qeyd  edilir. 



Bundan  başqa, ATƏT-in iştirakçı dövlətləri  yeni Avropa  üçün  Paris xartiyasını 

qəbul  etməklə  idarəetmənin  demokratik  prinsiplərinə  öz  sədaqətlərini  ifadə 

etmişlər.

Azlıqlara  mənsub  şəxslərin  insan  hüquqlarını  bərabər  hüquqla  həyata 

keçirmələri  üçün  hərtərəfli  imkanların  yaradılması  həmin  şəxslərin  qərarların, 

xüsusən  bilavasitə  onlara  aid  qərarların  qəbulu  prosesində  səmərəli  iştirakını 

tələb  edir.  Konkret  şəraitlər  çox  müxtəlif  ola  bilsə  də,  azlıqların  ehtiyac  və 

ümidlərini  təmin  etmək  üçün  adi  demokratik  proseduralar  kifayət  edə  bilsə də, 

təcrübə  göstərir  ki,  qərarların  qəbulunda  azlıqların  səmərəli  iştirakı  üçün  çox 

vaxt  xüsusi  tədbirlər  görmək  lazım  gəlir.  Belə  hallarda  dövlətlərin  həmin 

tədbirləri  görmək  üzrə  öhdəlikləri  bir  sıra  beynəlxalq  normalarda  qeyd 

olunmuşdur:  məsələn,  insan  ölçüsünə  dair  Kopenhagen  müşavirəsi  Sənədinin 

(1990-cı  il)  (bundan  sonra  "Kopenhagen  sənədi"  adlandırılacaq)  35-ci  bəndinə 

görə,  ATƏT-in  iştirakçı  dövlətləri  "milli  azlıqlara  mənsub  şəxslərin,  belə 

azlıqların  özünəməxsusluğunun qorunmasına  və  təşviqinə aid  işlərdə  iştirakı  da 

daxil  olmaqla,  dövlət  işlərində  səmərəli  iştirak  etmək  hüquqlarına  hörmətlə 

yanaşacaqlar", Azlıqlar haqqında bəyannamənin (1992-ci il) II maddənin 2-ci və

3-cü  bəndlərinə  görə,  "azlıqlara  mənsub  şəxslərin  dövlət  həyatında  (...)  fəal 

iştirak etmək hüquqları var", eləcə də. "qərarların qəbulunda vacib olduğu yerdə 

milli  səviyyədə,  onların  mənsub olduqları  azlıqlara  və  ya  yaşadıqları  bölgələrə 

aid qərarların qəbul edilməsində bölgə səviyyəsində fəal  iştirak elmək  hüquqları 

var".  Milli  azlıqların  müdafiəsi  haqqında  Avropa  Şurasının  Çərçivə 

Konvensiyasının  (1994-cü  il)  (bundan  sonra  "Çərçivə  konvensiyası" 

adlandırılacaq)  15-ci  maddəsinə görə, iştirakçı  dövlətlər  "milli  azlıqlara  mənsub 

şəxslərin  mədəni,  ictimai  və  iqtisadi  həyatda,  həmçinin  dövlət  işlərinin,  xüsusilə 

onların  mənafeyi  ilə  bağlı  dövlət  işlərinin  idarə  olunmasında  səmərəli  iştirak 

etmələri üçün lazımi şərait yaratmağı  öhdələrinə götürürlər.

Səmərəli  iştirakelmə  üçün  imkanların  yaradılması,  təbii  olaraq,  belə  bir 

iştiraketmənin  könüllü  olacağını  irəli sürür.  Əslində sosial  inteqrasiya  başlanğıc 

anlayışına,  özü,  yaxud  nəticələri  Çərçivə  konvensiyasının  5-ci  maddəsinin 

çəkindirdiyi  məcburi  assimilyasiya  proseslərdən  fərqli  bir şey  kimi baxılır.  Milli 

azlıqlara  mənsub  şəxslərin  qanuni  maraqlarının  yalnız  könüllülük  şərtilə 

razılaşdırılması  dinc  xarakter  daşıya  və  dövlət  siyasəti  və  qanunvericilik 

sahəsində optimal  təsirə malik  ola  bilər.  Beləliklə,  əhalinin  müxtəlif qruplarının 

geniş  əhatəsini  və  fəal  iştiraklarını  nəzərdə  tutan  belə  proseslər  bütün  əhalinin 

mənafeyinə cavab verdiyindən  onları  ictimai  həyatın  əsasına  hörməklə  nəticədə 

dövlətin  bütünlüyünü  möhkəmləndirərək  cəmiyyətin  daha  səmərəli  idarə 

olunmasına  kömək  edir.  Azlıqların  ictimai  həyatda  səmərəli  iştirakına  aid 

beynəlxalq  normalarda  qeyd  edilir  ki,  bunlar 

suveren  bərabərlik,  ərazi 

bütövlüyü  və siyasi  müstəqillik  prinsipləri  də daxil  olmaqla.  Birləşmiş  Millətlər 

Təşkilatının,  ATƏT-in  və  Avropa  Şurasının  məqsəd  və  prinsiplərinə  zidd 

fəaliyyətlə məşğul olmaq hüququnu qətiyyən nəzərdə tutmur, (bax:  Kopenhagen 

sənədinin  37-ci  bəndi;  milli  azlıqlar  haqqında  BMT-nin  Bəyannaməsinin  8-ci 

maddəsinin 4-cii  bəndi  və Çərçivə konvensiyasının  pereambuİası)

2. 


1992-ci  il  Helsinki sənədinin  IV  bölməsinin  25-ci  bəııdindəkı  müddəaların 

tələbinə uyğun olaraq, həmin bəııddəkı müddəalarla  bağlı götürülən öhdəliklərə 

əsaslanan  bu  Tövsiyyələr ATƏT-in  iştirakçı  dövlətlərinə "milli  azlıqların  etnik.

45



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə