Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə17/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

uyğun olmalı və azlıqların maraqlarının daha səmərəli ifadə və təmin edilməsinə 

kömək etməlidir.

13.  Göstərilən orqanların  rəhbərliyin qarşısına  məsələlər qoymaq,  tövsiyələr 

hazırlamaq, qanunverici və digər təkliflər hazırlamaq, şəraitin inkişafını izləmək 

və  azlıqların  durumuna  bilavasitə,  yaxud  dolayısilə  təsir  edə  bilən  və 

hazırlanmaqda olan hökumət qərarlarına şərhlər təqdim etmək imkan olmalıdır. 

Dövlət  hakimiyyəti  azlıqlar  üçün  aktual  məsələlərin  həlli  və  etimadın 

möhkəmlənməsinin  xeyrinə olan  qanunverici  və  inzibati  tədbirlər  barəsində  bu 

orqanlarla  müntəzəm  şəkildə  məsləhətləşməlidirlər.  Bu  orqanların  səmərəli 

ləaliyyəti onların kifayət qədər resurslarla  təmin olunmasını  tələb edəcəkdir.



III.  ÖZÜNÜİDARƏ

14.  Azlıqların  ictimai-siyasi  həyatda  təsirli  iştirakı  üçün  ayrılıqda,  yaxud 

birlikdə  qeyri-ərazi  və  ərazi  özünüidarə  mexanizmləri  lazım  ola  bilər.  Belə 

mexaııizmlərlə əlaqədar ehtiyaclara dövlətlər kifayət qədər vəsait ayırmalıdır.

15.  Dövlət  idarəsinin  bəzi  sahələrində  vahid,  mərkəzləşdirilmiş  qərarların, 

eləcə də  digər sahələrdə  müxtəlifliyin  saxlanılması  üstünlüklərinin  zəruriliyinin 

istər  dövlət  hakmiyyəı  orqanları,  istərsə  də  azlıqlar  tərəfindən  qəbul  edilməsi 

yuxarıda göstərilən mexanizmlərin  uğurlu fəaliyyəti  üçün ilkin şərtdir.

-  Adətən  mərkəzi  hakimiyyət  orqanlarının  səlahiyyətinə  aid  funksiyaya 

müdafiə,  xarici  əlaqələr,  mühacirət  və gömrük  rccimi;  makroiqtisadi siyasət  və 

pul kredit siyasəti daxildir.

- Aşağıda adları sadalananlar da daxil olmaqla, digər funksiyalar azlıqlar və 

ya ərazi  idarə orqanları  tərəfindən  müstəqil surətdə, yaxud  mərkəzi hakimiyyət 

orqanları  ilə birlikdə həyata  keçirilə bilər.

- Funksiyaların bölgüsü eyni bir dövlət səviyyəsində azlıqların durumundakı 

fərqlərdən asılı olaraq simmetriyasız ola  bilər.

16. 

Ərazi  və  ya  qeyri-ərazi,  özünüidarə  qurumları  əhalinin  müvafiq 



qruplarının fikrini  işdə ifadə etmək üçün demokratik prinsiplərə əsaslanmalıdır.

a)  Qeyri-ərazi mexanizmləri

П.  Özünüidarənin  qeyri-ərazi  formaları  milli  azlıqların  özünə­

məxsusluğunun  və  mədəniyyətinin  qorunub  saxlanılmasında 

və  inkişaf 

etdirilməsində faydalı  vasitələrdir.

18. 

Belə  mexanizmlərin  vasitəsilə daha səmərəli həll edilən  məsələlər -  təhsil, 



mədəniyyət,  azlıqların  dillərindən  istifadə  edlməsi;  din  və,  milli  azlıqların 

özünəməxsusluğu  və  həyal  tərzi  üçün  daha  əhəmiyyətli olan  bunlar  kimi  digər 

sahələrə aid  məsələlərdir.

-  Şəxslər  və  qruplar  öz  istəkləri  əsasında  şəxs  adlarını  və  digər  adlarını 

azlıqların  dilində  işlətmək  hüququna,  həmçinin  bu  şəxs  adlarının  və  digər 

adların dövlət orqanları  tərəfindən qəbul edilməsi hüququna malikdirlər.

-  Təhsil  sahəsində  standartların  müəyyənləşdirilməsinə  görə  dövlət 

hakimiyyət  orqanlarının  məsuliyyət  daşıdıqlarını  nəzərə  almaqla,  azlıqların 

təşkilatları  müvafiq azlıqların dilinin, onlarının  mədəniyyətinin, yaxud bu və ya

digərinin 

tədrisi  üçün  tədris  proqramlarının  məzmununu  müəyyənləşdirə 

bilərlər.

-  Azlıqların  öz simvollarını  və  mədəni  özünüifadənin  digər formalarını seçə 

və istifadə edə  bilərlər.

42

b)  Ərazi mexanizmləri



19. Bütün demokratik cəmiyyətlərdə müxtəlif ərazi səviyyəli dövlət idarəetmə 

mexanizmləri  var.

Avropada  və  ondan  xaricdə  toplanmış  təcrübə  qanunverici  və  icraedici 

hakimiyyətin  bəzi  səlahiyyətlərinin  mərkəzi  səviyyədən  regional  səviyyəyə 

verilməsinin məqsədəuyğunluğunu  göstərir;  ancaq  bu,  dövlət  aparatının  sadəcə 

desentıalizasiyası  və  onun  funksiyalarının  regional  və  ya  yerli  bölmələr  üzrə 

bölüşdürülməsi  ilə  məhdudlaşmamalıdır.  Dövlət  özünüidarənin,  xüsusən 

özlərinə aid  məsələlərin  müstəqil  həllində azlıqların  imkanlarını  genişləndirdiyi 

hallarla  bağlı  konkret  funksiyalar  da  daxil  olmaqla  səlahiyyətlərinin  ərazilərə 

belə verilmə imkanı subsidiarlıq  işığında  müsbət qiymətləndirilməlidir.

20.  Konkret  milli  azlıqların  spesifik  tarixi  və  ərazi  xüsusiyyətləri  nəzərə 

alınmaqla  yaradılmış  müvafiq  yerli,  regional,  yaxud  avtonom  inzibati  idarə 

orqanları  həmin azlıqların  problemlərinə daha  səmərəli  yanaşmağın  xeyrinə  bir 

sıra funksiyaları öz üzərlərinə götürə  bilərlər.

-  Əsasən  və  ya  xeyli  dərəcədə  belə  orqanların  səlahiyyətinə  və  yerinə 

yetirərkən  topladıqları  uğurlu  təcrübənin  yayıldığı  funksiyalara  təhsil, 

mədəniyyət,  azlıqların  dillərindən  istifadə  edilməsi,  ətraf  mühitin  qorunması, 

yerli  planlaşdırma,  təbii  ehtiyatların  mənimsənilməsi,  iqtisadi  inkişaf,  yerlərdə 

hüquq-mühafizə  orqanlarının  fəaliyyəti  eləcə  də,  mənzil  təminatı,  səhiyyə  və 

sosoial xidmətin digər növləri aid edilirlər.

- Vergi, ədalət məhkəməsi,  turizm və nəqliyyatın  inkişafı  mərkəzi və regional 

hakimiyyətin  birlikdə həyata  keçirdikləri  funksiyalara  aiddir.

21.  Yerli, regional  və avtonom  hakimiyyət orqanları  labeliyindəki ərazilərdə 

yaşayan  bütün  şəxslərin  hüquqlarına,  o  cümlədən  istənilən  azlıqların 

hüquqlarına hömıət göstərməli  və bu hüquqları  təmin etməlidirlər.

IV TƏMİNAT

a) Konstitusiya və hüquq təminatları

22.  Özünüidarə mexanizmləri qanunla müəyyənləşdiriməli və onlara yenidən 

baxılma  qaydası  adi  qanunvericiliyə münasibətdə  istifadə edilmədən,  bir qayda 

olaraq,  fərqlənməlidir.  Qərarların  qəbul  edilməsində  azlıqların  iştirakını  təşviq 

edən  mexanizmlər  qanunvericilik  qaydası  ilə.  yaxud  digər  müvafiq  üsullarla 

müəyyənləşdirilə bilərlər.

-  Konstitusiya  müddəaları  ilə  təsbit  edilmiş  mexanizmlərin  qəbulu  və 

yenidən  baxılması,  digər  hallardan  fərqli  olaraq,  adətən  qanunvericilər  və  ya 

elektorat  arasında  daha  yüksək dərəcədə  razılaşmanın  tələbləri  ilə şərtlənir.

-  Qanunvericilik  qaydası  ilə  təşkil  edilmiş  özünüidarə  mexanizmlərinin 

dəyişməsi  çox  vaxt  qanunverici  məclisdə,  özünüidarə  orqanlarında  və  ya  milli 

azlıqların,  yaxud  bu  və  ya  digərinin  təmsil  olunduğu  orqanlarda  ixtisaslı  səs 

çoxluğunun  təsdiqini  tələb edir.

-  özünüidarə  mexanizmlərinin  və  qərar  qəbulunda  azlıqların  iştirakelmə 

mexanizmlərinin  fəaliyyətinin vaxtaşırı  baxılması çox vaxt  toplanmış  təcrübə və 

dəyişən şərait  işığında  bu  mexanizmlərin yenidən  müzakirə edilməyə ehtiyacları 

olub-olmadığını  aydınlaşdırmaq üçün çox mühüm imkan  verir.

23.  Azlıqların  iştirakının  yeni  formalarını  sınamağa  və  inkişaf  etdirməyə 

imkan  verən  müvvəqəti  və  ya  mərhələli  mexanizmlərdən  istifadə  etmək

43



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə