Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə30/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

dəstəkləmək  vs inkişaf etdirmək  üçün adətən  həyati əhəmiyyət  kəsb edən qeyri- 

hökumət  təşkilatlan,  assosiasiyalar  və  idarələr  az  əhəmiyyət  oynamır.  Ona 

ümumilikdə  faydalı  iş  kimi  və  dövlətdə  demokratik  dəyərlərin  və  vətəndaş 

cəmiyyətinin inkişafına yardım göstərən kimi  baxılır.

Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  21  və  22-ci  maddələri 

şəxslərin  dinc  yığıncaqlar  və  assosiasiyalar  azadlığı  hüququna  təminat  verir. 

Şəxsin  qrupunun  digər  üzvləri  ilə  "birlikdə"  hərəkət  etmək  hüququ  -  öz  şəxsi 

qeyri-hökumət  təşkilatlarını,  assosiasiyalarını  və  idarələrini  yaratmaq  yə  idarə 

etmək  hüququ  və  ibadət  etmək  hüququ  açıq  və  demokratik  cəmiyyətin  fərqli 

əlamətlərindən  biridir.  Həmin  Paktın  27-ci  maddəsi  təsdiq edir  ki,  "...azlıqlara 

mənsub  şəxslərin  həmin  qrupun  başqa  üzvləri  ilə  birlikdə...  doğma  dildən 

istifadə  hüququna  rədd cavabı  verilməməlidir".  Buna görə də bir qayda  olaraq, 

dövlət  hakimiyyəti  "birgə  hərəkət  edən"  belə  qrupların  daxili  işlərinə 

qarışmamalıdır və beynəlxalq hüququn  imkan verdiyindən  başqa onlara heç bir 

məhdudiyyət  qoymamalıdır.  Milli  azlıqları  müdafiə  haqqında  Çərçivə 

Konvensiyasının  17(2)-ci maddəsi dövlətdən tələb edir ki,  "milli azlıqlara mənsub 

şəxslərin  hüquqlarını  gerçəkləşdirməyə,  milli  və  beynəlxalq  səviyyədə  qeyri- 

hökumət  təşkilatlarının  fəaliyyətində iştirak etməsinə mane olmasın".

Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  2(l)-ci  maddəsi 

müəyyənləşdirir ki, hər bir dövlət "onun ərazisində olan və qanunları ilə yaşayan 

bütün  şəxslərə  ...dilə  münasibətdə  heç  bir  fərq  qoymadan  və  bu  Paktda  etiraf 

olunan hüquqlar verməyi öhdəsinə götürür".  Bu standarta uyğun olaraq, dövlət 

dilə  görə  qeyri-hökumət  təşkilatına  qarşı  diskriminasiyaya  yol  verə  və  onlara 

lazımsız  dil  məhdudiyyətləri  qoya  bilməz.  Amma  bununla  belə,  dövlət 

hakimiyyəti  belə  təşkilatlardan,  assosiasiyalardan  və  institutlardan  dövlət 

orqanları  ilə  qarşılıqlı  əlaqə  tələb  edən  şəraitdə  rəsmi  dövlət  dilindən 

(dillərindən)  istifadə  də  daxil  olmaqla  qanuni  ictimai  maraq  əsasında  ölkə 

qanunvericiliyinin  tələblərinə tabeçilik  tələb edə bilər.

Resurslara  gəlincə,  Kopenhagen  Sənədinin  32.2  bəndində  deyilir  ki,  milli 

azlıqlara  mənsub  şəxslərin  "könüllü  maliyyə və  başqa  ödəmələr,  eyni  zamanda 

milli  qanunvericiliyə  uyğun  şəkildə  dövlət  dəstəyi  axtara  bilən  şəxsi  təhsil, 

mədəni  və dini  idarələrini,  təşkilatlarını, yaxud da assosiasiyalarını yaratmaq və 

dəstəkiəmək  hüququ  vardır".  Deməli,  dövlət  bu  təşkilatlara  həm  dövlət 

büdcəsindən,  həm  də  beynəlxalq  açıq  mənbələrdən  və şəxsi  sektordan  maliyyə 

vəsaiti  axtarmağa  mane olmamalıdır.

Qeyri-hökumət,  o  cümlədən  sosial,  mədəni  və  idman  sahələrindəki 

təşkilatların dövlət maliyyələşdirilməsinə gəlincə, bərabərlik və diskriminasiyaya 

yol  verməmək  prinsipi  tələb  edir  ki,  dövlət  hakimiyyəti  onların  sərhədləri 

daxilində  yaşayan  milli  azlıqların  dillərindəki  belə  fəaliyyətlərə  uyğun  maliyyə 

payı  ayırsın.  Bununla  əlaqədar  mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq 

Paktın  2(l)-ci  maddəsi  yalnız 

fərdə  münasibətdə  dilə  əsaslanmış  fərqin 

olmadığını  qeyd  etmir,  eyni  zamanda  2(2)-ci  maddədə  göstərilir  ki,  dövlət  "... 

Paktda  etiraf  olunan  hüquqların  gerçəkləşdirilməsi  üçün  zəruri  ola  biləcək 

qanunvericilik  və  digər  tədbirlərin  görülməsi  üçün  zəruri  tədbirlər  görəcəyini 

öhdəsinə  götürür.  Bundan  başqa,  irqi  diskriminasiyanın  ləğvi  haqqında 

Beynəlxalq  Konvensiyanın 2(2)-ci  maddəsi  (bu  maddə irqi, dəri  rəngi, nəsil,  milli 

və ya etnik  mənşə əlamətlərinə əsaslanan  istənilən  fərqi,  istisnanı,  məhdudiyyəti 

və  üstün  tutmanı  ləğv  etməyə  yönəlibdir)  göstərir  ki,  iştirakçı  dövlətlər  şərait

72

tələb edəndə  bəzi  irqi  qrupların  və onlara  mənsub şəxslərin  lazımi  inkişafına  və 



müdafiəsinə təminat məqsədi ilə sosial, iqtisadi, mədəni və s.  sahələrdə xüsusi  və 

konkret  tədbirlər  qəbul  elməlidirlər  ki,  onlara  insan  hüquqları  və  əsas 

azadlıqlarından  tam  və  bərabər  istifadəyə  təminat  versinlər".  Dil  yuxanda 

göstərilən  Konvensiyada  müdafiə  olunan  etnikliyin  müəyyənləşdirici  meyarı 

olduğundan  azlıqların  dilində  danışan  qrupların  da  belə  "xüsusi  və  konkret 

tədbirlərdən"  istifadə etmək hüququ vardır.

Kopenhagen  Sənədinin  31-ci  bəndi  Avropa  səviyyəsində  müəyyənləşdirir  ki. 

"dövlət  lazım olan  yerdə milli azlıqlara  mənsub şəxslərə insan  hüquqları  və əsas 

azadlıqlarının  tətbiqində  başqa  vətəndaşlarla  tam  bərabərlik  təmin etmək  üçün 

xüsusi  tədbirlər  görəcəkdir".  Milli  azlıqların  müdafiəsi  haqqında  Çərçivə 

Konvensiyasının  4-cü  maddəsi  iştirakçı  dövlətlərin  boynuna  öhdəlik  qoyur  ki. 

"iqtisadi,  sosial,  siyasi  və  mədəni  həyatın  bütün  sahələrində  miili  azlıqlara 

mənsub  şəxslərlə əhalinin  əsas  qrupuna  mənsub şəxslər arasında  tam  və  həqiqi 

bərabərliyi  təşviq  etmək  üçün  zəruri  halda,  lazımlı  tədbirlər  görsünlər":  həmin 

maddənin  3-cü  bəndi  daha  sonra  dəqiqləşdirir  ki,  "2-ci  bəndə  uyğun  şəkildə 

qəbul  olunmuş  tədbirlər  diskriminasiya  aktı  kimi  nəzərdən  keçirilmir".  Bundan 

başqa,  bölgə  dilləri  və  azlıqların  dilləri  üzrə  Avropa  Xartiyasının  7(2)-ci  maddəsi 

müəyyənləşdirir ki, "bu dilləri  işlədənlərlə yerdə qalan əhali arasında  bərabərliyi 

gerçəkləşdirməyə yönəlmiş  və ya  onların  xüsusi vəziyyətini  nəzərə alan  və  bölgə 

dillərinin  və  azlıqlarının  dillərinin  rifahı  naminə  qəbul  edilmiş  xüsusi  tədbirlər 

daha  geniş  yayılmış  dillərdən  istifadə  edənlərə  qarşı  diskriminasiya  aktı  kimi 

nəzərdən  keçirilmir".  Bununla  əlaqədar  dövlət  hakimiyyəti  milli  azlıqlara 

mənsub  şəxslərin  fəaliyyətini,  həm  də  sosial,  mədəni  və  idman  sahələrində 

fəaliyyətini  dəstəkləmək  üçün  dövlət  büdcəsindən  ədələtli  pay  resursu 

ayırmaladır.  Belə  dəstək  maddi  yardım,  dövlət  müavinəti  və  vergi  güzəştləri 

şəkilində ola  bilər.

İnformasiya vasitələri

8) 


Fikir  demək  və  ifadə  etmək  hüququna  təminat  verən  mülki  və  siyasi 

hüquqlar  haqqında  Beynəlxalq  Paktın  19-cu  maddəsi  demokratik  cəmiyyətlərdə 

informasiya  vasitələrinin  yeri  və  rolu  haqqında  fundamental  çıxış  nöqtəsidir. 

Bununla  belə,  19(l)-cu  maddədə  göstərilir  ki.  "hər  bir  insanın  maneəsiz  öz 

fikrində  qalmaq  hüququ  vardır".  19(2)-cu  maddə  daha  sonra  hər  bir  şəxsin 

"dövlət sərhədlərindən  asılı olmayaraq, şifahi,  yazılı, yaxud  mətbuat  və ya  bədii 

ifadə ilə, seçiminə uyğun digər vasitələrlə hər cür informasiya və ideya axtarmaq, 

almaq  və  yazmaq"  azadlığına  təminat  verir.  İnsan  hüquqlarının  və  əsas 

azadlıqlarının  müdafiəsi  haqqında  Avropa  Konvensiyasının  10-cu  maddəsi  ifadə 

azadlığına da  beləcə təminat  verir.  Avropa Şurasının iştirakçı dövlətləri  ifadə və 

informasiya  azadlığı  haqqında  Bəyannamənin  1-ci  maddəsində  "demokratik, 

plüralist  cəmiyyətin  əsas  elementi  kimi  ifadə  və  informasiya  azadlığına  qəli 

bağlılıqlarını"  təkrarladılar.  Bu  əsasda  dövlətlər  həmin  alətdə  bəyan  eldilər  ki. 

"informasiya  və kütləvi  informasiya  vasitələri sahəsində onlar  nail  olmağa  cəhd 

göstərirlər...  Müxtəlif  ideya  və  fikirləri  əks  etdirməyə  imkan  verən  müxtəlif 

geniş, müstəqil və avtonom  informasiya  vasitələrinin mövcudluğuna".

Milli  azlıqların  müdafiəsi  haqqında  Çərçivə  Konvensiyasının  9(l)-cu  maddəsi 

açıq  göstərir  ki,  milli  azlıqlara  mənsub  şəxslərin  "açıq  hakimiyyətin 

müdaxiləsindən  və  sərhədlərdən  asılı  olmayaraq  hansısa  fikri  müdafiə  etmək, 

azlıqların  dilində  informasiya  və ya ideya olmaq və mübadilə aparmaq hüququ

73



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə