Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə28/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

19)  Milli  azlıqlara  tmıısub  şoxslnriıı  çoxluq  təşkil  eldiyi  bölgolorda  vo 

yerlarda,  islak  olduğu  halda  dövlat  bela  şaxslara  aid  bütün  məhkəmə 

araşdırmalarını  azlıqların  dilinda aparmaq  imkanlarını  nazardan  keçirməlidir.

Azadlıqdan mahnım etma

20) Pcnitensiar müəssisənin rəhbəri va hamin müəssisənin işçiləri dustaqların 

böyük  əksəriyyətinin  dilində  və  ya  dillərində,  yaxud  da  sonuncuların 

əksəriyyətinin  başa  düşdüyü  dilda  danışmağı  bacarmalıdırlar.  İşçi  götürmə  vo 

təlim  proqramı  bıı  məqsədə  nail  olmağa  istiqamətləndirilməlidir.  Lazımi 

yerlərdə tərcüməçinin xidmətindən istifadə olunur.

21)  Milli  azlıqlara  mənsub  saxlanılmış  şəxsin  başqa  məhbuslarla  və  digər 

şəxslərlə  münasibətdə  seçiminə  uyğun  dildan  istilada  elmək  hiiquqıı  vardır. 

Mümkün olan yerdə dövlət məhbuslara qanunla nəzərdə tutulmuş məhdudiyyət 

çərçivəsində  həm  şifahi,  həm  də  şəxsi  yazışmada  öz  dilində  ünsiyyət  qurmağa 

imkan  verən  tədbirləri  görür.  Bununla  əlaqədar saxlanılmış  va  ya  həbs  edilmiş 

şəxs adatən onların yaşayış yerinin yaxınlığındakı saxlanılma va ya həbs yerində 

saxlanılmalıdır.

Milli azlıqların dil hüquqları üzrə Oslo tövsiyyalərinə izahcdici qeydlər.

Ümumi  giriş

İnsan  hüquqlarının  L'munı  Bəyannaməsinin  1-ci  maddəsində  bütün  insanların 

anadangəlmə  ləyaqətindən  insan  hüquqları  üzrə  bütün  standartların  əsasında 

duran  fundamental  anlayış  kimi  danışılır.  Bəyannamənin  1-ci  maddəsində 

deyilir:  "Öz  ləyaqət  və  hüquqları  ilə  bütün  insanlar  azad  və  bərabər 

doğulurlar...".  Bu  maddənin əhəmiyyətini qiymətləndirməmək olmaz.  Bu yalnız 

ümumiyyətlə birbaşa  insan hüquqlarına aid deyil, həm də milli azlıqlara mənsub 

şəxslərin  dil  hüquqlarının  ən  əsaslarından  birini  ifadə  edir.  Ləyaqət  və  hüquq 

bərabərliyi  fərdin  insan  identlikliyinə  hörməti  ifadə  edir.  İnsan  identikliyinin 

əsas komponentlərindən  biri dildir.  Buna görə də insan ləyaqətinə hörmət insan 

indentikliyinə,  deməli  həm də onun  dilinə hörmətlə sıx  bağlıdır.

Mülki  və siyasi  hüquqlar haqqında  Beynəlxalq  Paktın  bu  kontekstdə mühüm 

əhəmiyyəti  vardır.  Paktın  2-ci  maddəsi  dövlətdən  ərazisindəki  bütün  şəxslərin 

insan  hüquqlarının  "dilə  münasibətdə...  fərqləndirmədən"  təmin  vo  hörmət 

olunmasını  tələb  edir.  Paktın  19-cu  maddəsi  Paktda  ifadəsini  tapdığı  kimi,  öz 

fikrini  azad  bildirməyə  zəmanət  verir,  dövlət  sərhaddindən  asılı  olmayaraq 

nəinki hər cür informasiya və ideya almaq və yazmaq hüququna,  eyni zamanda 

bütün  bunları  öz  seçiminə  uyğun  vasitənin  vo  ya  dilin  kömiəkliyi  ilə  eləməyə 

zəmanət  verir.  İnformasiya  almaq  və  yaymaq  eyni  zamanda  insanların  birgə 

hərəkət  etdiyini  göstərir  Bu  kontekstdə  Paktııı  dinc  yığıncaq  və  assosiasiya 

azadlığına zəmanət verən  21-ci və 22-ci  maddələri yerinə düşəndir.

İnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Avropa 

Konvensiyasının  10-cu  maddəsində  bəyan  edilmiş  fikir  azadlığı  Avropada  bu 

Konvensiyanın  14-cü  maddəsinə  əsasən  "dil...  kimi  əsaslara  görə  hər  cür 

diskriminasiyadan  uzaq  şəkildə  təmin  edilməlidir".  Həm  insan  hüquqlarının 

Ümum  Bəyannaməsinə,  ham  də  insan  hüquqlarının  və  əsas  azadlıqlarının 

müdafiəsi  haqqında  Avropa  Konvensiyana  dəqiq  istinadla  Avropa  Şurasının 

qəbul  etdiyi  fikri  ifadə  və  informasiya  azadlığı  haqqında  Bəyannamədə  təsdiq 

olunur  ki,  fikri  ifadə  və  informasiya  azadlığı  hər  bir  insanın  ictimai,  iqtisadi, 

mədəni  və  siyasi  inkişafı  iiçün  zəruridir  və  sosial,  mədəni  qrupların,  millətlərin 

və  beynəlxalq  birliyin  hormonik  imkanları  üçün  şəraiti  ifadə  edir".  Bununla

68

əlaqədar  insan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Avropa 



Konvensiyasının  11-ci  maddəsində zəmanət  verilmiş dinc yığıncaq  və assosiasiya 

azadlığı əhəmiyyətlidir.

ATƏT  kontekstində  fikri  ifadə,  yığıncaq  və  assosiasiya  azadlığı  kimi 

fundamental  ideyalar  ATƏM-in  insan  ölçüsü  üzrə  Kopenlıagcn  Müşavirəsi 

Konfransının Sənədlərinin  9.1-9.3  bəndlərində sadalanıbdır.

Yeni  Avropanın  Paris  Xartiyasında  ATƏT-in  iştirakçı  ölkələrinin  dövlət  və 

hökumət  başçıları  təsdiq  edirlər  ki,  hər  bir  insanın  diskriminasiyaya  məruz 

qalmadan  "fikri azadlığı, assosiasiya  və dinc yığıncaq azadlığı  hüququ  vardır".

Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  27-ci  maddəsi  milli 

azlıqların  dil  hüquqlarına  birbaşa  dəxli  olan  başqa  əsas  maddədir.  Bu  maddə 

təsdiq  edir  ki,  "milli  azlıqlara  mənsub  şəxslərə  həmin  qrupun  başqa  üzvləri  ilə 

birlikdə...  doğma  dildən  istifadə etmək  hüququna rədd cavabı  verilməməlidir".

Milli,  yaxud etnik,  dini  azlıqlara  və dil  azlıqlarına  mənsub şəxslərin  hüquqları 

üzrə  ВМТГ-nin  Bəyannaməsinin  2(l)-ci  maddəsidə  də  milli  azlıqlara  mənsub 

şəxslərin  "şəxsi  həyatda  və  ictimai  yerlərdə  öz  dilindən  azad  və  maneəsiz  və 

diskriminasiyaya məruz qalmadan  istifadə elmək” hüququnu  beləcə bəyan edir. 

Milli azlıqların müdafiəsi üzrə Avropa Şurasının Çərçivə Konvensiyasının  10(1 )-cu 

maddəsi  qeyd edir  ki,  dövlətlər  milli  azlıqlara  mənsub şəxslərin  "öz azlıqlarının 

dilindən  şəxsi  həyatda  və  ictimai  yerlərdə  azad  və  maneəsiz  istifadə  etmək" 

hüququnu  tanıyacaqlar.

Doğrudur,  alətlər  azlıqların  dilindən  şəxsi  həyalda  və  ictimai  yerlərdə 

istifadəyə  istinad  edirlər,  amma  hamin  alətlər  "şəxsi"  sferaya  münasibətdə 

"ictimai"  sferanın  dəqiq  sərhədlərini  müəyyənləşdirmirlər.  Əslində  bu  sferalar 

kəsişə bilərlər.  Məsələn,  təklikdə və ya  başqaları  ilə birlikdə hərəkət edən şəxslər 

özlərinin  şəxsi  informasiya  vasitələrini  və  ya  məktəblərini  yaratmağa  çalışırlar. 

Şəxsi təşəbbüsün qanuni ictimai marağın predmeti ola bilməsi mümkündür.  Belə 

maraq hansısa ictimai  tənzimləmənin yaranmasına səbəb ola  bilər.

Milli  azlıqlara  mənsub şəxslərin azlıqların  dilindən  "şəxsi  həyatda  və  ictimai 

yerlərdə"  istifadəsini  təhsilə  münasibətdən  kənarda  nəzərdən  keçirmək  olmaz. 

Təhsil  məsələləri  milli  azlıqların  dillərinə  aid  dərəcədə  milli  azlıqların  təhsil 

hüquqları  üzrə  Haaqa  lövsiyyələrində  təfsilatı  ilə  nəzərdən  keçirilir.  Bu 

tövsiyyələr  ATƏT-in  milli  azlıqlarla  iş  üzrə  Ali  Komissarının  xahişi  ilə 

Elniklərarası  Münasibətlər  Fondunun  həm  beynəlxalq  insan  hüquqları  sferası, 

həm də təhsil sferası  üzrə  beynəlxalq səviyyəli ekspertləri  ilə əməkdaşlıq etməklə 

işlənib  hazırlanmışdır.  Haaqa  tövsiyyələri  milli  azlıqlara  mənsub  şəxslərin 

hüquqlarına,  milli  azlıqlara  mənsub  insanların  identikliyinin  dəstəklənməsi  və 

inkişafı  kimi  həyati  əhəmiyyət  kəsb edən səhalərə  aid  beynəlxalq  alətlərin  daha 

aydın dərkini asanlaşdırmaq  üçün  hazırlanmışdı.

İnsan  hüquqları  üzrə  beynəlxalq  alətlər  bəyan  edir  ki.  insan  hüquqları 

ümumidir  və  ondan  eyni  dərəcədə  va  ayrı-seçkiliyə  yol  verilmədən  istifadə 

olunmalıdır.  Amma  insan  hüquqlarının  əksəriyyəti  mütləq  deyil.  Alətlər 

dövlətin  müəyyən  hüquqların  məhdudlaşdırılmasına  haqq  qazandıran 

məhdudlaşdırılmış  situasiyalar  dəstini  görə  bilir.  İnsan  hüquqları  üzrə 

beynəlxalq  qanunvericiliyin  mümkün  məhdudlaşdırmaları  həyal  üçün  təhlükəli 

fövqalədə  vəziyyətlərdə  va  ya  başqalarının  hüquq  və  azadlıqları  üçün  yaranan 

vəziyyətlərdə,  yaxud  da  demokratik  cəmiyyətdə  ictimai  əxlaqa,  ictimai 

sağlamlağa.  milli  təhlükəsizliyə  və  ictimai  təhlükə  törədən  vəziyyətlərdə  yarana

69



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə