Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

uyğun  olaraq,  ləyaqətinin  qorunması,  şəxsiyyətinin  azad  inkişafı  üçün  zəruri 

oİan  iqtisadi, sosial və mədəni hüquqlarını  həyata  keçirmək hüququ  var.

23-  cü Maddə

1.  Hər  bir  insanın  əmək,  sərbəst  şəkildə  iş  seçmək,  ədalətli  və əlverişli  əmək 

şəraiti işsizlikdən müdafiə hüququ  var.

2.  Hər  bir insanın  heç bir ayrı-seçkilik  qoyulmadan  eyni  əmək  üçün  bərabər 

haqq almaq  hüququ  var.

3.  Hər  bir  işçi  özünün  və  ailəsinin  insana  layiq  yaşamasını  təmin  edən  və 

lazım  gəldikdə  digər  sosial  təminat  vasitələri  ilə  tamamlanan  ədalətli  və 

qənaətbəxş haqq almaq  hüququna malikdir.

4.  Hər  bir  insanın  öz  mənafeini  müdafiə  etmək  üçün  həmkarlar  ittifaqı 

yaratmaq, yaxud  həmkarlar ittifaqlarına daxil olmaq  hüququ  var.

24-  cü Maddə

Hər  bir  insanın  iş  gününün  normal  məhdudlaşdırılması  daxil  olmaqla 

istirahət və asudə vaxt, vaxtaşırı ödənişli məzuniyyət hüququ  var.

25-  ci  Maddə

1.  Hər  bir insan  özünün  və ailəsinin sağlamlığı  və rifahı  üçün  paltar, mənzil, 

tibbi  və zəruri  sosial  xidmət  daxil  olmaqla  layiqli  həyat  səviyyəsinə  nail  olmaq 

hüquqlarına,  işsizlik,  xəstəlik,  əlillik,  dulluq,  qocalıq,  yaxud  yaşayış 

vasitələrindən  özündən  asılı  olmayan  səbəblərə  görə  məhrum  olduğu  hallarda 

təminat hüququna malikdir.

2. Analıq və körpəlik xüsusi himayədarlıq və yardıma hüquq verir. Nigahdan 

və  nigahdankənar  doğulan  bütün  uşaqlar  sosial  müdafiədən  eyni  dərəcədə 

istifadə etməlidirlər.

26-cı  Maddə

1.  Hər  bir  insanın  təhsil  hüququ  var.  Ən  azı  ibtidai  və  ümumi  təhsil  pulsuz 

olmalıdır.  İbtidai  təhsil  icbari olmalıdır.  Texniki  təhsil və peşə təhsili hamıya, ali 

təhsil hər kəsin qabiliyyəti  əsasında  hamıya eyni  dərəcədə müyəssər olmalıdır.

2.  Təhsil  insan  şəxsiyyətinin  tam  inkişafına,  insan  hüquqlarına  və  əsas 

azadlıqlara  ehtiramın  artmasına  yönəldilməlidir.  Təhsil  bütün  xalqlar,  irqi  və 

dini  qruplar arasında  qarşılıqlı  anlaşmaya,  dözümlülüyə və dostluğa.  Birləşmiş 

Millətlər  Təşkilatının  sülhü  qorumaq  sahəsindəki  fəaliyyətinə  yardım 

göstərməlidir.

3.  Valideynlərin  öz  azyaşlı  uşaqları  üçün  təhsil  növü  seçməkdə  üstünlük 

hüququ  var.

27-  ci  Maddə

1.  Hər  bir  insanın  cəmiyyətinin  mədəni  həyatında  sərbəst  iştirak  etmək, 

incəsənətdən  zövq  almaq,  elmi  tərəqqidə  iştirak  elmək  və  ondan  faydalanmaq 

hüququ  var.

2.  Hər  bir  insanın  müəllifi  olduğu  elmi,  ədəbi,  yaxud  bədii  əsərlərdən  irəli 

gələn mənəvi  və maddi  mənafelərini müdafiə etmək hüququ var.

28-  ci  Maddə

Hər  bir  insanın  bu  Bəyannamədə  ifadə olunmuş  hüquq  və azadlıqların  tam 

şəkildə həyata  keçirilə biləcəyi sosial və beynəlxalq qaydaya  hüququ  var.

29-  cu  Maddə

1. 


Hər  bir insanın yalnız şəxsiyyətin azad  və tam  inkişafının  mümkün olduğu 

cəmiyyət qarşısında  öhdəliyi  var.

2. Öz hüquq və azadlıqlarını həyata keçirərkən hər bir insana yalnız qanunun

86

başqalarının  hüquq  və  azadlıqlarının  lazımi  şəkildə  tanınmasını  və  hörməti 



təmin  etmək  və  demokratik  cəmiyyətdə əxlaq,  ictimai  asayiş  və  ümumi  rifahın 

ədalətli  tələblərini  yerinə  yetirmək  məqsədilə  qoyulmuş  məhdudiyyətlər  tətbiq 

edilməlidir.

3. 


Bu  hüquq  və  azadlıqların  həyata  keçirilməsi  heç  bir  halda  Birləşmiş 

Millətlər Təşkilatının  məqsəd  və prinsiplərinə zidd olmamalıdır.

30-cu  Maddə

Bu Bəyannamədə heç nə hansısa  bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı 

şəxslərə  həmin  Bəyannamədə  ifadə  olunmuş  hüquq  və  azadlıqların  ləğv 

edilməsinə  yönəldilmiş  hər  hansı  fəaliyyətlə  məşğul  olmaq,  yaxud  hərəkətlər 

etmək hüququ  verilmək kimi yozula  bilməz.

87



İ

n s a n


 

h ü q l q l a r i n i n

 

v ə


 

ə s a s


 

a z a d l i q l a r i n

 

m ü d a f



I

ə s


İ

HAQQINDA  KONVENSİYA



Roma.  4 noyabr.  1950-ci il

Avropa  Şurasının  üzvləri olan və bu  Konvensiyanı  İmzalayan  Hökumətlər, 

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Məclisi  tərəfindən  10  dekabr  1948-ci  İİ 

tarixində elan edilən  İnsan  Hüquqlarının  Ümumi  Bəyannaməsini  nəzərə alaraq, 

Bu Bəyannamənin elan olunan hüquqların hamılıqla və səmərəli tanınmasını 

və onlara əməl edilməsini  təmin etmək  məqsədi  daşıdığını  nəzərə alaraq,

Avropa  Şurası  öz  üzvləri  arasında  böyük  birliyə  nail  olmaq  məqsədini 

güddüyünü,  bu  məqsədə  çatmaq  vasitənin  insan  hüquqlarının  və  əsas 

azadlıqlarının  müdafiəsinin,  inkişaf etdirilməsinin olduğunu  nəzərə alaraq;

Ədalətin  və  ümumi  sülhün  əsası  olan,  əməl  edilməsi  bir  tərəfdən  həqiqi 

demokratik  siyasi  rejimlə,  digər  tərəfdən  isə  insan  hüquqlarının  ümumi  şəkildə 

dərk  edilməsi  və  onlara  əməl  edilməsi  ilə  ən  yaxşı  şəkildə  təmin  edilən  bu  əsas 

azadlıqlara sıx  bağlılıqlarını  təsdiq edərək,

Vahid  səylərlə  fəaliyyət  göstərən,  siyasi  ənənələrin,  idealların  azadlıqlara  və 

hüququn  aliliyinə  hörmətin  ümumi  irsinə malik  olan  və  Ümumi  Bəyannamədə 

şərh  edilən  hüquqların  bəzilərinin  kollektiv  şəkildə  həyala  keçirilməsi  yolunda 

tam qətiyyətlə ilk addımlar atan Avropa dövlətlərinin hökumətləri 

aşağıdakılar haqqında  razılığa gəlmişlər:

1-ci  Maddə. İnsan hüquqlarına əməl etmək öhdəliyi 

Razılığa  gəlmiş  Yüksək  Tərəflər  onların  yurisdiksiyasında  yerləşən  hər  bir 

insanın  bu  Konvensiyanın  I  bölməsində  müəyyənləşdirilən  hüquq  və 

azadlıqlarını  təmin edirlər.

I  BÖI.MƏ.  HÜQüQ  VƏ AZADLIQLAR

2-ci  maddə.  Həyat hüququ

1.  Hər  bir insanın  həyal hüququ qanunla qorunur.  Cəzalandırılması  nəzərdə 

tutulmuş  cinayətin  törədilməsinə  görə  məhkəmə  tərəfindən  çıxarılan  ölüm 

hökmünün  icrasından  başqa  heç kəs qəsdən  həyatdan  məhrum edilə bilməz.

2.  Mütləq  zərurətlə  bağlı  güc  tətbiq  edilməsi  nəticəsində  həyaldan  məhrum 

etməyə  bu  maddənin  pozulması  kimi  baxılmır:

a) istənilən şəxsin qeyri-qanuni  zorakalıqdan  müdafiəsi  üçün;

b)  qanuni  həbsin  həyala  keçirilməsi,  yaxud  qanuni  əsaslarla  tutulub 

saxlanılmış şəxsin qaçışının  qarşısı alınması  üçün;

c) iğtişaşın,  yaxud  qiyamın  qanunauyğun surətdə yatırılması  üçün.

3-cü  Madda.  İşgəncələrin  yasaq edilməsi 

Heç  kəs  işgəncələrə,  qeyrı-insani,  yaxud  ləyaqəti  alçaldan  davranışa  və  ya 

cəzaya  məruz qalmamalıdır.

4-cü  Maddə.  Köləliyin və məcburi əməyin yasaq  edilməsi

1.  Heç kəs köləlikdə  və məcburi  vəziyyətdə saxlanılmamalıdır.

2.  Heç kəs məcburi,  yaxud  icbari  əməyə cəlb edilməməlidir.

3.  "Məcburi,  yaxud  icbari  əmək”  termini  bu  maddənin  məqsədlərinə 

aşağıdakıları  daxil elmir,

a)  bu  Konvensiyanın  5-ci  maddəsinin  müddəalarına  uyğun  həbsdə  olan, 

yaxud həbsdən şərti azad edilən şəxsin adəıən yerinə yetirməli olduğu hər cür işi;

b)  hərbi  xarakterli  hər cür xidməti,  əqidəyə görə  hərbi  xidmətdən  imtinanın

qanuni  imtina  qismində  tanındığı  ölkələrdə  məcburi  hərbi  xidmət  əvəzinə 

nəzərdə tutulan xidməti;

c)  fövqəladə  vəziyyət,  yaxud  əhalinin  həyatına  və  ya  əmin-amanlığına 

təhlükə yaradan  fəlakət zamanı  hər cür məcburi  xidməti;

d) adi vətəndaşlıq xidmətlərinə daxil olan hər cür işi, yaxud xidməti.

5-ci  Maddə. Azadlıq  və şəxsi  toxunulmazlıqların hüququ

1. 

Hər  bir  insanın  azadlıq  və şəxsi  toxunulmazlıqların  hüququ  var.  Qanunla 



müəyyən  edilən  aşağıdakı  hallardan  və qaydalardan  başqa,  heç  kəs  azadlıqdan 

məhrum edilə bilməz.

a)  səlahiyyətli  məhkəmə  tərəfindən  şəxsin  təqsirli  bilinməsi  əsasında  onun 

qanuni  tutulub saxlanılması;

b)  şəxsin  məhkəmənin  qanuni  qərarını  yerinə  yetirməməsinə  görə,  yaxud 

qanunla  nəzərdə  tutulan  hər  hansı  vəzifəni  yerinə  yetirməməsinə  görə,  yaxud 

qanunla  nəzərdə tutulan hər hansı  vəzifəni yerinə yetirməsinin  təmini  məqsədilə 

qanuni həbs olunması, yaxud  tutulub saxlanılması

c) şəxsin hüquq  pozuntusu törətməklə əsaslandırılmış şübhə üzrə səlahiyyətli 

məhkəmə  orqanı  qarşısında  dayanması  ilə  bağlı,  yaxud  onun  törətdiyi  hüquq 

pozuntusunun qarşısının alınması zəruriliyinə güman etməyə və onu  törətdikdən 

sonra  gizlənməsinə  mane  olmağa  kifayət  qədər  əsaslar  olduğu  halda  qanuni 

həbsi,  yaxud  tutulub saxlanılması;

d) həddi-buluğa  çatmış şəxsin  tərbiyəvi  nəzarət  üçün qanuni  qərar əsasında, 

yaxud  onun  səlahiyyətli  orqan  qarşısında  dayanmasından  ötrü  qanuni  surətdə 

tutulub saxlanması;

e) şəxsin yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədilə, eləcə də 

ruhi  xəstələrin,  alkoqoliklərin,  yaxud  avaraların  qanuni  surətdə  tutulub 

saxlanılması;

j)  şəxsin  ölkəyə  qeyri-qanuni  gəlişinin  qarşısının  alınması  və  ya  ölkədən 

çıxıralması və təhvil verilməsi, yaxud  həbsə salınması

2.  Həbs olunmuş  hər  bir şəxsə  başa düşdüyü dildə həbsinin səbəbləri  və irəli 

sürülən  hər cür ittiham  barədə dərhal məlumat verilir.

3.  Həbs  olunmuş,  yaxud  tutulub  saxlanmış  hər  bir  şəxs  bu  maddənin  1-ci 

bəndinin  (c)  yarımbəndinə  uyğun  olaraq,  dərhal  məhkəməyə,  yaxud  qanunla 

məhkəmə səlahiyyətini daşıyan və lazımi  müddət ərzində məhkəmə araşdırması, 

yaxud  məhkəməyədək  azad  elmək  hüququna  malik  olan  digər  vəzifəli  şəxsin 

yanına gətirilir.  Azadeıməni məhkəməyə gəlməyə təminatın verilməsi şərtləndirə 

bilər.

4.  Həbsolunma,  yaxud  tutulub  saxlanma  nəticəsində  azadlıqdan  məhrum 



edilmiş hər bir kəsin  tutulub saxlanmasının qanuniliyinə dair məsələni məhkəmə 

tərəfindən  təxirə  salınmadan  baxılmasına,  yaxud  məhkəmənin  tutulub 

saxlanmanı  qanunsuz  hesab  etdikdə,  onun  azad  olunması  barədə  qərar 

çıxarılmasına  hüququ var.

5.  Bu maddənin müddəalarının  pozulması  ilə aparılan həbsin, yaxud  tutulub 

saxlanmanın qurbanı olan  har bir kəsin  kompensasiya  hüququ  var

6-cı  Maddə.  Ədalətli məhkəmə araşdırması  hüququ

1. 


Hər  bir kəsin  mülki  hüquq  və öhdəlikləri  mübahisə doğuran  halda,  yaxud 

ona  irəli  sürülmüş  hər  cür  cinayət  ittihamına  baxılarkən  işin  lazımi  müddətdə 

qanun  əsasında  yaradılan  müstəqil  və  qərəzsiz  məhkəmə  tərəfindən  ədalətli  və 

açıq  şəkildə  araşdırılmasına  hüququ  var.  Məhkəmənin  qərarı  açıq  elan  edilir.

89



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə