Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

ancaq  əxlaq,  ictimai  asayiş,  yaxud  demokratik  cəmiyyətdə  milli  təhlükəsizlik 

mülahizəsinə  görə  və  bunu  həddi-buluğa  çatmaınışların  mənafeləri,  yaxud 

tərəflərin  şəxsi  həyatının  müdafiəsi  tələb  etdiyi,  açıqlığın  ədalət  məhkəməsinin 

mənafelərini  poza  bildiyi  xüsusi  hallarda  və  ciddi  zəruriliyi  məhkəmənin 

mülahizəsilə  müəyyənləşdirildikdə  mətbuat  və  kütlə  ya  bütün  prosesə,  yaxud 

onun  bir hissəsinə buraxılmır.

2.  Təqsirsizliyi  qanunauyğun  surətdə  sübut  edilməmiş  hər  bir  müttəhim 

cinayəti  törətməkdə təqsirsiz hesab olunur.

3. Cinayət  törətmiş hər bir müttəhim ən azı aşağıdakı  hüquqlara malikdir:

a)  ona  elan  edilmiş  ittihamın  xarakteri  və  əsasları  haqqında  bildiyi  dildə 

dərhal  və ətraflı  məlumatlandırılmaq;

b)  öz  müdafiəsinə  hazırlaşmaq  üçün  kifayət  qədər  vaxta  və  imkana  malik 

olmaq;

c)  özünü  şəxsən,  yaxud  özünün  seçdiyi  müdafiəçi  vasitəsilə  müdafiə  etmək, 



müdafiəçinin  haqqını  ödəmək  üçün  kifayət  qədər  vəsaiti  olmadıqda,  ədalət 

mühakiməsinin  mənafeləri  tələb  etdikdə  təyin  edilmiş  ödənişsiz  müdafiəçiyə 

malik olmaq;

d)  ona  qarşı  ifadə  vermiş  şahidləri  dindirmək,  yaxud  həmin  şahidlərin 

dindirilməsi  və  ona  qarşı  ifadə  verən  şahidlərə  aid  şərtlərə  öz  şahidlərinin 

çağırılması  və dindirilməsi hüququna  malik olmaq;

c) 

məhkəmədə istifadə edilən dili başa düşmədikdə, yaxud həmin dildə danışa 



bilmədikdə tərcüməçinin pulsuz  köməyindən  istifadə etmək.

7-ci  Maddə. Yalnız qanun əsasında  cəzalandırma

1.  Heç  kəs  hər  hansı  hərəkət,  yaxud  fəaliyyətsizlik  nəticəsində  milli,  yaxud 

beynəlxalq  hüquqla  cinayət  kimi  tanınmayan  cinayəti  törətdiyi  anda  onu 

törətməkdə  təqsirli  bilinə  bilməz.  Həmçinin  cinayətin  törədildiyi  anda  tətbiq 

edilməli  olan cəzadan daha ağır cəza  təyin edilə bilməz.

2.  Bu  maddə  hər  hansı  şəxsin  hər  hansı  hərəkəti,  yaxud  fəaliyyətsizliyi 

nəticəsində  törətdiyi  anda  sivilizasiyalı  ölkələrin  qəbul  etdiyi  ümumi  hüquq 

prinsiplərinə  uyğun  olaraq,  cinayət  hesab  edilən  əməlinə  görə  məhkəməyə 

verilməsinə və cəzalandırılmasına  mane olmur.

8-ci  Maddə.  Şəxsi və ailə həyatına ehtiranı  hüququ

1.  Hər  bir  insanın  şəxsi  və  ailə  həyatına  hörmət  edilməsi,  mənzil 

toxunulmazlığı  və yazışma  hüququ  var.

2.  Qanunla  nəzərdə  tutulan,  demokratik  cəmiyyətdə  milli  təhlükəsizlik  və 

ictimai  asayiş  mənafeləri  naminə,  ölkənin  iqtisadi  rifahı  üçün,  iğtişaş,  yaxud 

cinayətlərin  qarşısını  almaq  məqsədilə,  sağlamlığın  və  ya  mənəviyyatın,  yaxud 

başqa  şəxslərin  hüquq  və  azadlıqlarının  qorunması  üçün  qarışmanın  zəruriliyi 

istisna  olmaqla,  bu  hüququn  həyata  keçirilməsinə  ictimai  hakimiyyətin 

qarışması  yolverilməzdir.

9-ci  Maddə.  Fikir, vicdan və din azadlığı

1  Hər  bir  insanın  fikir,  vicdan  və  din  azadlığı  var.  Bu  hüquqa  öz  dinini, 

yaxud əqidəsini dəyişmək, öz dininə, yaxud əqidəsinə təkbaşına, yaxud  başqaları 

ilə  birgə etiqad  etmək,  ibadəti,  təlimləri,  dini  ayin  və  mərasimləri  elliklə,  yaxud 

şəxsi  qaydada  yerinə yetirmək  azadlıqları  daxildir.

2.  Öz  dininə,  yaxud  əqidəsinə  etiqad  azadlığına  yalnız  qanunla  müəyyən 

edilən  və demokratik  cəmiyyətdə  ictimai  təhlükəsizlik  mənafeyi  naminə,  ictimai 

asayişin,  sağlamlığın  və  ya  mənəviyyatın  mühafizəsi,  yaxud  başqa  şəxslərin

90

hüquq  və azadlıqlarının  müdafiəsi  üçün zəruri olan  məhdudiyyətlər tətbiq edilə 



bilər.

10-  cu  Maddə.  Fikrini ifadə etmək azadlığı

1.  Hər bir insanın öz fikrini azad şəkildə ifadə etmək hüququ var.  Bu hüquqa 

öz fikrinə tərəfdar olmaq,  ictimai orqanların  hər hansı  bir  müdaxiləsi  olmadan 

və dövlət sərhədlərindən asılı olmayaraq məlumat və ideyaları almaq  və yaymaq 

azadlığı  daxildir.  Bu  maddə  radioverlişləri,  televiziya,  kinomotoqrafiya 

idarələrini dövlətin lisenziyalaşdırmasına mane olmur.

2.  Vəzifələr  və  məsuliyyət  doğuran  bu  azadlıqların  həyata  keçirilməsi 

sağlamlığı,  yaxud  mənəviyyatı  qorumaq,  başqa  şəxslərin  ad-sanını,  yaxud 

hüquqlarını  müdafiə  etmək,  gizli  əldə  edilmiş  məlumatın  açılmasının  qarşısını 

almaq,  yaxud  ədalət  məhkəməsinin  nüfuz  və  qərəzsizliyini  təmin  etmək  üçün 

qanunla  nəzərdə  tutulan  və  demokratik  cəmiyyətdə  milli  təhlükəsizliyin,  ərazi 

bütövlüyünün,  yaxud  iğtişaşın  və  ya  cinayətlərin  qarşısını  almaq  məqsədilə 

ictimai asayişin təmini baxımından zəruri olan müəyyən formallıqlarla, şərtlərlə, 

məhdudiyyətlərlə, yaxud sanksiyalarla  müşayət  edilə bilər.

11-  ci  Maddə.  Yığıncaq  və birliklər azadlığı

1.  Hər  bir  insanın  dinc  yığıncaqlar  keçirmək  azadlığı,  həmkarlar  ittifaqı 

yaratmaq  və  öz  mənafelərini  müdafiə  etmək  üçün  belə  birliklərə  üzv  olmaq 

hüququ da  daxil olmaqla  başqaları  ilə birləşmə azadlığı hüququ  var.

2. Qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə iğtişaş və cinayətlərin 

qarşısını almaq məqsədilə milli təhlükəsizliyin və ictimai asayişin  təmin edilməsi, 

sağlamlıq  və  mənəviyyatın,  yaxud  başqa  şəxslərin  hüquq  və  azadlıqlarının 

müdafiəsi  üçün  zəruri  olanlardan  başqa  bu  qanunların  həyata  keçirilməsi  heç 

vəchlə  məhdudlaşdırıla  bilməz.  Bu  maddə  silahlı  qüvvələrin,  polisin,  yaxud 

dövlət inzibati orqanlarının tərkibinə daxil olan şəxslər tərəfindən bu hüquqların 

həyata  keçirilməsinə qanuni  məhdudiyyətlər  tətbiqinə mane olmur.

12-ci  Maddə.  Nigaha girnıak hüququ

Nigah  yaşına  çatmış  kişilər  və  qadınların  nigaha  girməni  və  ailə  qurmanı 

tənzim  edən  milli  qanunvericiliyə  uyğun  olaraq  nigaha  girmək  və  ailə  qurmaq 

hüququ var.

13-cü  Maddə.  Hüquqi müdafiədə səmərəli vasitələr hüququ

Bu  Konvensiyada  təsdiqlənmiş  hüquq  və  azadlıqları  pozulan  hər  bir  şəxsin 

belə  pozuntunun  hətta  rəsmi  qaydada  fəaliyyət  göstərən  şəxslər  tərəfindən 

törədildiyi  halda  da  dövlət  orqanlarında  hüquqi  müdafiənin  səmərəli 

vasitələrinə malik  olmaq  hüququ  var.

14-cü  Maddə.  Ayrı-scçkilivin yasaq  edilməsi

Bu  Konvensiyada  təsdiqlənmiş hüquq  və azadlıqlardan istifadə hər hansı bir 

bir  şəxsin  cinsinə,  irqinə,  dərisinin  rənginə,  dilinə,  dininə,  siyasi,  yaxud  digər 

əqidələrinə,  milli,  yaxud  sosial  mənşəyinə,  milli  azlığa  mənsubiyyətinə,  əmlak 

vəziyyətinə,  doğuluşuna  və  ya  hər  hansı  başqa  əlamətə  görə  ayrı-seçkiliyə yol 

verilmədən  təmin  edilməlidir.

15-ci  Maddə.  Fövqəladə vəziyyətlərdə öhdəliklərdən geri çəkilmə

1. 

Müharibə,  yaxud  millətin  həyatını  təhlükə  altına  alan  digər  fövqəladə 



şəraitdə razılığa gəlmiş Yüksək Tərəflərdən hər hansı biri bu Konvensiya üzrə ö/ 

öhdəliklərindən  ancaq  şəraitin  fövqəladəliyi 

yol  verdiyi  dərəcədə  və  onun 

beynəlxalq  hüquq  üzrə  digər  öhdəliklərinə  zidd  olmaması  şərtilə  geri  çəkilmə 

tədbirlərini qəbul edə bilər.

91



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə