Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

edilmiş  Məhkəmə  sədri.  Məhkəmə  sədrinin  müavinləri, 

Palata  sədrləri  və 

Məhkəmənin digər üzvləri daxildir. 43-cü maddənin müddəalarına uyğun olaraq 

iş  Böyük  Palataya verilərkən,  işdə tərə!"olan, müvafiq dövləti  təmsil edən Palata 

sədri  və hakimlər istisna olmaqla,  hökm çıxarmış  Palata  hakimlərindən  heç biri 

onun  iclaslarında  iştirak etməməlidir.

28-ci  Maddə.  Şikayətlərin (ərizələrin) qəhulcdilməzliyi haqqında komitələrin

elanları


Komitə  34-cü  maddəyə  uyğun  verilən  fərdi  şikayəti  bir  səslə  qəbul  olunan 

yekdil  qərarla  qəbuledilməz  elan  edə,  şikayət  əlavə  öyrənilmədən  qərar  qəbul 

edildikdə onu  baxılmalı  işlərin siyahısından çıxara  bilər.  Bu  qərar qətidir.

29-cu  Maddə. Şikayətin qəbul oluna bilməsi və işin  məğzi haqqında Palatanın

qərarları

1.  28-ci  maddədə  nəzərdə  tutulan  qərarların  heç  biri  qəbul  edilmədikdə 

Palata  34-cü  maddəyə  uyğun  olaraq  verilən  fərdi  şikayətin  qəbul oluna  bilməsi 

və işin məğzi haqqında qərar çıxarır.

2.  Palata  33-cü maddəyə uyğun olaraq verilən dövlət şikayətinin qəbul oluna 

bilməsi  və işin  məğzi haqqında  qərar çıxarır.

3.  Məhkəmə  istisna  kimi,  əks  qərar  qəbul  etmədikdə  şikayətin  qəbul  oluna 

bilməsi haqqında  ayrıca  qərar çıxarır.

30-cu  Maddə.  Böyük  Palatanın  xeyrinə vurisdiksiyanın güzəşti

Palatanın  baxışındakı  iş  Konvensiyanın  və  ya  ona  əlavə  edilmiş 

Protokolların  müddəalarının  təfsiri  ilə  bağlı  ciddi  məsələlərə  toxunursa,  yaxud 

məsələlərin  həllinin  Məhkəmənin  əvvəllər  çıxardığı  qərarla  ziddiyyət  təşkil 

edərsə,  o  zaman  tərəflərin  heç  birinin  etirazı  olmadığı  halda  Palata  öz qərarını 

çıxarana  qədər yurisdiksiyasını  Böyük  Palatanın xeyrinə güzəştə gedə  bilər.

31-ci Maddə.  Biivük  Palatanın səlahiyyətləri

Böyük  Palata:

a)  İstənilən  palatalardan  biri  30-cu  maddənin  müddəaları  əsasında 

yurisdiksiyasını  güzəştə  getdikdə,  yaxud  43-cü  maddənin  müddəalarına  uyğyn 

olaraq,  iş  ona  göndərildikdə  33-cü  və ya  yaxud  34-cü  maddənin  müddəalarına 

əsasən  verilən şikayət  üzrə qərar çıxarır.

b)  məsləhətverici  qərarlar  çıxarmaq  haqqında  47-ci  maddənin  müddəaları 

əsasında göndərilən sorğulara  baxır.

32-ci  Maddə.  Məhkəmənin səlahiyyətləri

1.  Konvensiyanın  və  ona  əlavə  Protokolların  müddəalarının  təfsir  və 

tətbiqinə aid  və  33,  34 və 47-ci  maddələrin  müddəalarında  nəzərdə tutulan  hal­

larda  Məhkəməyə verilə  bilən  bütün  məsələlər Məhkəmənin sərəncamındadır.

2.  Konkret  bir  iş  üzrə məhkəmənin  səlahiyyəti  haqqında  mübahisə olduqda 

məsələni  Məhkəmənin  özü  həll edir.

33-cü Maddə.  Dövlətlərarası işlər

Razılığa  gəlmiş  Yüksək  Tərəfin  hər  biri  Konvensiyanın  və  ona  əlavə  edilən 

Protokolların  müddəalarının  digər  Razılığa  gəlmiş  Yüksək  Tərəfin  güman 

edilən  hər  hir  pozuntusu  haqqında  Məhəkəmədə məsələ qaldıra  bilər.

34-cü Maddə.  Fərdi şikayətlər

Məhkəmə  bu  Konvensiyada,  yaxud  ona  əlavə  Protokollarda  qəbul  edilmiş 

hüquqların  Razılığa  gəlmiş  Yüksək  Tərəflərin  biri  tərəfindən  pozulmasının 

qurbanı  olduğunu  təsdiq  edən  hər  bir  fiziki  şəxsdən,  hər  bir  qeyri-hökumət 

təşkilatından,  yaxud  fərdi  şəxslər  qrupundan  şikayət  qəbul  edə  bilər.  Razılığa

94

gəlmiş  Yüksək Tərəflər bu  hüquqların səmərəli  şəkildə həyala  keçirilməsinə heç 



bir vəchlə mane olmamağı öhdələrinə götürürlər.

35-ci Maddə.  Qəbul oluna bilmə şərtləri

1.  Məhkəmə  işə  baxılması  üçün  onu  ancaq  beynəlxalq  hüququn  hamılıqla 

qəbul  olunmuş  normalarında  nəzərdə  tutulmuş  müdafiənin  bütün  daxili 

vasitələri  tükəndikdən  sonra  və  milli  orqanlar  tərəfindən  işə  dair  qəti  qərar 

çıxarıldığı  tarixdən altı ay ərzində qəbul edə bilər.

2. Məhkəmə 34-cü maddəyə əsasən verilən aşağıdakı fərdi şikayətin heç birini 

baxılmaq üçün qəbul etmir, əgər bu şikayət:

a) anonimdirsə;

b)  Mahiyyətcə  məhkəmədə  artıq  baxılmış  şikayətin 

oxşarıdırsa,  yaxud 

beynəlxalq  araşdırmanın  və  ya  tənzimlənmənin  başqa  prosedurasının 

predmet idirsə və işə dair yeni  faktlar yoxdursa.

3.  Məhkəmə  34-cü  maddəyə uyğun  verilən, ancaq  bu  Konvensiyanın,  yaxud 

ona  əlavə  Protokolların  müddəalarına  uyğun  gəlməyən,  açıq-aşkar 

əsaslandırılmamış  və  ya  şikayətlərin  verilmə  hüquqlarından  sui-istifadə  hesab 

etdiyi hər bir fərdi şikayəti  qəbulolıınmaz elan edir.

4. Məhkəmə mövcud  maddəyə uyğun qəbul olunmaz hesab etdiyi verilən hər 

bir şikayəti  rədd edir.  O,  bunu  araşdırmanın  istənilən  mərhələsində edə bilər.

36-cı Maddə.  Üçüncü tərəfin iştirak)

1.  Palataların  har  hansı  birinin  və  ya  Böyük  Palatanın  baxışında  olan 

istənilən işə münasibətdə barəsində, vətəndaşı ərizəçi olan hər bir Razılığa gəlmiş 

Yüksək  İTərəf  yazılı  rəylər  verməkdə  və  Məhkəmə  dinləmələrində  iştirak 

elməkdə haqlıdır.

2.  Ədalət  məhkəməsinin  lazımi  icrasının  xeyrinə  Məhkəmə  Sədri  işdə  tərəf 

olmayan  hər  bir  Razılığa  gəlmiş  Yüksək  Tərəfi,  yaxud  ərizəçi  olmayan,  ancaq 

işdə  maraqlı  hər  bir  şəxsi  yazılı  rəylər  vermək,  yaxud  məhkəmə dinləmələrində 

iştirak  üçün dəvət edə  bilər.

37-ci  Maddə.  Maraqlı tərəflərin  iştirakı  ilə işə baxma  prosedurası və 

dinc saziş prosedurası.

1.Məhkəmə şikayəti məqbul elan etdikdə:

a)  Məhkəmə  maraqlı  tərəflərin  təmsilçilərinin  iştirakı  ilə  işə  baxışı  davam 

etdirir,  zəruri  olduqda  işin  vəziyyətinin araşdırılmasını  həyata  keçirir və bunun 

da səmərəli şəkildə yerinə yetirilinəsi  üçün  maraqlı dövlətlər bütün  zəruri şəraiti 

yaradırlar.

b)  Məhkəmə  bu  Konvensiyada  və  ona  əlavə  Protokollarda  qəbul  olunmuş 

insan  hüquqlarına  əməl  elmə  əsasında  işə  dair  dinc  saziş  bağlamaq  məqsədilə 

özünü marağı olan  tərəflərin sərəncamına verir.

2. 

I  bəndin  "b"  yarımbəndinda  nəzərdə  tutulan  ış  qaydası  məxfi  xarakter 



daşıyır.

38-ci  Maddə.  İş icrasının dayandırılması.

1.  Vəziyyət  aşağıdakı  nəticələri  çıxarmaq  imkanı  verdikdə  araşdırmanın 

istənilən mərhələsində Məhkəmə işin icrasının dayandırılmasına dair qərar qəbul 

edə bilər:

a) ərizəçi  artıq öz şikayətinin  baxılmasına  nail olmaq  fikrində deyil;

b) mübahisə yoluna qoyulmuşdur:

c)  Məhkəmənin  miiəyyən  etdiyi  istənilən  digər səbəbə görə, şikayətə sonrakı 

baxış əsassızdır.

95



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə