Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə42/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

onlar  insan  hüquqlarının  Ümumi  bəyannaməsinin  prinsiplərinə,  bu 

Konvensiyanın  5-ci maddəsində aydın şəkildə ifadəsini tapmış hüquqlara əsasən 

həmçinin:

a) 


irqi üstünlüyə, yaxud  nifrətə əsaslanan ideyaların hər cür yayılmasını, irqi 

ayrı-seçkiliyə hər cür təhrikçiliyi; eləcə də hər hansı  bir irqə,  başqa  rəngli  dəriyə 

və  ya  başqa  etnik  mənşəyə  mənsub  şəxslər  qrupuna  qarşı  yönəldilmiş  bütün 

zorakılıq hərəkətləri, yaxud  belə hərəkətlərə təhrikçiliyi; həmçinin irqçi  fəaliyyət 

göstərmək  üçün,  onun  maliyyələşdirilməsi  də  daxil  olmaqla,  hər  cür  yardım 

göstərilməsini  qanunla cəzaya layiq cinayət elan edirlər.

5-ci Maddə

Bu  Konvensiyanın  2-ci  maddəsində  ifadə  olunmuş  əsas  öhdəliklərə  əsasən 

iştirakçı  dövlətlər  irqi  ayrı-seçkiliyin  bütün  formalarım  yasaq  və  ləğv  etməyi, 

irqinə, dərisinin rənginə, milli, yaxud etnik mənşəyinə görə fərq qoyulmadan hər 

bir  insanın  qanun  qarşısında  bərabərliyini  təmin  etməyi,  xüsusən  aşağıdakı 

hüquqları  həyata keçirməyi öhdələrinə götürürlər:

a)  məhkəmə  və ədaləti  icra  edən  bütün  digər orqanlar  qarşısında  bərabərlik 

hüququ;


b) şəxsi  təhlükəsizlik  hüququ  və  istər vəzifəli  hökumət  adamları,  istərsə də 

ayrı-ayrı  şəxslər,  qruplar,  yaxud  idarələr tərəfindən məruz qaldıqları  zorakılığa, 

yaxud  bədən  xəsarətinə görə dövlət  tərəfindən  müdafiə olunmaq hüququ;

c)  siyasi  hüquqlar,  xüsusən,  ümumi  və  bərabər  seçki  hüququ  əsasında 

keçirilən  seçkilərdə  iştirak  elmək  -  səs  vermək  və  öz  namizədliyini  irəli  sürmək 

hüququ,  ölkənin  idarə  olunmasında,  eləcə də  bütün  səviyyələrdə dövlət  işlərinə 

rəhbərlikdə  iştirak  etmək  hüququ,  həmçinin  dövlət  qulluğuna  girməkdə 

bərabərlik  hüququ;

d) digər mülki  hüquqlar, xüsusən

i) dövlətin hüdudları daxilində yerdəyişmək və yaşamaq azadlığı  hüququ;

ii)  Öz  ölkəsi  də  daxil  olmaqla,  istənilən  ölkəni  tərk  etmək  və  öz  ölkəsinə 

qayıtmaq  hüququ;

iii.  Vətəndaşlıq hüququ;

i  v)  Nigaha girmək  və ər-arvad seçmək hüququ;

v)  islər  təkbaşına,  istərsə də  başqaları  ilə birlikdə əmlak sahibliyi  hüququ

v i) vərəsəlik hüququ;

vii) fikir,  vicdan  və din  azadlığı  hüququ;

viii) əqidə azadlığı  və onu sərbəst  ifadə etmək  hüququ;

ix)  dinc yığıncaqlar və assosiasiyalar yaratmaq  hüququ;

e)  iqtisadi,  sosial  və mədəni  sahələrdə hüquqlar,  xüsusən;

i) əmək, azad  iş seçmək, ədalətli  və əlverişli əmək şəraiti,  işsizlikdən müdafiə, 

eyni  əmək  üçün  bərabər ödəniş,  ədalətli və qənaətləndirici  haqq;

ii)  Həmkarlar ittifaqları  yaratmaq  və ona daxil  olmaq hüququ;

iii) mənzil  hüququ;

iv) səhiyyə,  tibbi  yardım, sosial təminat və sosial  xidmət hüququ;

v) təhsil  və peşə hazırlığı hüququ;

vi) mədəni  həyatda  bərabər  iştirak  elmək hüququ;

f)  ictimai  istifadə  üçün  nəzərdə  tutulan  istənilən  yerdən,  yaxud  istənilən 

xidmət  növündən,  məsələn  nəqliyyat,  mehmanxana,  restoran,  kafe,  teatr  və 

parklardan  istifadə etmək, onlara daxil olmaq  hüququ;

102

23 marl  1966-cı il tarixində  Baş Məclisin 2200 A  ( XXI )   saylı 

qətnaməsi Hə qəbul edilmiş,

imzalanmaq  və təsdiq edilmək üçün açıqdır.  Qüvvəyə minmişdir:

23 mart  1976-cı il

II  HİSSƏ

2-ci maddə

1.  Bu  Paktda iştirak edən hər bir dövlət onun ərazisinin  hüdudları daxilində 

yurisdiksiyasında olan  bütün şəxslərin  bu Paktda etiraf olunan hüquqlarına heç 

bir  fərq  qoyulmadan,  yəni  irqi,  dərisinin  rəngi,  cinsi,  dili,  dini,  siyasi  və  digər 

əqidələri,  milli,  yaxud,  sosial  mənşəyi,  mülki  vəziyyəti,  doğuluşu,  yaxud  başqa 

hallar baxımından fərq qoyulmadan hörmət elməyi və onların təmin olunmasını 

öhdəsinə götürür.

2.  Əgər  hələlik  mövcud  qanunvericilik  tədbirlərində  və ya  digər  tədbirlərdə 

nəzərdə  tutulmamışsa,  bu  Paktda  iştirak  edən  dövlətlər  öz  ölkələrinin 

Konstitusiya  qaydalarına  və  bu  Paktın  müddəalarına  əsasən  bu  Paktda  etiraf 

olunmuş  hüquqların  həyata  keçirilməsi  üçün  zəruri  ola  biləcək  belə 

qanunvericilik  tədbirlərinin  və digər  tədbirlərin  qəbul edilməsi  üçün  lazımi  ölçü 

görməyi öhdələrinə götürürlər.

3.  Bu  Paktda  iştirak  edən  hər  bir  dövlət  öz  üzərinə  aşağıdakı  öhdəlikləri 

götürür:

a)  bu  Paktda  etiraf  olunan  hüquq  və  azadlıqları  pozulmuş  şəxsi  həmin 

pozuntu  hətta  rəsmi  şəxslər  tərəfindən  törədilmiş  olsa  belə,  təsirli  hüquqi 

müdafiə vasitələri ilə təmin etmək.

b)  belə  müdafiəyə  ehtiyacı  olan  hər  bir şəxsin  hüquqi  müdafiə  hüququnun 

səlahiyyətli  məhkəmə,  inzibati,  yaxud  qanunvericilik  hakimiyyəti  orqanları, 

yaxud  dövlətin  hüquq  sisteminin  nəzərdə  tutduğu  digər  səlahiyyətli  orqan 

tərəfindən bərqərar olmasını təmin elmək və məhkəmə müdafiəsinin imkanlarını 

inkişaf etdirmək:

c)  hüquqi  müdafiə  vasitələri  verildikdə  səlahiyyətli  hakimiyyət  tərəfindən 

onların  tətbiqini  təmin etmək.

4-cü Madda

1.  Dövlətdə  millətin  həyalını  təhlükədə qoyan  və mövcudluğu  barədə  rəsmi 

elan  edilmiş  fövqəladə  vəziyyət  yarandıqda,  bu  Paktda  iştirak  edən  dövlətlər 

Pakt  üzrə öhdəliklərindən  geriçəkilmə  tədbirlərim  vəziyyətin  kəskinliyinin  tələb 

etdiyi  dərəcədə  görə  bilərlər,  bir  şərtlə  ki,  belə  tədbirlər  onların  beynəlxalq 

hüquqa  dair  digər  öhdəlikləri  ilə  ziddiyyət  təşkil  etməsin  və  yalnız  irq.  dərinin 

rəngi,  cins,  dil,  din,  yaxud  sosial  mənşə  əsasında  ayrı-seçkiliyə  gətirib 

çıxarmasın.

2.  Bu  müddəa  6,7,8  (I  və  II  bəndlər).  11.  15,  16  və  18-ci  maddələrdən  həı 

hansı  bir geriçəkilmə üçün əsas ola  bilməz.

3.  Paktda  iştirak  edən  dövlətlərdən  istənilən  biri  hüququndan  istifadə 

etdikdə,  dərhal  geri  çəkildiyi  müddəalar  və  onu  belə  geri  çəkilməyə  vadar  edən 

səbəblər  haqqında  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibi  vasitəsilə  həmin 

Paktda iştirak edən digər dövlətlərə məlumat verməlidir.  Eləcə də həmin vasitəçi

M Ü L K İ   V Ə   S İ Y A S İ   H Ü Q U Q L A R   H A Q Q I N D A

B E Y N Ə L X A L Q   P A K T

103



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə