Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   40   41   42   43   44   45   46   47   48

BÜTÜN  MÜHACİR  ZƏHMƏTKEŞLƏRİN  VƏ  ONLARIN AİLƏ 

ÜZVLƏRİNİN  HÜQUQLARININ  QORUNMASI



Haqqında  Beynəlxalq Konvensiya  Baş Məclisin 45/178 saylı  qətnaməsi ilə 

18 dekabr  1990-cı il tarixində qəbul edilmişdir.

Qüvvəyə minməmişdir

II  HİSSƏ.  HÜQUQLAR BARƏSİNDƏ AYRI-SEÇKİLİYƏ  YOL 

VERMƏMƏ 

7-ci Maddə

İştirakçı  dövlətlər  insan  hüquqları  üzrə  beynəlxalq  sənədlərə əsasən,  onların 

ərazisində,  yaxud  yurisdiksiyasında  olan  bütün  mühacir  zəhmətkeşlərin  bu 

Konvensiyada  nəzərdə  tutulan  hüquqlarına  cins,  irq,  dərisinin  rəngi,  dil,  din, 

yaxud,  əqidə,  siyasi,  yaxud,  digər  baxışlar,  milli,  etnik,  yaxud  sosial  mənşə, 

vətəndaşlıq,  yaş,  iqtisadi,  əmlak,  ailə  və  silk  vəziyyəti  və  yaxud  istənilən  başqa 

bir əlamətlə bağlı  heç  bir  fərq qoymadan  hörmət  bəsləməyi  və həmin  hüquqları 

bərpa etməyi  öhdəsinə götürürlər.

108


MİLLİ, YAXUD ETNİK,

DİN  VƏ  DİL AZLIQLARINA MƏNSUB OLAN 

ŞƏXSLƏRİN  HÜQUQLARI  HAQQINDA  KONVENSİYA 

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ



Baş Məclisinin 47/135 saylı qətnaməsi ilə 

18 dekabr  1992-ci il tarixində qəbul edilmişdir

Baş  Məclis,

Heç kəsə irq, cins, dil,  yaxud din fərqi  qoymadan  insan  hüquqlarına və əsas 

azadlıqlara  hörməti  təşviq  etmək  və  inkişaf  etdirmək.  Nizamnamədə  bəyan 

edildiyi kimi,  Birləşmiş  MillətlərTəşkilatmın əsas məqsədlərindən  biri olduğunu 

yenidən  təsdiq edərək,

insanın  əsas  hüquqlarına,  insan  şəxsiyyətinin  ləyaqət  və  dəyərinə,  kişi  və 

qadınların  hüquq  bərabərliyinə,  böyük  və  kiçik  millətlərin  bərabərliyinə  inamı 

yenidən  təsdiq edərək,

İnsan  hüquqlarının  Ümumi  bəyannaməsinin  nizamnaməsində  soyqırımın 

qarşısını  almaq  və  soyqırıma  görə  cəza  haqqında  Konvensiyada,  irqi  ayrı- 

seçkiliyin  bütün  formalarının  ləğv edilməsi  haqqında  beynəlxalq  Konvensiyada, 

iqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında  beynəlxalq  Paktda,  din,  yaxud 

əqidə əsasında  dözümsüzlük  və ayrı-seçkiliyin  bütün  formalarının  ləğv edilməsi 

haqqında  bəyannamədə  və  uşaq  hüquqları  haqqında  Konvensiyada,  eləcə  də 

ümumdünya,  yaxud  bölgə səviyyəsində qəbul edilmiş digər müvafiq  beynəlxalq 

sənədlərdəki,  Birləşmiş  Millətlər  Təşkilatının  ayrı-ayrı  üzv-dövlətləri  arasında 

imzalanmış  beynəlxalq  sənədlərdəki  prinsiplərin  həyata  keçirilməsinə  kömək 

etməyə çalışaraq,

mülki  və  siyasi  hüquqlar  haqqında  paktın  27-ci  maddəsinin  etnik,  dini 

azlıqlara,  yaxud  dil azlıqlarına  mənsub şəxslərin  hüquqlarına  aid  müddəalarına 

əsaslanaraq,

milli,  yaxud  etnik  azlıqlara,  din  və  dil  azlıqlarına  mənsub 

şəxslərin 

hüququnu  təşviqin  və  qorumanın,  həmin  azlıqların  yaşadığı  dövlətdə  siyasi  və 

sosial sabitliyə kömək etdiyini  hesab edərək,

qanunun  aliliyi  əsasında  cəmiyyətin  bütövlükdə  və  demokratik  çərçivə 

daxilində  inkişafının  ayrılmaz  hissəsi  kimi  milli,  yaxud  etnik  azlıqlara,  din.  dil 

azlıqlarına  mənsub  şəxslərin  hüquqlarının  daim  təşviq  edilməsi  və  həyata 

keçirilməsi  xalqlar  və  dövlətlər  arasında  dostluq  və  əməkdaşlığın 

möhkəmləndirilməsinə kömək edə biləcəyini qeyd edərək.

azlıqların müdafiəsində Birləşmiş  Milİəllər Təşkilatının mühüm rol oynamaq 

iqtidarında olduğunu hesab edərək.

Birləşmiş  Milİəllər  Təşkilatı  sistemi  daxilində  həmçinin  insan  hüquqları 

komissiyası  və  ayrı-seçkiliyin  qarşısını  almaq  və  azlıqları  müdafiə  etmək 

yarmıkomissiyası.  İnsan  hüquqları  haqqında  beynəlxalq  paktları  icra  elmək 

məqsədi  ilə  yaradılmış  orqanlar  və  insan  hüquqları  üzrə  digər  müvafiq 

beynəlxalq sənədlər tərəfindən  milli,  yaxud etnik  azlıqlara, din və dil azlıqlarına 

mənsub  şəxslərin  hüququnu  təşviq  və  müdafiə  elmək  sahəsində  bugünə  qədər 

görülən  işləri  nəzərə alaraq,

azlıqların  müdafiəsi,  eləcə  də  milli,  yaxud  etnik  azlıqlara,  din  və  dil 

azlıqlarına  mənsub  şəxslərin  hüquqlarının  təşviq  və  miidaiəsi  sahəsində

109



hökumətlərarası  təşkilatlar  və  qeyri-hökumət  təşkilatları  tərəfindən  görülən 

işləri  nəzərə alaraq,

insan hüquqları  üzrə beynəlxalq sənədləri milli, yaxud etnik azlıqlara, din  və 

dil  azlıqlarına  mənsub  şəxslərin  hüquqları  ilə  əlaqədar  daha  səmərəli  şəkildə 

həyata keçirilməsini təmin etmək zərurətini qəbul edərək,

milli,  yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüquqları 

haqqında  bu  Bəyannaməni elan edir:

1-  ci Maddə

1.  Dövlətlər  onların  müvafiq  ərazilərində  milli,  yaxud  etnik  azlıqların 

varlığını  və özünəməxsusluqlarını  qoruyurlar və  bu  bənzərsizliyin  inkişafı  üçün 

şəraitin  yaradılmasını  təşviq edirlər.

2. Dövlətlər bu məqsədlərə nail olmaq üçün lazımi qanunvericilik tədbirlərini 

və digər tədbirləri görürlər.

2-  ci Maddə

1.  Milli,  yaxud  etnik  azlıqlara,  din  və  dil  azlıqlarına  mənsub  şəxslərin 

(bundan  sonra  azlıqlara  mənsub  şəxslər  adlandırılacaq)  şəxsi  həyatda  və  açıq 

şəkildə sərbəst surətdə və müdaxilə olmadan, yaxud hər hansı  bir formada ayrı- 

seçkiliyə  yol  verilmədən  öz  mədəni  nailiyyətlərindən  faydalanmaq,  öz  dininə 

etiqad  bəsləmək  və dini  adətlərini  icra etmək, eləcə də öz dilini işlətmək hüququ 

var.


2. Azlıqlara mənsub şəxslərin mədəni, dini, ictimai, iqtisadi həyatda və dövlət 

həyatında  fəal  iştirak etmək  hüququ  var.

3.  Azlıqlara  mənsub  şəxslərin  milli  səviyyədə,  zəruri  halda  isə  milli 

qanunvericiliyə  zidd olmamaqla,  mənsub olduqları  azlıqlara,  yaxud  yaşadıqları 

bölgəyə  dair  bölgə səviyyəsində  qərarların  qəbul edilməsində  fəal  iştirak  etmək 

hüquqları  var.

4.  Azlıqlara  mənsub  şəxslərin  öz şəxsi  assosasiyalarını  yaratmaq  və  onların 

fəaliyyətini  təmin etmək hüququ var.

5. 

Azlıqlara  mənsub  şəxslərin  heç  bir  ayrı-seçkilik  olmadan  öz  qrupunun 



digər  üzvləriylə,  başqa  azlıqlara  mənsub  şəxslərlə,  eləcə  də  sərhəd  əlaqəsi 

vasitəsilə  digər  dövlətlərin  milli,  etnik,  dini,  yaxud  dil  bağları  ilə  bağlı  olduğu 

vətəndaşları  ilə sərbəst və dinc əlaqə yaratmaq  və davam etdirmək  hüququ var.

3-  cü  Maddə

1.  Azlıqlara  mənsub  şəxslər  heç  bir  ayrı-seçkiliyə  yol  verilmədən  öz 

hüquqlarını,  o  cümlədən,  bu  Bəyannamədə  ifadə  edilən  hüquqlarını  istər  fərdi 

qaydada,  istərsə də öz qrupunun  digər üzvləri  ilə  birgə həyata  keçirə  bilər.

2.  Bu  Bəyannamədə  ifadə  edilən  hüquqlardan  istifadə  etmə  və  ya  etməmə 

azlıqlara  mənsub  istənilən  şəxsin  durumu  üçün  heç  bir  mənfi  nəticəyə  gətirib 

çıxartmır.

4-  cü  Maddə

1.  Dövlətlər  zəruru  halda  azlıqlara  mənsub  şəxslərin  özünün  bütün  insan 

hüquqları  və  azadlıqlarını  heç  bir  ayrı-seçkiliyə  yol  verilmədən  və  qanun 

qarşısında  tam  bərabərlik  əsasında,  tamamilə  və  səmərəli  şəkildə  həyala  keçirə 

bilmələrini  təmin  etmək  üçün  tədbirlər  görürlər.

2.  Dövlətlər  azlıqlara  mənsub  şəxslərin  konkret  fəaliyyətinin  həyata 

keçirilməsi  milli  qanunvericiliyi  pozduğu  və  beynəlxalq  normalara  zidd  olduğu 

hallar  istisna  olmaqla,  öz xüsusiyyətini  ifadə etməsinə,  öz mədəniyyətini,  dilini, 

dinini,  adət  və  ənənələrini  inkişaf  etdirməsinə  imkan  verən  əlverişli  şərait

110


yaratmaq  üçün  tədbirlər görürlər.

3.  Dövlətlə  azlıqlara  mənsub  şəxslərin  mümkün  olan  yerdə  öz  ana  dilini 

öyrənmək,  yaxud  öz  ana  dilində  təhsil  almaq  üçün  lazımi  imkanlara  malik 

olmasından  ötrü  həyata  keçə  bilən  müvafiq  tədbirləri görürlər.

4.  Dövlətlər  zəruri  hallarda  öz  ərazisində  yaşayan  azlıqların  tarixinin, 

ənənələrinin,  dil  və  mədəniyyətinin  öyrənilməsini  stimullaşdırmaq  məqsədi  ilə 

təhsil  sahəsində,  tədbirlər  görürlər.  Azlıqlara  mənsub  şəxsin  bütövlükdə 

cəmiyyət həyatında zəruri olan  bilikləri  almağa  müvafiq  imkanı  olmalıdır.

5.  Dövlət  azlıqlara  mənsub  şəxslərin  öz  ölkəsinin  iqtisadi  tərəqqisinin  və 

inkişafının  təmin  edilməsində  tam  iştirak  edə  bilməsiylə  bağlı  lazımi  tədbirləri 

görmək  barədə məsələni nəzərdən  keçirir

5-  ci maddə

1.  Milli siyasət və proqramlar azlıqlara mənsub şəxsin qanuni  mənafelərinin 

lazımi dərəcədə  nəzərə alınması  ilə planlaşdırılır və həyata  keçirilir.

2.  Dövlətlər  arasında  əməkdaşlıq  və  yardım  proqramları  azlıqlara  mənsub 

şəxsin  qanuni  mənafelərinin  lazımi  şəkildə  nəzərə  alınması  ilə  planlaşdırılır  və 

həyata keçirilir.

6-  cı Maddə

Dövlətlər qaı şılıqı anlaşmanı  və etimadı inkişaf etdirmək məqsədilə azlıqlara 

mənsub şəxslərə aid məsələlərdə, o cümlədən, məlumat və təcrübə mübadiləsində 

əməkdaşlıq etməlidirlər.

7-  ci Maddə

Dövlətlər  bu  Bəyannamədə  ifadə  edilmiş  hüquqlara  hörməti  təşviq  etmək 

məqsədilə əməkdaşlıq  etməlidirlər.

8-  ci  Maddə

1.  Bu  Bəyannamədə  heç  nə  dövlətlərin  azlıqlara  mənsub  şəxslər  barəsində 

götürdükləri  beynəlxalq  öhdəlikləri  yerinə  yetirməsinə  mane  olmur.  Xüsusən, 

dövlətlər  iştirakçısı  olduqları  beynəlxalq  müqavilə  və  sazişlərə  uyğun  olaraq 

üzərlərinə götürdükləri  vəzifə və öhdəlikləri  vicdanla  yerinə yetirməlidirlər.

2.  Bu  Bəyannamədə  ifadə  edilən  hüquqların  həyata  keçirilməsi  hamının 

qəbul etdiyi  insan hüquqları və əsas azadlıqların bütün şəxslər tərəfindən  həyata 

keçirilməsinə zərər gəlirmir.

3.  Bu  Bəyannamədə  ifadə  edilən  hüquqların  səmərəli  şəkildə  həyata 

keçirilməsini  təmin etmək  məqsədilə dövlətlər tərəfindən görülən  tədbirlər insan 

hüquqlarının  ümumi  Bəyannaməsində  təsbit  edilmiş  bərabərlik  prinsiplərinə 

zidd olan  primafacie hesab edilmirlər.

4.  Bu  Bəyannamədə  heç  nə  dövlətlərin  siyasi  müstəqilliyinə,  ərazi 

bütövlüyünə,  suveren  bərabərliyinə  hörmət  prinsipləri  də  daxil  olmaqla 

Birləşmiş  Millətlər Təşkilatının  məqsəd  və  prinsiplərinə  zidd  olan  har  hansı  bir 

fəaliyyətə yol  verilmə kimi  yozula  bilməz.

9-  eu  Maddə

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları və digər təşkilatlar bu 

Bəyannamədə  ifadə  edilən  hüquq  və  prinsiplərin  tam  həyala  keçirilməsinə  öz 

müvafiq səlahiyyətləri  daxilində yardım edirlər.

111



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə