Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

arasında  qüvvədə  olan  müqavilədən,  konvensiyadan,  yaxud  bəyanatdan  və 

mübahisəni  yoluna  qoymaq  üçün  bu  Konvensiyada  nəzərdə  tutulandan  başqa 

bir vasitədən  istifadə etməməyə razılaşmışlar.

56-cı  Maddə.  Qüvvənin ərazi təsir sahəsi

1.  Hər  bir  dövlət  təsdiq  zamanı  və  ya  sonra  Avropa  Şurasının  Baş  Katibini 

xŞbərdar  edərək,  bu  maddənin  4-cü  bəndini  nəzərə  almaqla  Konvensiyanın 

bütün  ərazilərinə,  yaxud  xarici  əlaqələrinə  görə  məsuliyyət  daşıdığı  ərazilərdən 

birinə aid  olduğunu  bildirə bilər.

2.  Konvensiya  Avropa  Şurası  Baş  Katibi  xəbərdarlıq  məktubunu  aldıqdan 

sonra  otuzuncu  gündən  başlayaraq  bu  məktubda  göstərilən  ərazidə,  yaxud 

ərazilərdə qüvvəyə minir.

3.  Bu  Konvensiyanın  müddəaları  göstərilən  ərazilərdə  yerli  şəraiti  lazımi 

səviyyədə nəzərə alınmaqla  tətbiq edilir.

4.  Bu  maddənin  I  bəndinə  əsasən  bəyanat  vermiş  hər  bir  dövlət  sonradan 

istənilən  vaxt  bu  bəyanatda  göstərilən  bir  və  ya  bir  neçə  əraziyə  görə  bu 

Konvensiyanın  34-cii  maddəsinə  uyğun  olaraq  Məhkəmənin  fiziki  şəxslərdən, 

qeyri-hökumət  təşkilatlarından,  yaxud  fərdi  şəxslər  qrupundan  şikayət  qəbul 

etmək səlahiyyətini  tanımasına dair  bəyanat verə bilər.

57-ci  Maddə.  Düzəliş qeydlər

1.  istənilən  dövlət  bu  Konvensiyanı  imzalayarkən,  yaxud  onun 

təsdiqnaməsini saxlanmağa  təhvil  verərkən həmin  vaxt ərazisində qüvvədə olan 

bu və ya digər qanunun  Konvensiyanın  istənilən  konkret  bir müddəasına uyğun 

olmamasına  dair  bu  müddəaya  düzəliş  verə  bilər.  Bu  maddəyə  əsasən  ümumi 

xarakterli  düzəliş-qeydlərə yol verilmir.

2.  Bu  Maddəyə  əsasən  istənilən  düzəliş-qeyd  müvafiq  qanunun  xülasəsini 

əhatə etməlidir.

58-ci Maddə.  Etibarsız elan etnıə

1.  Razılığa gəlmiş Yüksək Tərəflər Konvensiya Tərəfi olduğu  tarixdən yalnız 

beş  il  keçəndən  və  bu  barədə  digər  Razılığa gəlmiş  Tərəflər  məlumatlandırılan 

bildirişin  Avropa  Şurası  Baş  Katibinə göndərilməsindən  altı ay keçəndən  sonra 

bu  Konvensiyanı etibarsız elan edə bilər.

2.  Etibarsız elan etmə müvafiq  Razılığa gəlmiş Yüksək Tərəfi  bu Konvensiya 

üzrə  öhdəliklərin  pozulması  və  etibarsız  elan  elmənin  qüvvəyə  mindiyi  tarixə 

qədər ola  bilən  istənilən  hərəkət  barəsində  bu  Konvensiya  üzrə öhdəliklərindən 

azad  etmir.

3.  Avropa  Şurasının  üzvü  olmaqdan  imtina  edən  Yüksək  Tərəf  həmin 

şərtlərlə də  bu  Konvensiyanın Tərəfi  olmaqdan azad olur.

4.  Əvvəlki  bəndlərin  müddəalarına  əsasən  Konvensiya  56-cı  maddənin 

müddəalarına  uyğun  olaraq,  qüvvəsinin  aid  edildiyi  istənilən  əraziyə 

münasibətdə etibarsız elan edilə bilər.

59-cu Maddə.  İmzalanma  və təsdiq  edilmə

1.  Bu  Konvensiya  Avropa  Şurasının  üzv  dövlətləri  tərəfindən  imzalanmaq 

üçün  açıqdır.  O  təsdiq  edilməlidir.  Təsdiqnamə  saxlanmaq  üçün  Avropa 

Şurasının  Baş  Katibinə  təhvil verilir.

2.  Bu  Konvensiya  on  ədəd  təsdiqnamənin  saxlanmaq  üçün  təhvil 

verilməsindən  sonra qüvvəyə minir.

3.  Konvensiyanı  sonradan  təsdiq  edən  dövlətlər  üçün 

Konvensiya  bu 

dövlətlər təsdiqnamələrini  saxlanmağa  təhvil  verdikləri  tarixdən  qüvvəyə minir.

98

4. 



Avropa Şurasının Baş Katibi  Konvensiyanın qüvvəyə minməsi, onu  təsdiq 

etmiş  Razılığa  gəlmiş  Yüksək  Tərəflər  və  sonradan  əldə  edilə  bilən 

ləsdiqnaməlorin  təhvil  verilməsi  haqqında  Avropa  Şurasının  üzv  dövlətlərini 

xəbərdar edir.

1950-ci il 4 noyabr tarixində Romada ingilis və fransız dillərində yazılmış hər 

iki  mətn  eyni  qüvvədə  olub,  vahid  nüsxədə  Avropa  Şurasının  arxivində 

saxlanılır.  Baş  Katib  təsdiq  edilmiş  surətləri  Konvesiyanı  imzalamış  dövlətlərə 

göndərir.  (Bu Konvensiyanın mətni  11 -ci  protokola  uyğun  olaraq düzəldilmiş­

dir),

99



İRQİ  AYRI-SEÇKİLİYİN  BÜTÜN  FORMALARININ 

LƏĞV  EDİLMƏSİ  HAQQINDA  BEYNƏLXALQ 

KONVENSİYA

21  dekabr  1965-ci il tarixində Baş Məclisin 2106 Л ( XX)   saylı qətnaməsi ih  

qəbul edilmiş imzalanmaq  və təsdiq edilmək üçün açıqdır.

19-cu maddəyə uyğun  olaraq,  4 yanvar 1969-cu il tarixində 

qüvvəyə minmişdir.

Bu  Konvensiyanın  iştirakçı  dövlətləri;

Birləşmiş  Miiləllər  Təşkilatının  Nizamnaməsinin  hər  bir  insana  məxsus 

ləyaqət  və  bərabərlik  prinsiplərinə  əsaslandığını  və  Təşkilatın  bütün  üzv 

dövlətlərinin  Birləşmiş  Millətlər Təşkilatının irqinə, cinsinə, dilinə və dininə fərq 

qoymadan  hamı  üçün  insan  hüquqlarına  və  əsas  azadlıqlara  hamılıqla  hörmət 

təşviq  edilməsi  və  inkişafı  kimi  əsas  vəzifələrdən  birinə  əməl  edilməsinə  nail 

olmaq  üçün  Birləşmiş  Millətlər  Təşkilatı  ilə  əməkdaşlıqda  birgə  və  müstəqil 

fəaliyyət göstərməyi  öhdələrinə götürdüklərini  hesab edərək,

İnsan  Hüquqlarının  Ümumi  Bəyannaməsinin  bütün  insanların  ləyaqət  və 

hüquq baxımından azad və bərabər doğulduğunu və hər bir insanın heç bir fərq, 

xüsusən,  irqinə,  dərisinin  rənginə,  yaxud  milli  mənşəyinə  fərq  qoyulmadan, 

orada  elan  edilən  bütün  hüquq  və  azadlıqlara  sahib  olmalı  olduğunuhesab 

edərək,


bütün  insanların  qanun  qarşısında  bərabər  olduğunu  və  qanun  tərəfindən 

hər cür  ayrı-seçkilikdən  və ayrı-seçkiliyə hər cür təhrikçilikdən  bərabər müdafiə 

hüququna  malik  olduğunu  hesab edərək,

Harada  və  hansı  formada  təzahür  etməsindən  asılı  olmayaraq  Birləşmiş 

Millətlər Təşkilatının  müstəmləkəçiliyi, onunla bağlı seqreqasiya və ayrı-seçkilik 

təcrübəsini  pislədiyini  və  Müstəmləkə  ölkələrinə  və  xalqlarına  istiqlaliyyət 

verilməsi  haqqında  14  dekabr  1960-cı  il  tarixli  (Baş  Məclisin  1514(XV)  saylı 

qətnaməsi)  bəyannaməsində  bütün  bunlara  təcili  surətdə  və  sözsüz  son 

qoyulmasının zəruriliyini  təsdiq  və təntənəli şəkildə bəyan etdiyini  hesab edərək,

Birləşmiş  Millətlər  Təşkilatının  irqi  ayrı-seçkiliyin  biitün  formalarının  ləğv 

edilməsi  haqqında  20  noyabr  1963-cü  il  tarixli  (Baş  Məclisin  1904(XVIII)  saylı 

qətnaməsi)  bəyannaməsinini  bütün  dünyada  irqi  ayrı-seçkiliyin  bütün  forma  və 

təzahürlərinin  tezliklə  ləğv  edilməsini  və  insan  ləyaqəti,  şəxsiyyətinin  dərk 

edilməsinin  və  ona  hörmətin  təmin  olunmasının  zəruriliyini  təntənəli  şəkildə 

təsdiq  etdiyini  hesab edərək,

İrqi  fərqlərə əsaslanan hər cür  üstünlük  nəzəriyyəsinin elmi  baxımdan saxta, 

əxlaqi  baxımdan çirkin, sosial  baxımdan isə ədalətsiz və təhlükəli olduğuna görə 

irqi ayrı-seçkiliyə harada olursa - olsun, nə nəzəri, nə də təcrübi baxımdan bəraət 

qazandırmanın  mümkünsüzlüyünə əmin olaraq,

İnsanlara  irqinə, dərisinin rənginə, yaxud etnik mənşə əlamətlərinə görə ayrı- 

seçkilik  qoyulmasının  millətlər  arasında  dostluq  və  sülh  münasibətlərinə  mane 

olduğunu  və xalqlar arasında sülh  və təhlükəsizliyin,  hətta eyni  dövlət daxilində 

şəxslərin harmonik  birgə yaşayışının pozulmasına gətirib çıxara  biləcəyini  təsdiq 

edərək,


İrqi  əngəllərin  mövcudluğunun  istənilən  insan  toplusunun  ideallarına  zidd

100


olduğuna əmin olaraq,

Dünyanın  bəzi  bölgələrində  hələ  də  müşahidə  edilən  irqi  ayrı-seçkilik 

təzahürlərindən,  həmçinin  irqi  üstünlük,  yaxud  apartcid,  seqreqasiya  və  ya 

ayırma  siyasətini  irqi  nifrət  prinsiplərinə  əsaslanan  dövlət  siyasətindən  təşvişə 

düşərək,

irqi  ayrı-seçkiliyin  bütün  forma və  təzahürlərini  tezliklə ləğv etmək  və irqlər 

arasında  qarşılıqlı  anlaşmaya  nail  olmaq  və  irqi  seqreqasiya  və  irqi  ayrı- 

seçkiliyin  bütün  formalarından  azad  olan  beynəlxalq  birlik yaratmaq məqsədilə 

irqi  nəzəriyyələrin  və  onların  həyata  keçilmə  təcrübəsinin  qarşısını  almaq  və 

kökünü  kəsmək  üçün  bütün zəruri  tədbirləri görmək əzmini  bildirərək,

Beynəlxalq  Əmək  Təşkilatının  1958-ci  ildə  təsdiq  etdiyi  muzdla  işə  götürmə 

və  əmək  sahəsində  ayrı-seçkilik  haqqında  Konvensiyanı  və  Təhsil,  elm  və 

mədəniyyət  məsələləri  üzrə  Birləşmiş  Millətlər  Təşkilatının  1960-cı  ildə  təsdiq 

etdiyi təhsil sahəsində ayrı-seçkiliyin qarşısının alınması haqqında  Konvensiyanı 

nəzərə alaraq,

Birləşmiş  Millətlər  Təşkilatının  irqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv 

edilməsi  haqqında  bəyannaməsində  şərh  olunmuş  prinsiplərin  həyata 

keçirilməsini  və  bu  məqsədə  nail  olmaq  üçün  əıı  təcili  praktik  tədbirlərin 

görülməsini  təmin etməyi  arzulayaraq,

aşağıdakılar haqqında razılığa gəlmişlər:

I  HİSSƏ

1-ci Maddə

L  Bu  Konvensiyada  "irqi  ayrı-seçkilik"  ifadəsi  məqsədi,  yaxud  nəticəsi 

ictimai  həyatın  siyasi,  iqtisadi,  sosial,  mədəni,  yaxud  istənilən  digər  sahəsində 

bərabər  əsasda  insan  hüquqları  və  əsas  azadlıqların  tanınmasını,  istifadə 

edilməsini,  yaxud  həyata  keçirilməsini  məhv  etmək  və  ya  azaltmaq  olan  irq, 

dərinin  rəngi,  qəbilə,  milli,  yaxud  etnik  mənşə əlamətlərinə  əsaslanan  istənilən 

ayırmanı,  islisnalığı.  məhdudiyyəti,  yaxud  üstün  tutulmanı  bildirir.

2.  Bu  Konvensiyada  heç  nə  iştirakçı  dövlətlərin  milli  mənsubiyyətə, 

vətəndaşlığa,  yaxud  başqa  dövlətin  təbəəliyinə  keçməyə  dair  qanunvericilik 

müddəalarına  hansısa  ölçüdə  təsir  göstərmək  kııııi  yozula  bilməz,  bu  şərtlə  kı, 

belə qərarlarda  müəyyən millət  barəsində ayrı-seçkilik siyasəti  yeridilməsin.

3.  Müdafiəyə  ehtiyacı  olan  bəzi  irqi,  yaxud  etnik  qrupların  və  ya  ayrı-ayrı 

şəxslərin  lazımi  tərəqqisini  təmin etmək  müstəsna  məqsədi  ilə  belə  qrup,  yaxud 

şəxslərin  insan  hüquqlarından  və  əsas  azadlıqlardan  bərabər  istifadə etməsinin 

və  onları  bərabər  həyata  keçirməsinin  təmin  olunması  üçün  zəruri  olan  xüsusi 

tədbirlərin  görülməsinə  ancaq  bu  şərtlə  irqi  ayrı-seçkilik  kimi  baxılmır  ki.  belə 

tədbirlər  müxtəlif  irqi  qruplar  üçün  ayrıca  hüquqların  saxlanmasına  gətirib 

çıxarmasın və onlar nail olunması üçün tətbiq edildiyi məqsədlər əldə edildikdən 

sonra qüvvədə qalmasın.

4-cü  Maddə

İştirakçı  dövlətlər  bir  irqin,  yaxud  dərisi  müəyyən  rəngli  şəxslər  qrupunun 

yaxud  etnik  mənşənin  üstünlüyü  ideya  və  nəzəriyyələrinə  əsaslanan,  yaxud 

hansı  formada  olursa-olsun  irqi  nifrətə  və  ayrı-seçkiliyə  bəraət  qazandırmağa 

onu  təşviq etməyə cəhd  edən  hər cür  təbliğatı  və  təşkilatları  pisləyir,  belə ayrı- 

seçkiliyə,  yaxud  ayrı-seçkilik  hərəkətlərinə  təhıikçiliyin  kökünün  kəsilməsinə 

yönələn  təcili  və  pozitiv  tədbirlər görməyi  öhdələrinə götürürlər  və  bu  məqsədlə

101



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə