Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

2.  Bu müddəa qanuna uyğun hərbi əməliyyatlar nəticəsində insanların ölüm 

halları  istisna  olmaqla  2-ci  maddənin  və ya  3-cü  maddənin, 4-cü  maddənin  1-ci 

bəndin  və  7-ci  maddənin  müddəalarından  hər hansı  biri  geri  çəkilmə üçün  əsas 

ola  bilməz.

3.  Geri  çəkilmənin  bu  hüququndan  istifadə  edən  razılığa  gəlmiş  Yüksək 

tərəflərdən  hər  hansı  biri  həyata  keçirdiyi  tədbirlər  vo  onların  qəbulunun 

səbəbləri haqqında Avropa Şurasının Baş Katibinə ətraflı şəkildə məlumat verir. 

O,  Avropa  Şurasının  Baş  Katibini  həm  də  belə  tədbirlərin  fəaliyyətinin 

dayandırılması  tarixi  və  Konvensiyanın  müddəalarının  tam  həcmdə  həyata 

keçirilməsinə yenidən  başlanılması haqqında  məlumatlandırır.

16-cı  Madda.  Əcnəbilərin siyasi fəaliyyətini məhdudlaşdırma

10,  11  və  14-cü  maddələrdə  heç  nəyə  Razılığa  gəlmiş  Yüksək  Tərəflərin 

əcnəbilərin  siyasi  fəaliyyətinə  məhdudiyyətlər  tətbiq  edilməsi  üçün  maneə  kimi 

baxıla  bilməz.

17-ci  Maddə. Hüquqlardan sui-istifadənin yasaq edilməsi

Mövcud  konvensiyada  heç  nə  hər  hansı  bir  dövlətin,  şəxslər  qrupunun, 

yaxud  hər  hansı  bir  şəxsin  bu 

Konvensiyada  qəbul  edilmiş  hüquq  və 

azadlıqların  ləğvinə, yaxud omarın  Konvensiyada  nəzərdə tutulduğundan artıq 

məhdudlaşdırılmasına  yönəlikli  hər  hansı  bir  fəaliyyətlə  məşğul  olmaq,  yaxud 

hər hansı  bir hərəkəti elmək hüququnun olduğu  kimi  yozula  bilməz.

I8-ci  Maddə.  Hüquqlar  barəsində məhdudiyyətlərdən istifadənin hədləri

Göstərilən  hüquq  və  azadlıqlara  münasibətdə  bu  Konvensiyada  yol  verilən 

məhdudiyyətlər  nəzərdə  tutulan  məqsədlərdən  başqa  heç  bir  məqsədə  tətbiq 

edilmir.

II  BÖLMƏ.  İNSAN  HÜQUQLARI  ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

19-cu  Maddə. Məhkəmənin  təsisi

Razılığa gəlmiş Yüksək  Tərəflər bu Konvensiya və ona əlavə edilən Protokol 

ilə  üzərlərinə  götürdükləri  öhdəliklərə  əməl  edilməsinin  təmin  olunması 

məqsədilə  İnsan  Hüquqları  üzrə  sonradan  "Məhkəmə"  adlandırılan  Avropa 

Məhkəməsi  təsis edirlər.  O, daimi əsaslarla  fəaliyyət göstərir.

20-ci  Maddə.  Hakimlərin sayı

Məhkəməyə  daxil  olan  hakimlərin  sayı  razılığa  gəlmiş  Yüksək  Tərəflərin 

sayma  bərabərdir.

21-ci  Maddə.  Hakimlərə verilən tələblər

1  Hakimlər  yüksək  əxlaqi  keyfiyyətlərə  malik  olmalı  və  yüksək  məhkəmə 

vəzifəsinə  təyin  edilən  zaman  verilən  tələbləri  təmin  elməli,  yaxud  əksəriyyət 

tərəlindən  qəbul edilmiş  nüfuza malik  hüquqşünaslar olmalıdırlar.

2  Hakimlər  Məhkəmənin  işində şəxsən  iştirak edirlər.

3. 


Hakim  vəzifəsində olduqları  bütün müddət ərzində onların  müstəqilliyi və 

qərəzsizliyi  ilə,  yaxud  tam  iş  günü  ərzində  onların  işlərinin  xarakterindən  irəli 

gələn  tələblər  ilə  bir  araya  sığmayan  heç  bir  fəaliyyəti  həyata  keçirmirlər.  Bu 

bənddəki  müddəaların  tətbiqi  ilə  bağlı  yaranan  biitün  məsələlər  Məhkəmə 

tərəfindən həll edilir.

22-ci  Maddə.  Hakimlərin seçkiləri

I  Razılığa  gəlmiş  Yüksək  Tərəflərin  hər  birindən  hakimi  Razılığa  gəlmiş 

Yüksək  Tərəflərin  verdiyi  üç namizədin  daxil  olduğu  siyahıdan  səs çoxluğu  ilə 

Parlament  Assambleyası  seçir.

2.  Məhkəmənin  seçkiyəqədərki  tərkibi  yeni  Razılığa  gəlmiş  Tərəflərin

92

qoşulduğu,  eləcə  də  açılmış  vakansiyaların  doldurulduğu  hallarda 



oxşar 

proseduara  fəaliyyət göstərir.

23-  cü  Maddə. Səlahiyyət  müddəti

1.  Hakimlər altı  illik  müddətə seçilirlər.  Önlar yenidən  seçilə bilərlər.  Ancaq 

birinci  tərkibdəki  hakimlərin  yarısının səlahiyyət müddəti  seçildikləri andan  3  il 

keçdikdən sonra qurtarır.

2.  Birinci  üç  illik  müddətdən  sonra  səlahiyyətləri qurtaran  hakimlər onların 

seçilməsindən dərhal sonra Avropa Şurasının  Baş Katibi tərəfindən püşk yolu ilə 

müəyyənləşdirilir.

3.  Məhkəmə  tərkibinin  yarısının  hər  üç  ildən  bir  mümkün  dərəcədə 

yeniləşməsini  təmin  etmək  üçün  Parlament  Assambleyası  istənilən  sonrakı 

seçkilərin  keçirilməsinədək  belə  bir  qərar  qəbul  edə  bilər  ki.  bir  və  ya  bir  neçə 

seçilməli  hakimin  müddətləri,  yaxud  səlahiyyət  müddətləri  altı  il  deyil,  başqa 

cür, istənilən  halda 9 ildən artıq və 3  ildən  az olmayacaq.

4.  Bir səlahiyyət  müddətindən  artıq  müddətdən  söhbət  getdiyi  və  Parlament 

Assambleyası  əvvəlki  bəndin  müddəalarını  tətbiq  eldiyi  hallarda  səlahiyyət 

müddətləri  seçkilərdən  dərhal  sonra  Avropa  Şurasının  Baş  katibi  tərəfindən 

püşk yolu ilə müəyyənləşdirilir.

5.  Hələ  səlahiyyət  müddəti  bitməyən  başqa  hakimi  əvəzləmək  üçün  seçilən 

hakim  bu  postu əvvəlki  hakimin səlahiyyətlərindən qalan  müddət ərzində tutur.

6.  Hakimlərin səlahiyyət müddəti onların  70 yaşına çatması  ilə qurtarır

7.  Hakimlər  öz  postlarını  doyişdirilənədək  tuturlar.  Bununla  belə, 

dəyişdirildikdən  sonra  da  artıq  icraatlarında  olan  işlərə  baxmaqda  davam 

edirlər.


24-  cü  Maddə. Vəzifədən azadetmə

Hakim  vəzifəsindən  yalnız  digər  hakimlərin  üçdə  iki  səs  çoxluğu  ilə  onun 

verilən  tələblərə  artıq  uyğun  gəlmədiyinə dair  qərar  qəbul  etdikləri  halda  azad 

edilə bilər.

25-  ci  Maddə.  Katiblik  və hüquq referentləri

Hakimin  hüququ,  vəzifəsi  və  təşkilatı  Məhkəmə  Reqlamenti  ilə 

müəyyənləşdirilən  Məhkəmə  Katibliyi  var.  Məhkəmə  hüquq  referenilərinin 

xidmətindən  istifadə edir.

26-  cı  Maddə.  Məhkəmənin  plenar iclasları

Məhkəmə plenar iclaslarda:

a)  üç  il  müddətinə öz sədrini  və sədrin  bir.  yaxud  iki  müavinini  seçir.  Onlar 

yenidən seçilə bilərlər:

b) müəyyən müddət  üçün yaradılan  Palatalar  təşkil edir;

c) Məhkəmə Palataları sədrini seçir.  Onlar yenidən seçilə bilərlər:

d)  Məhkəmə reqlamentini qəbul edir;  və

e) Məhkəmənin Katib-kansİerini və onun bir. yaxud bir neçə müavinini seçir

27-ci  Maddə.  Komitələr,  Palatalar və  Böyük  Palata

I  Məhkəmə  ona  verilən  işə  baxmaq  üçün  hər  birinin  tərkibi  iiç  hakimdən 

ibarət olan  komitələri, tərkibi yeddi hakimdən  ibarət olan  Böyük Palatanı  təşkil 

edir.  Məhkəmənin  Palataları  müəyyən  müddətə komitələr yaradır.

2.  İşdə  tərəf olan,  dövlətin  seçdiyi  hakim.  Palataların  və  Böyük  Palatanın 

exoflicio  üzvüdür;  belə  bir  hakim  olmayanda,  yaxud  o.  iclasda  iştirak  edə 

bilmədiyi halda  həmin dövlət  hakim qismində çıxış edən  bir şəxsi  ləyin edir.

3.  Böyük  Palatanın  tərkibinə  Məhkəmə  Reqlamentinə  uyğun  olaraq  təyin

93



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə