Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

Bununla  belə  bu  Konvensiya  və  ona  əlavə  Protokollar  ilə  təmin  olunmuş 

insan hüquqlarına  əməl etmə bunıı  tələb etdikdə Məhkəmə şikayətə baxılmasını 

davam etdirir.

2.  Məhkəmə  bu  addımı  şəraitin  doğurduğunu  hesab  edərsə,  şikayəti 

baxılmalı  işlərin siyahısına  bərpa etmək haqqında qərar qəbul edə bilər.

39-cıı  Maddə.  Dinc saziş bağlama

Dinc saziş bağlandıqda  Məhkəmə faktların  və əldə edilmiş  nəticələrin  yalnız 

xülasəsi  verilən  qərarlar çıxarmaq  yolu  ilə işi öz siyahısından çıxarır.

40-cı  Maddə.  Açıq  məhkəmə iclasları və sənədlər ilə tanışlıq yolu

1.  Məhkəmə  müstəsna  hallarla  bağlı  başqa  qərar  qəbul  etmədikdə  onun 

iclasları açıqdır.

2.  Saxlanmaq  üçün  Katibliyə  verilmiş  sənədlər  Məhkəmə  sədri  başqa  qərar 

qəbul etmədikdə ictimaiyyət  üçün açıqdır.

41-ci  Maddə.  Ədalətli ödənc

Əgər  Məhkəmə  Konvensiyanın  və ya  ona əlavə Protokolların  pozuntusunun 

baş  verdiyini.  Razılığa  gəlmiş  Yüksək  Tərəflərin  daxili  hüququnun  isə  bu 

pozuntunun  nəticələrini  ancaq  qismən  aradan  qaldırılmasına  imkan  verdiyini 

elan  edərsə, zəruri  halda zərər çəkmiş  tərəfə ədalətli ödənc verir.

42-ci  Maddə.  Palatanın qərarları

Palatanın  qərarları  44-cü  maddənin  2-ci  bəndinin  müddəalarına  əsasən  qəti 

hal alır.

43-cü  Maddə.  İşin  Böyük Palataya  verilməsi

1.  Palatanın  müstəsna  hallarda  qərar çıxardığı  tarixdən  üç ay ərzində  işdəki 

tərəflərdən  istənilən  birinin  baxılması üçün işi  Böyük  Palataya  vermək haqqında 

müraciəti  mümkündür.

2.  Bu  Konvensiyanın  və  ya  ona  əlavə  Protokolların  müddəalarının  təfsiri, 

yaxud  tətbiqiylə bağlı ciddi  bir məsələ, yaxud ümumi xarakterli  başqa bir məsələ 

qaldırıldığı  halda  müraciəti  Böyük  Palatanın  beş  üzvündən  ibarət  Kollegiya 

qəbul  edir.

3.  Kollegiya  müraciəti  qəbul eldikdə  Böyük Palata  iş  üzrə öz qərarını  çıxarır

44-cü  Maddə.  Qəti qərarlar

1.  Böyük  Palatanın  qərarı  qəlidir.

2.  Palataların  hər  birinin  qərarı  aşağıdakı  hallarda qəti olur:

a)  tərəflər  işin  Böyük  Palataya  verilməsinə  dair  xahiş  edəcəklərini 

bildirmədikdə;

b)  qərar  çıxarıldığı  tarixdən  üç  ay  müddətində  işin  Böyük  Palataya 

verilməsinə dair müraciət edilmədikdə;

c)  Böyük  Palatanın  Kollegiyası  43-cü  maddəyə  əsasən  işin  verilməsi 

haqqında  müraciəti  rədd eldikdə;

3.  Qəti qərar dərc edilməlidir.

45-ci  Maddə.  Qərar və hökmləri əsaslandırma.

I  Şikayətlərin  qəbul  olunması, yaxud  qəbul olunmaması  haqqında qərarlar, 

həmçinin  hökmlər motivloşdirilmalidir.

2.  Qərar hakimlərin  yekdil  fikrini  bütövlüklə, yaxud  qismən  ifadə etmədikdə 

hər  bir  hakim  özünün  xüsusi  fikrini  təqdim etməkdə haqlıdır.

46-cı  Maddə.  Məcburi  qüvvə və qərarların icrası.

i  Razılığa  gəlmiş  Yüksək  Tərəflər  tərəf olduqları  iş  üzrə  qəli  qərarı  yerinə 

yclıı məyi  öhdələrinə götürürlər.

96

2.  Məhkəmənin  qəti  qərarı  Nazirlər  Komitəsinə  göndərilir  və  bu  Komitə 



onun icrasına nəzarəti həyata  keçirir.

47-ci Maddə.  Məsləhətverici rəylər

1.  Məhkəmə Nazirlər Komitəsinin xahişinə görə, Konvensiyanın və ona əlavə 

protokolların  müddəalarının  təfsirinə aid  hüquqi  məsələlər üzrə məsləhətverici 

rəylər çıxara  bilər.

2.  Bu  rəylər  nə  Konvensiyanın  1  bölməsində  və  ona  əlavə  edilən 

protokollarda  müəyyənləşdirilən  hüquq və azadlıqların  məzmun  və ya  həcminə, 

nə  də  Konvensiyada  nəzərdə  tutulan  hər  hansı  bir  müraciətə  baxılarkən 

Məhkəmənin, yaxud Nazirlər Komitəsinin, ehtimal  ki, qaldırmalı olacağı başqa 

məsələlərə toxunmamalıdır

3.  Nazirlər  Komitəsinin  Məhkəmədən  məsləhətverici  rəy  verməsi sorğusu  ilə 

bağlı  qərarı  Komitədə  iclas  aparmaq  hüququ  olan  nümayəndələrin səs çoxluğu 

ilə qəbul edilir.

48-ci  Maddə.  Məsləhətverici rəylər ilə bağlı  Məhkəmənin səlahiyyətləri

Məsləhətverici  rəylə  bağlı  Nazirlər  Komitəsinin  göndərdiyi  sorğunun. 

Məhkəmənin  47-ci  maddədə  müəyyənləşdirilən  məsləhətverici  səlahiyyətlərinə 

aid olub-olmaması haqqında məsələni  Məhkəmə həll edir.

49-cu Maddə.  Məsləhətverici rəyləri əsaslandırma

1.  Məhkəmənin məsləhətverici  rəyləri  motivlaşdirilməlidir.

2.  Məsləhətverici  rəy  bütövlükdə,  yaxud  qismən  hakimlərin  yekdil  fikriini 

ifadə  etmədikdə,  hər  hansı  bir  hakim  özünün  xüsusi  fikrini  təqdim  etməkdə 

haqlıdır.

3.  Məhkəmənin məsləhətverici  rəyləri  Nazirlər Komitəsinə  göndərilir.

50-ci  Maddə.  Məhkəmə xərcləri

Məhkəmənin  fəaliyyətilə bağlı xərcləri  Avropa Şurası  ödəyir.

51-ci  Maddə.  Məhkəmənin  imtiyaz və immunitetləri

Hakimlər öz funksiyalarını  icra edərkən  Avropa  Şurası Nizamnaməsinin 40- 

cı maddəsində və onun əsasında  bağlanmış sazişlərdə nəzərdə tutulan  imtiyaz və 

immunitetlərdən istifadə edirlər.

Ill  BÖLMƏ.  MÜXTƏLİF MÜDDƏALAR

52-ci  Maddə.  Baş katibin sorğuları

Razılığa  gəlmiş  Yüksək  Tərəflərdən  hər  biri  Avropa  Şurası  Baş  katibinin 

xahişindən  sonra  bu  Konvensiyanın  müddəalarından  istənilən  birinin  səmərəli 

tətbiqini  öz daxili  hüququnun  necə təmin etməsinə dair izahat  təqdim edir.

53-cü Maddə.  Qəbul edilmiş insan  hüquqlarının təminatı

Bu  Konvensiyada heç nə Razılığa gəlmiş Yüksək Tərəflərdən istənilən birinin 

qanunvericiliyi,  yaxud  onun  iştirak  eldiyi  başqa sazişilə  təmin  edilə  bilən  insan 

hüquqlarının  və  əsas  azadlıqlarının  hər  hansı  birinin  məhdudlaşdırılması, 

azaldılması  kimi şərh edilə bilməz.

54-cü Maddə. Nazirlər Komitəsinin səlahiyyətləri

Bu  Konvnsiyada  heç nə Avropa  Şurasının  Nizamnaməsi  tərəfindən  Nazirləı 

Komitəsinə verilmiş səlahiyyətləri  azaltmır.

55-cl Maddə.  Mübahisələri yoluna qoymağın  bıışqa  vasitələrindən imtina

Razılığa 

gəlmiş 

Yüksək 


Tərəflər 

xüsusi 


sazişlə 

başqası 


müəyyənləşdirilmədikda,  bu  Konvensiyanın  müddəalarının  təfsiri  və  yaxud 

tətbiqiylə bağlı mübahisə ərizə göndərmək yolu  ilə baxılmağa verilərkən onların

97



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə