Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə34/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

tələbatlarını  və  arzularını  nəzərə  alacaqlar".  Bundan  başqa,  Çərçivə 

Konvensiyasının  15-ci  maddəsi  dövlətin  boynuna  "milli  azlıqlara  mənsub 

şəxslərin  mədəni,  ictimai  və  iqtisadi  həyatda,  eyni  zamanda  dövlət  işlərində, 

xüsusən  də  onlara  aid  işlərdə  səmərəli  iştirak  etmələri  üçün  zəruri  şərait 

yaratmaq"  öhdəliyini  qoyur.  Demokratik  cəmiyyətlərdə  məhkəməyə  səmərəli 

imkanların  əhəmiyyətini  nəzərdən  keçirərkən  yuxanda  xatırlanan  standartlar 

diqqətə alınsa, güman elmək olar ki, dövlət mümkün olduğu dərəcədə kassasiya 

orqanlarını  da  daxil  etməklə  başqalarının  hüquqlarına  hörmət  edərək  və 

araşdırmanın  bütövlüyünü  dəstəkləyərək,  milli  azlıqlara  mənsub  şəxslərin 

məhkəmə  prosesində  (istər  cinayət,  istər  mülki,  istərsə  də  inzibati)  öz  dilində 

fikrini  bildirmək  hüququnu  təmin edəcəkdir.

19) 


Ədalət  məhkəməsinə imkan  insan hüquqlarının  gerçəkləşdirilməsində nə 

dərəcədə  həyati  əhəmiyyət  kəsb edirsə,  insanın  səmimilik  və  sadəliklə  mövcud 

proseduralarda  iştirakı  da  həmin  dərəcədə  belə  imkanın  əsas  ölçüsüdür.  Buna 

görə  də  milli  azlıqlara  mənsub  şəxslərin  dilində  (dillərində)  məhkəmə 

proseduralarının  mövcudluğu  belə  şəxslər  üçün  ədalət  məhkəməsinə  imkanı 

daha  birbaşa və sadə edir.

Buna  əsasən  bölgə dilləri  və azlıqların dilləri  haqqında Avropa Xartiyasının 9-

cu  maddəsi  müəyyənləşdirir  ki,  mümkün  dərəcədə  və cəlb  olunmuş  tərəflərdən 

birinin sorğusu əsasında bütün məhkəmə işi bölgə dilində və ya azlıqların dilində 

aparılmalıdır.  Avropa  Şurasının  Parlament  Assambleyası  da  özünün  1201 

Tövsiyyəsinin 

7(3)-cü 


maddəsində 

bu 


nəticəyə 

gəlmişdir. 

Maddə 

müəyyənləşdirir  ki,  "milli  azlıqların  nümayəndələrinin  kifayət  qədər 



nümayəndəsinin  yaşadığı  bölgələrdə  milli  azlıqlara  mənsub  şəxslərin  inzibati 

hakimiyyətlə  əlaqədə,  məhkəmə  işlərində  və  hüquq  orqanlarda  özünün  doğma 

dilindən  istifadə  etmək  hüququ  vardır".  Dövlət  məhkəmə  orqanları 

əməkdaşlarının  işə götürülməsi  və  təlimi siyasətini  buna  uyğun  aparmalıdır.

Azadlıqdan məhrum  etmə

20)  BMT-nin  məhbuslarla  davranış  üzrə  minimal  standart  qaydalarının  51-ci 

qaydasının  lvə  2-cı  bəndlərində.  Avropa  Şurası  tərəfindən  qəbul  edilən 

həbsxanalar  haqqında  Avropa  əsasnaməsinin  60-cı  qaydasının  1  və  2-ci 

bəndlərindəki  kimi,  məhbəsdə  olanların  həbsxana  adminstrasiyası  tərəfindən 

başa  düşülməsinin  əhəmiyyəti,  ham  də məhbusların  həbsxana  adminstrasiyasını 

başa düşmələrinin əhəmiyyəti qeyd elunur.  Bu əsasnamə öz-özlüyündə azlıqların 

hüquqlarına aid deyildir  Amma  məhbusların  ifada olunmuş arzulan ilə birlikdə 

onların  sayını,  bərabərlik  və  diskriminasiyaya  yol  verməmək  prinsipini  nəzərə 

almaqla  yuxarıda  xatırlanan  əsasnamə  milli  azlıqlara  mənsub  şəxslərin  çoxluq 

təşkil etdikləri  bölgələrdə daha ciddi  öhdəlikdir.

21)  BMT-nin  məhbuslarla  davranış  üzrə  minimal  standart  qaydalarının  37-ci 

qaydası  Avropa  Şurasının  qəbul  etdiyi  həbsxanalar  haqqında  Avropa 

Əsasnaməsinin 43(1 )-ci  maddəsi  kimi,  məhbusların öz ailələri,  layiqli  dostları  və 

şəxslərlə,  xarici  təşkilatların  nümayəndələri  ilə  ünsiyyətə  girmək  hüququnun 

olduğunu  göstərir.  İnsanın  ifadə  azadlığı,  öz  dilindən  ictimai  yerlərdə  və  şəxsi 

həyatda  istifadə etmək  kimi hüquqlarının əhəmiyyəti  ilə əlaqədar hakimiyyət bu 

hüquqlara  qanunda  nəzərdə  tutulan  məhdudiyyətlər  çərçivəsində  hətta 

penitensiar  müəssisələrdə  də  hörmət  etməyə  borcludur.  Bir  qayda  olaraq, 

məhbusların  öz  dilində  həm  digər  məhbuslarla  və  yanına  gələnlərlə şifahi,  həm 

də yazışmada  istifadə elmək  imkanları olmalıdır.  Bununla  belə, cinayət  əməlinə

80

görə  saxlanılmış  şəxslərin  müəyyən  hüquqları  və  azadlıqları  beynəlxalq 



alətlərdəki  məhdudiyyətlərə  uyğun  olaraq  ictimai  təhlükəsizlik  baxımından 

qanuni  əsaslarla  məhdudlaşdırıla  və  ya  dayandırıla  bilər.  Məhbusların  dıl 

azadlıqlarından  praktikada  istifadəsinə,  adətən,  onların  dilində  danışılan 

yerlərdə saxlanılması  daha yaxşı imkan yaradır.

81



BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ 

NİZAMNAMƏSİ



BİZ,  B İR L Ə Ş M İŞ  M İL L Ə T L Ə R İN  X A L Q L A R ! Q Ə Tİ Q Ə R A R L IY IQ  

gələcək  nəsilləri  iki  dəfə  həyatımızda  insanlığa  ifadə olunmaz  ağrı  gətirmiş 

müharibə bəlalarından qurtarmaqda və

insanın  əsas azadlıqlarına,  insan şəxsiyyətinin  ləyaqətinə və dəyərinə,  kişi  və 

qadınların  hüquq  bərabərliyinə, böyük və kiçik millətlərin bərabərliyinə yenidən 

inamımızı  təsdiq etməkdə və

müqavilələrdən  və  beynəlxalq  hüququn  başqa  mənbələrindən  irəli  gələn 

öhdəliklərə ədalət  və hörmət riayət olunan şərait yaratmaqda və

böyük  azadlıq  şəraitində  həyatın  sosial  inkişafına  və  yaxşılaşdırılmasına 

yardım etməkdə,



VƏ BU M ƏQ SƏD   ÜÇÜN

dözümlülük  göstərmək,  mehriban  qonşular  kimi  bir-birimizlə sülh  içində və 

birlikdə yaşamağa  və

beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləmək üçün güclərimizi birləşdirmək 

prinsiplərin  qəbulu  və metodların  müəyyənləşdirilməsinin  təminatı  ilə silahlı 



gücün  başqa cür yox,  məhz  ümumi  maraq  naminə istifadə olunsun  və

beynəlxalq  aparatdan  bütün  xalqların  iqtisadi  və  sosial  tərəqqisinə  yardım 

üçün istifadə etmək,

Bu  məqsədlərə çalmaq  üçün öz səylərimizi  birləşdirmək qərarına gəldik.

Buna  uyğun  olaraq  bizim  müvafiq  dövlətlərimiz San-Fransiskoya  toplaşan, 

laznni  formada  öz səlahiyyətlərini  təqdim  edən  təmsilçilər  vasitəsi  ilə  Birləşmiş 

Millətlər Təşkilatının  mövcud  nizamnaməsini  qəbul etmək  razılığına  gəldilər və 

bununla da  "Birləşmiş  Millətlər" adlanan  beynəlxalq  təşkilatı  təsis etdilər.

I  FƏSİL.  MƏQSƏDLƏR  VƏ  PRİNSİPLƏR

i-ci maddə

Birləşmiş  Millətlər Təşkilatı aşağıdakı məqsədləri güdür:

2.  Bərabər hüquqluluq  və xalqların öz müqəddaratını  təyin etmək  prinsipinə 

hörmət  əsasında  millətlər  arasında  münasibətləri  inkişaf  etdirmək,  eyni 

zamanda  ümumsülha  nail olmaq  üçün  digər uyğun  tədbirlər görmək;

3.  İqtisadi,  sosial,  mədəni  və  humanitar  xarakterli  beynəlxalq  problemlərin 

həllində  və  irq,  cins,  dil  və  din  fərqi  qoymadan  hamı  üçün  insan  hüquqları  və 

əsas  azadlıqlarına  hörmətin  təşviq  və  inkişaf  etdirilməsində  beynəlxalq 

əməkdaşlığı  gerçəkləşdirmək,  və

IV  FƏSİL.  BAŞ MƏCLİS

13-cü  maddə

v) İqtisadi, sosial, mədəni,  təhsil, səhiyyə sahələrində beynəlxalq əməkdaşlığa 

yardım  göstərmək  və  irq,  cins,  dil  və  din  fərqi  qoymadan  hamı  üçün  insan 

hüquqlarının  və əsas azadlıqlarının gerçəkləşməsinə yardım göstərmək.

82

İNSAN  HÜQUQLARININ  ÜMUMİ  BƏYANNAMƏSİ



Baş Məclisin 217 A  ( IU )  saylı qətnaməsi ilə 10 dekabr  1948-Ci il  tarixdə qəbul

və elan  olunmuşdur

PREAMBULA

İnsan nəslinin bütün üzvlərinə məxsus ləyaqətin, onların bərabər və ayrılmaz 

hüquqlarının  tanınmasının  azadlıq,  ədalət  və  ümumi  sülhün  əsası  olduğunu 

nəzərə alaraq;  və

İnsan  hüquqlarına  qarşı  bəşəriyyətin  vicdanını  hiddətləndirən  hörmətsizlik 

və  həqarətin  barbarlıq  hərəkətlərinə  gəlirib  çıxardığını,  adamların  söz  və  əqidə 

azadlığına  malik  olacağı  bir  dünya  qurulmasını  insanların  yüksək  amalı  elan 

olunduğunu  nəzərə alaraq;  və

İnsanın  istibdad  və  zülm  əleyhinə  son  mübarizə  vasitəsi  kimi  üsyana  əl 

almağa  məcbur  olmaması  üçün  insan  hüquqlarının  qanunun  gücü  ilə  təmin 

edilməsinin zəruriliyini  nəzərə alaraq;  və

Xalqlar  arasında  dostluq  münasibətlərinin  inkişaf  etdirilməsinin  zəruri 

olduğunu  nəzərə alaraq; və

Birləşmiş  Millətlər  xalqlarının  Nizamnamədə  insanın  əsas  hüquqlarına, 

insan  şəxsiyyətinin  ləyaqət  və  dəyərinə,  kişi  və  qadınların  bərabərliyinə  inam­

larını  təsdiq  eldiklərini  və  daha  böyük  azadlıqlar  şəraitində  sosial  tərrəqiyə  və 

həyat  tərzinin  yaxşılaşdırılmasına  yardım  göstərməyi  qərara  aldıqlarını  nəzərə 

alaraq; və

Üzv  dövlətlərin  Birləşmiş  Millətlər  Təşkilatı  ilə  əməkdaşlıqda  insan 

hüquqlarına  hamılıqla  hörmət  göstərilməsinə  və  onlara  riayət  olunmasına 

yardım  etməyi öhdələrinə götürdüklərini  nəzərə alaraq;  və

Bu  hüquq  və  azadlıqların  xarakterinin  hamılıqla  dərk  edilməsinin  həmin 

öhdəliyin  tam  yerinə yetirilməsində böyük əhəmiyyət daşıdığını  nəzərə alaraq,

Baş Məclis

İnsan  hüquqları  haqqında  bu  Ümumbəyannaməniıı  yerinə  yetirilməsinə 

bütün  xalqların  və dövlətlərin  çalışmalı  olduğu  bir  vəzifə kimi  elan  edir  ki,  hər 

bir  insan  və cəmiyyətin  hər  bir  orqanı  bu  Bəyannaməni  daim  nəzərdə  tutaraq, 

maarif  və  təhsil  yolu  ilə  hamin  hüquq  və  azadlıqlara  hörmət  edilməsinə, 

mütərəqqi  milli  və  beynəlxalq  tədbirlər  vasitəsi  ilə  onların  həm  təşkilatın  üzv- 

dövlətlərinin,  həm  də  onların  yurisdiksıyasındakı  ərazilərin  xalqları  arasında 

səmərəli  tanınmasının  və həyala  keçirilməsinin  təmin  olunmasına cəhd etsinlər.

1-  ci  Maddə

Bütün  insanlar  azad,  hüquq  və  ləyaqətinə  görə  bərabər  doğulurlar.  Onlar 

idrak  və  vicdan  sahibidirlər  və  biri-birinə  münasibətdə  qardaşlıq  ruhunda 

davranmalıdırlar.

2-  ci  Maddə

Hər bir  insan  irqinə, dərisinin  rənginə, cinsinə, dilinə, dininə, siyasi  və başqa 

əqidəsinə,  milli,  yaxud  sosial  mənşəyinə,  əmlak,  silk,  yaxud  başqa  vəziyyətinə 

görə  fərq  qoyulmadan  bu  Bəyannamədə elan  edilmiş  hüquqlara  və  azadlıqlara 

malik olmalıdır.

Bundan başqa  insanın mənsub olduğu ölkənin, yaxud ərazinin siyasi, hüquqi 

və  ya  beynəlxalq  statusuna  görə  həmin  ərazinin  müstəqilliyindən,  qəyyumluq

83



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə