Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə32/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

informasiya azadlığı haqqında Bəyannamənin III (s) maddəsində qərara alırlar ki, 

"informasiyanın  sərbəst  axınını  təşviq  etsinlər.  Bununla  da  beynəlxalq 

anlaşmaya,  inam  və  ənənələri  yaxşı  bilməyə,  fikirlər  müxtəlifliyinə  hörmətə  və 

mədəniyyətlərin  qarşılıqlı  zənginləşməsinə  töhfə  versinlər".  Sərhədləri  keçən 

informasiya  vasitələri  arasındakı  əlaqələrə  gəlincə  dövlət  öz  siyasətini  bu 

maddənin  ruhuna uyğunlaşdırmalıdır.

İqtisadi həyat

12) 


Beynəlxalq  alətlərdə  milli  azlıqlara  mənsub  şəxslərin  iqtisadi  fəaliyyət 

sahəsində  hüquqlarına  aid  istinadlar  azdır.  Amma  beynəlxalq  alətlərdə  milli 

azlıqlara  mənsub  şəxslərin  öz  dilindən  ictimai  yerlərdə  və  şəxsi  həyatda  azad, 

diskriminasiyaya  məruz  qalmadan,  şifahi,  yazılı,  fərdi  və  başqa  insanlarla 

birlikdə  istifadə  etmək  hüququna  istinadlar  vardır.  Milli  və  siyasi  hüquqlar 

haqqında  Beynəlxalq  Paktın  19(2)-cu  maddəsi  və  insan  hüquqlarının  və  əsas 

azadlıqlarının  müdafiəsi  haqqında  Avropa  Konvensiyasının  10(2)-cu  maddəsi 

yalnız  başqaları  tərəfindən  verilə  biləcək  (daha  doğrusu  kommunikasiyanın 

məzmununa) ideya  və mülahizələrə  münasibətdə deyil,  həm  də kommunikasiya 

vasitəsi  kimi  dilə  münasibətdə  ifadə  azadlığına  təminat  verir.  Bərabərlik  və 

diskriminasiyanın  yoxluğuna  müvafiqliyi  ilə  bu  hüquq  milli  azlıqlara  mənsub 

şəxslərin  öz  seçiminə  uyğun  dildə  özünün  müəssisəsini  yaratmaq  və  işlətmək 

hüququnu  ifadə  edir.  Fərdi  sahibkarların  öz  müştəriləri  ilə  səmərəli  ünsiyyət 

qurmaq  və  öz  təşəbbüslərini  namusla  həyata  keçirmək  bacarığının  əhəmiyyəti 

baxımından  onların  sərbəst dil seçimində lazımsız məhdudiyyətlər olmamalıdır.

Çərçivə Konvensiyasının  1 l(20)-ci maddəsi müəyyənləşdirir ki  "milli  azlıqlara 

mənsub  istənilən  şəxsin  ictimai  yerlərdə  öz  azlığının  dilində  şəxsi  xarakterli 

lövhə,  yazılar  və  başqa  informasiyalar  yerləşdirmək  hüququ  vardır".  Çərçivə 

Konvensiyasındakı  "şəxsi  xarakterli  ifadəsi  rəsmi olmayanların  hamısına  aiddir. 

Deməli,  dövlət  fərdi  sahibkarlığın  aparılması  üçün  dil  seçiminə  heç  bir 

məhdudiyyət qoya  bilməz.

Yuxarıda deyilənlərə baxmayaraq, dövlət rəsmi dövlət dilinin və ya dillərinin 

başqa  şəxslərin  hüquqları  ilə  bağlı,  yaxud  da  dövlət  orqanları  ilə  mübadilə  və 

kommunikasiya  tələb  edən  iqtisadi  fəaliyyət  sektorlarında  tətbiqini  tələb  edə 

bilər.  Bu,  mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  19(3)-cü 

maddəsində  və  insan  hüquqları  və əsas azadlıqlarının  müdafiəsi  haqqında  Avropa 

Konvensiyasının  10(2)  maddəsində  müəyyənləşdirilən  fikir  azadlığına  icazə 

verilmiş  məhdudiyyətdən  irəli  gəlir.  Yuxarıda  xatırlanan  maddələrdə  ifadəsini 

tapmış  ayrı-ayrı  icazə  verilmiş  məhdudiyyətlər  kommunikasiyanın  məzmununa 

məhdudiyyət  kimi  özünü doğrulda  bilsə də. kommunikasiya  vasitəsi  kimi dildən 

istifadəyə  məhdudiyyət  şəkilində  onlar  özlərini  heç  vaxt  doğrulda  bilməzlər. 

Amma  başqalarının  hüquq  və  azadlıqlarının  müdafiəsi  və  dövlət  idarəetmə 

orqanlarının  məhdud  tələbləri  rəsmi  dövlət  dilindən  və  ya  dillərindən  əlavə 

istifadə üçün xüsusi  təminatı doğrulda bilər.  Bu, şəraitdən asılı olaraq, iş yerində 

sağlamlığın  və  təhlükəsizliyin  qorunması,  istehlakçıların  müdafiəsi,  əmək 

münasibətləri,  vergi,  maliyyə  hesabatı,  dövlət  tibbi  sığorta  və  işsizlik  halları 

üçün  və nəqliyyat  üçün sığorta  kimi sektorlara  tətbiq edilə bilər.  Qanuni  ictimai 

maraq  əsasında dövlət  həm  də istənilən dildən  istifadəyə əlavə kimi  rəsmi  dil  və 

ya  dövlət  dillərinin  milli  azlıqların  müdafiəsi  haqqında  Çərçivə  Konvensiyasına 

izahcdici  qeydlərin  60-cı  bəndində  dəqiq  göstərildiyi  kimi,  müəssisələrin 

vətəndaşlar  üçün  lövhələrin  və  yazıların  yerləşdirilməsi  kimi  fəaliyyət  sahəsinə

76

tətbiqini  tələb  edə  bilər.  Bütövlükdə  dövlət  dildən  istifadəni  heç  vaxt  qadağan 



edə  bilməz,  amma  o,  qanuni  ictimai  maraq  əsasında  rəsmi  dildən  və  ya  dövlət 

dillərindən əlavə istifadəni  tələb edə bilər.

Qanuni  ictimai  marağın  məntiqinə  görə,  dövlət  tərəfindən  dildən  istifadə 

üçün qeyd edilən  istənilən  tələb uyğun  ictimai  marağa  proporsional  olmalıdır.

İstənilən 

tələbin 


proporsionallığı 

tələb 


zəruri 

olan 


meyarla 

müəyyənləşdirilməlidir.  Məsələn,  iş  yerində  sağlamlığın  və  təhlükəsizliyin 

təminatına  ictimai  maraqdan  çıxış  edən  dövlət  özəl  müəssisələrdən  tələb  edə 

bilər ki,  müəssisənin  seçdiyi  dilə (dillərə)  əlavə olaraq  texniki  təhlükəsizlik  üzrə 

təlimatları  rəsmi  dildə  və  ya  dövlət  dillərində  yazsınlar.  Vergi  sahəsində  dövlət 

idarəetmənin  aparılmasında  dəqiqliyə  əməl  etmək  marağı  baxımından  dövlət 

tələb  edə  bilər  ki,  inzibati  blanklar  rəsmi  dildə  və  ya  dövlət  dillərində 

doldurulsun;  dövlət  hakimiyyəti  tərəfindən  audit  vaxtı  uyğun  qeydlər  həm  də 

rəsmi dildə və ya  dövlət dillərində mümkün olsun; axırıncı  hal özəl  müəssisədən 

bütün  qeydləri  rəsmi  dildə  və  ya  dillərdə  aparmağı  tələb  etmir,  bir  şərtlə  ki. 

mümkün  tərcümənin  məsuliyyəti  özəl  müəssisənin  öhdəsinə  düşsün.  Bu,  milli 

azlıqların  hüquqlarının  müdafiəsi  haqqında  Çərçivə  Konvensiyasının  10(2)-cu 

maddəsində  nəzərdə  tutulan  kimi,  inzibati  hakimiyyətlə  münasibətlərdə  milli 

azlıqlar  mənsub  şəxslərin  öz  dilindən  (dillərindən)  istifadə  etmək  sahəsindəki 

mümkün hüququna ziyan vurmur.

İnzibati hakimiyyət və dövlət xidməti

(13-14-15)  ATƏT-in  iştirakçı  dövlətləri  yalnız  milli  azlıqlara  mənsub 

şəxslərin  (dilləri  də daxil  edilməklə)  identikliyini  yox,  həm  də onların  inkişafını 

və irəliləməsini  dəstəkləyən  dinamik mühit yaradılmasına  imkan  verən  tədbirlər 

görmək  öhdəliyi  ilə  bir-birlərinə  bağlıdırlar.  Bundan  sonra  həmin  dövlətlər 

Kopenhagcn  Sənədinin  35-ci  bəndində göstərildiyi  kimi,  "milli  azlıqlara  mənsub 

şəxslərin  dövlət  işlərində  səmərəli  iştirakı  hüququna"  hörmət  göstərməyi 

öhdələrinə  götürüblər. 

Milli  azlıqların  müdafiəsi  haqqında 

Çərçivə 

Konvensiyasının  10(2)-cu  maddəsi  dövlətlərdən  dəqiq  tələb  edir  ki,  "azlıqların 

dilindən bu şəxslərlə inzibati hakimiyyət münasibətlərində istifadə etməyə imkan 

verən  şəraitlə  təmin  etsinlər".  Kopenhagcn  Sənədinin  35-ci  maddəsi  "azlıqların 

xüsusi  tarixi  və ərazi  şəraitinə aid  uyğun  yerli  və ya  muxtar adminstrasiyanı  bu 

dövlətlərin  siyasəti  ilə"  uyğunlaşdırılaraq  milli  azlıqların  dövlət  işlərində  öz 

dillərində  iştirakına  imkan  verən  yaradan  mühit  yaratmağın  imkanına  istinad 

edir.  Çərçivə  Konvensiyanın  15-ci  maddəsi  dövlətlərdən  "milli  azlıqlarlara 

mənsub  şəxslərin  mədəni,  ictimai  və  iqtisadi  həyatda,  eyni  zamanda  dövlət 

işlərinin  aparılmasında,  xüsusən  onların  özləri  ilə  bağlı  işlərin  aparılmasında 

səmərəli  iştirak  etmələrinə zəruri  şərait  yaratmağı"  tələb edir  Bu  maddə  dövlət 

hakimiyyətinin  boynuna  milli  azlıqlara  mənsub  şəxslərin  yerli  hakimiyyətlə  öz 

dilində  danışmağa,  yaxud  da  öz  dillərində  mülki  sertifikatlar  və  attestatlar 

almağa  imkan  verməyi  öhdəlik  qoyur.  Bərabərlik  və  diskriminasiyaya  yol 

verməmək  prinsipinə  uyğun  olaraq,  onlar  iştirakın  dinamik  prosesini  təsəvvür 

edirlər;  bu  dinamik  prosesdə  azlıqların  dilləri  yerli  siyasi  həyatda  və  ictimai 

xidmət  də  daxil  olmaqla  vətəndaşlarla  dövlət  hakimiyyəti  arasında  qarşılıqlı 

əlaqələrdə kommunikasiyanın  tam vasitəsi ola  bilər.

İnzibati  idarələrin  və  əhaliyə  xidmət  göstərən  agentliklərin  etnik 

nümayəndəliyi  adətən  cəmiyyətin  pluralist,  açıq  və  qeyri-diskrimanik 

xarakterini  əks  etdirir.  Keçmiş  diskriminasiyanın  nəticələrinə  və  ya  sistemin

77



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə