Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə35/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

altında  olmasından,  özünü  idarə edib,  etməməsindən  yaxud  suverenliyinin  hər 

hansı  məhdudiyyətindən  asılı  olmayaraq  heç  bir ayrı-seçkiliyə yol  verilməməli­

dir.

3-  cü  Maddə



Hər bir insanın yaşamaq, azadlıq və şəxsi  toxunulmazlıqların  hüququ var.

4-  cü  Maddə

Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; köləlik və kölə alverinin 

bütün  növləri qadağandır.

5-  ci  Maddə

Heç  kəs  işgəncəyə,  qəddar,  qeyri-insani,  yaxud  onun  ləyaqətini  alçaldan 

davranışa və cəzaya məruz qalmamalıdır.

6-  cı  Maddə

Harada  olursa-olsun hər bir insanın hüquq subyekti  kimi tanınmaq hüququ 

var.


7-  ci Maddə

Bütün  insanlar  qanun  qarşısında  bərabərdir  və  heç  kas  fərq  qoyulmadan 

qanun  qarşısında  eyni  dərəcədə  müdafiə  olunmaq  hüququna  malikdir.  Bütün 

insanların  bu  Bəyannaməni  pozan hər cür ayrı-seçkilikdən  və belə ayrı-seçkiliyə 

təhriklərdən eyni dərəcədə müdafiə olunmaq  hüququ  var.

8-  ci  Maddə

Hər  bir  insanın,  Konstitusiya,  yaxud  qanunla  verilmiş  əsas  hüquqları 

pozulduğu  hallarda  həmin  hüquqların  səlahiyyətli  milli  məhkəmələr  tərəfindən 

təsirli şəkildə bərpa olunması  hüququ var.

9-  cu Maddə

Heç kəs əsassız həbs oluna,  tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.

10-  cu  Maddə

Hər  bir  insanın  öz hüquq  və  vəzifələrinin  bərqərar olunması,  ona  qarşı  irəli 

sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun  işinə tam 

bərabərlik 

əsasında  açıq  və  ədalətin  bütün  tələblərinə  riayət  olunmaqla, 

müstəqil, qərəzsiz məhkəmədə baxılma hüququ  var.

11-  ci Maddə

1.  Cinayətdə ittiham  olunan  hər bir  insan təqsiri qanuni qaydada,  müdafiəsi 

üçün  bütün  imkanların  yaradıldığı  açıq  məhkəmə  baxışında  sübut  edilənədək 

günahkar sayıla bilməz.

2.  Heç  kəs  törədilərkən  milli  qanunlara,  yaxud  bcynəlxaq  hüquqa  görə 

cinayət  sayılmayan  ənənələrə,  yaxud  fəaliyyətsizliyinə  görə  cinayətdə  ittiham 

edilə bilməz.  Həmçinin cinayətin  törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha 

ağır cəza  verilə bilməz.

12-  ci  Madda

Heç  kəsin  şəxsi  və  ailə  həyatına  özbaşına  müdaxilə  oluna,  onun  mənzil 

toxunulmazlığına,  yazışma  sirrinə,  yaxud  şərəfinə  və adına  özbaşına  qəsd  edilə 

bilməz.  Hər  bir  insanın  belə müdaxilə və qəsdlərdən  qanunla  müdafiə olunmaq 

hüququ  var.

13-  cü  Maddə

I  Hər  bir insanın hər hansı  bir dövlətin hüdudlarında sərbəst yerdəyişmək və 

özünə yaşayış yeri seçmək  hüququ  var.

2. 


Hər bir insanın öz ölkəsi də daxil olmaqla  istənilən ölkəni  tərk etmək  və öz 

ölkəsinə qayıtmaq  hüququ  var.

84

14-  cü  Maddə



1.  Hər  bir  insanın  təqibdən  qorunmaq  üçün  başqa  ölkələrdə  sığınacaq 

axtarmaq  və bu sığınacaqdan istifadə etmək  hüququ  var.

2.  Bu  hüquqdan  əsaslandırılmış  qeyri-siyasi  cinayət,  yaxud  Birləşmiş 

Millətlər Təşkilatının  məqsəd  və  prinsiplərinə zidd  əməllərə  görə  təqib  olunma 

hallarında  istifadə edilə bilməz.

15-  ci  Maddə

1.  Hər bir insanın  vətəndaşlıq hüququ var.

2.  Heç  kəs  məcburi  şəkildə  vətəndaşlıqdan,  yaxud  vətəndaşlığı  dəyişmək 

hüququndan məhrum edilə bilməz.

16-  cı Maddə

1.  Yetkinlik  yaşına  çalmış  bütün  kişilər  və  qadınların  irqi,  mili,  yaxud  dini 

əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nigaha girmək və ailə qurmaq 

hüququ  var.  Onlar  nigah  bağlayarkən,  nigahda  olarkən  və onu  pozarkən  eyni 

hüquqlardan  istifadə edirlər.

2.  Nigah  yalnız  nigaha  girən  hər  iki  tərəfin  azad  və  tam  razılığı  ilə  bağlana 

bilər.


3.  Ailə cəmiyyətin  təbii  və əsas özəyidir, onun cəmiyyət  və dövlət  tərəfindən 

müdafiə olunmaq  hüququ  var.

17-  ci  Maddə

1.  Hər bir insanın  həm  təkbaşına,  həm də ortaq əmlak sahibliyi hüququ var.

2.  Heç kəs  özbaşına öz əmlakından  məhrum edilə  bilməz.

18-  ci  Maddə

Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini 

və  əqidəsini  dəyişmək  azadlığını,  dininə  və  əqidəsinə  həm  təklikdə,  həm  də 

başqaları  ilə  birgə,  açıq  və  xüsusi  qaydada,  təlimdə,  ibadətdə,  dini  ayin  və 

mərasimlərin  icrasında etiqad  bəsləmək  azadlığını ehtifa edir.

19-  cu  Maddə

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; 

bu  hüquqa  əqidəsinə  maneəsiz  etiqad  bəsləmək,  dövlət  sərhədlərindən  asılı 

olmayaraq,  informasiya  və  ideyalar  axtarmaq,  almaq  və  yayımlamaq  azadlığı 

daxildir.

20-  ci  Madda

1.  Hər  bir  insanın  azad  şəkildə  dinc  yığıncaqlar  keçirmək,  assosasiyalar 

yaratmaq  hüququ  var.

2.  Heç kəs hər hansı  bir asossasiyaya girməyə məcbur edilə bilməz.

21-  ci  Madda

1.  Hər  bir  insanın  öz  ölkəsinin  idarə  olunmasında  bilavasitə,  yaxud  azad 

şəkildə seçilmiş  nümayəndələri  vasitəsilə iştirak etmək  hüququ  var.

2.  Hər  bir  insanın  öz  ölkəsində  dövlət  qulluğuna  girməyə  bərabər  imkan 

hüququ  var.

3.  Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır.  Bu iradə ümumi 

və  bərabər  seçki  hüququ  əsasında  gizli  səsvermə  yolu  ilə,  yaxud  səsvermənin 

azadlığını  təmin  edən  digər  eyııimənalı  formalarda  keçirilən  vaxtaşırı  və 

saxtalaşdırılmamış seçkilərdə əsasını tapmalıdır.

22-  ei  Maddə

Cəmiyyətin  bir  üzvü  kimi,  hər  bir  insanın  sosial  təminat,  milli  səylər  və 

beynəlxalq  əməkdaşlıq  əsasında,  hər  bir  ölkənin  strukturuna  və  resurslarına

85



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə