Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
114
zlüklər və ensiklopediyaların) qiyməti tələbə görə
dəyişir, 10 manata, bəzən 15-20 manata satılır.
Satılan kitabların qiyməti bir tələbənin cibinə görə
deyil. Kitab işini bazar iqtisadiyyatı ixtiyarına burax-
maq bu gün burada özünü doğrultmur. Bəs dövlətin
mədəni siyasəti necə olsun. Bu dövlət bu millətin
maraqlarını ifadə etməlidir, onu taleyin və ya bazarın
ixtiyarına buraxmamalıdır. “Canı varsa yaşayacaq”
prinsipi cəngəllikdə keçərli ola bilər. Cəmiyyət tənz-
imlənməlidir, özü də ağıllı adamlar tərəfindən. Özəl-
liklə kitab kimi müqəddəs deməyim, milli strateji bir
məsələnin rüşvətxorların ixtiyarına buraxılması,
nəşriyyat-kitab dükanları-yazıçı-oxucu münasi-
bətlərini qapsayan ağıllı bir konsepsiyanın olmaması
faciədən artıq, təhlükəlidir! 
Məncə kitab bazarındakı qiymətlər dövlətin monopo-
liyasında olmalıdır. Parlament Mədəniyyət Komis-
siyasının sədri cənab Nizami Cəfərovun diqqətini bu
məsələyə cəlb edirəm, lütfən bu məsələni Komissiya
iclaslarında gündəmə gətirsin və  həllinə nail olsun.
Madəm dövlətin pulu çoxdur, kitabların bütün satış
şəbəkələrində ucuz və fiks  qiymətlərlə satılması
təmin olunmalıdır. Gənc yazarların əsərlərinin dərc ol-
unmasına güzəştli şərtlər qoyulmalıdır, nəşriyyat
kəsirləri dövlət tərəfindən qarşılanmalıdır. Nəşr olu-
nan kitabların bütün rayonlara paylanması üçün Dövlət
Kitab Yayım Şəbəkəsi, habelə ayrıca Respublika Kitab
Satış Dükanları Şəbəkəsi yaradılmalıdır... Oxucular öz
xoşuna buraxılmamalıdır. (Bunun yollarını geniş şək-
ildə yazıb ilgili mərcilərə təqdim edə bilərəm.)
Kitab oxuyan yoxdur və ya ölkədə kitab oxuma faizi
aşağı düşüb – bu bir reallıqdır. Bunu cəmiyyətin
bədənində əmələ gəlmiş bir yara kimi düşünməliyik
və sağalma yollarını axtarmalıyıq. Yoxsa cəmiyyət
hər xəstəliklə belə asanlıqla barışsa əlbəttə çökər.
Necə ki çökmüş.
Müxtəsər Azərbaycan  tarixi
Məmməd İsmayılın 70 yaşı tamam oldu. Bu
münasibətlə onu təbrik edirəm. Bu cür iradəli,
əyilməz bir insan. Polad sınar, əyilməz misali. 
Uca Təfəkkürün (Tanrının) insana bəxş etdiyi bu qısa
ömrü öz istədiyin kimi yaşamaq, bəlkə mübarizənin
ön sıralarında olmasa da, amma yenə də özünün lal
sükutuyla dirəniş sərgiləmək və sifətini dəyişmədən
də yaşamağın mümkün olduğunu göstərmək – bizim
zamanımızda nadir sayılacaq hadisədir. 
Şairlərin taleyi gözlər önündə olur həmişə, bu onların
bədbəxtliyi deyil, əksinə xoşbəxtliyidir, beləcə, açıq
tale ilə yaşamaq, özün özünə büdrəmə şansını
buraxmadan – Məmməd İsmayılın nümunəsində
olduğu kimi.
Məmməd İsmayılın taleyi mənim gözlərim qarşısında
olub, başqa sözlə o, mənim görmə bucağımdakı,
şeiriyyət anlayışımın kapsama alanındakı şairlərdən
biri olub. Şeir və ədəbiyyatla ilk tanışlığım
zamanında Məmməd artıq şöhrətinin zirvəsindəydi,
mənim kimi bu yolu yenicə getməyə başlayan colma-
cocuq üçün bir örnək idi. Lenin Komsomolu
mükafatını almışdı, neçə dildə kitabları çıxmışdı,
yarı mistik, yarı realist şeirləriylə gənc yazıçıların
diqqət mərkəzində idi. 80-ci illərin əvvəllərində, mən
tələbə olduğum vaxtlarda, Sabir Rüstəmxanlı, Nüsrət
Kəsəmənli və Məmməd İsmayılla Universitet
salonlarında keçirilən görüşlərdə ayaq üstə yer
tapmaq üçün gərək bəxtin ayaq üstə olaydı. Bu
görüşlərdən pozitiv enerji alırdıq, sətirlərin alt qatına
sıxılmış informasiyanı açmaq sevimli
məşğuliyyətimiz idi. “Bir adam yol gedir bizdən
qabaqda, Amma bir adam da bizdən sonra var” –
yasaqlar ölkəsində necə mənalıydı bu sözlər.
Məmməd özü yol açan bir insan idi. Gerçəkdən, sadə
xalqın içərisindən çıxmış məhrəm bir insan.
Bilinməzdən bilinməzə yol gedirdi, kimlərsə ona yol
açmışdı, o da kimlərəsə yol açmalıydı.
80-lərin sonunda Məmməd İsmayıl “Gənclik”
jurnalının redaktoru təyin edilmişdi. Durğunluq
illərinin damğasını öz üzərində daşıyan (hələ də
daşımaqda olan) “Ulduz” və “Azərbaycan”
jurnallarıyla müqayisədə bu jurnal, sözün əsl
mənasında, yeni nəfəs idi, orada çap olunmaq
prestijli sayılırdı, tirajı yüz minin üzərində idi.
Şeirlərim ilk dəfə, 1989-cu ildə bu jurnalda dərc
olunmuşdu. 19 yaşımdan başlayaraq, tam 10 il
boyunca jurnal və qəzetlərə aramsız yürüşlərimin
nəticəsində bunu əldə etmişdim, 3 şeirim “Gənclik”
jurnalında çap olunmuşdu. İşə bax! Bu 10 ildə
kimlərə ağız açmamışdım, bu yolda nə qədər zaman,
enerji və pul xərcləmişdim. Demək 1 şeirimin dərc
olunmasından ötrü Sovet hökuməti laxlamalıydı. 
Şeirlərim “eksperiment” yarlığıyla dərc olunmuşdu.
Çünki Məmməd bəylə sənət anlayışlarımız fərqli idi,
şeirlərimi qəbul etmirdi, “sənin kimi şairlərin
üzündən Avropada şeir oxuyan yoxdur” deyirdi mənə.
Ancaq, fərqli düşüncəyə meydan verəcək qədər açıq
görüşlü bir insan idi. Məmməd İsmayıl mənə yaxşılıq
etmişdi. O zamanlar jurnal redaktorları gənc bir
yazıçının əsərini vəzifə borcu olaraq dərc etmirdilər,
bu onların yaxşılığı idi.
89-90-cı illərdə “Gənclik” jurnalının yanında
fəaliyyət göstərən ədəbiyyat dərnəyində şeir-sənət
üzərinə dartışmalarımız, o qarışıq siyasi dövrün işıqlı
yaddaşına çevrilib. Burada Məmməd İsmayılın öz
davamçıları vardı – indi ədəbiyyatda izi-sorağı
olmayan adamlar. İnsanın nə dərəcədə haqlı olduğunu
onun davamçılarına baxaraq söyləmək mümkündür.
Gərçi, Məmməd İsmayıl bir istisnadır.
O, qeyri-adi taleyi olan bir insandır. Komsomol
məktəbinin yetirməsi, Xalq Cəbhəsinin öncüllərindən
biri, Müstəqillik dövrünün mühaciri. 
Buna müxtəsər Azərbaycan tarixi də deyə bilərik.


АЛАТОРАН № 15, YANVAR 2010
115
Rasim bəy, Azərbaycanda kitab satışının durumunu
necə qiymətləndirirsiniz?
- Təkcə kitabların tirajına nəzər salsaq, artıq mənim danış-
mağıma ehtiyac qalmaz. Bir neçə il əvvəl kitablar 500 tirajla nəşr
olunanda çox adam bunu fəlakət kimi qəbul edirdi. İndi artıq
həmin rəqəm orta hesabla 300-ə bərabərdir. Kitab satış
mərkəzlərinə nəzər salın - rus dilində kitabların yanında ana
dilində kitablar bir küncə sıxılmış vəziyyətdədir. Bu onu göstərir
ki, Azərbaycan hələ də Rusiyanın mənəvi əsarətindədir.
Azərbaycan yazıçısı və oxucusu, intelligensiyası bu kitablar kimi
küncə sıxışdırılıb. Bu xalqın ziyası öləziməkdə və sönməkdədir.
Azərbaycan xalqı bəlkə cismən ayaq üstədir, ancaq mənəvi
cəhətdən o, ölümə çox yaxınlaşıb. Ümumən ölkəmizdə elmin,
savadın, mədəniyyətin durumunu fəlakətli görürəm. Kitaba
qədərki prosesdə yazıçının, alimin, jurnalistin, kitabdan sonrakı
prosesdə ümumən oxucunun durumu başlı-başına buraxılıb.
Kitabla bağlı dövlət qurumlarında (Milli Kitabxanada, Yazıçılar
Birliyində, Mədəniyyət Nazirliyində, parlamentin Mədəniyyət
komissiyasında və s.) konseptual islahatlar aparılmalıdır. Əks
təqdirdə, ümumi mədəni səviyyə daha da aşağı düşəcək.
- Bəlkə oxucuların səviyyəsi baxımından öz dilimizdə
nəşrlər azdır?
- Oxucuların səviyyəsi ya zəlzələdən, ya da vəlvələdən
aşağı düşüb. Bu problem araşdırılmalıdır. 
- Bəs siz yazarlar bu istiqamətdə hansı işləri görməli
olduğunuzu bilirsinizmi? Yəni şair və yazıçıların mövcud
gerçəkliyi işıqlandırmadığı haqqında qənaəti bölüşür 
-
sünüzmü?
- Bunlar biri-birini şərtləndirən məsələlərdir. Oxucu
olmalıdır ki, yazıçı da olsun, həm də yaxşı əsər olmalıdır ki,
oxucu oxusun. Ancaq bunların hansı birinci başlayır sualına
cavab vermək çətindir. Hazırda vəziyyət elə həddədir ki, yaxşı
əsər yazılsa belə, oxuyan yoxdur. Məsələn, deyə bilmərik yaxşı
əsərlər yazılmır. Yaxşı əsərlər yazılır. Konkret Seymur Baycanın
bu günlərdə oxunaqlı bir əsəri çapdan çıxıb, dinamik bir süjeti
var, oxuduqca əlindən yerə qoymaq istəmirsən, həyəcanla
sonunu maraq edirsən. Buna bənzər romanlar Rusiyada 100 min
tirajlarla buraxılır. Yaxud Rafiq Tağının son hekayələri, Həmid
Herisçinin yeni çapdan çıxmış kitabı oxucu
marağına cavab verəcək əsərlərdir. Bu
əsərlərdə mövcud gerçəklik yetərincə
işıqlandırılıb. Lakin məsələ bunda deyil.
Ədəbiyyat polemikaları səngiyib, bu
sahənin üzərində sanki görünməz bir tabu
var. Müstəqil yazıçı sözünə ölkəmizdə
qəsd var, o, bilərəkdən devalvasiya edilib.
Təkcə ədəbiyyat sahəsində deyil, bütün
sahələrdə fərqli düşüncənin, müstəqil
düşüncənin meydanı daralıb.
- Belə nəticə çıxarmaq olarmı ki,
günahı həm də oxucularda görürsünüz?
- Oxucu deyəndə, onlar fərdlərdən
ibarətdir və bu fərdlərin hər birinin özünə
görə zövqü var. Ona görə də oxucudan
danışanda, əgər belə insanlar varsa, bir adamı göz önünə
gətirmirəm, oxucu müxtəlif xarakterli, tipli insanlar deməkdir.
Onların hər birinə fərdi yanaşmaq lazımdır. Sosioloji sorğu
keçirilməlidir, nə üçün oxumadığı və ya nə oxumaq istədiyi
öyrənilməlidir. Günahı oxucuda görmürəm. Günah daha çox
Təhsil, Mədəniyyət nazirliklərində, Yazıçılar Birliyində, TV
şirkətlərində, dövlətin bu sahəylə bağlı qurumlarındadır.
- Bəlkə yaxşı əsər yazmaq lazımdır?
- “Yaxşı əsər” nə deməkdir, əvvəlcə gərək bunu aydın-
laşdıraq. Yazıçılar elə yaxşı əsər uğrunda mübarizə aparırlar.
Ümumiyyətlə, ədəbiyyat ayaq üstə dayanmaqdan ötrü həmişə
mübarizə aparıb. Ötən əsrin əvvəllərində radio kəşf ediləndə belə
fikir vardı ki, artıq heç kim kitab oxumayacaq. Eyni vəziyyət
kinematoqraf meydana çıxanda da özünü göstərdi. İndi də
əlahəzrət internet, ümumiyyətlə, mütaliə anlayışını çox arxaik
bir duruma gətirib. Mədəni ölkələrdə internet bumunun kitaba
təsirsiz ötüşməsi üçün müəyyən proqramlar həyata keçirir, bu
problemi dərindən araşdırırlar. Bizdə isə bu məsələ taleyin
ixtiyarına buraxılıb. Mən də bilirəm, yaxşı əsər yazmaq lazımdır,
ancaq indi bizim orta statistik oxucunun yaxşı deyəcəyi əsəri
yazmaqdan ötrü nəsə qeyri-təbii bir qabiliyyətin olmalıdır.
- Siz Seymur Baycanın, Rafiq Tağının, Həmid
Herisçinin adlarını çəkdiniz. Düşünmürsünüzmü ki, onların
əsərlərini yalnız kiçik bir qrup oxuyur?
- Düşünürəm və başa düşürəm, ümidimi itirməyimin ba-
hasına... Mən hesab edirəm ki, Seymurun son əsəri oxunaqlıdır.
Savadı olan hər bir adam həmin əsəri oxusa, şübhəsiz, xoşuna
gələcək. Çünki kitab sadə dildə yazılıb, canlı həyat hadisələriylə
zəngindir. Bu əsər kütləvi rəğbət qazana bilər. Həmidin “Əli,
Nino, Bakı” adlı romanı, məncə, daha hazırlıqlı oxucular
tərəfindən tələb oluna bilər. 
- Siz özünüz yeni nə yazırsınız?
- Bəzi şeylər yazıram, əlbəttə. 
- Amma bəzi həmkarlarınız «Rasim Qaracada mə-
murlaşma gedir» kimi fikirlər işlədir, sizi Anara oxşadırlar…
- Məmur «əmrdə olan» deməkdir. Mənim başımın
üstündə amir yoxdur axı. Özüm də avtoritet tanıyan birisi
deyiləm, heç vaxt heç kəsin qarşısında boynumu büküb (əllərimi
önümdə çarpazlayaraq) dayanmamışam,
yalnız özüm özümün əmrində olmuşam. 
- Bu sualı ona görə sizə ünvanladım
ki, 2003-cü ilin oktyabr hadisələrindən
sonra «Yaquar yerişli zaman» almanaxında
AYO-nun bəyanatında bundan sonra
siyasətlə məşğul olmayacağı bildirilmişdi.
Hansı səbəbdən belə bir qənaətə gəldiniz?
- Həmin bəyanat mövcud durumdakı
yazıçı statusuna bir etiraz idi. “Azərbaycan
yazıçısı hakimiyyətdə olan və olmayan hər
hansı siyasi partiyanın nökəri və qulluqçusu
deyil, bundan sonra o, heç bir zaman
dövlətdən təltif almaq naminə həqiqətə göz
yummayacaq, həqiqət təhlükəli olsa belə onu
söyləməkdən çəkinməyəcək” - həmin
N a t i q   C a v a d l ı   i l ə   s ö h b ə t


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə