Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
112
Poeziyanın uc-uca caladıqları
Lap bu yaxınlarda Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan
Yazıçılar Birliyi birlikdə “Poeziya Günü” adlı çağdaş
Azərbaycan şairlərinin şeirləri toplusunu nəşr edib
oxucuların ixtiyarına verib. Kitabın üz qabığında da
elə beləcə də yazılıb: “Çağdaş Azərbaycan şairlərinin
şeirləri”. 
Kitabla zahiri tanışlıq insanda sevinc hissi doğurur,
nə yaxşı deyirsən, nəhayət rəsmi dövlət qurumları
belə bir işi görüblər, artıq şeirə, ədəbiyyata qiymət
verməyə başlayıblar. Lakin kitabı vərəqlədikcə peşi-
mançılıq hissi insanı bürüyür, Azərbaycan Yazıçılar
Birliyinin həyata keçirdiyi növbəti bir layihədə
növbəti dəfə başdansovdu münasibətin şahidi olur-
san. Ədəbi ictimaiyyətə adları tanış olmayan “şair-
lərin” əsərləri, həm də çox zəif, müasir ədəbiyyat
qavrayışına uymayan əsərləri almanaxa doldurulub,
beləliklə Azərbaycan müasir şeiri haqqında yalançı
bir təsəvvür yaratmağa cəhd edilib. Kimdir bu şairlər,
bəlkə siz onların adlarını eşitmisiniz: - Afət, Alim
Məhərrəmli, Aşıq Əhliman Şirvanlı, Azadə Novru-
zova, Balayar Sadiq, Elnaz Eyvazlı, Elçin İs-
gəndərzadə, Dayandur Sevgin, Elşad Ərşadoğlu,
Ədalət Əsgəroğlu, Ələmdar Quluzadə, Əli Rza-
quliyev, Əlişirin Şükürlü, Ətraf Alməmmədoğlu,
Əzizə Ağahüseynqızı, Əziz Musa, Fəxrəddin Ziya,
Fərqanə Mehdiyeva, Fəridə Hacıyeva, Güləmail,
Gülxani Pənah, Hicran Hüseynova, Hikmət Mahmud,
Xalid Mahmud, Xatirə Fərəcli, Xatirə Rəhimbəyli,
Xosrov Natil, İlham İnam, İbrahim Yusifoğlu, Xura-
man İsmayılova, İltifat Saleh, İslam Sadıq, Kəmalə
Nəsrin, Kərəm Kürqıraxlı, Qafar Süleyman, Qaçay
Köçərli, Qəgiməli Əhməd, Qiyas Həmid, Qiymət
Məhərrəmli, Məhəmməd Əli, Mirdamət Əziz, Musa
Aslanxanlı, Mobil Quluzadə, Nafilə Abuzərli, Namiq
Hacıheydərli, Nəcimə Babayeva, Nizami Göydərəli,
Oqtay Abbasov, Oqtay İsmayıllı, Orxan Adiloğlu,
Ramiz Məmmədzadə, Rəhman Babaxanlı, Rəşad
Məcid, Rəfail İncəyurd, Rəfail Tağızadə, Sədaqət
Əliqızı, Sərvaz Hüseyinoğlu, Səyyarə Məmmədli,
Sona Xəyal, Südabə Sərvi, Süleyman İsmayıl, Şah-
məmməd Dağlaroğlu, Şəfəq Sahibli, Şövkət Həzin
Horovlu, Tofiq Nurəli, Vaqif Bəhmənli, Vaqif
İsaqoğlu, Vahid Aslan,Vasif Süleyman, Zahid Xəlil,
Zəminə Xınalı - əlbəttə bəzilərinin adlarını eşit-
misiniz, məsələn Ədalət Əsgəroğlunun, Rəhman
Babaxanlının, Rəşad Məcidin, Aşıq Əhliman Şirvan-
lının, Vaqif Bəhmənlinin adını..., lakin bu şairlərin
“şağdaş Azərbaycan şeiri” qavrayışı içərisində yer al-
madığı sıravi oxuculara da məlumdur.
Əyani sübut olsun deyə gəlin şeirlərdən örnəklərə
nəzər salaq:
Camalını ruhuma hör,
Görə-görə olmayım kor.
Bu eşqi Allahından gör,
Gəl aldanma, büt qəlbimə.
(İlham İnam, səh. 141)
Sən doğuldun ki, qız, insanın hüsnü
Bir də bu dünyanın çırağı olsun.
Mən də Məcnun kimi xəlq olundum ki,
Məhəbbət təzədən kamala dolsun.
(Oqtay İsmayıllı, səh.236)
Gecə-gündüz taraz gəlmir,
Qaran yenə boldurb, Tanrım.
Mən dərd içim, sən bir ucdan
Ovcumu doldur, Tanrım.
(İslam Sadıq, səh.151)
Kitab basdan-sona nakam eşq sızıltılarıyla doludur,
Azərbaycan Çağdaş Şeri (sözə bax ha) haqqında
təsəvvür əldə etmək istəyənlər, poeziyanın özü ilə
deyil, tör-töküntüləriylə tanış olacaqlar Mədəniyyət
Nazirliyi ilə Yazıçılar Birliyinin birlikdə (!) hazır-
ladığı bu kitabda.
Ən acınacaqlısı isə, kitabın giriş hissəsində anonim
müəllif baxın görün nə yazıb: “Əslində bu Azərbay-
can şairlərinin dəyərli oxucuya yaradıcılıq
hesabatıdır”. Hesabata bir baxın. Ön sözdə deyildiyi
kimi, 80-ci illərdən üzü bəri, təqribən 30 illik bir
fasilədən sonra almanax nəşr edilir, və buraya Azər-
baycan çağdaş şerinin real təmsilçilərinin deyil,
ədəbi prosesdə heç bir izi olmayan, ədəbiyyatda
özünü təsdiq etməyi bacarmayan, ikinci, üçüncü və
dördüncü dərəcəli şairlərin adları salınır. Nəzərinizə
çatdırım ki, almanaxın baş redaktoru xalq şairi Fikrət
Qoca, tərtib edənisə Maarif Soltandır. Mədəniyyət
nazirliyində ədəbiyyat və kitab nəşri məsələləri üzrə
cavabdeh şəxsin – Vaqif Bəhmənlinin də, şübhəsiz,
bu nəşrin meydana gəlməsində yaxından iştirakı ol-
mamış deyildir. Dolayısyla kollektiv əməyin məhsulu
olan və dövlət vəsaiti hesabına dərc olunan bu
kitabın nə üçün başdansovdu hazırlanmasının
səbəbini anlamaq çətindir.
Oxucular üçün maraqlı olar deyə, kitaba giriş
sözündən bir cümləni burada gətirmək istəyirəm.
Ümumiyyətlə, həyatınız boyu, əziz oxucular, ruhsuz
bir yazı örnəyi göstərmək ehtiyacınız olsa həmin bu
“Poeziya Günü” almanaxının giriş mətnini nişan verə
bilərsiniz: “Azərbaycan xalqının milli bədii təfəkkür
formalarından biri olan poeziya min illərin unudul-
maz deyim və duyum qaynaqlarını fövqəladə bir
ardıcıllıqla uc-uca calayaraq bu günümüzə daşımış,
həqiqətən də qürur hissi keçirməyə layiq bir xəzinə
yaratmışdır. Bu sehrli, ecazkar söz xəzinəsidir” – an-
lamaq olmur, poeziya nə biçim bir canlıdırsa nəyisə
uc-uca calayıb söz xəzinəsi yaratmışdır, aydın
görünür ki, bunları yazan açıq-aşkar öskürəyə basıb,
almanaxdakı şeirlər də bunu təsdiq etməkdədir.
İnanırıq ki, hər il nəşr olunacaq bu almanaxın


АЛАТОРАН № 15, YANVAR 2010
113
gələcək nəşrlərində buradakı tənqidi qeydlər nəzərə
alınacaq və gələn nəşrlərdə “Azərbaycan çağdaş
şeiri” daha real şəkildə öz əksini tapacaq.
Yazmayan yazarların oxumayan 
oxucuları ölkəsində
Mən artıq bu qərara gəlmişəm, biz hamımız böyük
yalançılarıq. İlk növbədə özümüz özümüzü aldadırıq.
Ədəbiyyat sahəsinə nəzər salmaqla bunu aydınca gör-
mək olar. Bu yazılanları hər kəs öz sahəsinə proyek-
siya edib eyni mənzərəni görsün. 
Bir baxın, ölkəmizdə nə qədər nəşriyyat var, pis-
yaxşı işləyir, gecə-gündüz kitab basır, hər gün yeni
bir nəşriyyatın yarandığını eşidirik, şikayət edəninə
də rast gəlməmişik. Kitablar yazılır və basılır, yeni-
yeni yazıçılar, romançılar, dedektiv yazarları, şairlər
nə qədər çoxdur. İnanılmaz haldır, kitab sənayemiz
aşıb daşır. Dövlət başçısının sərəncamı ilə latın əlif-
basında kitabların yenidən çap olunması kimi nəhəng
bir layihə həyata keçirilir, üstəlik yeni bir qərarnamə
ilə 150 adda dünya ədəbiyyatı seriyası nəşr olunmağa
başlayacaq, bəlkə də başlanıb artıq (nədənsə bu işlər
əl altından görülür).
Sıralarında 1500-dən artıq yazıçını birləşdirən
Yazıçılar Birliyi adlı nəhəng bir təşkilat, hər nə isə,
fəaliyyət göstərir. Azad Yazarlar Ocağı adlı başqa bir
təşkilat güya yeni ədəbiyyat yaratmaq istəyir.
Yazıçılarımız beynəlxalq yarışmalarda iştirak edir,
Qəşəm Nəcəfzadə Hollandiyaya gedir, Anarın
Moskvada 6 cildliyi çap olunur, Gürcüstanda və
Ukraynada Azərbaycan şairlərinin almanaxı dərc ol-
unur, Rasimin Qaracanın səsi Kiprdən gəlir, Səlim
Babullaoğlu Kiyevdə Qabriel Markesin Azərbaycan
ədəbiyyatına təsiri haqqında məruzə edir, Cingiz Ab-
dullayev Almaniyadakı bir festivalda Azərbaycan
ədəbiyyatını təmsil edir, habelə Mədəniyyət və Tur-
izm Nazirliyi Çağdaş Azərbaycan şeiri antalogiyasını
nəşr edir. Bütün bunlar ədəbiyyat çarxının fır-
landığını göstərir. 
Hələ ədəbiyyat jurnallarını, dərc olunan qəzetləri
demirəm. Barmaq hesabıyla saysaq, ədəbiyyatla bağlı
9 jurnal və 5-6 qəzet buraxılır, qəzetlərin ədəbiyyat
əlavələri bura daxil deyil və təqribən bu qədər də in-
ternet saytı yayınlanır – lit.az, kultaz.com,
alatoran.org, adyazar.az və s. Slavyan Universiteti
müdavimlərinin daha bir qəzet yaymağa hazır-
laşdığını eşitmişəm, nə gizlədim, mən özüm də yeni
bir ədəbiyyat qəzetini çıxarmağı planlaşdırıram, artıq
bu qəzetin internet səyfəsi işləməkdədir.
Bir yandan yeni yazıçılar dəstəsi meyadana çıxır, bir-
incilik uğurunda böyük bir yarışma var, ədəbiyyatda
və əbədiyyətdə qalmaq uğrunda gizli və açıq savaşlar
gedir, ilk şerlərini dərc etdirmək fürsəti tapan gənc
yazıçıların çox keçmədən müsahibələri dərc olunur,
yaşlı yazıçılar hələ də ədəbiyyatın nə demək olduğu
haqqında özlərinin mücərrəd düşükcələrini istər
efirdən, istərsə yazılı basından millətə sunurlar.  
Hamısını yazdım? İndi gəlirəm əsas demək istədiyim
məsələyə.
Aya, bu qədər haybıdırığın (güneylilər belə deyir)
içində bilirsiniz nə yoxdur? Kitab oxuyan yoxdur!!!
Barıt olmasa top sənayesi nəyə yarayarsa, kitab ox-
uyan olmasa qəzet, jurnal, nəşriyyat və Yazarlar Bir-
liyi (Azad Yazarlar Ocağı da daxil olmaqla) o işə
yarayar.
Bəli, hər kəs ədəbiyyatın və necə yazmağın feyzindən
danışır və hatta yazır, ancaq insanların kitab oxuma-
ması heç kimsəni düşündürmür. 300 tirajla dərc olu-
nan kitabların satılmaması heç bir yazıçı üçün
problem deyil. Məgərsə bizim yazıçılar dünyanın ən
fədakar insanlarıdır. Oxuyan olmasa da yazmaq,
bəşər tarixində belə şey görükməyib. 
Zarafatsız. Yazıçılıq peşəsinə könüldən bağlı olan in-
sanlar səfalət həddində yaşamağa məhkum ediliblər,
bunun belənçi olması heç kimsəni qayğılandırmır.
Gözlərimizin önündə yazıçılıq sənəti bir növ kimi
Azərbaycanı tərk etməkdədir və ya bu sənətin əsl
daşıyıcıları sıradan çıxmaqdadır, fədakarlıq uzun sürə
bilməz.
Sentyabrın 18-də Prezidentin fərmanıyla 150 cildlik
dünya ədəbiyyatı kitablarının dərc olunması üçün  5
mln. manatın ayrıldığı mətbuatda xəbər verilib. 1
kitab təqribən 33 000 manata başa gələcək, deyilənə
görə 25 000 tirajla dərc olunacaq.  
Azərbaycan yazıçısının nə kitabı yazmağa, nə də dərc
etdirməyə vəsaiti, hətta dərc etdirsə belə, bu kitabdan
gələn gəlirə ümidi yoxdur. Çünki kitab oxuyan yoxdur!
Azərbaycan Parlamentində Mədəniyyət Komissiyası
fəaliyyət göstərir. Kitab bazarının, oxucu faizinin,
yazıçı-oxucu münasibətlərinin və gənc ədəbiyy-
atımızın durumu haqqında bu komissiyada statistik
bilgi varmı? İstər Mədəniyyət Komissiyasının, istər
Mədəniyyət Nazirliyinin, İstərsə Dövlət Yazıçılar
Birliyinin kitab bazarı, naşir-yazıçı problemləri və
yeni meydana çıxan yazıçılar haqqında bilgisi, şübhə-
siz, vardır, lakin bu bilgi heç bir sosioloji sorğuya və
statistik göstəriciyə əsaslanmır və heç bir ciddi
araşdırmaya tabe tutulmayıb.
Dolayısıyla, özümüz özümüzü aldatmaqla məşğuluq.
Guya biz də ölkəyik, guya bizim də mədəniyyət
nazirliyimiz, yazıçıra birliyimiz və yazıçılarımız var,
guya bizdə də nəşriyyatlar parta-part işləyir, kitablar
dərc olunur, guya bizdə də kitab oxuyan var.  
Latın əlifbasıyla yenidən nəşr olunan kitablar kitabx-
analara pulsuz paylanmalıykən, hər yanda bu
kitabların pulla satıldığını müşahidə edirik. (Kitabın
üstündə qiyməti olsaydı, belə olmazdı.) Bu kitabların
bir çoxuna ümumiyyətlə tələb yoxdur (məsələn,
Rəsul Rza, İlyas Əfəndiyev, Səməd Vurğun kimi
müəlliflərin çoxcildliyinə, hərəsindən 1 cild yetər-
liydi, yaxud “1001 gecə nağılları”na 5 cilddə hansı
ağıllı razılıq verib), lakin bir qisminin (əsasən sö-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə