Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları



Yüklə 19,61 Kb.
səhifə2/4
tarix22.01.2022
ölçüsü19,61 Kb.
#83048
1   2   3   4
211-218 Qısamüddətli debitor borcları

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

Ay ərzində elektronika mallarının satışı (ƏDV daxil)

211 "Alıcıların QDB"

601 "Satış"

395 300

2

Müştərilərdən daxil olan ödənişlər

223 "Bank Hesabı"

211 "Alıcıların QDB"

335 000

3

Müştərilərdən daxil olan ödənişlər - ƏDV

226 "ƏDV hesabı"

211 "Alıcıların QDB"

60 300

212 Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" hesabı törəmə (asılı) müəssisələrin 12 aydan az olan hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Törəmə (asılı) müəssisələrə təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirlər" hesablarının krediti ilə müxabirələşdirilir.

212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir.

Misal. Müəssisə öz törəmə müəssisəsinə 6 aylıq kredit ilə 395 300 manat (ƏDV daxil) dəyərində avadanlıq satmışdır.

N

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

Törəmə müəssisəyə avadanlıq satışı (ƏDV daxil)

212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"

601 "Satış"

395 300

2

Törəmə müəssisə borcunu ödəmişdir - əsas məbləğ

223 "Bank hesablaşma hesabları"

212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"

335 000

3

Törəmə müəssisə borcunu ödəmişdir - ƏDV

226 "ƏDV sub-uçot hesabı"

212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"

60 300


214 İcarə üzrə qısamüddətli debitor borcları


214 "İcarə üzrə qısamüddətli debitor borcları" hesabı icarədarlara qısamüddətli icarə şərtləri ilə verilən əsas vəsaitlərə görə onlarla hesablaşmaların vəziyyəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu hesab icarəyə verən müəssisələr tərəfindən istifadə olunur.

Bu hesaba aşağıdakı subhesablar açmaq olar:

  • 214-1 Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları

  • 214-2 Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları

214 "İcarə üzrə qısamüddətli debitor borcları" hesabının debetində və gəlirlər üzrə hesabın kreditində əəməliyyat icarəsi üzrə məbləğlər əks olunur.

İcarə haqqının daxil olması pul vəsaitləri və hesablaşmaları uçota alan hesabların debetində və 214 "İcarə üzrə qısamüddətli debitor borcları" hesabının kreditində əks etdirilir.

Misal. Müəssisə ona məxsus anbar binasını başqa bir müəssisəyə icarəyə verir. İcarə haqqı aylıq 2500 manat təşkil edir.


N

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

Ambarın icarəyə verilməsi və cari ayda icarə haqqının hesablanması

214 "İcarə üzrə qısamüddətli debitor borcları"

601-5 " Əməliyyat icarəsi üzrə gəlir"

2 500

6

İcarə haqqının ödənilməsi

223 "Bank hesablaşma hesabları"

214 "İcarə üzrə qısamüddətli debitor borcları"

2 500




Yüklə 19,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə