Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları



Yüklə 19,61 Kb.
səhifə4/4
tarix22.01.2022
ölçüsü19,61 Kb.
#83048
1   2   3   4
211-218 Qısamüddətli debitor borcları

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

Tikinti müqaviləsinə görə 50% avansın alınması.

223 "Bank hesablaşma hesabları"

543 "Alınmış qısamüddətli avanslar"

125 000

2

Alınmış avansın ƏDV-sı

226 "ƏDV sub-uçot hesabı"

543 "Alınmış qısamüddətli avanslar"

22 500

3

Tikinti işlərinin bitməsi və gəlirin tanınması

215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları"

601 "Satış"

295 000

4

Avansın silinməsi.

543 "Alınmış qısamüddətli avanslar"

215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları"

147 500

5

Qalan 50% sifarişçi tərəfindən ödənilməsi

223 "Bank hesablaşma hesabları"

215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları"

125 000

6

Qalan 50% sifarişçi tərəfindən ödənilməsi - ƏDV

226 "ƏDV sub-uçot hesabı"

215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları"

22 500


216 Faizlər üzrə qısamüddətli debitor borcları


216 "Faizlər üzrə qısamüddətli debitor borcları" hesabı faizlər üzrə qısamüddətli debitor borcların (12 aydan az) movcudluğunu və hərəkətini uçota almaq üçün nəzərdə tutulub. Qısamüddətli borclar dedikdə, bura başqa hüquqi və fiziki şəxslərə verilən qısamüddətli borclar, alınan qısamüddətli dövlət istiqrazları və s. nəzərdə tutulur.


N

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

İstiqrazların əldə edilməsi.

232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar"

223 "Bank hesablaşma hesabları"

100 000

5

Fazilərin ödənilməsi

223 "Bank hesablaşma hesabları"

216 "Faizlər üzrə qısamüddətli debitor borcları"

5 000

6

Faizlərdən olan gəlirin tanınması

216 "Faizlər üzrə qısamüddətli debitor borcları"

631-1 "Faiz gəliri"

5000

Misal. Müəssisə 1000 manat dəyəri 1 il müddəti və 5% illik gəliri olan 100 ədəd istiqraz alıb. İlin sonunda istiqraz sahiblərinə faizlər ödənilir.


218 Şübhəli borclar üzrə düzəlişlər


Hesablar planının 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabı 10 N-li Milli Mühasibat Uçotu Standartına əsasən şübhəli borclar üzrə düzəlişlər barədə qısamüddətli debitor borclarına aid olunan ümumiləşdirilmlş məlumatları əhatə edir.

Müəssisə ehtiyat məbləğlərini təsərrüfat fəaliyyətinin nəticələrinə aid etməklə digər müəssisələrlə məhsullara, mallara, işlərə və xidmətlərə görə hesablaşmalar üzrə şübhəli borclar üçün ehtiyat fondu yarada bilər.

Şübhəli borclar müəssisənin müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməyən və müvafiq təminatı olmayan debitor borcları hesab olunur.

Şübhəli borclar üçün ehtiyat hesabat ilinin axırında müəssisənin debitor borclarının inventarizasiyasının nəticələri əsasında yaradılır. Şübhəli borclar üzrə ehtiyatın yaradılma qaydası müəssisənin uçot siyasətində müəyyən edilməlidir.

Ehtiyatın həcmi hər bir şübhəli borc üzrə ayrılıqda, borclunun maliyyə vəziyyətindən (ödəmə qabiliyyətindən) və borcun tam, yaxud qismən ödənilməsi ehtimalından asılı olaraq müəyyən edilir.

Əgər bu ehtiyatların hər hansı bir hissəsi şübhəli borcların ehtiyatının yaradıldığı ildən sonrakı ilin axırınadək istifadə edilməzsə, onda xərclənməmiş məbləğ müvafiq ilin mənfəətinə birləşdirilir.

Yaradılan ehtiyatların məbləği 731 "Sair əməliyyat xərcləri" hesabının debetində və 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabının kreditində əks etdirilir. Əvvələr müəssisə tərəfindən şübhəli borc kimi hesab olunan və tələb olunmayan borclar üzrə məbləğlər balansdan silinərkən 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabının debetində və 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları", 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesablarının kreditində əks olunur.

Əvvəlki illərdə yaradılmış şübhəli borclar üzrə ehtiyat məbləğlərinin istifadə olunmamış hissəsi ilin sonunda mənfəətə birləşdirilən zaman 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabının debetində və 801 "Ümumi mənfəət (zərər)" hesabının kreditində əks etdirilir.

Misal. Müəssisə debitor borclarının inventarizasiyasından sonra müəyyən etmişdir ki müəssisəyə borclu olan bir qrup debitor müəssisə borclarını ödəməyəcək. Və bunun nəticəsi kimi müəssisənin uçot siyasətinə uyğun olaraq şübhəli borclar üzrə 60 000 manat məbləğində ehtiyat yaradılmışdır. Məhkəmə qərarına əsaslanaraq şübhəli borclardan 40 000 manat məbləği ümidsüz borc hesab edilmiş və silinmişdir. Lakin, bir müddət sonra borclulardan biri 5 000 manat məbləğində öz borcunu qaytarmışdır. İlin sonunda istifadə edilməyən ehtiyat ilin


N

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

Şübhəli borclar üzrə ehtiyatın yaradılması

731 "Sair əməliyyat xərcləri"

218 "Şübhəli borclar üzrə düzəlişlər"

60 000

2

Borclu müəssisələrin borclarının silinməsi

218 "Şübhəli borclar üzrə düzəlişlər"

171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları"

40 000

3

Borclu müəssisənin öz borcunun qaytarılması.

223 "Bank hesablaşma hesabları"

171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları"

5 000

4

İstifadə edilməmiş ehtiyat məbləği maliyyə nəticələrinə silinir.

218 "Şübhəli borclar üzrə düzəlişlər"

801 "Ümumi mənfəət (zərər)"

20 000
maliyyə nəticələrinə silinmişdir.
Yüklə 19,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə