«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə24/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

AYƏ 76:


﴿ بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ ﴾

TƏRCÜMƏ:


«Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir ( Allahın dostunun başqaları üzərində haqqı vardır)

TƏFSİR:


Yanlış təfəkkürlər müqabilində düzgün mövqe seçmək lazımdır. Öz əhdinə vəfalı qalmaq və təqvalı olmaq insanın sevilmə meyarıdır, bunda meyar kitab əhli olmaq, yaxud şüar vermək deyildir.

AYƏ 77:


﴿إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لاَ خَلاَقَ لَهُمْ فِي الآخِرَةِ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ وَلاَ يَنظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ﴾

TƏRCÜMƏ:


«Həqiqətən, öz əhd-peymanları andları( - dini qəbul etmək barəsində olan əhd-peymanlarını haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq onlar üçün ağrılı bir əzab olacaqdır

TƏFSİR:


Əlbəttə Allah-təala əhd-peyman pozanları beş şeylə təhdid etmişdir:

1. Axirətdə hər bir şeydən məhrum olmaq.

2. Allahın onlarla danışmasından məhrum olmaq.

3. İlahi lütf və mərhəmət nəzərlərindən məhrum olmaq.

4. Günahlardan paklanmaqdan məhrum olmaq.

5. Dərdli əzablara giriftar olmaq.

Həm şiə, həm də sünni rəvayətlərində qeyd olunur ki, Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Əmanətə riayət etməyənin imanı yoxdur, öz əhdinə vəfa etməyən dinsizdir.»1

AYƏ 78:


﴿وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللّهِ وَمَا هُوَ مِنْ عِندِ اللّهِ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ﴾

TƏRCÜMƏ:


« əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bu ayə yəhudi alimlərindən bir qrup barədə nazil olmuşdur. Onlar Tövratda İslam Peyğəmbərinin (s) xüsusiyyətləri ilə bağlı gəlmiş mətləbləri öz əlləri ilə tərsinə yazır və onları Allaha mənsub edirdilər. Beləliklə, Tövratın həqiqətlərini gizlədib təhrif edirdilər.

TƏFSİR:


Bu ayədə bir daha əhli-kitab alimlərinin bəzi yaramaz əməllərindən söhbət açılır və buyurulur: “Onlardan bəziləri asimani kitabı oxuyarkən öz dillərini elə fırladırlar ki, onun asimani kitabdan olduğunu güman edəsən. Halbuki o, asimani kitabdan deyildir. Onlar bu işlərlə də kifayətlənməyərək aşkar şəkildə deyirlər ki, bu, Allah tərəfindən nazil olmuşdur. Halbuki, belə deyildir.”

Quran təkid edərək buyurur ki, bu işin səbəbi heç də onların səhvə düçar olmaları deyildi. Onlar elm və agahlıq üzündən, bilə-bilə Allahın adından yalan danışırdılar.

Bu ayə və ondan əvvəlki ayələr yolunu azmış azğın alimlərin ümmətə və cəmiyyətə vurduğu ziyanın necə böyük olmasını çatdırır.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə