«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə25/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

AYƏ 79:


﴿مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ اللّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادًا لِّي مِن دُونِ اللّهِ وَلَـكِن كُونُواْ رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ﴾

TƏRCÜMƏ:


«Heç bir bəşərə yaraşmaz mümkün deyil ki, Allah ona (səmavi) kitab hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti peyğəmbərlik versin, sonra o, insanlara Allahın yerinə mənim qullarım olun! desin. lakin (ona belə demək yaraşar ki): kitabın müəllimləri olduğunuz onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi din alimləri olun

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bu və bundan sonrakı ayənin nazilolma səbəbi ilə bağlı buyurulub ki, bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: “Biz başqalarına salam verdiyimiz kimi sənə də salam veririk. Halbuki bizim nəzərimizə görə, sənə bu qədər ehtiram kifayət deyildir. Bizə icazə ver, sənin üçün xüsusi bir imtiyaz qoyaq − sənin qarşında səcdə edək.”

Peyğəmbər (s) buyurdu: Allahdan başqasına səcdə etmək caiz deyildir. Öz peyğəmbərinizə bir bəşər kimi ehtiram göstərin, onun haqqını tanıyın və itaət edin.


TƏFSİR:


Ayədə kitab əhlindən bir qrupun batil fikirləri inkar və islah edilir. Xüsusilə, məsihilərə xatırladılır ki, İsa (ə) heç vaxt allahlıq iddiası etməmişdir. Göstərilən ayə də İslam Peyğəmbərinin (s) barəsində bu kimi iddiaların təkrarına çalışanlara qətiyyətlə cavab verərək buyurur: “Heç bir bəşərə layiq deyildir ki, Allah ona asimani kitab, hikmət və nübüvvət verdikdən sonra camaata «Allaha deyil, mənə sitayiş edin» - desin.”

Nə İslam Peyğəmbərinin (s), nə də digər peyğəmbərlərin belə sözlər deməyə haqqı var. Peyğəmbərlərə aid edilən bu sözlərin hamısı ilahi elmlərdən xəbərsiz, bu barədə agahlığı olmayan şəxslərin özlərindən düzəltdiyi məsələlərdir.

Sonra buyurulur: “Əlbəttə, onların məqamına yaraşan iş budur ki, «sizə ilahi kitab verildiyi, dərs oxuduğunuz üçün ilahi insanlar olun, heç vaxt Allahdan başqasına pərəstiş etməyin» - desinlər.”

Bəli, Allahın göndərdiyi şəxslər heç vaxt bəndəlik mərhələsinin hüdudunu aşmamış, Allahın qarşısında həmişə və hər kəsdən artıq bəndəlik etmişlər.

Yuxarıdakı cümlədən məlum olur ki, peyğəmbərlərin hədəfi təkcə insanların tərbiyəsi deyil, həm də elm və imanla dolu bir mühit və cəmiyyət qurmaq üçün ilahi alimlər, islahatçı şəxsiyyətlər yetişdirmək olmuşdur.

AYƏ 80:


﴿ وَلاَ يَأْمُرَكُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِكَةَ وَالنِّبِيِّيْنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴾

TƏRCÜMƏ:


«Həmçinin sizə mələkləri peyğəmbərləri özünüzə Rəbb götürməyi əmr etməsi yaraşmaz. Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?!»

TƏFSİR


Bu ayə əvvəldəki ayədə qeyd olunan mətləbləri təkmilləşdirərək buyurur: “Peyğəmbərlərin camaatı özlərinə pərəstiş etməyə dəvət etmələri layiqli iş olmadığı kimi, onlar camaatı mələklərə və sair peyğəmbərlərə pərəstiş etməyə də dəvət etməzlər.” Buna görə də Allah-təala buyurur: “Onların «peyğəmbərləri və mələkləri özünüzə pərvərdigar seçin» – deyə sizə göstəriş verməsi layiq deyildir.”

Bu cümlə həm mələkləri Allahın qızları hesab edərək onlar üçün ilahilik məqamı olduğuna inanan müşrik ərəblərə (halbuki, onlar özlərini İbrahimin (ə) dininin ardıcılları hesab edirdilər), həm də sabeinlərə cavab verir. Sabeinlər özlərini Həzrət Yəhyanın (ə) ardıcılları hesab edirdilər. Lakin mələklərin məqamını sitayiş və pərəstiş məqamına qədər yüksəldirdilər.

Bu ayə yəhudilərə və məsihilərə də cavab verir. Çünki yəhudilər Həzrət Üzeyiri (ə), məsihilər isə Həzrət Məsihi (ə) Alahın oğlu kimi təqdim edirdilər.

Ayənin axırında daha artıq təkid üçün buyurulur: “O sizi, müsəlman olduqdan və Allahın fərmanları qarşısında tam təslim olduqdan sonra küfrə dəvət edərmi?!”

Yəni necə mümkün ola bilər ki, bir peyğəmbər əvvəlcə camaatı imana və tövhidə dəvət etsin, sonra isə onları şirkə yönəltsin?!

Bu ayə həm də bütün peyğəmbərlərin hər növ xəta və günahlardan məsum olduğunu, Allahın fərmanlarını yerinə yetirməkdə azğınlığa düşməmələrini çatdırır.



AYƏ 81:


﴿وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ﴾

TƏRCÜMƏ:


« (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin kömək edin. (Allah sonra) buyurdu: «Təsdiq etdinizmi bu (məsələ) barədə Mənim təkid olunmuş əhd-peymanımı qəbul etdinizmiDedilər: «Təsdiq etdikBuyurdu: Belə isə, (bu əhd-peyman mübadiləsinə) şahid olun Mən sizinlə birgə şahidlərdənəm

TƏFSİR:

MÜQƏDDƏS PEYMAN


Əvvəlki ayələrdə İslam Peyğəmbərinin (s) əvvəlki peyğəmbərlərin kitablarında gələn aydın əlamətlərinin bəyan edilməsinin ardınca bu ayədə həmin məsələ ilə əlaqədər ümumi bir mövzuya toxunulur və buyurulur: “Yada sal o zamanı ki, Allah-təala peyğəmbərlərdən və onların ardıcıllarından təkidlə əhd-peyman alıb buyurdu ki, hər vaxt sizə kitab və elm əta etdimsə, sonra sizə doğru bir peyğəmbər gəlib sizdə olanları təsdiqləsə, onun nişanələri və əlamətləri sizdə olanlarla müvafiq gəlsə, hökmən ona iman gətirib kömək edin.”

Quran ayələrində ilahi peyğəmbərlərin hədəflərinin vəhdətinə təkrar işarələr olunmuşdur. Bu ayə də həmin məsələnin aşkar nümunələrindən biridir.

Sonra təkidlə buyurulur: “Allah onlara buyurdu: “Bu məsələyə dair iqrar edirsinizmi? Mənim ona dair təkidli peymanımı alırsınızmı?” Dedilər: “Bəli, iqrar edirik.” Allah buyurdu: “Bu peyman üçün şahid olun, Mən də sizinlə şahidəm.”


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə