«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə28/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

AYƏ 90:


﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُوْلَـئِكَ هُمُ الضَّآلُّونَ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bəziləri demişlər ki, bu ayə Peyğəmbərin (s) besətindən qabaq ona iman gətirən, besətdən sonra isə kafir olan şəxslər haqqında nazil olmuşdur.

TƏFSİR:

FAYDASIZ TÖVBƏ


Əvvəlki ayələrdə yollarını azdıqdan sonra peşman olmuş və həqiqi tövbə etmiş şəxslərdən söhbət gedirdi. Buna görə də onların tövbəsi qəbul olunur. Lakin bu ayədə o şəxslərdən söhbət gedir ki, onların tövbələri heç vaxt qəbul olunmur. Ayədə buyurulur: «İman gətirdikdən sonra kafir olan və öz küfrlərini artıranların (küfr yolunda israr edənlərin) tövbələri heç vaxt qəbul olunmaz. Çünki onlar tövbə etsələr də, çarəsizlik üzündən tövbə etmiş olurlar və onlar yollarını azanlardır. Çünki onlar həm Allah yolunu, həm də tövbə yolunu itirmişlər.

Onların tövbələri də zahiri tövbədir. Çünki haqq tərəfdarlarının qəti qələbəsini gördükdə naçarlıq üzündən peşmançılıq izhar edir və tövbə edirlər. Təbiidir ki, belə bir tövbə də qəbul olunası deyil.


AYƏ 91:


﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الأرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُوْلَـئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır onlara bir kömək edən () olmayacaqdır

TƏFSİR:


Əvvəlki ayədə faydasız tövbə barədə söhbət edildiyi kimi, bu ayədə də onların əbəs infaqlarından söhbət açılır və buyurulur: “Kafir olub küfr halında ölənlər öz çirkin əməllərinin kəffarəsi olsun deyə bütün yer üzü qədər qızılı fidyə versələr də, onlardan heç vaxt qəbul olunmayacaqdır.”

Aydındır ki, küfr insanın bütün yaxşı əməllərini puça çıxarır. Əgər onların bütün yer üzü qədər qızılları olsa və Allah yolunda infaq etsələr, yenə də onlardan qəbul olunmaz.

Ayənin axırında digər bir məsələyə işarə edilir və buyurulur: “Onlar həmin kəslərdir ki, onlar üçün dərdli əzab vardır və heç bir köməkçiləri olmaz.”

Yəni infaq və fidyənin onların halına heç bir faydası olmamasından əlavə, şəfaət edənlərin şəfaəti də onlara çatmaz. Çünki şəfaətin xüsusi şərtləri vardır. Onların da ən mühümü Allaha iman gətirməkdir. Ümumiyyətlə, şəfaət Allahın izni ilə baş verir.


AYƏ 92:


﴿ لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ ﴾

TƏRCÜMƏ:


«Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir

TƏFSİR:


Bu ayədə imanın əlamətlərindən birinə işarə edilərək buyurulur: “Siz yaxşılığın həqiqətinə yalnız o vaxt çatarsınız ki, istədiyiniz şeylərdən Allah yolunda infaq edəsiniz.”

«Birr» kəlməsinin geniş mənası vardır ki, bütün yaxşılıqlara − həm imana, həm də gözəl əmələ şamildir. «Bəqərə» surəsinin 177-ci ayəsindən məlum olur ki, Allaha, Qiyamətə və peyğəmbərlərə iman gətirmək, möhtaclara kömək etmək, namaz qılıb oruc tutmaq, əhdə vəfa etmək, ağır və çətin hadisələr qarşısında müqavimət göstərmək kimi işlərin hamısı «birr» kəlməsinin nümunələrindən hesab olunur.

Deməli, həqiqi mənada yaxşılıq edənlərin məqamına çatmağın çoxlu şərtləri vardır. Onlardan biri də insanın öz sevdiyi mallardan infaq etməsidir. Bu kimi infaqlar insanın iman və şəxsiyyətinin meyarıdır.

Ayənin axırında infaq edənlərin diqqətini cəlb etmək üçün buyurulur: “Allah yolunda infaq etdiyinizin (istər az, istərsə çox, istər ürəyiniz istədiyi, istərsə istəmədiyi mallardan) hamısından Allah agahdır.”


MÖMİNLƏRİN İNFAQINDAN NÜMUNƏLƏR


1. Mədinədə ən çox xurma ağacı Əbu Təlhə Ənsariyə məxsus idi. Xurma bağı onun üçün çox mühüm və sevimli bir şey idi. Bu bağ Peyğəmbər (s) məscidi ilə üzbəüz salınmışdı. Çox yaxşı suyu var idi. Peyğəmbəri-Əkrəm (s) bəzən o bağa daxil olur və çeşmənin suyundan içirdi. Bağ o qədər gözəl və gəlirli idi ki, dillər əzbəri olmuşdu. Yuxarıdakı ayə nazil olanda Əbu Təlhə Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Mənim üçün ən sevimli şey bu bağdır. Onu Allah yolunda infaq etmək istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Çox gözəl ticarətdir, əhsən sənə! Sənə məsləhət görürəm ki, bağı öz qohum-əqrəbandan olan yoxsullara verəsən.” O qəbul etdi və bağı onların arasında bölüşdürdü.1

2. Fatimeyi-Zəhra (ə) toy gecəsi bəxt evinə gedəndə dilənçi onun köhnə köynəyini istəyir. Fatimeyi-Zəhra (s) həmin ayəni yad edərək özünün gəlinlik paltarını ona hədiyyə verir.2

3. Bir neçə nəfər Əbuzərin evinə qonaq gəlmişdi. Əbuzər onlara dedi: “Mənim işim çoxdur, özünüz dəvələrimdən birini kəsib yemək hazırlayın və yeyin.” Onlar arıq bir dəvəni seçirlər. Əbuzər narahat olur və soruşur: “Nə üçün kök dəvəni seçmədiniz?” Dedilər: “Onu sənin gələcək ehtiyacların üçün saxladıq.” Əbuzər deyir: “Mənim ehtiyac günüm qəbir günümdür.”

4. Əbdüllah İbn Cəfər bir bağa getdi. Bir qara qulam orada fəhləlik edirdi. Qulama yemək gətirilən vaxt bir it divarın üstündən tullanıb qulamın qarşısına gəldi. Qulam ona bir tikə verdi. İt yenə də yalvarışlı baxışla qulama baxırdı. Qulam yeməyinin hamısını tikə-tikə ona verib qurtardı. Ondan soruşdular: Bəs sən nə yeyəcəksən? Dedi: Bu gün mənim artıq payım yoxdur. Soruşdular: “Nə üçün bu işi gördün?” Dedi: “Bu it bu məhəllənin itlərindən deyildi. Özü də çox ac idi.”



Əbdüllah qulamın səxavətinə təəccüb etdi. Bağı da, qulamı da aldı, sonra qulamı azad etdi, bağı da ona bağışladı.2

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə