«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə49/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

AYƏ 159:


﴿فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ﴾

TƏRCÜMƏ:


«Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun əgər qaba daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə işlərdə onlarla məsləhətləş qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir

TƏFSİR:


Bu ayənin məzmununun ümumi göstərişlərdən ibarət olmasına baxmayaraq «Ühüd» müharibəsi ilə əlaqədar nazil olmuşdur. Çünki «Ühüd» müharibəsində fərarilik edən və nəticədə məğlubiyyətə uğrayan müsəlmanlar həsrət və peşmançılıq odunda yanırdılar. Onlar Peyğəmbərin (s) ətrafına yığışmışdılar və üzürxahlıq edirdilər. Allah bu ayədə Peyğəmbərə (s), onları ümumi şəkildə bağışlamaq göstərişini verir.

İNCƏ MƏTLƏBLƏR

1. Yumşaq davranış, mülayim rəftar ilahi bir hədiyyədir.

2. Daşürəkli, həddindən artıq ciddiyyətli və tələbkar olan insanlar cəmiyyəti idarə edə bilməzlər.

3. Düzgün rəhbərlik və idarəçilik cəzb və atifələrlə yanaşı olmalıdır.

4. Müharibədə məğlubiyyətə düçar olan və xəcalət çəkən günahkarlar cəzb olunmalıdır.

5. Məşvərətdə istedadların çiçəklənməsi, dostla düşmənin bir-birindən ayrılıb seçilməsi, ən yaxşı rəyin əldə edilməsi, qarşılıqlı məhəbbət yaradılması, başqalarına əməli bir dərs və s. kimi məsələlər gizlənmişdir.1

6. Sənə zülm edənləri əfv et, onlar üçün Allah qarşısında düçar olduqları günahdan bağışlanmaq istə, ictimai-siyasi hadisələrdə məşvərət etməklə onları səhnədə saxla.

7. Fikir və məşvərətdə Allaha təvəkkül məsələsi unudulmamalıdır.

8. Məşvərət və təvəkkül Allahın sevdiyi işlərdəndir, istər nəticə əldə olunsun, istərsə də olunmasın.

9. İdarəçilikdə bəzən mülayim (bu ayədə qeyd olunduğu kimi), bəzən isə çox ciddi olmaq lazım gəlir (“vəğlüz əleyhim” (onlarla qəzəblə davran) ayəsi kimi).



AYƏ 160:


﴿ إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ وَعَلَى اللّهِ فَلْيَتَوَكِّلِ الْمُؤْمِنُونَ﴾

TƏRCÜMƏ:


«Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər

TƏFSİR:


Əvvəlki ayədə təvəkkül tövsiyə olunurdu, bu ayədə isə Allaha təvəkkül etməyin səbəbləri aydınlaşdırılır. Çünki, izzət və zillət yalnız Allahın əli ilə baş verir. Hədisdə qeyd olunur ki, Rəsuli-Əkrəm (s) Cəbraildən soruşdu: «Allaha təvəkkül etmək deməkdir?» Cəbrail dedi: «Biləsən ki, məxluqlar özlərinin ziyan xeyri ilə sənə heç bir bəxşiş mənfəət çatdırmırlar. Allahdan qeyrisindən tamamilə məyus olasan. Əgər insan imanın bu dərəcəsinə çatarsa, Allahdan başqası üçün əməl etməz, Allahdan başqa heç nədən qorxmaz, Allahdan başqa heç nəyə ümidvar olmaz. Bu, təvəkkülün həqiqətidir.»1

İNCƏ MƏTLƏBLƏR

1. Düşmənə qələbə çalmaq, yaxud onları məğlub etmək Allahın iradəsi ilədir.

2. Təbii qələbə və fəthlər digər amillərin təsiri altına düşə bilir, amma ilahi yardımlar heç bir şeyin təsiri altına düşmür.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə