−Алимләрин кәрамәтләри−


«Həzrətə deməyiniz lazım deyil!»



Yüklə 1,06 Mb.
səhifə20/33
tarix23.08.2018
ölçüsü1,06 Mb.
#63942
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

«Həzrətə deməyiniz lazım deyil!»


Ayətullah Üzma Əraki, Şeyx Məhəmmədhəsən Kermanşahidən belə nəql edir:

Mirzə Məhəmmədtəqi Şirazi vəfat edəndən sonra güzəranım çətinləşdi. Neçə gün ağır vəziyyətdə oldum. Nəcəfə gedib hərəmə daxil oldum, üzümü pak zirehə söykəyib hacətlərimi bildirdim. Çölə çıxanda hərəmin həyətində bir nəfər gəldi, bir miqdar pul verib getdi. Bir müddət həmin pulla dolandım, elə ki, pul qurtardı, yenə də hərəmə gedib Həzrət Əlidən (ə) hacət istədim. Bu dəfə də bir nəfər mənə yaxınlaşıb bir az pul verdi və neçə gün onunla keçindim. Üçüncü dəfə də bu minvalla pul aldım. Dördüncü dəfə yenə də pulum tamam oldu və bu dəfə də gedib Həzrətə ağız açdım. Çölə çıxanda gördüm Ayətullahül-Üzma Əbul-Həsən İsfəhani hərəmin o biri başında − oturduğu yerdən məni gördü və səslədi. Yanına getdim, dedi:

Məhəmmədhəsən nə vaxt pulun qurtardı gəl məndən istə, həzrətə deməyin lazım deyil!

Bu barədə təkid də etdi. Mən təəccübdən donub qaldım ki, o hardan başa düşdü ki, mənim hacətim nədir?

Hərəmdən çıxıb evə getdim. Sabahısı günü onun təkidinə əsasən rəhmətliyin evinə yollandım. Qapını döydüm, özü gəlib açdı və dedi:

Hə... pulun qurtarıb? Gəl içəri.

Ağa içəri otağa getdi və gəlməyi bir az ləngidi. Mən gəldiyimə peşiman oldum, istədim ki, qayıdım, gördüm üst-başı tozlu halda gəldi. Əvvəl üzürxahlıq etdi, sonra ətəyini açıb qarşıma çoxlu dirhəm, iraq pulları tökdü və dedi:

Gec gəldiyim üçün məni bağışla, içəridə uşaqların yığdığı pul kasasını axtarırdım, onları çıxarmaq məni bir az yubandırdı. Bunları götür, sənə zəruridir.

Ayətullah Ərakinin dediyindən məlum olur ki, Əbul-Həsən İsfəhaninin uşaqlarının yığdığı pullardan başqa pulu yox imiş, çünki mərciyyətinin ilk günləri idi.1

«Həlakını görəcəyəm...!»


Şeyx Məhəmməd Razi “Ət-təqva və ma ədrakə mat-təqva” adlı kitabında Məhəmmədtəqi Bafqi haqqında yazır: Tanınmış arif və saleh şəxs Rəcəbəli Xəyyat batini oxuyan, insaflı və xoşəxlaqlı bir adam idi. Rəcəbəli mənə nəql etdi: Məhəmmədtəqini uzaqgörənliyindən, qeybi xəbərlərindən, gələcəyindən tanıyıb bildim ki, həqiqət aləmi ilə, ismət sülaləsi − vilayət mərkəzi ilə rabitəsi var. Belə ki:

O Tehran zindanından təzə azad olub 1347-ci (h.q.) ildə Həzrət Əbdül-Əzim ocağına gələndə, mənim səmimi və dürüst bildiyim dostlarımdan bir nəfər seyyid onun görüşünə gedir. Soruşur ki, ağa siz nə vaxt Quma qayıdacaqsınız?

Deyir:

Nə vaxt şimallılar (yəni ruslar) şimaldan, cənublular (yəni ingilislər və amerikalılar) cənubdan İrana daxil oldular və paytaxtı mühasirə etdilər, padşahı apardılar, o vaxtı mən də Quma qayıdacağam.

Dostum deyir:

O saat o dediyi sözləri qeyd etdim və özümdə saxladım. 1321-ci ilin şəhrivər ayında (hicri-qəməri 1361-ci il) onun qabaqcadan verdiyi xəbər 14-ildən sonra düz çıxdı. Neçə gün sonra Həzrət Əbdül-Əzimə gedib onu soraqlaşdım, dedilər bir-neçə gündür ki, Quma gedib.

O tez-tez deyərdi:

Bu kişi (Rzaxan Pəhləvi) məni məhv etmək istəyirdi, amma bilmirdi ki, Allahın himayəsində, İmam Zamanın kölgəsində olan axundu məhv edə bilməz. Bilmirdi ki, Allah öz çürümüş axundunu saxlayacaq, onun özünü məzv edəcək. Allah bunu elə etdi ki, bütün aləmə ibrət olsun.

Tez-tez bu sözləri xatırlayardı:

Mən diriyəm, o isə zəbun olmuşdur və həlak olacaqdır. O deyən kimi də oldu, dedikləri düz çıxdı. Onun ölümündən dörd il qabaq Rzaxan Pəhləvi gəbərdi.2


«Belə xəyallara uyma»


Etibarlı, doğru-dürüst olan bir seyyid şəxs dedi:

On beş il bundan qabaq Məhəmmədtəqi Bafqi Əbdül-Əzim ocağına təzə sürgün olunanda, mən cümə axşamı olduğu üçün məscidə yollandım. Məscidə daxil olub camaatın çoxluğundan arxa sıraya keçib oturdum və gözləməyə başladım ki, nə vaxt kumeyl duası oxunacaq. Gecənin üçdə biri ötmüşdü. Əhya və dua üçün Tehrandan, ətraf yerlərdən çoxlu adam gəlmişdi. Birdən camaat salavat çevirib ayağa qalxmağa başladı.

Gördüm bir nəfər nazik əba geymiş şəxs minbərə qalxdı. Yanımda oturanların birindən soruşdum:

Bu şəxs kimdir? Dedi:

Şahın sürgün etdirdiyi adamdır. Onu nə görmüşdüm, nə də tanıyırdım. Dedim yəqin bu da bəzi axundlar kimi özündən deyəndir.

Bir az mövizədən, söhbətdən edib kumeyl duasını oxumağa başladı.

Gördüm çox ürəkdən dua oxuyur-ağlayır, sızlayır, həyacana gəlirdi. Bundan qabaq heç bir axundda belə bir inqilabi hal görməmişdim. Şeytan məni vəsvəsə etdi, xəyalımda dedim:

Bu axund avam camaatı aldatmaq üçün yaxşıca bazar açıb. Bu fikirləri zehnimdən keçirdim və kimsəyə bir söz demədim.

Nəhayət məclis sona yetdi və Bafqi minbərdən aşağı endi. Camaat dəstə-dəstə axışıb çölə çıxırdı və bir dəstə adam da onu dövrəyə alıb, − kimisi hal-əhval tutur, kimisi sual soruşurdu.

Keçib kənarından ötmək istəyəndə, məni öz yanına çağırdı. Öz-özümə dedim, mənim bu adamla tanışlığım yoxdur, görən nə işi var?

Yaxınlaşıb salam verdim. Cavabımı verib astaca qulağıma dedi:

Mən səni halal etdim və bağışladım, amma bir də fikrinə belə şeylər gətirmə və hər kəs haqqında bu xəyallara uyma.

Bu sözləri eşidəndə özümü itirdim, utandığımdan bilmədim nə deyim. Ürəyimdə dedim mən ki, bu barədə kimsəyə söz deməmişəm. Camaat çox, məscidin işığı da zəif idi. Mən minbərdən çox uzaqda oturmuşdum, bəs necə oldu ki, mənim fikrimdən keçənləri oxudu?!

Anladım ki, ilahi gözlə, Allah nuru ilə görüb. O vaxtdan onun müridlərindən oldum. Əlini öpüb tövbə etdim. Hər dəfə Həzrət Əbdül-Əzimə gedəndə onun da ziyarətinə gedirəm.


«Xalis incilər silsiləsindən»


Ariflərin imamı Əli (əs) buyurur: “Elm çaya, hikmət isə dəryaya bənzər. Alimlər çayın ətrafında hərlənərlər, hükəma dəryanın ortasında qəvvaslıq edərlər. Amma ariflər nicat gəmilərində seyrə çıxarlar.

«Ora sənin yerin deyil»


Məhəmmədtəqi Bafqinin qardaşı Qaimi Bafqi hekayət edir:

Qardaşım Məhəmmədtəqi dəfələrlə İmam Zamanla görüşmüşdür... Bir gün Nəcəfdən səkkizinci məsum imam Həzrət İmam Rizanı (ə) ziyarət etmək üçün Məşhəd səfərinə çıxır. İraq sərhəddini keçib İranın qərb sərhədlərinə daxil olanda görür şiddətli qar yağır. İlam əyalətinin dağlarını, dərələrini qar ağ yorğana bürüyüb və hava bərk soyuqdur.

Yol üstündə bir çayxanaya yetişir. Öz-özümə deyir: Havanın bu soyuğunda, bu saatda dağı aşıb keçmək çətin olacaq, yaxşısı budur bu gecəni burada keçirim, səhər açılanda Allahın köməkliyi ilə dağı keçərəm.

Bu niyyətlə çayxanaya gedir. Görür çayxanada bir dəstə yerli kürdlər qumar oynayır, yaramaz işlərlə məşğuldurlar. Fikrə dalır ki, gecəni burada necə keçirəcək. Əgər onlara nəsihət etməyə başlasa, qara qəlblərinə təsir etməyəcək, əgər sussa, bir şey deməsə, oturub günaha tamaşa etsə, bu da ona çox çətin olacaq.

Bu əndişədə çək-çevir edirkən ucadan bir səs eşidir:

Məhəmmədtəqi, gəl.

Səsin ardınca çölə çıxır, görür çayxananın kənarında, yaxınlıqda yamyaşıl yarpaqları göz oxşuyan, təravətli bir ağacın altında çöhrəsindən nur yağan, hörmətli izzətli bir şəxs əyləşib. Salam verir. Həmin şəxs ehtiram, məhəbbətlə salamın cavabını verib deyir:

Ora sənin yerin deyil, gəl mənim yanıma!

Məhəmmədtəqi həmin ağacın altında, o şəxsin yanında əyləşir, görür nəsə burada başqa bir aləm var. Havanın belə soyuğunda ağacın altında ürəkaçan bahar havası hiss edir. Gecəni o şəxsin yanında qalır və onun mərifət xəzinəsindən, elm bağçasından bəhrələr götürür.

Səhər, sübh namazından sonra o şəxs buyurur:

Şeyx Məhəmmədtəqi! İndiki hava işıqlandı, yolumuza düzəlsək yaxşıdır.

Yola düzəlib getməyə başlayırlar. Bir az yol getdikdən sonra Ayətullah Bafqi anlayır ki, böyük bir iftixara nail olmuş və misilsiz bir feyzə çatmışdır. Həmin şəxs bu anda təbəssüm edib deyir:

Bilirəm ki, artıq məni tanıdın, indi ayrılmaq vaxtıdır. Sağollaşır ki getsin, Bafqi narahat olur, iltimas edib deyir:

Ey mənim mövlam, icazə verin sizin yanınızca gəlim.

Həzrət deyir:

Yox! Siz mənimlə gələ bilməzsiniz.

Bafqi soruşur:

Bəs bir də sizi nə vaxt görə biləcəm?

Həzrət cavab verir:

Həmin səfərinizdə iki dəfə yenə sizinlə görüşəcəm − Bir dəfə Qumda, və bir dəfə də Səbzivarda.

Bunu deyib nəzərindən qeyb olur.

Ayətullah Bafqi görüş şövqü ilə Quma kimi qərar tuta bilmir. Quma daxil olandan sonra üç gün ziyarət və görüş üçün orada qalmalı olur. Amma nədənsə gözlədiyi kimi olmur. Qəmli, fikirli halda Xorasana tərəf hərəkət edir. Bir ay yol gedəndən sonra Səbzivar torpağına qədəm basır. Yol gedə-gedə fikirləşir: Pərvərdigara! Axı necə oldu ki, nə Qumda həzrəti görə bildim, nə də burada? Niyə o həzrətin vədəsi düz çıxmadı?

Bu xəyalda ikən birdən qulağına at nalının səsi gəlir. Dönüb baxır, görür ki, həzrət vüqarlı halda atın üstündə onun kənarında durubdur. Salam verir. Söhbət əsnasında deyir:

Ey ağam! Siz mənə vədə vermişdiniz ki Qumda sizi bir daha görəcəyəm, amma deyəsən bu səadət mənə nəsib olmadı, niyə?

Həzrət buyurur:

Yox, elə deyil. Mən gəlmişdim, siz həzrət Məsumənin hərəmindən çölə çıxmışdınız. Bir nəfər Tehranlı qadın sizdən bir məsələ haqqında soruşurdu, siz də başınızı aşağı salıb onun sualına cavab verirdiniz. O vaxt mən sizin kənarınızda durmuşdum, siz diqqət etmədiniz.1



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə