−Алимләрин кәрамәтләри−



Yüklə 1,06 Mb.
səhifə18/33
tarix23.08.2018
ölçüsü1,06 Mb.
#63942
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

«Düzgün gəlmir!»


... Həmçinin cənab Tac nəql edirdi:

Bir gün minbərdə bir məsələ ilə əlaqədar şeyx Həsənəli İsfəhaninin kəramətlərindən danışırdım. Minbərdən aşağı enəndə bir nəfər mənə yaxınlaşdı və dedi:

Siz şeyx Həsənəlini heç görmüşdünüzmü? Dedim:

Xeyr. Dedi:

Mən onun görüşünə getmişdim və onunla olan görüşdən bir xatirəm var.

Bir neçə nəfər dostlarımla birlikdə Məşhədə ziyarətə getmişdik. Məşhəddə olarkən dostlarım dedilər ki, şeyx Həsənəlini ziyarət etmək və bəzi həcətlərimizi söyləmək üçün Noxudəki kəndinə getməyi planlaşdırmışıq. Məni də dəvət etdilər ki, gəl sən də bizimlə gedək.

Mən dedim:

Həzrət imam Rizanın (ə) ziyarətinə gələn adamın ondan qeyrisinə üz tutmağı düzgün deyil. Mən getməkdən boyun qaçırdım. Onlar israr edib dedilər:

Eybi yoxdur, siz bizimlə gəlin, amma şeyxdən bir şey istəməyin. Mən də qəbul edib onlarla getdim.

Şeyx Həsənəlinin qəbulunda olanda dostlarım öz hacətlərini deyib cavabını aldılar.

Mən bir kənarda dayanıb baxırdım. Bu vaxt şeyx məni çağırıb astaca qulağıma dedi:

Kim deyir ki, şeyxin görüşünə getmək Həzrət Rizanın (ə) ziyarəti ilə düzgün gəlmir?!2


«Xalis incilər silsiləsindən»


İmam Sadiq (ə) buyurmuşdur:

Ariflərin vücudunun sirri və batinlərinin həqiqəti üç kök üstündə dayanıb: Qorxu, ümid, məhəbbət.


Qorxu elmin bəhrəsidir, ümid yəqinin bəhrəsidir, məhəbbət dərkin (mərifət) bəhrəsidir.3

«İmamın bəxşişi»


Şeyx Məhəmməd Razi yazır:

Böyük alim və şəxsiyyətlərdən eşitdim ki:

Sahibi Zamani ləqəbi ilə tanınan şeyx İbrahim Türk Məhşədə − imam Rizanın (ə) ziyarətinə getmişdi. Uzun müddət Məşhəddə qaldığı üçün pulu tükənir. Deyir:

Pulum qurtarandan sonra şəhərin icra başçısının mədhində bir qəsidə yazdım ki, gedib qəsidəni oxuyub əvəzində bəxşiş alım.

Yolda fikrimi dəyişib öz-özümə dedim: Heç Həzrətdən (ə) utanmırsanmı? Onun ziyarətinə gəlmisən, amma ondan qeyrisinə məddahlıq edib bəxşiş almaq istəyirsən?!

Tez istiğfar edib o qəsidəni həzrətin adına çevirdim və hərəmə daxil olub ziyarətdən sonra ərz etdim:

Ey ağam! Sənə bir mədihə yazmışam, bunun müqabilində səndən bəxşiş gözləyirəm.

Yazdığım qəsidəni astaca oxumağa başladım. Qəsidə başa çatandan sonra Həzrətdən bəxşiş verməsini xahiş etdim və zirehə yaxınlaşdım. Zirehi öpmək istəyəndə gördüm əlimə bir əl toxundu və ovcuma nəisə basdı.

Açıb gördüm bir dənə 10 tümənlik əskinasdır. O saat işin nə yerdə olduğunu anlayıb ərz etdim:

Qurbanın olum ağa, bu azdır. Yenə də bir əl mənimlə əl tutub əlavə bir 10 tümənlik əskinası ovcuma qoydu. Yenə də dedim:

Ey mövlam, azdır. Bu dəfə də bir 10 tümənlik çatdı; belə-belə altı dənə 10 tümənlik oldu.

Artıq həya edib dedim. Bəsdir, mənə bəs edər.

Zirehi öpüb çölə çıxdım. Qapının astanasına − ayaqqabıların təhvil verildiyi yerə çatanda gördüm kəraməti ilə məşhur olan şeyx Həsənəli İsfəhani hərəmin həyətinə daxil oldu və tələsik mənə tərəf gəlir. Mənə çatıb dedi:

Şeyx İbrahim, mövlamla (İmam Riza (ə) ilə) yaman dostlaşmısan ha... Mədh deyib bəxşiş alırsan... Həzrətdən (ə) aldığın o bəxşişi ver mənə.

Şeyxin heybətindən həyəcanlanıb tez əlimi qoynuma salıb həmin 60 tüməni çıxarıb ona verdim. O da əlini cibinə aparıb bir zərf çıxarıb mənə uzatdı və elə ordan da geri döndü. Zərfi açıb baxdım, 120 tümən idi. Sevinib şeyx Həsənəlinin kamal sahibi olduğunu bir daha təsdiq etdim, çünki mənim bu əhvalatımı Allahdan və Həzrət Rizadan (ə) başqa kimsə bilmirdi.1

Onu da deyək bu hekayə azacıq fərqlə Şeyx Həsənəlinin oğlunun dilindən atası haqqında yazdığı kitabda da nəql olunmuşdur. Həmin kitabda deyilir:

Şeyx İbrahim qəsidəni oxuyub zirehi öpəndən sonra görür ki, xəbər çıxmadı, ona bəxşiş verən olmadı. Deyir: Narahat oldum. Ərz etdim:

Ey ağa! Əgər mən bu şeri sizdən başqa hər kəsə oxusaydım mükafatım yüz faiz hazır idi, amma sizdən xəbər çıxmadı.

Narahatçılıqla hərəmdən çölə çıxdım. Hərəmin həyətindən çıxmaq istəyirdim ki, birdən heybətli bir şeyxin mənə yaxınlaşdığını gördüm. Mənimlə hal-əhval tutub dedi:

Al, Həzrətin (ə) bəxşişini götür, bir də imamla bu cür dikbaşlıqla danışma!

Görüşüb ayrılandan sonra ovcumda bir zərf gördüm. Amma şeyxin heybətindən bir söz deməyib yola düzəldim.

Zərfi açanda gördüm 120 tümən puldur. Bu məbləğ mənim bütün xərclərimə kifayət edirdi.

Bir neçə dəqiqədən sonra bizi qıraqdan müşahidə edən Hərəmin xadimindən soruşdum:

Mənimlə indicə görüşüb ayrılan bu şeyx kim idi? Dedi:

O, həzrət Riza (ə) ilə birbaşa əlaqəsi olan şeyx Həsənəli İsfəhanidir.1

«Nura qərq olmuş cəsəd»


Adlı-sanlı xətib Hüseynəli Raşid atası − məşhur arif molla Abbas Türbəti haqqında yazır:

Atamdan görüb müşahidə etdiyimiz və həmçinin bizim üçün qaranlıq qalan məsələlərdən biri də budur ki, atam 1322-il mehr ayının 24-ü, yekşənbə günü − təqribən 2 saat dan yeri söküləndən sonra vəfat etdi.

Sübh namazını uzanmış halda qıldı və ölüm əlamətləri onda müşahidə edilməyə başladı. Əllərini, ayaqlarını qibləyə tərəf uzatdılar, amma huşu yerində idi və dodağının altında nə isə deyirdi. Deyəsən can verdiyini başa düşmüşdü və ruhunun son işartısında dilindən çıxan söz “La ilahə illəllah” oldu.

Düz bir həftə qabaq, elə həmin yekşənbə günü sübh namazından sonra qibləyə sarı uzanıb əbasını da üzünə çəkmişdi ki, birdən gün işığı pərdə arxasından necə bərq vurursa atamın da vücudu nura qərq olmağa başladı. Xəstəlikdən saralıb-solmuş çöhrəsi işıqlanıb şəffaflaşdı, belə ki, üzünə çəkdiyi nazik əbanın altından aydın görünürdü. Birdən tərpənib dedi:

“Əssəlamun əleykə ya rəsulullah (s)”, siz bu həqir bəndəni görməyə gəlmisiniz.

Sonra, sanki bir-bir görüşünə gəlirlərmiş kimi Həzrət Əliyə (ə) və bir-bir imamların hamısına − on ikinci imama kimi salam verir və onlara gəldiklərinə görə təşəkkür edirdi. Sonra Həzrət Fatiməyə (s) salam verdi, sonra xanım Zeynəbə salam verdi. Xanım Zeynəbə salam verəndə ağladı və dedi:

Xanım, mən sizin üçün çox göz yaşı axıtmışam. Sonra öz anasına salam verdi və dedi: Ana, səndən razıyam. Mənə halal süd verdin. Bu hal gün çıxandan iki saat keçənə qədər davam etdi.

Bu haldan sonra vücudundan qalxan nur aradan getdi və adi halına qayıtdı. Üzünün də rəngi yenə əvvəlki kimi saralmağa başladı. Bir həftə sonra həmin gündə, həmin saatda can verməyə başladı və ruhunu təslim etdi.

Bu bir həftə arasında bir gün mən ona dedim ki, biz peyğəmbərlərdən, övliyalardan çoxlu rəvayət eşidirik və arzu edirik ki, ey kaş o zaman biz onların yanında olaydıq, öz dillərindən eşidərdik. İndi mənim ən yaxın adamım sizsiniz və belə bir hal sizin üçün baş vermişdir. Mən bu halın nə olduğunu anlamaq istəyirəm. Sizin düşdüyünüz o hal nə idi? Sükut etdi. Bir kəlmə olsun belə danışmadı.

İkinci dəfə, üçüncü dəfə başqa üsullarla sualımı təkrar etdim. Yenə də sükut etdi. Dördüncü, beşinci dəfə soruşanda dedi:

Hüseynəli, məni incitmə. Dedim:

Məqsədim bu barədə bir şey öyrənmək idi. Dedi:

Mən sənə başa sala bilmərəm, get özün öyrən. Onun keçirdiyi bu hal mənə, anama, qardaşıma, bacıma və bibimə indiyə qədər − bu yazını yazdığım günə kimi anlaşılmaz qaldı. Bu barədə heç bir şey deyə bilmərəm, ancaq onu deyirəm ki, belə bir halət görsəndi, biz olanları öz gözümüzlə gördük.1

Kitab müəllifi deyir:

Xoş təsadüfdən yuxarıdakı hekayəni yazarkən televizor elan etdi: Bu gün Hüseynəli Raşidin həyatdan köçməsinin ildönümü münasibəti ilə dini hövzə və universitet müəllimlərinin iştirakı ilə Tehran universitetində yığıncaq keçiriləcək. Bu xatirənin yazıya köçürülməsi ilə mərhumun ildönümü təsadüfən üs-üstə düşdü.2


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə