−Алимләрин кәрамәтләри−


«Fatimənin adı düyün açandır»



Yüklə 1,06 Mb.
səhifə15/33
tarix23.08.2018
ölçüsü1,06 Mb.
#63942
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

«Fatimənin adı düyün açandır»


Rəhmətlik Ayətullah Qazinin uzun illər Seyyid Murtəza Kəşmiri (vəfatı 1350 q.) ilə yaxın əlaqələri olmuşdur. Seyyid Murtəza Kəşmiri öz dövrünün nadir şəxsiyyətlərindən, zahid və mükaşifə sahiblərindən idi.

Qazi nəql edir ki, bir gün Murtəza Kəşmiri ilə birlikdə İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Nəcəf-Əşrəfdən Kərbəlaya gəldik. Beynəl-Hərəmeynin bazar mədrəsəsində bir hücrə tutduq. Bu hücrə pillələrin qurtaracağında yerləşirdi və buna görə də hər gün o uzunluqda pillələri düşüb-çıxmalı olurduq. Həmin ərəfələrdə bir dəfə Seyyid Murtəza qabaqda, mən də arxasınca hücrəmizə gedirdik. Elə ki, pillələr sona yetdi, gördük hücrənin qapısı bağlıdır. Kəşmiri nəzərini mənə yönəldib dedi:

Deyirlər, hər kəs Həzrət Musanın (ə) anasının adını bağlı qıfıla oxusa, qıfıl açılar. Mənim anam (Həzrət Fatimə (ə.s)) Həzrət Musanın anasından heç də əskik deyil.

Bunu deyib əlini qıfıla uzatdı və dedi: “Ya Fatimə!” Bir anda açıq qıfılı qarşıma qoydu və içəri keçdik.2


«Bərəkətli pullar»


Cənab Ələmül-Huda Məlayiri deyir:

Nəcəf-Əşrəfdə dini təhsil aldığım vaxtlar dolanışıq cəhətdən çətinlik çəkirdim. Bir gün iş o yerə çatdı ki, ailəmə çörək almağa bir qəpik pulum qalmadı. Evdən çıxıb pərişan halda bazara yollandım. Neçə dəfə bazarı əvvəldən axıra kimi gedib-gəldim və kimsəyə öz vəziyyətimi bildirmədim. Öz-özümə fikirləşdim, bazarda bu cür gedib-gəlmək yaxşı iş deyil. Bazardan çıxıb küçəyə daxil oldum, hacı Səidin evinin yanına çatanda birdən Seyyid Mürtəza Kəşmirini gördüm. Mənə çatanda əvvəl dedi: Nə olub sənə? Niyə bu haldasan? Cəddin Əmirəlmöminin (ə) arpa çörəyi yeyərdi, elə gün də olurdu heç nə tapmırdı.

Beləcə o həzrətin (əs) çətinliklərindən bir az danışıb mənə ürək-dirək verdi və sonra dedi:

Səbr elə, darıxma, əlbəttə düzələcəkdir. Nəcəfdə gərək zəhmət çəkəsən, əzaba qatlaşasan.

Bunu deyib bir neçə xırda pul cibimə saldı və dedi: Bu pulları heç vaxt sayma və kimsəyə də söyləmə. Nə qədər istəsən ondan xərclə.

Mürtəza Kəşmiri gedəndən sonra bazara girib həmin pula bir az çörək, yavanlıq alıb evə döndüm. Neçə gün bu minvalla həmin pulla alış veriş edirdim. Öz-özümə fikirləşdim ki, bu pullar qurtaran deyil, əlimi cibimə salanda oradan pul çıxır, yaxşısı budur ki, bir az evi-eşiyi sahmana salım. Həmin gün evə ət alıb gətirdim. Arvad əti görüb dedi:

Deyəsən vəziyyətin düzəlibdir, bəxtin gətiribdir? Dedim:

Bəli. Dedi:

Onda don tikdirmək üçün mənə bir az parça alarsan.

Bazara gedib parça satandan arvadın tapşırdığı parçanı kəsdirib bükdürdüm. Əlimi cibimə saldım, bir miqdar pul çıxardıb parça satanın qarşısına qoydum və dedim:

Bax gör parçanın pulunu ödəyirmi? Əskik olsa, üstünü düzəldim.

Pulları sayıb gördü ki, elə o deyən miqdardır. Nə isə, bu minvalla mən düz bir il hər gün özümə lazım olan qədər o pullardan xərcləyirdim və bu barədə kimsəyə bir kəlmə söz demirdim.

Günlərin bir günü paltarımı yumaq üçün dəyişməli oldum və pulları cibimdən çıxarmaq yadımdan çıxdı. Paltarları yumaq üçün verib evdən çölə çıxdım.

Uşaqlardan biri əlini cibimə salıb pulları çölə çıxardır və həmin pullarla o günün alış verişi edilir. Bununla da pullar birdəfəlik qurtarır.

Şəhid Ayətullah Dəstğeyb bu hekayənin nəqlindən sonra buyurur:

Seyyid Mürtəza Kəşmirinin kəramətləri və imam Zaman Həzrətləri (əs) ilə görüşməsini Nəcəf-Əşrəfin əksər elm adamları təsdiq edirdilər.1


«Alimlərin müqəddəsliyi»


Tehran sakini Hacı Müin Şirazi nəql edirdi:

Bir gün ruhani yoldaşlarımdan biri ilə birlikdə Tehranın xiyabanlarından birində durub maşın gözləyirdik. Yarım saata qədər gözlədik, maşın tapa bilmədik; taksilər ya dolu gəlirdi, ya da saxlamayıb keçirdilər.

Yorulub əldən düşmüşdük. Birdən bir taksi gəlib yanımızda dayandı, sürücü dedi:

Cənablar, buyurun əyləşin, hara lazımdı sizi çatdıraram. Biz əyləşib ünvanı söylədik.

Yol əsnasında dostuma dedim:

Allaha şükür ki, Tehranda bir nəfər müsəlman sürücü tapıldı ki, bizim halımıza yansın.

Sürücü bu sözləri eşidib dedi:

Cənablar qəribə də olsa mən müsəlman deyiləm, xristianam.

Dedik, bəs nə əcəb bizə maşın saxladın? Dedi:

Düzdür ki, müsəlman deyiləm, amma müsəlmanların alimlərinə və ruhani libası geyinmiş elm əhlinə böyük hörmətim var. Başıma bir iş gəldi, ondan sonra ruhanilərə ehtiram etməyi özümə lazım bildim. Soruşdum:

Nə iş? Dedi:

Mirzə Sadiq Müctəhid Təbrizini (vəfatı 1351 q.) Təbrizdən Tehrana sürgün edən ili mən kəşfiyyat idarəsinin sürücüsü işləyirdim və onu aparan maşını da mən sürürdüm. Yol üstündə çəmənlik və bulağı olan bir yerə yetişdik. Cənab Təbrizi bu yerə çatanda dilləndi: Burada saxlayın günorta namazımı qılım. Maşında oturan zabit mənə dedi:

Fikir vermə, yoluna davam et. Mən də etina etməyib maşını saxlamadım. Bulağın başına çatanda birdən maşının mühərriki söndü. Nə qədər çalışdım işə düşmədi. Yerə düşüb maşının kapotunu qaldırıb orasına-burasına baxmağa başladım ki, görüm harası xarab olub. Amma baş çıxara bilmədim.

Rəhmətlik Təbrizi dedi:

İndi ki, maşın dayanıb, icazə verin namazımı qılım. Zabit dillənmədi. Ağa düşüb namaza başladı. Mən də maşının mühərrikini qurdalayırdım. Ağa namazını qurtarıb ayağa qalxanda, maşın da işə düşdü.

O vaxtdan başa düşdüm ki, elm əhlinin libasını geymiş şəxslərin Allah yanında hörmət, izzəti var.1


«Bu eyvandakılardan bizdə çoxdur»


Qum şəhərində yerləşən Məhəmmədiyyə məscidinin axundu Şeyx Möhsün Hərəmpənahı rəhmətlik Məhəmmədəli Səfayidən nəql belə edir:

Samirra şəhərində dərs oxuduğum əyyamda bir müddət pulum olmadı. Çətinliklə yaşayırdım, hətta bir gün səhərdən axşama yeməyə bir şey tapa bilmədim və o gecəni ac yatdım.

Sübh tezdən acqarnına hücrədən çölə çıxdım. Ayətullah Naininin evinə yollanmaq istədim. Naini o zaman böyük mərcə idi. Amma yolda fikirləşdim ki, onların eyvanında ancaq bir stəkan çayla qonaqları yola salırlar, başqa bir şey verəcəkləri məlum deyil; yaxşısı budur ki, Əsgəreynin1 hüzuruna gedim, bəlkə daha yaxşı qonaqlıq oldu.

Qayıdıb mütəhhər hərəmə tərəf getməyə başladım... Ziyarət edib hacətimi söylədim. Bir az hərəmdə oturub gözlədim, xəbər çıxmadı. Eşiyə çıxıb hərəmin həyətində bir guşədə oturdum... Nə qədər gözlədim bir xəbər olmadı.

Günorta yaxınlaşırdı... Əlim hər yerdən üzüldü, ümidsizliklə istəyirdim qalxıb yola düzəlim, birdən gördüm Ayətullahül-üzma Naini hərəmdən çıxdı. Həyətə enəndə gördüm mənə tərəf gəlir. Mənə çatanda yaxınlaşıb iki ədəd əşrəfi2 verdi və dedi:

Götür; bu eyvandakılardan bizdə çoxdur!3



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə