−Алимләрин кәрамәтләри−


«Və nuridu ən nəmunnə...»



Yüklə 1,06 Mb.
səhifə11/33
tarix23.08.2018
ölçüsü1,06 Mb.
#63942
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

«Və nuridu ən nəmunnə...»


Şeyx Əli Tərihinin oğlu və Şeyx Məhəmməd Tahanın xüsusi şagirdlərindən olan Şeyx Razi (vəfatı 1240 q.) ustadı Şeyx Məhəmməd Tahanın başına gələn bir hadisəni belə nəql edir:

Bir vaxtlar dizimdə şiş əmələ gəlmişdi və müraciət etdiyim həkimlərin hamısı onun müalicəsində acizliyini bildirirdilər. Çarəsiz qalıb müalicə üçün Bağdada getdim. O vaxtlar maddi vəziyyətim də çox pis idi. “Kəbə” ləqəbiylə məşhur olan Hacı şeyx Məhəmməd Həsənin ailəsi mənim çətinliklərimin həllini öz öhdəsinə götürdülər və Bağdadda olduğum iki-üç il ərzində nəhayət bu xəstəlikdən nicat tapdım. Nəcəfə qayıtmazdan əvvəl qərara aldım ki, Samirra şəhərinə İmam Əsgərinin (ə) ziyarətinə gedim.

Qayıdaq əvvələ. Xəstə olduğum vaxtlar sinəm qəm-qüssədən daralmışdı. Öz ruhi-cismani vəziyyətim haqda düşündükdə, ömrümün hədər, boş keçib getdiyini, faydalı bir şey öyrənmədiyimi hiss edirdim. Bir tərəfdən də maddi vəziyyətim pis olduğuna görə yaman çətinlik çəkirdim. Özümü hər iki dünyadan (dünya və axirət) məhrum və əli üzülmüş halda görüb o iki əziz İmama bu qəsidəylə xitab etdim. Qəsidənin beytlərindən biri belədir:

یا اباة الضیم ما هذا السکوت

عن عبید کاد بالهَمِّ یموت

(Ey zülmü qəbul etməyənlər! Qəm-qüssənin şiddətindən az qala öləcək bu həqir bəndənin müqabilində sükutunuzun mənası nədir?)

Bu macəradan sonra bir axşam yatağa girdim. Hələ dərin yuxuya getməmişdim ki, qeybdən gələn nida səsinə yerimdən atıldım. Eşitdim ki, deyirdi: “Və biz istəyirik...”

Başa düşdüm ki, Quran ayəsidir və istəyir ki, mənə təskinlik versin. Bu səsi eşidəndən sonra dərin yuxuya getdim. Sübh, namaza yuxudan oyandım.

Səhər açılanda Mirzə Şirazi bizim evi öz qədəmlərilə işıqlandırdı. Bir xeyli oturub söhbət etdikdən sonra beş dəqiqəyə yaxın sükut edib üzümə baxdı. Elə bu vaxt bir Quran ayəsini oxumağa başladı:

بسم الله الرحمن الرحیم

و نرید ان نمنَّ علی الذین استضعفوا فی الارض و نجعلهم ائمة و نجعلهم الوارثین

Mirzə bu ayəni oxuyanda yuxuda gördüklərim yadıma düşdü.

Şeyx Razi deyir ki, ustaddan soruşdum:

Həmin yuxu barəsində siz Mirzəyə bir söz demişdinizmi? Ustad dedi:

Xeyr.

Beləliklə Şeyx Məhəmməd Taha elə bir məqama çatır ki, əsrin “Şeyxüt-taifə”si (Nəsirəddin Tusinin ləqəblərindən biri) ləqəbini qazanır. Mirzənin ona diqqətlə baxışı da bir növ bəsirət gözü ilə duyduğu həqiqət idi və həmin ayəni oxumaqla dünya və axirətdə nəsib olacağı yüksək məqamı müjdələyirdi.1


«Nurla səfər yoldaşı»


Şeyx Əbdülkərim Ali Muhyiddin belə hekayət edir:

Bir gün anam mənə dedi: Yuxuda gördüm ki, İmam Zaman (ə) sənin dalınca adam göndərib və özüylə Həccə ziyarətə aparır.

Bir müddət keçdi və mən o yuxunu unutmuşdum. Günlərin birində Mirzə dalımca adam göndərdi, mən də getdim. Mirzə evin astanasında dayanmışdı. Salamlaşıb hal-əhval soruşandan sonra dedi:

Mən Həccə getmək istəyirəm, sən də mənimlə gəlirsənmi? Dedim:

Bəli. Mirzə səfərdə lazım olacaq şeylərin siyahısını və bir neçə dirhəm mənə verib dedi:

Bu şeyləri al və Həcc səfərinə hazırlaş. Lazım olan şeyləri alıb işlərimi səhmana saldıqdan sonra Mirzəylə birlikdə Həccə müşərrəf olduq.

Həcc ziyarətindən qayıtdıqdan sonra, anamın gördüyü yuxu yadıma düşdü. Ondan sonra Mirzənin məqamı nəzərimdə daha da ucaldı. Bunu da deyim ki, mən Mirzənin məclislərinə çox get-gəl edirdim.

Günlərin birində anam yenə də dedi:

Sənin üçün yaxşı yuxu görmüşəm. Dedim:

Xeyirdir, inşallah? Dedi:

Gördüm ki, İmam Zaman (ə) səni çağırıb, özü üçün Nəcəfdə bir ev tikməyi tapşırdı. Sən də onun əmrinə itaət edib evi tik.

Bu əhvalatın üstündən neçə gün keçməmişdir ki, Mirzə dalımca adam gördərdi. Onun hüzuruna getdim.

Buyurdu:

Sənə mühüm bir iş tapşırmaq istəyirəm filan evi tikmək lazımdır. Mirzənin tapşırığını qəbul edib Əllamə Ənsarinin evinin yaxınlığında binanın tikintisini sona çatdırdım. İşim qurtarandan sonra birdən anamın yuxusu yadıma düşdü. Ondan sonra Mirzəyə xalis xidmət etmək arzusu məndə neçə qat artdı.

Şeyx Əbdül Kərim dövrünün təqvalı, əmanətdar və misilsiz şəxsiyyətlərindən olmuşdur. Elə buna görə də ustad Mirzənin bütün işləri onun öhdəsində idi.

Şeyx Əbdül Kərim onun sirdaşı, malı və əhli-əyalına əmanətdar olmuş və Mirzənin vəfatından sonra bir aydan artıq yaşamamışdır.1


«Pəri çöhrələrin cəmalı»


Şeyx Məhəmməd Şərif Razi belə yazır:

Bir gün mərhum Hacı şeyx Məhəmməd Təqi Bafiqinin hüzurunda idim. O, mərhum hacı molla Məhəmməd Əşrəfi Mazandaraninin (vəfatı 1315 q.) xatirəsini yad edərək onun elmi, ruhani məqam və dərəcəsindən söz açdı. O cümlədən onun Əhli-Beytlə olan fövqəladə rabitəsi olduğunu qeyd etdi ki, əgər onlara (ə) namə göndərsəydi, həmin tərəfdən mütləq ona cavab verilərdi.

Misal olaraq deyim ki, Mazandaranın Babul məntəqəsindən bir qrup Həzrət İmam Rzanı (ə) ziyarət etmək niyyəti ilə Məşhədə yola düşür. Mərhum Hacı Əşrəfinin xas müridlərindən biri sağollaşmaq üçün Hacının yanına gəlib deyir ki, mən Məşhədə gedirəm. Sizin bir sifarişiniz varmı? Mərhum Hacı Əşrəfi buyurur:

Verdiyim bu kağızı aparıb Həzrət İmam Rzaya (ə) verərsən və cavabını da alıb gətirərsən. Orada mənə dua da edərsən.

O mömin şəxs kağızı alıb öz-özünə fikirləşir ki, bu iş mümkün deyil? Axı bu kağızı mən necə İmam Rzaya (ə) verim və cavabını da alım? Nəhayət karvanla birlikdə Məşhədə yola düşür və ora çatdıqdan sonra öz-özünə deyir ki, Hacının verdiyi kağızı İmam Rzanın (ə) zərihinə ataram. Hərəmə gedib kağızı zərihin arasından içəri atıb, ziyarətə məşğul olur və istədiyi vaxta qədər Məşhəddə qalır.

Deyir:


Məşhəddə olduğum sonuncu gecə vida ziyarəti niyyəti ilə hərəmə getmişdim. Hələ gecədən çox keçməmişdi ki, neçə nəfər fərraş və xidmətçi paltarında hərəmə daxil olub camaatı çölə çıxarmağa başladı. Fikirləşdim ki, yəqin kim isə dövlət adamlarından və ya böyük şəxsiyyətlərdən biri ziyarətə gələcək. Amma heç kim gəlmədi.

Əyləşdiyim yerdə dua oxumaqla məşğul idim. Birdən hərəmin hədsiz dərəcədə işıqlandığını gördüm. Zərihin qapısı açıldı və İmam Əli ibn Musa Rza (ə) çölə çıxdı. Mənə tərəf gələrək vücuduma hakim oldu və mən o nurlu simaya heyran oldum. Dedi:

Filankəs, Babula gedib hacı Əşrəfə mənim salamımı çatdır və ona de:

آیینه شو جمال پری طلعتان طلب

جاروب کن تو خانه سپس مهمان طلب

Həzrət zərihə geri döndükdən sonra, hərəm yenə əvvəlki kimi zəvvarla doldu. Özümə gələndən sonra başa düşdüm ki, İmam (ə) Hacının naməsinin cavabını mənə həvalə etməklə böyük mərhəmət edib. Bundan sonra Hacının Əhli-beyt (ə) ilə nə qədər yaxın rabitəsi olduğunun şahidi oldum.

Babula qayıdandan sonra Hacının görüşünə getdim. İmamın verdiyi cavabı ona demək istəyəndə, Hacı məni qabaqlayıb İmamın buyurduğunu təkrar etdi:

آیینه شو جمال پری طلعتان طلب

جاروب کن تو خانه سپس مهمان طلب1


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə