−Алимләрин кәрамәтләри−


«Mənəvi aləmə səfərin intizarında»



Yüklə 1,06 Mb.
səhifə19/33
tarix23.08.2018
ölçüsü1,06 Mb.
#63942
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

«Mənəvi aləmə səfərin intizarında»


Əllamə Məhəmmədtəqi Cəfəri öz ustadı şeyx Mürtəza Taliqani haqqında nəql edirdi:

Məhərrəm ayına iki gün qalmış hər gün olduğu kimi ustadın yanına dərs almağa getdim, dedi:

Qalxın gedin, niyə gəlmisiniz? Deyəndə ki, dərs üçün gəlmişəm, dedi:

Dərs qurtardı.

Mən elə bildim məhərrəm ayı yaxınlaşdığı üçün belə deyir, ona görə də dedim: Hələlik hövzələr tətil olmayıb.

Dedi: Bilirəm, mən müsafirəm, mən müsafirəm. Taliqaninin ulağı getmiş, palanı qalmışdır, ruhu getmiş, cismi qalmışdır, la ilahə illəllah!

Bunu deyib gözlərindən bulud kimi yaş axıtdı. Anladım ki, ölümündən xəbər verir, halbuki sap-sağlam gözə dəyirdi.

Vəziyyəti belə görüb dedim:

Mənimlə söhbət edin!

Dedi:


Afərin, ağacan, indi anladınız, indi anladınız. Sonra bu beyti oxudu:

Fürsət var ikən çalış gün ağla özünə

Qocalsın əl-ayağın baxmayacaqdır sözünə.
Bu beyti deyib həmin halda “la ilahə illəllah” kəlməsini söylədi.

Çöhrəsinə aydın görünəcək nur çökmüşdü. Mən qalxıb getdim. İki gün çəkmədi ki, Taliqaninin ölüm xəbərini gətirdilər. Təəssüf edə-edə tələbələrlə birlikdə Taliqaninin qaldığı Seyyid Kazim Yəzdinin mədrəsəsinə tərəf yollandıq.

Dedilər ki səhərə yaxın, adəti üzrə evin damına qalxıb münacat etmiş, sonra sübh namazını qılıb hücrəyə girmiş və artıq çölə çıxmamışdır. Gün qalxmazdan qabaq həmişə hücrədən çıxıb mədrəsənin həyətinə gələn Taliqanini görməyən tələbələr nigaran qalıb onun hücrəsinə gedirlər... Görürlər ki, müraqibə halında söykənib canını tapşırıbdır.

Qüsul verib kəfənləməyi mən boynuma götürdüm. Qüsulxanadan qəribə xoş qoxu gəlirdi. Əvvəllər heç kim buna oxşar xoş qoxunu duymadıqları üçün çox təəccüb etdilər. Cəsədində də qəribə nur hiss olunurdu. Cənazəni Nəcəfin Vadiüs-səlam qəbristanlığında torpağa tapşırdılar.1


«Vüsal şövqündən doğan gülüş»


...Rəhmətlik Mürtəza Taliqani mələkuti nəfs sahibi idi. Ömrünün son illərini Məhəmməd Kazim Yəzdinin mədrəsəsində yaşamışdı. Həkim Hiydəci kimi dərs deməklə məşğul olurdu və tələbə hansı dərsi istəsəydi onu da deyirdi. Seyyidin mədrəsəsinin tələbələri deyirdilər:

Şeyx Mürtəza öləcəyi günün axşamı bütün tələbələri öz hücrəsinə topladı və sübhə qədər onlarla deyib-güldü. O axşam hamı ilə zarafat edir, hamının könlünü oxşamağa çalışırdı. Mədrəsənin tələbələri öz hücrələrinə getmək istəyəndə deyirdi:

Bir gecədir, qənimətdir. Tələbələrin heç biri onun öləcəyini güman etmirdilər.

Azan vaxtı şeyx dama qalxıb azan dedi və aşağı enib öz hücrəsinə getdi.

Gün hələ çıxmamışdı ki, gördülər şeyx üzü qibləyə uzanıb üzünü bir parça ilə örtmüş və dünyadan köçmüşdür.

Mədrəsənin xadimi deyir:

Günortadan keçmiş (səhərisi gün şeyx vəfat edir.) Şeyx mədrəsənin həyətində dolaşarkən mənimlə rastlaşdı və dedi:

Bu gecə yatacaqsan, sübh yuxudan duranda, dəstəmaz almaq üçün hovuzun qırağına gələndə eşidəcəksən ki, deyirlər:

Şeyx Murtəza vəfat etdi.

Xadim deyir:

Mən onun nə demək istədiyini anlamadım, dedim yəqin zarafatyana nəsə demək istəyir. Sübh yuxudan durub hovuzun kənarına dəstəmaz almaq üçün gələndə gördüm mədrəsənin tələbələri deyirlər:

Şeyx Mürtəza vəfat edib.1


«Niyə ki... amma...!»


Əbdünnəbi İraqi Nəcəf və Qum elmi hövzələrinin böyük ustadlarından və dəyərli əsərlər sahibi idi.

İraqinin Ayətullahül-Üzma seyyid Əbul-Həsən İsfəhaniyə böyük hörmət və etiqadı var idi. İsfəhanini İmam Zamanın təsdiq və təyin etdiyi nümayəndələrindən və onunla görüşən şəxslərdən hesab edirdi. Bu barədə eşitməli olan qəribə bir mükaşifəsi də olmuşdur.

İraqi bu barədə deyirdi:

Nəcəf-Əşrəfdə olduğum vaxtlarda on dörd mühüm və çətin məsələ zehnimi məşğul etmişdi. Həllini tapa bilmirdim. Qərara gəlmişdim ki, o məsələləri İmam Zamandan soruşum. Həmin əyyamda eşitdim ki, şəri məşəqqət yolu ilə ali dərəcəyə çatmış bir nəfər mürtaz Nəcəfə gəlib və qəribə işlər görür.

Onun görüşünə gedib yoxladım, gördüm agah adamdır. Sonra ondan soruşdum: Səndə olan məlumata əsasən səncə İmam Zamanı görmək olar?

Cavab verdi: Bəli.

Dedim: Necə?

Dedi: Xalis niyyətlə dəstəmazlı və qüsullü halda səhraya gedərsən... xəlvətdə, gözdən uzaq bir yerdə üzü qibləyə oturarsan... Yetmiş dəfə “Ayətül-Kürsü”nü bütün vucudunla oxu, sonra hacət və istəyini tələb elə. Yəqin bil ki, dediklərimi eləyəndən sonra, yanına gələn ilk şəxs istədiyin adam olacaqdır, onun ətəyindən yapışıb hacətini dilə.

Bu məqsədlə günlərin bir günü tam hazır vəziyyətdə Səhlə məscidinin biyabanına yollandım və deyilənləri üzü qibləyə kamal-ədəblə icra etdim. Gördüm böyürdən ərəb paltarında bir nəfər görkəmli şəxs peyda oldu və mənə dedi:

Sizin mənimlə işiniz var idi? Dedim:

Sizinlə yox. Dedi:

Niyə? Məni o qədər qəflət basmışdı ki, yenə də dedim:

Yox, səninlə işim yoxdur.

O çıxıb getdi. Mən birdən özümə gəldim və tez onun arxasınca düşdüm. O həmin çöllükdə bir mənzilə daxil oldu. Mən də ora çatıb gördüm qapı bağlıdır. Qapını döydüm, bir nəfər qapını açıb soruşdu:

Nə istəyirsən? Dedim:

Bura indicə daxil olan ağanı istəyirəm.

Dedi: Buyur içəri.

İçəri keçdim... Balaca bir ev idi. Qarşısında eyvanı da var idi. Həmin eyvana bir taxt qoyulmuşdu və taxtın üstündə on ikinci məsum imam Həzrət Mehdi (ə) oturmuşdu. Keçib salam verdim. Həzrət salamımın cavabını verdi, amma özümü elə itirmişdim ki, zehnimdə tutduğum bütün məsələləri tamam unutdum. Heyran-heyran baxıb nə deyəcəyimi bilmirdim. Axırda bir-iki başqa sual soruşub cavabımı alandan sonra çölə çıxdım.

Evdən bir az uzaqlaşmışdım ki, zehnimdə tutduğum, sualına cavab axtardığım 14 məsələ yadıma düşdü. Tez geri qayıdıb təzədən qapını döydüm. Yenə də həmin adam gəlib qapını açdı və dedi:

Buyurun: Dedim:

Həzrətin xidmətinə getmək istəyirəm, suallarım var, onların cavabını soruşacağam.

Dedi: Ağa getdi, amma naibi burdadı.

Dedim: Əgər mümkündürsə icazə verin naibindən soruşum. Dedi:

Buyurun, gəlin. Daxil oldum, amma baxanda gördüm Seyyid Əbül-Həsən İsfəhani Həzrət İmam Zamanın bir az bundan qabaq oturduğu həmin taxtın üstündə əyləşmişdir. Suallarımı bir-bir verib cavablarını aldım və xudahafizləşib çölə çıxdım.

Çölə çıxandan sonra öz-özümə dedim:

Əcəba! Ayətullah İsfəhani Nəcəfdə idi, bura nə vaxt gəlib çıxdı?

Tez Nəcəfə qayıtdım. Günortanın yandırıcı istisində gözləməyib birbaşa İsfəhaninin evinə yollandım. İcazə alıb içəri keçdim. Gördüm namaz qılır.

Namazı başa vurandan sonra mənə sarı dönüb hal-əhval tutdu və dedi:

Məgər suallarının cavabını almadın?

Dedim:


Niyə ki ... amma..!

İkinci dəfə soruşdum, yenə də həmin qaydada cavab verdi. Başa düşdüm ki, məqamı çox yüksəkdə olan bir şəxsdir və İmam Zamanla (ə) əlaqəsi nə səviyyədədir.1



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə