−Алимләрин кәрамәтләри−


«Xalis incilər silsiləsindən»



Yüklə 1,06 Mb.
səhifə10/33
tarix23.08.2018
ölçüsü1,06 Mb.
#63942
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

«Xalis incilər silsiləsindən»


İmam Sadiq (ə) buyurmuşdur: “Xəlvətə çəkilib Allahla razü-niyaz edən, Onun pənahına sığınar və mühafizəsində olar. Xoş o kəsin halına ki, gizlində və aşkarda Allahı yad edər, Allahla olar! Allah yolunun yolçusunun on şeyi bilməsi zəruridir:

1. Haqq və batili tanımaq.

2. Sadə yaşamağı sevmək.

3. Zahidanə həyat sürmək və onun çətinliklərinə dözmək.

4. Xəlvət hallardan ruhi bəhrələr götürmək (Allahla munis olmaq üçün fürsətdən istifadə və tənhalığa çəkilmə).

5. İşlərin aqibəti haqda fikirləşmək (ölüm və qiyamət).

6. İbadətdə öz nöqsanlarına diqqət.

7. İbadətdə səy göstərmək.

8. Ücb və xudbinliyin tərki (İlahinin tofiqlərinə görə qürurlanmamaq).

9. Allahı çoxlu zikr və həmişə yad etmək və qəflətin tərki. Çünki qəflət şeytanın torudur və hər bir giriftarçılığın başlanğıcıdır. Allahla bəndəsi arasında bütün hicablar qəflətdən yaranır.

10. İbadət vaxtı fikri Allah və ibadətdən yayındıran şeylərdən uzaq olmaq.

«Hatəmdən də kərimli»


Şeyx Məhəmməd Qumi böyük təqva sahibi alim və zahid Şeyx Ənsarinin müasiri olmuş Seyyid Əhməd Ərcəzinidən belə nəql edir:

Şeyx nə qədər ki, sağ idi, mənim xərcimi ödəməyi öz öhdəsinə götürmüşdü. Amma vəfat edəndən sonra mənim güzəranım pisləşdi və çox çətinlik çəkməyə başladım. Bir gün arvad-uşağa yeməyə bir şey tapmaq üçün evdən çölə çıxdım, amma heç bir şey hasil olmadı. Yavaş-yavaş günorta düşürdü.

Həmin gün yayın isti günlərindən biri idi və qayda üzrə hərəmin də qapıları bağlanırdı. Küçələrdə camaatın get-gəlişi də kəsildi. Hətta borc almağa bir tanış da tapa bilmədim. Çox narahat və qəmgin halda Şeyx Ənsarinin məqbərəsinə gedib dedim:

Ey Şeyx həzrətləri! Siz ki, Hatəmdən1 əskik deyilsiz. Bir iddə (qrup) adam Hatəmin məqbərəsinə daxil olub ondan ziyafət (qonaqlıq) istədilər. Üstündən bir az keçməmiş Hatəmin qohumlarından olan bir neçə nəfər tez gəlib dəvə kəsdilər və onlara yaxşı qonaqlıq verib dedilər: Yuxuda Hatəmi gördük ki, dedi: “Mənim qonaqlarıma qulluq edin.”

Mən də indi sizin qonağınızam − deyib, fatəhə oxumağa başladım. Bir az keçməmiş gördüm ki, Mirzə Şirazi Tənbakuyi sürətlə mənə tərəf gəlir. Havanın çox isti olduğundan qan-tər içində idi. Məqbərəyə yaxınlaşaraq pəncərədən əlini içəri uzadıb, tez pulu mənə verib geri qayıtdı. Hava çox isti olduğundan heç fatihə də oxumadı.

Mizrə Şirazi çox mülayim və lətif xasiyyətli olduğundan, heç vaxt kimsə təsəvvür etməzdi ki, günortanın o çağında evdən bayıra çıxsın.

Mən həmin pulla lazım olan şeyləri alıb evə apardım və Şeyx Ənsarinin bu qonaqlığından çox sevinib, ona təşəkkür etdim.2

«Dəqiqən həmin məbləğ»


Əllamə Ağa Büzürg Tehrani buyurur:

Kərbəlayi ləqəbilə məşhur, Mirzə Şirazinin şagirdlərindən olan fazil, əllamə Şeyx Həsən İsfahani ömrünün son günlərini xəstə yatağında yatdığı vaxt Şeyx Məhəmməd Təqi Qəzvininin dilindən mənim üçün Mirzə Şirazinin kəramətlərindən birini hekayət etdi. Şeyx Məhəmməd Təqi deyir: İraqdakı müqəddəs yerləri ziyarət etmək üçün yaman şövqüm vardı. Amma məlum səbəblərə görə bu arzuma çatmağa ümidim yox idi. Bir gecə yuxuda gördüm ki, bu arzuma nail və sonra Samirra şəhərində Mirzə Şirazinin xidmətinə müşərrəf olmuşam. Mirzə mənə dedi: “Getmək istəyirsən, yoxsa bizim yanımızda qalırsan? Əgər qalmaq fikrin varsa, hər ay filan qədər sənə verərəm. Elə bu vaxt yuxudan ayıldım.

Bir neçə gündən sonra Allahın lütfüylə, arzuladığım ziyarət mənə qismət oldu. Ziyarətdən sonra Samirra şəhərində Mirzənin hüzuruna müşərrəf oldum. Hal-əhval soruşandan sonra Mirzə dedi:

Getmək istəyirsən yoxsa bizim yanımızda qalırsan? Əgər qalmaq fikrin varsa, sözüm əvvəl dediyim kimidir.

O gecə gördüyüm yuxu yadıma düşdü. Başa düşdüm ki, Mirzə yuxuda mənə dediklərinə və təyin etdiyi məbləğə işarə edir.

Nəhayət Samira şəhərində qalmalı oldum və bir aydan sonra Mirzənin xadimi gəlib dəqiq yuxuda təyin olunmuş məbləği mənə verdi və hər ay bu işi yerinə yetirirdi.1


«Təkid etməyin»


Bir gün Samirra şəhərinin zəvvarlarından üç fəqir kişi Mirzə Şirazinin məclisinə gəlib kömək istədilər. Mirzə onlardan birinə iyirmi qran, digərinə beş qran və üçüncüsünə isə heç nə vermədi.

İkinci şəxs çox təkid edirdi ki, beş qran artıq alsın və üçüncü şəxs də öz etirazını bildirdi. O iki nəfər deyirdilər:

Biz hər üçümüz dost və birgəyik. Üçümüzün də yemək-içməyə ehtiyacımız olduğu halda niyə bizim aramızda fərq qoyursunuz?

Mirzə dedi:

Sizin öz istəyinizə görə, mən bu işi gördüm (yəni özünüz istədiniz ki, pulunuz bərabər və eyni olsun). Bundan artıq rüsvay olmağınıza da təkid etməyin.

Amma onlar yumşaq dillə razılaşmayıb, artıq pul almaq üçün israr etdilər. Mirzə Şirazi xidmətçilərdən birini çağırıb əmr etdi ki, onların cibləri və əyin-başlarını axtarsınlar. Axtarışdan sonra məlum oldu ki, iyirmi qran verdiyi birinci şəxsin kisəsində beş qran, beş qran verdiyi ikinci şəxsin kisəsində iyirmi qran və heç nə vermədiyi üçüncü şəxsin kisəsində isə iyirmi beş qran var imiş.

Buradan məlum oldu ki, Mirzənin onların arasındakı bərabərlik nəzəri nə imiş.2

«Mirzəyə sifariş etmişik»


Fazil alim, hacı şeyx İbrahim Təcrişi Tehrani belə hekayət e dir:

Fəzilətli şəxslərdən biri ilə Əllamə hacı Molla Əli Kəninin hüzuruna getmişdik. Söhbət əsnasında hacı Molla Əli dedi:

İstəyirsinizmi sizə öz kitab xəzinəmdən bir şey göstərim?

Bu sözdən sonra onunla birlikdə kitabxanaya girdik. Məxsus bir yerdən çox böyük ehtiramla bir məktub çıxararaq onu öpüb, bizə göstərdi. Dedi:

Bu mərhum Mirzə Şirazinin öz xəttilə yazılmış və aşağısına da öz möhürünü vurmuşdur. Hacı Molla Əli sonra edib dedi:

Bu məktub mənim üçün çox dəyərli və qiymətlidir. Sanki, hiss edirəm bu, həzrət İmam Əsgəri (ə) tərəfindən göndərilmiş bir namədir. Oğluma vəsiyyət etmişəm ki, mən öləndən sonra onu kəfənimə qoysun. Namənin məzmunu Qəzvin əhalisindən olan bir seyyidlə bağlı yazılmış tövsiyədir.

Hal-qəziyyə buradan başlayır ki, çox varlı və dövlətin böyük xadimlərindən biri həmin bu seyyidin əmlakının böyük bir hissəsini qəsb edir. Seyyid də Tehrana gəlib bu haqda mənə şikayət edir. Sözün düzü, mənə pənah gətirir ki, onun müşkülünü həll edəm və ona zülm edən şəxsdən haqqını geri alam. Amma o adam dövlətin nüfuzlu şəxslərindən biri olduğundan, mən seyyid üçün heç bir iş görə bilmədim. Bir müddətdən sonra Seyyid də məndən artıq ümidini üzdü. Elə bu vaxtlar mənim yaxın dostlarımdan üçü İraqa ziyarətə getmək niyyətində idilər. Onlardan biri böyük alim Seyyid Məhəmməd Təqi Tonikaboni idi. Seyyid də onlarla birlikdə yola düşdü və yol boyunca hey deyirdi ki, bu səfərdə yalnız Samirraya gedib Mirzə Şiraziyə şikayət etmək qəsdindəyəm.

Seyyid Məhəmməd Tonikaboni deyir ki, Samirra şəhərinə çatdıqdan sonra Mirzə Şirazi ilə görüşə bilmədik. Nəhayət Samirrada olduğumuz sonuncu günün axşamı Mirzənin hüzuruna yetişə bildik və seyyid öz macərasını (əmlakının qəsb olunması və uzun müddət Tehranda qalmasını) ona danışdı. Həmçinin hacı molla Əli Kəniyə də müraciət etdiyini və heç bir nəticə hasil olmadığını da əlavə etdi. Mirzə bu məsələ haqda bizdən soruşanda dedik ki, bəli, həmin şəxsin dövlətdə böyük nüfuzu olduğundan Molla Əlinin bu məsələyə dəxalət edə bilmədiyini söylədik. Mirzə dedi:

Əgər hacı molla Əli qəsb olunmuş əmlakı geri almağa qadir deyilsə, bəs mən nə edə bilərəm? Əgər mən sənə kömək etmək istəsəm belə Molla Əliyə namə yazmaqdan başqa əlimdən bir iş gəlməz. Beləliklə Mirzə də ümidi olmadığını bildirdi. Sonra hamımız Mirzə Şirazilə sağollaşıb hərəmə getdik.

Seyyid olduqca qəmgin və narahatçılıq içində idi. O zərihə yaxınlaşıb iki imama (İmam Nəqi (ə) və Əsgəri (ə)) xüsusilə İmam Həsən Əsgəriyə (ə) təvəssül etdi. Seyyidin nalələri yavaş-yavaş yardım və kömək həddini aşıb, hörmətsizliyə gedib çıxdı ki, biz onu evə aparıb yatağına uzatdıq. Seyyid elə narahat halda da yuxuya getdi.

Sübh tezdən səfər hazırlığı görmək üçün yuxudan ayılanda seyyid şadlıq və sevincdən bilmirdi nə etsin. Dedi ki, İmam Həsən Əsgərini (ə) yuxuda gördüm və İmam fars dilində mənə dedi: “Narahat olma, (səni) Mirzəyə tapşırmışıq. Dan yeri təzəcə açılmağa başlayanda Mirzənin şeyx Əbdülkərim adlı xidmətçisi həmin bu naməni gətirib seyyidə verdi. Dərhal başa düşdüm ki, bu namə seyyidin gördüyü yuxuyla əlaqədardır.

Hacı Molla Əli Kəni əlavə edərək dedi:

Mirzənin dəstxətti (naməsi) mənə çatandan sonra, Nəsrəddin şaha bir məktub yazdım. Seyyidin macərasını əvvəldən axıracan orada şərh edib, bu naməni də arasına qoyub göndərdim.

Bu namədən sonra Nəsrəddin şah seyyidin qəsb olunmuş əmlakını geri alıb, özünə qaytardı və bu işin həlli həmin bu namənin bərəkətilə düzəldi.1



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə