Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

34

qoyulan  sevincə  görə  rüsvayçılığı  heç  sayıb  çarmıxa  çəkilməyə 

tab gətirdi”. İsa o dəhşətlərə necə tab gətirdi? İmanla! İsa Allahın 

sadiq olduğuna və Onu dirildəcəyinə inanırdı. İsa müvəqqəti 

kədərinin gələcəkdə böyük sevincə dönəcəyinə əmin idi. İsa bu 

gələcək sevinci düşünə-düşünə söyüldü, döyüldü, əzab şəkdi və hər 

şey dözdü. İndi O bizə imanda yol göstərən kamil Nümunədir. Biz 

yorulub ruhdan düşməmək üçün “bu qədər... dözən Şəxsi” — İsa 

Məsihi düşünməliyik.

Biz İsa Məsihi düşünməsək, nəzərimiz bu dünyaya, öz 

problemlərimizə yayınsa, tez yorulub ruhdan düşəcəyik. Bu yarış 

asan deyildir. Həvari Paul belə yazırdı: “Qaçışda  yarışanların 



hamısının  qaçdığını,  amma  təkcə  bir  nəfərin  mükafat  aldığını 

bilmirsinizmi?  Elə  qaçın  ki,  mükafatı  qazanasınız.  Yarışda 

iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu 

solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz çələng 

almaq  üçün  çalışırıq.  Beləliklə,  mən  də  məqsədsiz  qaçmıram. 

Yumruğumu havaya döyən adam kimi atmıram. Lakin bədənimi 

məcburən özümə qul edirəm ki, başqalarına təbliğ edəndən sonra 

mükafatımdan məhrum olmayım

[92]


. Paul Allahın var olduğuna və 

Onu axtaranlara mükafat verəcəyinə inanırdı. Paul şahidlər buludu 

ilə əhatə olunduğu üçün hər bir yükü və onu asanlıqla çaşdıran 

günahı tərk edib qarşısındakı yarışda dözümlə qaçırdı. Paul “Mən 



Məsihdən  nümunə  götürdüyüm  kimi  siz  də  məndən  nümunə 

götürün

[93]


 deyirdi. Məsih kimi iman yolu ilə getməyə çalışan 

Həvari Pauldan solmaz çələng üçün çalışmağı, ülvi məqsəd üçün 

yaşamağı, öz nəfsinə hakim olmağı və bədənini özünə qul etməyi 

öyrənə bilərik.

Bir dəfə İsa Məsih şagirdlərinə böyük iman dərsi verdi. “Həvarilər 

Rəbbə dedi: «İmanımızı artır!»

[94]


 Çox maraqlıdır. Görək, Rəbbimiz 

onlara nə cavab verdi. “Rəbb onlara belə dedi: «Bir xardal toxumu 



qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə 

[92]


  1-ci Korinflilərə 9:24–27

[93]


  1-ci Korinflilərə 11:1

[94]


  Luka 17:5


35

əkil!”  deyərdiniz,  o  da  sizin  sözünüzə  baxardı»

[95]


. Məgər 

şagirdlərin bir zərrə qədər imanları yox idi? O halda onlar necə hər 

şeyi buraxıb İsanın ardınca getmişdilər? Sözsüz, heç olmasa xardal 

toxumu qədər kiçik imanları var idi! İsa onlara dedi ki, imanınız var, 

amma sizə imanla hərəkət etmək lazımdır. Bu söhbətin davamına 

diqqət verin:

Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir 

qula tarladan qayıdanda “tez ol, gəl süfrə başında otur” deyər? 

Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət 

et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? Onun 

əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? Siz də 

belə,  sizə  əmr  olunanları  yerinə  yetirəndən  sonra  deyin:  “Biz 

dəyərsiz qullarıq, çünki görməli işlərimizi etmişik”»

[96]


.

İsa Məsih şagirdləri ilə imandan söhbət edərkən birdən qul 

mövzusuna keçir. Bu, bir təsadüf ola bilərmi? Əlbəttə ki, yox. Bəs 

bunun mənası nə ola bilər? Bəlkə də, İsa bizə deyir ki, imanımızı 

artırmağa çalışmaq  əvəzinə daha itaətkar olmağa çalışmalıyıq. 

“Sən imanlısansa, Mənə məxsussan”  — deyir İsa.  — “Mənim 

əmrlərimə tabe olmalısan. Çalış, öz gündəlik həyati problemlərinə 

başın qarışmasın. Mənim sözümə qulaq asaraq ağaclara, dağlara 

dənizə atılmağa əmr edə bilərsən! Qoy imanınla əməlin bir olsun!” 

Bax belə iman Allahı razı salar.

[95]

  Luka 17:6



[96]

  Luka 17:7–10




36

İmanın sınaqdan keçirilməsi

Əhdi-Cədiddə iman, yarışa və mübarizəyə bənzədilir. Paul Timoteyə 

İman uğrunda yaxşı mübarizə apar

[97]

 — deyə yazmışdır. Həm 



ətrafımızda, həm daxilimizdə iman uğrunda mübarizə gedir. Biz 

Allahın bizə dediyi sözlərə inanmaq üçün daim mübarizə aparmağa 

məcburuq. Gözümüzlə gördüyümüz “obyektiv” faktlar Rəbbin dediyi 

sözlərə zidd olanda, biz nəyə inanırıq? Vəd Edəni sadiq sayırıqmı? 

İbranilərə Məktubda yazılmışdır ki, vəd olunan şeylər iman və 

səbir ilə irs alınır: “Siz  tənbəl  olmayasınız,  amma  vəd  olunan 

şeyləri  iman  və  səbirlə  irs  alanlardan  nümunə  götürəsiniz

[98]


Çünki  Allahın  iradəsini  yerinə  yetirib  vəd  olunan  şeyi  almaq 



üçün sizin tab gətirməyə ehtiyacınız var

[99]


.

Səbir, tab gətirmə, dözüm  — bunların hamısı bir-birinə bənzər 

xüsusiyyətlərdir. Allahın bizə vəd etdiyi gözəl mirası almaq üçün 

bizə dözüm lazımdır. Bu dözüm Allahdan gəlir. Allah bu dözüm 

gücünü bizə Öz Kəlamı və eləcə də əziyyətlər vasitəsilə verir.

Birincisi, Allah bizi Öz Kəlamı ilə ürəkləndirir və dözməyə güc verir: 

Bundan  əvvəl  yazılanların  hamısı  bizi  öyrətmək  üçün  yazıldı 

ki,  dözümlə  və  Müqəddəs  Yazıların  ürək-dirəyi  ilə  ümidimiz 

olsun

[100]


. Rəbbimiz “dözüm verən və ürəkləndirən Allah”dır

[101]


.

İkincisi, Allah bizi əziyyətlərlə, iztirablarla, sınaqlarla kamilləşdirir. 

Həvari Paul belə yazmışdır: “Çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, 

çünki bilirik ki, əziyyətdən dözüm... yaranır

[102]


. Siz çəkdiyiniz 

əziyyətlərlə fəxr edirsinizmi? İmansız adamlar öz nailiyyətləri 

ilə, var-dövləti ilə, nəsil şəcərəsi ilə və sair üstünlükləri ilə fəxr 

[97]


  1-ci Timoteyə 6:12

[98]


  İbranilərə 6:12

[99]


  İbranilərə 10:36

[100]


  Romalılara 15:4

[101]


  Romalılara 15:5

[102]


  Romalılara 5:3–4


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə