Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   8   9   10   11   12   13   14   15   16

37

edirlər. Biz isə əziyyətlərimizlə fəxr edə bilərik. Amma niyə? Çünki 

“əziyyətdən dözüm yaranır”! İnsanın dözümlü olması üçün başqa 

yol yoxdur. Allaha yaxınlaşmağın da başqa yolu yoxdur.

Yaqub belə yazmışdır: “Ey  qardaşlarım,  müxtəlif  sınaqlarla 

üzləşəndə  bunu  böyük  bir  sevinc  hesab  edin

[103]


. Niyə bunu 

sevinc hesab etməliyik? Sınaqlar sizi ruhdan salır, sizə qan ağladır. 

Buna baxmayaraq, siz onları sevinclə qəbul etməlisiniz, “çünki 

bilirsiniz  ki,  imanınızın  sınaqdan  keçməsi  dözüm  yaradır

[104]


İmanımızın sınaqdan keçməsi dözüm üçün vacib imiş! Başqa yol 

yox imiş! 



Dözüm  də  öz  əməlini  kamil  etsin  ki,  siz  yetkin  və 



kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın

[105]


. Son 

məqsədimiz budur. Allah məhz bunu istəyir. İndi başa düşdünüzmü, 

niyə biz bütün sınaqları, əziyyətləri sevinclə qəbul etməliyik? Allaha 

ümid bağlayaq və sınaqlardan keçərkən imanla Ona belə deyək: “Ya 

Rəbb, mən inanıram ki, sənin məqsədin yaxşıdır və bu sınaq mənim 

xeyrimədir”.

Nəhayət, Peterin yazdığı sözlərə də baxaq: 



Buna görə hal-hazırda 



qısa bir müddət cürbəcür sınaqlara görə kədərlənsəniz də, hədsiz 

sevinin:  bunları  çəkirsiniz  ki,  imanınızın  sınaqdan  keçməsi 

İsa  Məsihin  zühurunda  sizə  tərif,  izzət  və  şərəf  gətirsin.  Bu 

imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. 

Siz  İsa  Məsihi  görməmisiniz,  amma  Onu  sevirsiniz.  Hətta  siz 

Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və 

izzətli sevinclə hədsiz sevinirsiniz. Çünki imanınızın nəticəsində 

canınızın  xilasına  nail  olursunuz

[106]


. Qədim zamanlarda qızıl 

və gümüş kimi qiymətli metalları belə təmizləyərdilər: Metal bir 

qaba qoyulardı və çox yüksək dərəcədə bir odda əridilərdi. Metal 

əriməyə başlayanda daxilindəki çirklərin hamısı üzə çıxardı. Çirklər 

götürüləndən sonra metal saf olardı. Usta bu qızılın və ya gümüşün 

üzərində öz əksini görəndə onun artıq təmizlənmiş olduğunu bilərdi. 

[103]

  Yaqub 1:2



[104]

  Yaqub 1:3

[105]

  Yaqub 1:4



[106]

  1-ci Peter 1:6–9




38

Biz də əziyyətlərin, iztirabların odu ilə təmizlənsək, o qədər pak 

olacağıq ki, Rəbbin izzətini əks etdirəcəyik!

Əziz bacı-qardaşlarım. Əgər siz hal-hazırda çox çətin bir sınaqdan 

keçir və ya böyük əziyyət çəkirsinizsə, ürəkli olun! Rəbb sizi 

təmizləmək, Öz Oğluna bənzətmək istəyir. O istəyir ki, Onun adı 

sizin həyatınızda şöhrətlənsin! Yeşaya peyğəmbərin Kitabından bu 

sözləri diqqətlə oxuyun: “Budur,  Mən  sizi  gümüş  kimi  olmasa 



da,  təmizlədim,  sizi  iztirab  ocağında  çəkdim.  Öz  xatirimə,  öz 

xatirimə bunu edəcəyəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? 

Mən Öz izzətimi heç kimə vermərəm

[107]


. Amin! İztirab ocağı bizi 

imanda gücləndirər və Allahın sevimli övladı, sadiq qulu və yaxın 

dostu edər!

[107]


  Yeşaya 48:10–11


39

İmanla Allaha yaxınlaşmaq

Allaha  yaxınlaşan  kəs  inanmalıdır  ki,  O  var  və  Onu 

axtaranlara  mükafat  verir

[108]


. İmanın yeganə obyekti Allahdır. 

Məsihçilər bir-birini sevirlər, bir-biri ilə ünsiyyətdə olurlar, bir-birinə 

kömək edirlər, lakin imanları yalnız Allaha yönəlir. Hər şeydən 

əvvəl hər məsihçi şəxsən Allahla münasibət qurur. Biz gündən-

günə Allahla ünsiyyətdə oluruq. Allahla ünsiyyət əsasən duadan və 

Rəbbin Kəlamını qəbul etməkdən ibarətdir. Bizə həm Allahın Ruhu, 

həm də Kəlamı lazımdır. Ruhsuz kəlam ölüdür, kəlamsız dua isə 

kordur. Biz dua edərək Kəlamı oxuyanda Allahın səsini eşidirik və 

dediyinə əməl edə bilirik. Allahla iman münasibəti belədir.

Allaha yaxınlaşan insan Onunla görüşməyə, sirdaşı kimi Onunla 

ünsiyyətdə olmağa can atır. Biz, İsa Məsihin Cəmiyyəti, Onun 

gəliniyik. O bizim Bəyimizdir. Aramızda alovlu məhəbbət var. 

Allah hələ qədim dövrdə Musaya məbəd olaraq bir çadır qurmağı 

buyurmuşdu. Orada “Ən Müqəddəs yer” adlanan bir otaq var idi. 

Həmin otaqda Allah şəxsən Musa ilə üzbəüz görüşürdü. Bu gün 

Allah hər birimizlə görüşüb ünsiyyətdə olmaq istəyir. Bu necə 

mümkündür? İman vasitəsilə! “Məsihdə  və  Məsihə  olan  iman 

vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik

[109]


.

İbranilərə Məktubda Allah biz, məsihçilərə bəyan edir ki, “İsanın 



qanı  sayəsində  Ən  Müqəddəs  yerə  daxil  olmağa  cəsarətimiz 

çatır

[110]


. Ən Müqəddəs yer, Allahın hüzurudur. Ən Müqəddəs yer, 

Allahla görüşdüyümüz yerdir. Ən Müqəddəs yer, bütün dünyanı və 

hər birimizi yaradan Uca Şəxsə yaxınlaşdığımız yerdir. Günahkar 

insan o Müqəddəs yerə daxil olmağa necə cəsarət edə bilər? 

Ancaq İsa Məsihin çarmıxda axıtdığı qanı sayəsində! O, bizim 

[108]


  İbranilərə 11:6

[109]


  Efeslilərə 3:12

[110]


  İbranilərə 10:19


40

təsdiq  etdiyimiz  imanın  Elçisi  və  Baş  Kahini”dir

[111]

. O, Ata 



Allahın qarşısında bizə bəraət qazandırmış, “yeni və canlı bir yol 

açmışdır

[112]


.

Bu gün Ona yaxınlaşmamız üçün bizə iman lazımdır. Birincisi, 

iman etməliyik “ki, O var və Onu axtaranlara mükafat verir

[113]


ikincisi, Ona sadiq qalmalıyıq, ürəyimiz “pis vicdandan paklanmış” 

olmalıdır ki, biz “imanın tam etimadı ilə, səmimi qəlblə Allaha 

yaxınlaşaq

[114]


.

Səmimiyyət, təmiz vicdan, Allaha etimad, imanın alınmaz hissələri 

və Allahla ünsiyyətin vacib şərtləridir. Səmimi olmayan adam Allaha 

yaxınlaşa bilməz! Çünki Allah hər şeyi bilir. “Allahdan gizli heç 



nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-

aşkardır. Biz Ona hesabat verəcəyik

[115]


. Nə qədər ki gec deyil 

və dəyişilmək imkanı var ikən Rəbbə yaxınlaşaq, hesabat verməyə 

başlayaq. Buna görə növbəti ayə bizə “təsdiq  etdiyimiz  imanı 

möhkəm tutaq

[116]


 — deyə buyurur. Əgər biz İsa Məsih vasitəsilə, 

İsa Məsihin qanı sayəsində Allahla yaxın ünsiyyətdə ola biləcəyimizə 

inanırıqsa, əgər dilimizlə bunu təsdiq ediriksə, bu imanı itirməmək 

üçün möhkəm tutmalıyıq. İbranilərə Məktubun Rəbdən ilham 

almış müəffili belə yazmışdır: “Lütfkar Allahın taxtına cəsarətlə 

yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb 

lütf  tapaq

[117]


. İmanı möhkəm tutmaq üçün gündən-günə Allaha 

yaxınlaşmalıyıq. Allah lütfkar olduğu üçün həmişə Ona yaxınlaşa 

biləcəyimizə, Onun bizə həmişə lütf verəcəyinə əmin ola bilərik! O 

bizi hər dəfə sevinclə qəbul edəcək! Rəbbimiz gözəldir, xeyirxahdır, 

lütfkardır!

[111]


  İbranilərə 3:1

[112]


  İbranilərə 10:20

[113]


  İbranilərə 11:6

[114]


  İbranilərə 10:22

[115]


  İbranilərə 4:13

[116]


  İbranilərə 4:14

[117]


  İbranilərə 4:16


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə