Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   8   9   10   11   12   13   14   15   16

51

başqa kameraya köçürülməyini tələb etmirdin. Adətən, hamı belə 

edir. Sən necə rahat-rahat yatırdın və özünü müdafiə etməyə belə

çalışmırdın? Sən bilirdin ki, biz səni öldürəcəyik, amma gündən-

günə özün əllərimizə gəlirdin... qeyri-adi adamsan vallah...”

Sonra bu məhbus öz vəhşi amiranə səsi ilə “Atetsi yola salın” — 

deyə əmr etdi. Cinayətkarlar imanlı qardaşın çantasını ərzaqla 

doldurdular. Beləcə Allah Mixailin yoluna kifayət qədər ərzaq 

yetirdi. Xorev bu ərzağa baxanda İlyas peyğəmbər yadına düşdü. 

İlyasa qarğalar yemək gətirərdi. Xorevin çantasını da bu mənfur 

cinayətkarlar doldurmuşdular. “Rəbbin yolunda şəhid olmaq 

asandır”  — deyirdi Mixail Xorev, “Bir saniyədə bu dünyanı tərk 

edib İsanın hüzuruna düşürsən. Gündən-günə ölümü gözləmək 

ondan qat-qat çətindir...”

Bizim dövrümüzün rus iman qəhrəmanı Mixail İvanoviç 

Xorevin həyatında bu kimi əhvalatlar tez-tez baş verirdi. Onun 

nümunəsi minlərlə imanlını ilhamlandırmış, ürəkləndirmiş və 

möhkəmləndirmişdir.

2. Riçard Vurmbrand

1945-ci ildə kommunistlər Rumıniyada hakimiyyətə gələndə 

parlament binasında böyük bir iclas keçirdilər. O iclasda bir çox 

məsihçi rəhbərlər  — keşiş, yepiskop, vaiz və pastorlar iştirak 

etdilər. Ruhani rəhbərlərin əksəriyyəti kommunistlərin qorxusundan 

iclasın fəxri sədri kimi İosif Stalini seçmişdilər və bir-bir səhnəyə 

çıxıb kommunizmin məsihçiliklə eyni olduğunu və öz icmalarının 

kommunizmə sadiq qalacağını bildirirdilər.

O iclasda iştirak edən rəhbərlər arasında Məsihi qəbul etmiş 

yəhudi Riçard Vurmbrand və həyat yoldaşı da iştirak edirdilər. Onlar 

qorxaq rəhbərlərin nitqlərinə qulaq asarkən yoldaşı Riçarda “Dur, 

bu rüsvaylığı Məsihin üzündən sil! Onlar Rəbbin müqəddəs üzünə 

tüpürürlər!”  — deyə pıçıldadı. Riçard ona belə dedi: “Mən bunu 

eləsəm, sən ərsiz qalacaqsan”. Yoldaşı ona “Mənə qorxaq ər lazım 

deyildir!” — deyə cavab verdi. Onda Riçard durub səhnəyə çıxdı, 

məsihçiləri öldürən kommunistlərə deyil, Allaha və Məsihə izzət 




52

verdi. O bütün imanlıları hər şeydən əvvəl Allaha sadiq qalmağa 

çağırdı. Bu iclasdakı nitqlər radioda yayımlanırdı və Riçardın o 

nitqini bütün ölkə eşitdi.

Bundan sonra kommunist hökuməti Riçardı xüsusi qeydə aldı. O 

vaxtdan bəri Riçard Rumıniyada gizli məsihçi cəmiyyətinə rəhbərlik 

etməyə başladı. O, gizli dəzgahlarda minlərlə İncil kitabı çap etdi. 

Kitabın üzündə Karl Marksın şəkli və “Din, xalq üçün tiryəkdir” 

sözləri var idi. İlk on səhifədə kommunist rəhbərlərindən sitatlar 

verilmiş və  on birinci səhifədə yazılmış idi ki, o ilk səhifələrin 

hamısı tam ağılsızlıq və səhv idi, bundan sonra isə oxucuya 

həqiqət deyiləcək. Kitabın qalan hissəsi Allahın Kəlamından ibarət 

idi. Kommunist senzurası bu kitablara üzdən baxıb dərhal onları 

tövsiyə edir və böyük iclaslarda, kommunistlərin qurultaylarında 

paylanmasına imkan verirdi.

1948-ci ildə həm Riçardı, həm də həyat yoldaşını həbs etdilər. 

Həyat yoldaşı üç il əmək düşərgələrində qaldı, Riçard isə on dörd 

il həbsxanalarda saxlanıldı və dəhşətli işgəncələr, əzab-əziyyət və 

təhlükələrə rəğmən Məsihə sadiq qaldı. On dörd il ərzində bu iman 

qəhrəmanı nə Müqəddəs Kitabı, nə də başqa bir kitab görmüşdü. 

Hədsiz aclıqdan, işgəncə çəkməkdən və böyük dozalarda narkotik 

içirdilməkdən yazma qabiliyyətini itirmiş və Müqəddəs Kitabın 

ayələrini artıq yaddan çıxartmış olan bu imanlı qardaş on dörd il 

həbsxanada qaldıqdan sonra Tövratdan bir ayəni xatırladı — Yaqub 

da Rəhiləyə görə on dörd il zəhmət çəkmişdir: “Onu sevdiyi üçün 

bu müddət gözünə bir neçə gün kimi göründü

[134]


.

Bundan sonra Riçardı evə buraxdılar. Rumıniyanın hökuməti 

onu 35 nəfərdən ibarət bir dini icmanın rəhbəri təyin etdi və ona 

tapşırdı ki, icmanın üzvlərinin sayı artmasın. İcmanın 35 nəfərdən 

yuxarı olmamağına o özü məsuliyyət daşıyacaq idi. Bundan əlavə

o, hökumətin agenti kimi hər üzvü barədə məlumat verməli və 

cavanları toplantılara buraxmamalı idi.

[134]


  Yaradılış 29:20


53

Belə şərtlər Riçard üçün qəbuledilməz idi. O yenə gizli fəaliyyətə 

başladı və tezliklə təkrar həbs edilmək təhlükəsində idi. Təhlükə get-

gedə artırdı. O zaman Norveç yəhudi missiyası və Yəhudi məsihçi 

birliyi təşkilatları Riçardın Rumıniyadan köçməsi üçün Rumıniya 

hökumətinə on min dollar pul ödədi. Riçard əzab-əziyyətdən 

qorxmurdu və təhlükəli olsa da Rumıniyada qalmaq istəyirdi, lakin 

gizli imanlılar cəmiyyətinin üzvləri onun getməsinin vacib olduğuna 

inandıqlarını bildirdilər və ona “gizli məsihçi cəmiyyətinin səsi” 

olmağı tapşırdılar. Riçard ancaq bir məqsədlə — dünyada kommunist 

rejimindən əziyyət çəkən gizli məsihçi cəmiyyətləri barədə həqiqəti 

danışmaq məqsədilə Qərbə köçdü.

Riçard buraxılmazdan əvvəl onu iki dəfə gizli polisə çağırdılar. 

“Hökumətimiz sənin üçün pul aldı”  — dedilər. “İndi sən Qərbə 

gedib orada nə qədər istəsən Məsihi təbliğ edə bilərsən, ancaq bizə 

qarşı bir söz deməyəsən ha! Bax bizə qarşı bir söz desən, biz sənə 

bilirsən, nə edəcəyik? Min dollara bir qanqster tutacağıq və o səni 

məhv edəcək. Yaxud özümüz səni qaçırdacağıq”.

Riçard onların zarafat etmədiklərini çox yaxşı bilirdi. Onlar bir nəfəri 

Avstriyadan qaçırdıb Rumıniyaya gətirmişdilər və bütün dırnaqlarını 

çıxartmışdılar. Amma Riçard onların hədələrindən qorxmadı. 1965-ci 

ildə onun ailəsi ilə birlikdə Rumıniyanı tərk etməsinə icazə verildi.

Riçard Qərbə getməzdən əvvəl qəbiristanlığı ziyarət edib onun 

həbs edilməsi və işgəncə çəkməsi üçün əmr vermiş polkovnikin qəbri 

üstünə bir gül qoydu. Bununla o özünü ruhən ölü kommunistlərə 

Məsihi tanıtmağa həsr etdiyini ifadə etdi.

Qərbə çatan kimi Riçard təqib edilən məsihçilərə xidmət edən 

“Voice of the Martyrs” (“Şəhidlərin səsi”) missiyasını yaratdı və 

kommunist hökumətlərinin məsihiçilərə nə qədər əzab-əziyyət 

verdiyi barədə cəsarətlə danışmağa başladı. Rəbb Riçardı bütün 

təhlükəli vəziyyətlərdə qorudu, belə ki o, uzun ömür yaşayıb 

Rəbbin təyin etdiyi gündə dünyasını dəyişdi. Onun yaratdığı missiya 

fəaliyyətini davam etdirir. Missiyanın şüarı İbranilərə Məktubun 

13:3-dür: “Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada 




Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə