Alqoritm, xassələri və təsvir üsulları


Layihənin xarakteristikaları. Layihə faylı



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə43/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   39   40   41   42   43   44   45   46   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

 
Layihənin xarakteristikaları. Layihə faylı 

Layihə faylı ən əsas fayldır və əslində elə proqramm özüdür. Bir formadan ibarət 
əlavələr üçün layihə faylı aşağıdakı kodlardan ibarət olur:
program Project1; 
uses 
Forms, 
Unitl in 'Unitl.pas' {Form1};
{$R*. Res} 
Begin 
Application. Initialize; 
Application. CreateForm (Tform1, Form1); 
Application. Run; 
end. 
Layihənin (proqramm) adı layihə faylının adı ilə eyni olur və diskdə saxladıqda ona 
ad vermək lazımdır (susmaya görə layihənin adı Projectl olur). Layihənin resurs və 
downloaded from KitabYurdu.org


80 
parametrlər fayllan da onunla eyniadlı olur, layihə faylının adını dəyişdikdə digər 
faylların da adları avtomatik olaraq dəyişir.
Layihə faylının yuxanda göstərilən məzmunlu proqram kodlarını Delphi özü 
yazmışdır. Əksər hallarda proqramçının bu fayla müdaxilə etməsinə ehtiyac olmur. 
Lakin, bəzi hallarda proqramçıya bu kodlara yeni sətirlər əlavə etmək lazım gəlir. Bu 
fayla baxmaq və ya ona düzəlişlər etmək üçün Kod redaktoru pəncərəsində Project/View 
Source (Layihə/Mənbəyə baxış) əmrini icra etmək lazımdır.
Bütün layihənin yığılması layihə faylı kompilyasiya edildikdə baş verir. Bu zaman 
yaranan əlavənin (.exe faylın) adı layihə faylının adı ilə eyni olur.
Layihə faylmın üses bölməsində Forms modulunun adı yazılmışdır. Bu modul 
tərkibində forma olan bütün əlavələr üçün vacibdir. Bundan başqa, bu bölmədə bütün 
layihə formaları modullarının adları sadalanır - ilkin olaraq bu, Forml formasının Unitl 
moduludur.
$R direktivi layihəyə resurslar faylını qoşmaq üçündür. Susmaya görə bu faylın adı 
layihə faylının adı ilə eyni olur. Ona görə də resurs faylının adı əvəzinə "*" simvolu 
göstərilmişdir. Proqramçı $R direktivini əlavə etrnəklə və faylın adını göstərməklə başqa 
resursları layihəyə qoşa bilər.
Layihə proqramı isə cəmi üç operatordan ibarətdir. Bu operatorlar əslində aşağıdakı 
metodları çağırır:
Application. Initialize - bütün Delphi əlavələrində ən birinci çağrılan metoddur: o, 
OLE və digər alt sistemləri yoxlayır, əlavəni inisializasiya edir;
Application. CreateForm (TForm1, Form1) - bütün zəruri elementləri ilə 
birlikdə Form1 formasını yaradır;
Application. Run - əlavəni işə buraxır.
Proqramçı layihədə hər hansı bir əməliyyatı yerinə yetirdikdə Delphi layihə fayhnın 
kodunu avtomatik olaraq dəyişir. Məsələn, layihəyə yeni forma əlavə edildikdə layihə 
fayhnm koduna iki yeni sətir əlavə olunur, formanı layihədən çıxardıqda isə bu sətirlər 
avtomatik olaraq pozulur.
Əksər əlavələr üçün layihənin fayh eyni və ya oxşar koda malik olduğu üçün, biz 
gələcəkdə məsələlər həll etdikdə, bu faylm məzmununu göstərməyəcəyik.
downloaded from KitabYurdu.org


81 
Forma modulu faylı 
 
Bu faylda formanm siniflərinin təsviri yerləşir. Susmaya görə bu fayhn adı Unitl.pas 
olur. Faylm birinci sətri unit işçi sözü ilə başlayır. Bütün modullann da birinci sətri bu 
işçi sözlə başlayır. Deməli, bu faylda proqram modulu yerləşir və ona yunit də deyirlər. 
Əslində modul layihədə yeganə proqram vahididir ki, o, məhz proqramçının özü 
tərəfmdən yaradılır, başqa sözlə, layihəçinin bütün yaradıcı fəaliyyəti məhz özünü bu 
modulda əks etdirir. Lakin, bu o demək deyildir ki, proqramçı modulun bütün kodlarını 
özü yazır. Burada da Delphi öz köməyini əsirgəmir: modulun strukturu Delphi tərəfindən 
artıq hazır şəkildə proqramçıya təqdim olunur, hadisələrə uygun bir neçə sətri də Delphi 
özü yazır və modulda hadisə emaledicisinin yerinə yetirəcəyi əməliyyatlara aid kodlann 
əlavə ediləcəyi yeri də göstərir. Proqramçı, modulun Delphi tərəfindən mətn kursoru ilə 
göstərilən hissəsinə müvafıq proqram kodları əlavə edir. Ümumiyyətlə, layihələndirmə 
(proqramlaşdırma) işləri forma üzərində və yunitdə yerinə yetirilir.
İndi isə boş forma üçün forma modulu faylının məzmununa baxaq: 
unit Unitl; 
 interface 
uses 
Windows, Messages, SysUtils, Classes, Graphics, Controls, Forms, Dialogs, StdCtrls; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə