66
Hz.Aişə (radiyallahu ənh) rəvayət etmişdir: “Allah Rəsu-
luna (salləllahu əleyhi və səlləm) iki şeydən birini seçməkdə
sərbəstlik verilsəydi, günah olmamaq şərti ilə ümməti üçün
ən asanını seçərdi. O iş günah olardısa, ondan ən uzaq
adam yenə özü olardı.”
Ey bacı-qardaşlarım, nəvazişdən utanmayın
Nifrətə öyrənməyin, məhəbbətdən usanmayın.
Pisi pis ilə deyil, haqq söz ilə dəf eləyin
Sevgidən, Sevgilidən başqasına uzanmayın.
Xeyir yığmaqdadısa, Axirətdən yaxşı yer yox
Xeyir bölməkdədisə, xeyir işə yubanmayın.
Dünyanı səhra bilin, aldatmasın ilğım sizi
Su görüb qızışmayın, atəş görüb sulanmayın.
Ömür bir dağ çayıdır, azalması, artması var
Artsanız köpüklənib kükrəməyin, bulanmayın.
Xoş rayihəli insandan ətir, pis qoxulu insandan üfunət
yayıldığı kimi xəbis sözdən qəlbə ağırlıq, xeyir sözdən yün-
güllük gələr. Sevə bilməyənlər, sevinə bilməyənlər sevdirə
bilməzlər, sevindirə bilməzlər.
İBRƏT İki qələm əhli bir gün şəhərdə rastlaşır. Biri digə-
rindən halını soruşur. O isə gileylənir: “Əşşi, halım necə
olacaq?! Çox pis! Oğlum Tibb Universitetini bitirir, onu ha-
radasa yerləşdirmək lazımdır. Bağımı təmir etdirib qurta-
ran kimi maşınımın təmiri məsələsi ortaya çıxdı. Maşının
xərci lap məni çökdürdü. Əlimdə olan getdi...”
Dostu onun sözünü kəsir: “A kişi, insafın olsun! Bundan
gözəl nə ola bilər ki, oğlun ali təhsilini başa vura, bağını
səliqə-sahmana saldırasan, hələ üstəlik maşınını da təmir
67
elətdirəsən. Mənə bu xəbərləri elə verəydin ki, səni təbrik
edəydim də.”
İslam insanlara “insanları sev” xitabıdır
Quran qəlbində qərəz olmayanın kitabıdır.
Neçə cür fəziləti bir turş sifət batil edər
Bir gülər üz nə qədər ayıbların hicabıdır.
Sevinc və sevda ilə könülləri abad edin
Sevincsiz, sevgisiz ev evlərin ən xarabıdır.
Kinsiz, küfransız həyat yer üzünü cənnət elər
Şənsiz, şükransız ömür cəhənnəmin əzabıdır.
Ədəb sahibləri ənsar və mühacir kimidir
Əsəb sahibləri əksərdə şeytan əshabıdır.
Gün ibrət, ibadət və istirahət üçlüyüdür
İstirahət fəqirin öz nəfsindən hesabıdır.
Qulluq Haqdan saqınıb Haqqa sığınmaqdı, ey qul
Təşnə olsan bu işə, əcri Behişt şərabıdır.
Ey qul! Sənə kimin pislik etdiyini deyil, nə üçün pislik
etdiyini düşün. Əgər səbəbi özündə görə bilirsənsə, daha
başqa səbəb arama, özünü islah elə. Əgər səbəbi başqasın-
da görürsənsə, unut getsin.
Ey qul! Birinin sənə etdiyi yaxşılıqları unudub etmədiyi
yaxşılıqları xatırlamaq Allahın sənə verdiklərini unudub
vermədiklərini xatırlamaq kimidir. Çünki insandan gələn
yaxşılıq da Allahdandır. İnsan yalnız vasitədir. Həm də
unutma ki, Allahın vermədiyi verdiyindən xeyirlidir.
68
Düşünmək üçün suallar
1. Nifrətinizə səbəb olan şey nifrətə dəyirmi?
2. Qəlbinizin dərinliyində nifrət daha sevimlidir yoxsa
sevgi daha mənfur?
3. Nifrət etdiyiniz şeydə xeyir, xoşladığınız şeydə zərər
olduğunu düşünürsünüzmü yoxsa nifrət sağlam dü şü-
ncəyə mane olur?
4. İşinizə nifrət etməyiniz işləməyinizə mane olmursa,
ibadətə nifrət etmədiyiniz halda ibadət etməyinizə əngəl
nədir?
5. Nifrətə sevgiylə cavab vermək asanmı, sevgiyə nif-
rətlə cavab vermək zormu?
6. Başqasının nöqsanı sizdə nifrət doğururmu? Eyni
eyib özünüzdə də varsa münasibətiniz necə olur?
7. Haqqa çox nifrət edirsiniz yoxsa xalqa?
8. Nifrət etdiyiniz şəxsin imanlı olub-olmamasının sizin
üçün bir fərqi varmı?
9. Nifrət etməmək və ya nifrət doğurmamaq üçün cəhd-
də bulunursunuzmu?
10. Sevindirdikləriniz çoxdur yoxsa incitdikləriniz? Hə-
vəs ləndirdikləriniz çoxdur yoxsa usandırdıqlarınız?
11. Hansından daha çox zövq alırsınız: Sevindirilməkdən
yoxsa sevindirməkdən?
69
4. QƏZƏB
“Bizi doğru yola yönəlt, nemət verdiklərinin yoluna,
qəzəbə uğramışların və azmışların yox” (əl-Fatihə, 6-7).
Qəzəb insanın xoşlanmadığı bir durum qarşısında
əlindən və ya dilindən xəta çıxa biləcək şəkildə öz ruhi və
zehni tarazlığını qeyb etməsidir. Bu halın daşıyıcısı olan,
həssas dönəmdə tarazlığını, təmkinini qoruya bilməyən
kimsə təkcə öz dünyasını deyil, Din və Axirətini də təhdid
və təhlükə altına almış bulunur. Çünki Allah Rəsulu
(salləllahu əleyhi və səlləm) buyurdu:
“Müsəlman, əlindən və dilindən başqalarının əmin oldu-
ğu kimsədir.”
İBRƏT Ədalət və təqvası ilə tanınan Əməvi xəlifəsi
Ömər ibn Əbdüləziz həzrətlərinə biri nalayiq sözlər söy-
lədi. Möminlərin Əmiri başını önünə əyib buyurdu: “Sən
şeytanın məni qəzəbləndirməsini, sultan olduğum üçün
yerimdən qalxıb səni döyməyimi istəyirsən. Bu gün mən
qəzəblənim, Qiyamətdə isə mükafatımdan məhrum olum.
Bunu əsla etmərəm.”
Bundan başqa bir söz demədi.
Səndən, ey qul, qohum ya qonşu qorxsa, vay halına!
Səndə hirsdən savayı heç nə yoxsa, vay halına!
Bəşər mövcud olalı acla toxun hərbi gedir
Gözün hey ac, gödənin amma toxsa, vay halına!
Kim bu dünyada savab, kim də ki, sərvət qazanır
Malın əcrindən əgər xeyli çoxsa, vay halına!
Dışarı kim-kimə, lakin içəri kim-kimidi
Qorxma, boğ nəfsini, o, çünki boğsa, vay halına!
70
Ərşü-Rəhmandı könül, şeytan üçün eyləmə fərş
Cin-şəyatin özünü qəlbə soxsa, vay halına!
Qəlbin öz dünyası, öz Məğribi, öz Məşriqi var
Günəş ömrün sonunda qərbdən doğsa, vay halına!
Qəzəb dışdan görünən iç xəstəliyidir. Onun insanı
gözəl göstərmədiyi məlum bir gerçəkdir. Söz var, deyərlər:
“Filankəs hirslənəndə üzünü görmə!” Əgər qızmış birinin
sir-sifəti görüləsi deyilsə, içinin nə halda olduğunu dü-
şün! Zatən eləsinin zehni də zahirindən geri qalmaz, yəni
düşünmə qabiliyyəti də zəifləyər. “Hirsli başda ağıl olmaz”
məsəli də zamanın sınağından çoxdan çıxıb.
İnsanı heyvandan ayıran əsas üstünlük təfəkkürdür.
Hirs, hiddət isə bu fərqi anən və asanlıqla aradan qaldıra
bilir. Adəm oğlu, hətta, heyvanın belə etməyəcəyi bir çox
vəhşiliklərə məhz qəzəb anında qol qoyur.
Sərxoşluq da, divanəlik də huşu başdan alan amil lər-
dəndir. Lakin sərxoş da, divanə də əsəbini cilovlaya bil mə-
yən “ağıllılar” qədər təhlükəli olmurlar. İmam Cəfər Sadi-
qin (əleyhissalam): “Qəzəb bütün pisliklərin açarıdır”, “Kim
qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil” buyurduğu
rəvayət olunur.
HƏDİS İbn Ömərdən (radiyallahu ənh) nəql edilmişdir:
“Rəsulullahdan (salləllahu əleyhi və səlləm) soruşduq: “Allah
Təalanın qəzəbindən uzaqlaşdıracaq şey nədir?” Buyurdu
ki: “Qəzəblənməmə.” Neçə dəfə soruşuldusa eyni cavabı
təkrarladı.”
Abdullah ibn Mübarək həzrətləri də gözəl əxlaqın bir
kəlməylə ifadə edilməsini istəyənlərə: “Qəzəblənməməkdir”
dedi.
Bağırmaq, bağrı yarmaq, zənn eləmə erkəklikdir
Səsin ən gur yerinə salmaq ancaq eşşəklikdir.
Dostları ilə paylaş: |