Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə69/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

270
Düşünmək üçün suallar
1.  Sabahın  işini  bu  gün  həll  edənlərdənsən  yoxsa  bu 
günün işini sabaha qoyanlardan?
2.  Dünya işlərində zirəkliyin çoxdur yoxsa Axirət işlə-
rin də tənbəlliyin?
3.  Hansı iş səni daha tez və çox yorur: para yoxsa savab 
qazanmaq?
4.  Nəfsinə  hansı  xoşdur:  Tənbəllərlə  oturub-durmaq 
yox sa zəhmətkeşlərlə?
5.  Əməllərini çox və ya mükəmməl etməyinə mane olan 
nədir: Səbirsizlik, maraqsızlıq yoxsa tənbəllik?
6.  Çox yatmağın yorğunluqla yoxsa tənbəlliklə bağlı olur?
7.  Özün görə biləcəyin xırda-para işləri özün görürsən 
yoxsa əmrin və ya ərkin keçən insanlara gördürürsən?
8.  Zehni yoxsa fiziki tənbəlliyin çoxdur?
9.  İşin artıb azalanda tənbəlliyin azalıb artırmı?
10. Yaşın artdıqca tənbəllik artır ya azalır?
11. Tənbəlliyinə  qarşı  mübarizə  aparırsanmı,  yəni  tən-
bəl liyin xəstəlik, özünün də xəstə olduğunu dərk və etiraf 
edib sağalmaq üçün tədbir görürsənmi?
12. Tənbəlliyin faydalı işlərdə çoxdu yoxsa faydasız iş-
lərdə?
13. Tənbəllik olmasa daha çox nailiyyətlər əldə edəcəyinə 
inanırsanmı?
14. İbadətdə tənbəlliyin gecələr çox olur yoxsa gün düz-
lər?
15. Quran oxumağın azdır yoxsa namaz qılmağın?
16. Ev işlərində evdəkilərə kömək edirsənmi?
17. Övladlarını  fiziki  işlərə  buyurursanmı  yoxsa  ancaq 
təhsilinə fikir verirsən?


271
13. BƏHANƏÇİLİK
“Onlar  mallarıyla  və  canlarıyla  Allah  yolunda  cihad 
etməkdən xoşlanmadılar və “Bu istidə savaşa getməyin” 
dedilər.  (İstini  bəhanə  edənlərə)  de:  “Cəhənnəm  atəşi 
daha istidir” (ət-Tövbə, 81).
Bəhanə bir işi etmək və ya etməmək üçün gətirilən üzr, 
dəlildir. Əsaslı və ya tutarlı da ola bilir, əsassız və tutar-
sız da. Yalan da ola bilir, yalan olmaya da. Lakin istənilən 
halda,  yalan  olmasa  belə  həqiqət  deyildir.  Əsil  gerçəyi 
pərdələmək, iç niyyəti, əsas məramı gizləmək, malalamaq-
dır. Mömin bir şeyi etmək istəyirsə və ya istəmirsə bunu 
açıq  şəkildə  ortaya  qoymalı,  müxtəlif  üzr,  bəhanə  axtar-
mamalıdır. Əgər məsələnin kökünü açıqlamağı arzulamır-
sa,  susmağa  üstünlük  verməlidir.  Çünki  əməllər  niyyətə 
görədir. İman əhlinin niyyəti ixlaslı, yəni saf, xalis olmalı, 
ona heç bir saxta, süni şey qarışmamalıdır.
İBRƏT Hz.Aişə (radiyallahu ənhə) toy gecəsi Rəsulullahın 
(salləllahu əleyhi və səlləm) otağına gətiriləndə Həzrət (salləllahu 
əleyhi və səlləm) bir camdan azca süd içərək camı ona uzatdı. 
Hz.Aişə çox utansa da yengəsinin təkidilə alıb içdi.
Sonra Rəsulullah (salləllahu əleyhi və səlləm) onunla gələn 
qadınlara  da  o  süddən  içmələrini  buyurdu.  Lakin  onlar 
həya  edərək  “İstəmirik”  dedilər.  Allah  Rəsulu  (salləllahu 
əleyhi və səlləm)“Aclıq və yalanı cəm etməyin” buyurdu.
Yengə soruşdu: “Ya Rəsulallah! Bir şeyi istədiyimiz hal-
da istəmədiyimizi bildirsək, yalanmı söyləmiş oluruq?”
Buyurdu: “Yalan kiçik olsa belə əməl dəftərinə yazılır.”
Həqiqət əhli isən, əfsanədən həzər eylə
Təriqət əhli isən məstanədən həzər eylə.
Ey bəşər, bayquş isən, çəmənzarda neyləyirsən?
Yox, əgər bülbül isən viranədən həzər eylə.


272
Sənə aid işi gör, təvəkkül et gerisinə
Hər şeyin var səbəbi, bəhanədən həzər eylə.
Qaba ya qalın isən incə, nazik qəlblər ara
Həlim və həssas isən biganədən həzər eylə.
Cahilin, cahu-cəlal aşiqinin zatını bil
Hərgah huşyar isən hər divanədən həzər eylə.
Uydu zənənə, zərə ərənləri dövrümüzün
Zamanın Rəbbinə uy, zəmanədən həzər eylə.
Atəşdən nura qoşan aşinalar peşində ol
Nuru atəşdə görən pərvanədən həzər eylə.
Varlığı var eyləyən, Vahid olan Varlığa var
Ey qul, “Mən-mən” deyən hər “yeganədən” həzər eylə.
Bəzən bəhanə səbəb ilə qarışdırılır. Halbuki bunlar ayrı-
ayrı şeylərdir. Səbəb Allahın təqdir etdiyi bir nəticəyə apa-
ran, təkan verən zahiri amildir. Allah nəticəni səbəbsiz də 
yaratmağa qadirdir. Lakin O, yer üzünü qüdrətindən daha 
çox  hikmətiylə,  yəni  müxtəlif  səbəblərə  bağlayaraq  idarə 
edər. Əks təqdirdə, baş verən hər şey səbəbsiz baş verdiyi 
üçün bir möcüzə olar. Bu isə ilahi sınağı, hikməti aradan 
qaldırmaqdır. Hədisdə buyuruldu:
“Alah-Təala  hər  şeyi  bir  səbəb  altında  yaradır.  Bir  iş 
üçün səbəbindən yapışmaq və sonra Allah Təalanın yarat-
masını gözləmək lazımdır. Təvəkkül bundan ibarətdir.”
Səbəb  yerinə  düşməyəndə  bəhanə  olur.  Bu  baxımdan 
yerinə düşən və düşməyən, yəni hadisələrin axarına uyğun 
gələn və gəlməyən bəhanələr vardır. Lakin bunun nəticəyə 
dəxli yoxdur. Bəhanə səbəbdən fərqli olaraq heç bir halda 
həqiqət sayılmaz, o yalnız əsil səbəbə pərdədir. Məsələn, 
tutaq ki, bir mömin zalim bir idarəçinin haram bir tədbirinə 


273
dəvət  alıb.  Əgər  qəbul  etsə  Rəbbinin,  getməsə  rəhbərin 
qəzəbinə  tuş  gələ  bilər.  Həqiqi  mömindirsə,  getməyəcək. 
Səbəb  də  bəllidir,  məclisin  haram  olmasıdır.  Lakin  bunu 
dilə  gətirmək  təhlükəsiz  deyildir.  Eyni  zamanda  tədbir 
günü  möminin  o  məclisdə  iştirakını  əngəlləyən  gerçək 
ha disələr, məsələn, özünün xəstəliyi, yaxınının vəfatı baş 
verə  bilər.  Təbii  ki,  bu  kimi  hallarda  onun  kiminsə  xeyir 
məclisinə getməməsi kimsədə qınaq, şübhə və ya təəccüb 
doğurmaz. Ortada yerinə düşən tutarlı əsas vardır. Ancaq 
bu əsas nə qədər tutarlı olsa da, yerinə düşsə də səbəb yox, 
bəhanədir. Çünki əsil gerçəyə işıq deyil, pərdə tutur.
İBRƏT Hunların ən qüdrətli xaqanı Atilla Romayla mü-
ha ribəyə hazırlaşır. Ancaq hücum etmək üçün hüquqi bə-
hanə lazım idi. Atillanın yadına düşür ki, Roma İmperato-
ru III Valentinianın bacısı Henoriya bir neçə il əvvəl Hun 
hökmdarının  arvadı  olmaq  istədiyini  bildirib  ona  nişan 
üzüyü göndərmişdi. Öz ölkəsində “Avqusta” adı ilə tanı-
nan  bu  qadın  Roma  imperatoru  olmaq  iddiasında  idi  və 
Atillaya ərə getməklə məqsədinə çatacağına inanırdı.
Hun xaqanı həmin üzüyü xatırlayan kimi III Valentinia-
na xəbər göndərərək nişanlısı Henoriyanı arvadı kimi qəbul 
etdiyini bildirir və cehiz olaraq Romanın yarısını istəyir.
III Valentinian müharibəyə başlamağı daha üstün tuta-
raq Atillaya rədd cavabı verir. Bu isə Romanın süqutunu 
yaxınlaşdırır. Çox keçmir ki, Hun xaqanı Roma imperato-
runu bac-xərac verməyə məcbur edir.
Nə xoşbəxt quldu o şah kütləni millət eləsə
Nə bədbəxt şahdı o qul millətə minnət eləsə.
Rəhbər millət atası olmağa layiq kişidir
Məzluma şəfqət edib, zalimə şiddət eləsə.
Hər cürə bəhanəni xalqda kəsən kimsədi şah
Allah asan edər Allah üçün niyyət eləsə.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə