Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə66/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

258
şılıqlı olur, həm hər iki tərəf, həm də toplum bundan dünya 
və axirətləri üçün faydalanırlar. Allah buyurdu:
“Xeyirdə və təqvada yardımlaşın, günahda və ədavətdə 
yardımlaşmayın. Allaha qarşı gəlməkdən çəkinin. Həqi­
qətən, Allah cəzada şiddətlidir” (əl-Maidə, 2).
Zehni  fəaliyyətə  münasibətdə  bəzən  çalışqanlıq  və  tən-
bəllik,  daha  dəqiq  desək,  istedadsız  işgüzarlarla  istedadlı 
tənbəllər iki şəkildə toqquşur: 1) İstedadsızlar işgüzar olduq-
larına görə daha çox yazaraq yaxud yayaraq sosial sifarişi öz 
zövqlərinə uyğunlaşdırırlar; 2) İstedadlılar tənbəl olduqları-
na görə çox az yazaraq yaxud yayaraq ictimai fikrə ciddi təsir 
göstərə bilmirlər. Yer üzündə nə qədər istedad sahibləri var-
dır ki, məhz tənbəllikləri, səhlənkarlıqları ucbatından mey-
danı cahil işgüzarlara buraxmışlar. Məsələn, istənilən kitab 
mağazasını, sərgisini dolaşsan rəflərin yüngül, bayağı yaxud 
faydasız  ədəbiyyatla  zəbt  edildiyini  gör mək  mümkündür. 
Yeni yazılan yaxud tərcümə edilən Dini əsərlər, mənəviyyatı 
zənginləşdirən kitablar isə təkəm-seyrəkdir. Yenə Allaha şü-
kür ki, az da olsa var. Allah daha da artırsın! O dilərsə aza elə 
bərəkət verər ki, çoxun özü az və ya yox kimi görünər. Eyni 
zamanda, bunu da qəbul edirik ki, istedadlı adam çox olsa 
da, istedad hər əsərdə üzə çıxmaz.
HİKMƏT Bir qələm əhlindən soruşdular: “Bu qədər is-
tedadınız olduğu halda nə üçün az yazırsınız?”
Bu cavabı verdi: “Hər halda, “nə üçün az yazırsan?” qı-
nağı “nə üçün çox yazırsan?” tənəsindən yaxşıdır.”
Səd heyf, az görünən çox savadlı tənbəllər var
Hamıdan bol ərinən istedadlı tənbəllər var.
Ümmətin qalxanıdır fitnəyə qarşı üləma
Fəxrilər içrə fəqət nə fəsadlı tənbəllər var.


259
Ustadsız, tələbəli işgüzarlar boldu bu gün
Yanı həm tələbəsiz, həm ustadlı tənbəllər var.
Zirvələr zirvə üçün xəlq olanı səsləmədə
Ətəklərdə sürünən qol-qanadlı tənbəllər var.
Tənbəllik topallıqdır, qılçada yox, qəlbdə olur
Şöhrətin şil etdiyi ünlü, adlı tənbəllər var.
Tənbəl, adət olaraq, pay-piyadə təbəqədir
Amma şeytanə çapan nə çox atlı tənbəllər var.
Tənbəlin tövrü nə pis, tövbəsi amma nə gözəl
Əfsuslar ki, arada əhdli-andlı tənbəllər var.
Zəhmətin  yaxşı-pisi  olsa  da  tənbəlliyin  ancaq  pisi  var. 
Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) Allaha çox sı-
ğındığı şərlərdən biridir:
“Allahım! Acizlikdən,  tənbəllikdən,  qorxaqlıqdan,  düş-
künlük  dərəcəsinə  varan  ixtiyarlıqdan,  xəsislikdən  Sənə 
sığınıram.”
Zehni tənbəllik hər nə qədər pislənilsə də, fiziki fəaliy-
yət sizlik  ondan  çox  da  yaxşı  deyildir.  Mənəvi  mərəz  sa-
yılsa da həm maddi axsamaların, həm də çoxsaylı bədən 
xəstəliklərinin  səbəbidir.  İnsan  hərəkətdən  qaldıqda  qa-
zanmaq imkanları məhdudlaşdığı kimi, qazana bildiyinin 
çoxu  da  həkimə,  dava-dərmana  sərf  olunur.  Yaşlandıqca 
cismani ağrıları ilə yanaşı başqalarından asılılığı da artır. 
Din əhlidisə ibadətində, itaətində ciddi geriləmələr baş ve-
rir.  Odur  ki,  mömin  zəhmətdən  deyil,  zəhmətə  qaçmalı, 
Allah verdiyi ömrü sağlam, işgüzar şəkildə başa vurmağa 
cəhd etməlidir.
İBRƏT  Ənsardan  bir  adam  Hz.Peyğəmbərə  (salləllahu 
əleyhi və səlləm) yaxınlaşır və yoxsulluqdan şikayət edərək 


260
deyir: “Ya Rəsulallah! Elə bir evdən gəlirəm ki, geri qayıda-
na qədər əhlimdən bəzilərinin ölmüş olacağını sanıram.”
Həzrət (salləllahu əleyhi və səlləm) ona buyurur: “Get, gör 
bir şey tapa bilərsənmi?”
Adam  gedir  və  bir  örtük  ilə  bir  bardaq  gətirib  deyir: 
“Ya  Rəsulallah!  Bu  örtüyün  yarısını  yerə  sərib  yarısı  ilə 
bürünürdülər. Bu bardaqla da su içirdilər.”
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  əshabına  xitabən 
buyurur: “Bu ikisini məndən bir dirhəmə kim alar?”
Biri:  “Mən  alaram”  dedikdə  Həzrət  (salləllahu  əleyhi  və 
səlləm)“Bir dirhəmi kim artırar?” deyə soruşur. Bir başqa-
sı: “Mən onları iki dirhəmə alaram” deyir.
Həzrət (salləllahu əleyhi və səlləm) fağır kişini çağırıb iki 
dirhəmi ona verir və buyurur: “Bir dirhəmlə ailənə yemək 
tədarük et, bir dirhəmlə də bir balta satın alıb yanıma gəl.”
Adam  deyilənləri  yerinə  yetirib  gələndə  Rəsulullah 
(salləllahu  əleyhi  və  səlləm)  ona:  “Bu  vadiyə  get,  orada  bir 
tikan, bir odun qoyma. Mənim yanıma da on gündən tez 
gəlmə” buyurur.
Yoxsul kişi elə də edir və on gündən sonra gələrək deyir: 
“Mənə əmr etdiyin şey bərəkətli oldu.”
Bunun üzərinə Rəsulullah (salləllahu əleyhi və səlləm) buyu-
rur: “Bu, sənin üçün Qiyamət Günü üzündə dilənməyə görə 
ləkələr və cırmaq izləri ilə gəlməyindən daha yaxşıdır.”
Fani dünyada kimi görsən əgər müftəxordu
Baqi dünyada, bil ki, hamıdan çox o, dilxordu.
Baş əgər işləməsə, qol işlədən nə qazanır
Əqlini əlil edən, əlbəttə ki, əsil kordu.
Adam abadlığın, asanlığın azarkeşidir
Halbuki zəhmətsiz muzd muzdsuz zəhmətdən də zordu.
Din o ihram və kəfəndir ki, geyən göylə olur
Dünya yer əhlinə şeytan toxuyan zərli tordu.


261
İnsan axırda ya atəş ya da nur əhli olur
Sanma gildən yaranan sonda yenə əhli-gordu.
İBRƏT  Mədinənin  məşhur  abidlərindən  Muhəmməd 
ibn Munkədir həzrətləri rəvayət etmişdir: “Bir gün hava-
nın  şiddətli  istisində  Mədinənin  məntəqələrindən  birinə 
gedirdim.  Muhəmməd  ibn  Əlinin  (İmam  Muhəmməd 
Baqir  (əleyhissalam)  nəzərdə  tutulur)  iki  kölənin  çiyninə 
söykənərək gəldiyini gördüm. Çox işlədiyinə görə təngnəfəs 
və  tərləmiş  halda  idi.  Öz-özümə:  “Qureyş  şeyxlərindən 
biri  bu  saatda  dünya  dalınca  düşmüşdür.  Ona  nəsihət 
verəcəyəm” deyərək ona yaxınlaşdım və salam verərək de-
dim: “Allah səni islah etsin! Qureyşin şeyxlərindən birinin 
bu  halda  dünya  dalınca  düşməsi  yaxşı  deyildir.  Əgər  bu 
vəziyyətdə ölüm səni haqlasa, nə edəcəksən?”
O Həzrət buyurdu: “And olsun Allaha, əgər mən bu hal-
da  ikən  ölüm  məni  yaxalasa,  deməli  sənə  və  başqalarına 
möhtac olmamaq üçün Allahın itaətində olduğum bir za-
manda  mənim  sorağıma  gəlmişdir.  Mən  o  vaxt  ölümdən 
qorxaram ki, günah etdiyim halda məni yaxalasın.”
Dedim: “Allah sənə mərhəmət etsin. Mən sənə nəsihət 
etmək istəyirdim, əksinə, sən mənə nəsihət etdin.”
İmam  Muhəmməd  Baqirin  (əleyhissalam)  öz  oğluna 
nəsihətindən: “Oğlum, tənbəllik və təhəmmülsüzlükdən sa-
qın. Çünki bu ikisi bütün pisliklərin açarıdır. Əgər tənbəllik 
eləsən, haqqı yerinə gətirə bilməzsən, əgər təhəmmülsüzlük 
eləsən, haqqa səbir edə bilməzsən.”
İşin yaxşı-yamanı, tənbəlliyin yamanı var
Sanma işdən savayı tənbəlliyin dərmanı var.
Zaman ancaq zamanı olmayanın lehinədir
Boş vaxtı bol olanın gerçəkdən az imanı var.
Saxlamaz iş sabaha, yəni həşrə fərli oğul
Yalnız fərsiz düşünər ki, sabaha zamanı var.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə