262
Sabah həm qorxu, ümid, həm də güman, zəndi, könül
Fərlinin bol ümidi, fərsizin boş gümanı var.
Taxt Onun qatındadır, kürsi Onun, ərş Onundur
Vaxt Onun əmrindədir, başqa kimin fərmanı var?
Dünya Dost-düşməni seçmək və ayırmaq yeridir
Düz seçim eyləyənin sanma sonda peşmanı var.
Ən müdhiş tənbəllik, şübhəsiz ki, Dinə münasibətdə olur.
Buna könül tənbəlliyi də demək olar. Çünki Din könüllüdür,
dünya kimi zər və zor üzərində qurulmaz. Dinə para deyil,
könül yatırılar. Tənbəllik də zatən könülsüzlükdür.
İbadətdə tənbəllik edənlərin dünyalıq məsələlərdə çalış-
qanlığı bir fayda verməz. Ən gözəli, orta yolu tutmaq, yəni
haqq ibadətlə halal işi birləşdirməkdir. Bu zaman zəhmət
özü qulluqdan sayılır. Çünki dua ibadətdir. Duanın qəbulu
isə, ilk növbədə, halal qazanca bağlıdır.
HƏDİS Səd ibn Vaqqas (radiyallahu ənh) Rəsulullaha
(salləllahu əleyhi və səlləm) dedi: “Ya Rəsulallah! Allaha dua
et, məni duası qəbul olunanlardan qılsın.”
O Həzrət (salləllahu əleyhi və səlləm) buyurdu: “Halal qa-
zan, duan qəbul edilir.”
Baş əgər yatmayıbsa könül dəxi oyaq olur
Əks təqdirdə qulun batini baş-ayaq olur.
Baş əgər boş durursa çiyin üstə yükdü ağır
Baş əgər boş deyilsə bədən ona dayaq olur.
İşlətsə öz başını, qeyriyə qul əyməz onu
Baş əgər işləmirsə, müsibəti bayaq olur.
Başdır əqlin yeri, vardırsa o baş yerindədir
Yerini bilməyənin kül başına ləyaq olur.
263
Ey qul, başdan-ayağa Rəbbinlə ol, qulluq budur
Dünya püskürsə də od, aqibətin yaylaq olur.
Əvvəl O, Axir Odur, kimsə bilməz son gününü
Bayraq var bir gün əsgi, əsgi də var bayraq olur.
Fani dünyada, könül, qəbri düşün, həşri düşün
Kim nə cür ölsə onun həşri həmin sayaq olur.
Dövrümüzdə halal və haram, sünnə və bidət bir-birinə
çox qarışdığından, halal ruzi qazanmaq asan deyildir.
Zəhmətlə müşkül olan bir şey zəhmətsiz mümkün olurmu?
Odur ki, mömin süst olmamalı, əqli yaxud fiziki imkanları-
nı səfərbər edərək işini də ibadətə çevirmək üçün çalışma-
lıdır.
Məscid və mədrəsələrin azlığı və, demək olar, boşlu-
ğu Din tənbəlliyinin dünya tənbəlliyindən çox olduğunu
göstərməkdədir. Hər halda, ibadət yeri axtaran iş yeri ax-
tarandan qat-qat azdır. Yurdda durum budursa, güman
ki, cahanda da belədir. Səhərdən axşamadək dəzgah ya-
xud piştaxta arxasında durmağa ərinməyənlər gündə beş
dəfə namaza qalxmağa can çəkirlər. Halbuki iş, yəni ruzi
və ibadət bir-birinə bağlı məsələlərdir. Ruzi dalınca əldən-
ayaqdan düşənlər ruzi Verənə üz tutmaq istəmirlər.
“Əgər qəryələrin əhalisi iman gətirsəydilər və təqvalı
olsaydılar göyün və yerin bərəkətlərini onların üzünə
açardıq” (əl-Əraf, 96).
İbadətlər içində namaz tənbəlləri daha çoxdur. Məsələn,
namaz qılanlar oruc tutanlardan azdır. Gündə beş dəfə
səcdəyə gedənlər, üzrlü səbəb bulunmadıqca, ildə bir
ay oruc tutsalar da, oruc əhli arasında namaza ərinənlər
kifayət qədərdir. Oruc hərəkətsizlik, namaz hərəkətdir. İn-
san hərəkətsizliyə daha meyillidir.
264
“...Namaza qalxdıqları zaman tənbəltənbəl qalxarlar”
(ən-Nisa, 142).
İBRƏT Zabid ibn Haris həzrətləri gecəni, üçdə biri özünə,
üçdə biri oğluna, digər üçdə biri də ikinci oğluna olmaqla,
üç yerə bölmüşdü. Gecənin üçdə birində namaza qalxardı.
Sonra ayağı ilə bir oğluna toxunardı. Tənbəlliyini görürsə:
“Uyu, övladım, sənin yerinə mən qılaram” deyərdi. Sonra
o biri oğluna yaxınlaşar, onu da ayağı ilə tərpədərdi. Əgər
onda da tənbəllik görürsə, “Yat, övladım, sənin əvəzinə
mən qılaram” deyər, sabaha qədər namaz qılardı.
Varmı, Adəm balası, fərq qızmısan, oğulmusan?
Gör səni Kim yoğurub, gör bir nədən yoğrulmusan.
Yaşasan Rəbbin üçün, yaşamağa dəyər dünya
Yaşasan nəfsin üçün, bil ki, ölü doğulmusan.
Nəfsin əydiklərinin əyriliyi əbədidir
Rəbbinə əyildikcə görərsən ki, doğrulmusan.
Heyvan ömrü sürənə ət və ələf eyni olur
Fərqi nə, heyvan isən, canavarmı, toğlumusan?
Din və dünya, biləsən, dərya və bardaq kimidi
Qorx ki, dəryada deyil, boş bardaqda boğulmusan.
İbadəti sevərək, anlayaraq, çəkinərək, istənilən halda,
tənbəl davranmayaraq etmək lazımdır. Sevgi hər dəfə ol-
maya bilər, fəqət təqva və anlayış həmişə olmalıdır.
İbadət ömürlük vəzifədir. Bəndə üçün və bəndə tərə-
findən deyil, Allah üçün və Allah tərəfindəndir. Bu fərq
ciddi anlaşılsa, mənimsənilsə bəndə öz vəzifəsini yerinə
yetirməməkdən, ən azı, çəkinər, qorxar. Təqva artdıqca
tənbəllik azalar, çəkilər və nəticədə sevgi də, şirinlik də ha-
265
sil olar, inşaallah. Hamı zövq aldığı, ləzzət duyduğu işdə
çalışmır ki. Amma işləyir, çalışır. Halbuki bəşəridir, ibadət
isə ilahi əmrdir. Allah öz qullarına onu tövsiyə ya təklif
yox, əmr edir. “Sevin, zövq alın” buyuruğu yoxdur, “na-
maz qılın, zəkat verin” buyuruğu var. Yaradanın əmrini,
buyuruğunu icra etməmək heç ağıla da gəlməməlidir. Et,
vəssalam! Mükafatını isə gözlə, um. Çünki Allahın əmri ol-
duğu kimi vədi də vardır. O, həm bu, həm o biri dünyada
mükafatlandıran, ehsan edəndir.
“Onlardan nəfəqələrin (yardımların) qəbul olunma-
masına səbəb, əslində Allahı və Rəsulunu inkar etmələri,
namaza tənbəltənbəl gəlmələri və istəməyəistəməyə
xərc ləmələridir” (ət-Tövbə, 54).
İBRƏT Mədinədə Saləbə adlı yoxsul bir müsəlman var-
dı. Bütün namazlarını məsciddə qıldığından ona “məscid
quşu” deyirdilər. Bir gün yoxsulluğundan bezərək zəngin
olması üçün Rəsulullahdan (salləllahu əleyhi və səlləm) dua
istədi.
O Həzrət (salləllahu əleyhi və səlləm): “Şükür etdiyin az
mal, şükür etmədiyin çox maldan xeyirlidir” buyuraraq
ona səbri tövsiyə etdi.
Lakin Saləbə bir müddət sonra yenə gəldi, “Səni haqq
Peyğəmbər olaraq Göndərənə and olsun ki, Allah məni
zəngin eləsə fəqir-füqəranı qoruyacaq, hər haqq sahibinin
haqqını verəcəyəm” deyərək eyni istəkdə və israrda bulun-
du. Çox keçmədən Rəsulullahın (salləllahu əleyhi və səlləm)
duasının bərəkətiylə böyük qoyun sürülərinə sahib olub
varlandı.
İşi çoxaldığından məscidə az-az gəlməyə başladı. Daha
sonra ancaq cümələrdə göründü. Nəhayət sürüləri o dərə-
cədə artdı ki, onları Mədinədən kənarda otararaq cümə na-
mazını da tərk etdi. Rəsulullah (salləllahu əleyhi və səlləm)
bunu eşidib üç dəfə : “Vay Saləbənin halına” buyurdu.
Dostları ilə paylaş: |