254
* * *
Bir gün Amir ibn Rabiyə (radiyallahu ənh) adlı səhabə Allah
Rəsulu (salləllahu əleyhi və səlləm) ilə birlikdə məscidə gedir.
Yolda Rəsulullahın (salləllahu əleyhi və səlləm) çarığının ipi
açılır. Amir ibn Rabiyə bağlamaq istəyir, ancaq Rəsulullah
(salləllahu əleyhi və səlləm) ayağını geri çəkərək: “Bu hərəkətin
başqasına qulluq göstərmək deməkdir. Mən başqasına iş
gördürməyi sevmirəm” buyurur.
* * *
Bir gün Möminlərin Əmiri Hz.Əli (əleyhissalam) Kufə ba-
zarında alış-veriş edərək aldığı mallarla evinə qayıdarkən
biri yaxınlaşıb dedi: “Ey Möminlərin Əmiri, əlinizdəkiləri
mənə verin, evinizə gətirim. Bununla da əhli-beytə xidmət
etmiş olaram.”
Həzrət buyurdu: “Ailə başçısı bunları daşımağa hər
kəsdən daha layiqdir.”
Adam israr edərək dedi: “Ey Möminlərin Əmiri! Siz Allah
Rəsulunun xəlifəsisiniz. Bunu sizə və məqamınıza yaraş-
dırmadığımdan əşyalarınızı daşımaq istədim.”
Hz.Əli (əleyhissalam) buyurdu: “Öz ailəsinə aid əşyaları
daşımaq kişiyə əskiklik gətirməz.”
Dünya zəhmətkeşləri o zəhmətə layiq deyil
Din üçün çalışmasa, qul rəhmətə layiq deyil.
İşə, ey qul, yaramaq Yaradanın ənamıdı
Əməyə xor baxanlar o nemətə layiq deyil.
İman və saleh əməl məxluqu insan eləyər
Əməlsiz, əqidəsiz o qismətə layiq deyil.
Tənbəlin, tüfeylinin işləri Allaha qalıb
Çünki tərif o yana, heç töhmətə layiq deyil.
255
Nəfsinə rəhbər olan, Rəbbinə ancaq qul olur
Nəfsinə hambal olan, o xidmətə layiq deyil.
Hikmətə etmə sitəm, əhlindən o əsirgənməz
Nadana vermə öyüd, o, hikmətə layiq deyil.
Tənbəl o kimsədi ki, üzrü, üzü yoxdu sabah
Üzsüzlər, üzürsüzlər bu ümmətə layiq deyil.
Səltənət sahibləri həm də sərvət sahibləri olduğundan
tənbəlləşmə onlarda daha sürətlə baş versə də, səltənət
sahibi olmayan sərvət sahibləri də bu mərəzdən aman-
da deyillər. Əslində, sərvətin özü də insanlar üzərində
müəyyən hakimiyyət yaradır. Pul, hətta, yalnız hökmün,
səlahiyyətin işlədiyi yerlərə də yol tapa bilir. İstənilən hal-
da, hər iki amil, yəni sərvət də, səltənət də öz sahiblərinə
bu fani dünyada rahatlıq, maddi təminat yaratdığından
belələri tez passivləşir, hərəkətə, idmana az meyilli olurlar.
Aydın məsələdir ki, işə bir, istirahətə başqa, səfərə tam ayrı
rahat miniklərlə gedib-gələnlərə piyada yerimək, yaxud
ictimai nəqliyyatdan faydalanmaq artıq uzaq və dönməz
bir keçmiş kimi görünür. Həyatın digər sahələri də onlar
üçün eynidir. Nəfsləri rahatlığa alışdığından təkcə gerçək
həyatdan deyil, sərvət və səltənətin həqiqi Sahibindən də
nə qədər uzaqlaşdıqlarının fərqinə varmırlar. Halbuki Ona
hamıdan artıq möhtacdırlar.
İBRƏT Bədr savaşında müsəlmanların 70 dəvəsi, 2 atı
var dı. Ona görə də hər dəvəyə 3 nəfər minirdi. Rəsulullahla
(salləllahu əleyhi və səlləm) eyni dəvəyə minən digər iki şəxs
Hz.Əli (radiyallahu ənh) və Hz.Əbu Lübabə (radiyallahu ənh) idi.
Dəvəyə əvvəlcə Allah Rəsulu (salləllahu əleyhi və səlləm)
minmişdi. Növbə, yoldaşlarına çatanda onlar Rəsulullahın
(salləllahu əleyhi və səlləm) piyada yeriməsini rəva bilməyib:
“Ya Rəsulallah, siz düşməyin, biz piyada gedə bilərik”
dedilər.
256
Rəsulullah (salləllahu əleyhi və səlləm) buyurdu: “Siz
məndən dözümlü deyilsiniz. Mən də savaba sizdən az möh-
tac deyiləm.”
Dünyanı fani bulan baqisini zay eləməz
Nəfsini bəndə qılan şeytana həmtay eləməz.
Sərvətin, səltənətin korladığı kimsələri
Külli-aləm gələ, əsla o cür rüsvay eləməz.
İşi Allaha düşən başqasına açmaz ağız
İşi Allaha qalan kimsə kimi vay eləməz.
Qövmün milyonçuları əsla Onu tanımadı
Elə Vahiddi ki, O, bilən başqa say eləməz.
Bir beşik bil cahanı, yatmaq üçün gəlməmişik
Uyma şeytanə ki, bir başqası laylay eləməz.
Adətən, tənbəllik dedikdə, ilk növbədə, fiziki əməyə
qarşı sevimsizlik yada düşür. Əslində, tənbəlliyin yekəsi,
bəlkə də zehni fəaliyyəti sevməməkdir. Çünki o, uşaqlıq-
dan özünü biruzə verir. Sirr deyil ki, ibtidai yaxud orta
məktəbə gedənləri işləmədiklərinə görə yox, oxumadıq-
larına görə tənbəl adlandırırlar. Hər halda, dövrümüzdə
valideynlər övladlarına peşədən çox, təhsil vermək üçün
dəridən-qabıqdan çıxırlar. Bunun doğru və ya səhv ol-
duğunu, şübhəsiz ki, zaman göstərir. Çünki qabiliyyətlər
eyni deyil və hər kəsə fərdi yanaşılmalıdır. Dəbə uy-
maq heç də həmişə uğur gətirməz. Nə qədər zor və zər
gücünə oxutdurulan gənclər vardır ki, istedadları düzgün
müəyyənləşmədiyindən son nəticədə cəmiyyət üçün də,
özləri üçün də itirilmiş insan olurlar. Lakin istənilən halda
zehni də bədən qədər və bəlkə daha çox zəhmətə alışdır-
maq gərəkdir. Gerçəklik də budur ki, özünü ancaq elmə
təslim edənlər yalnız əməyə həsr edənlərdən xeyirlidir.
257
İBRƏT Rəsulullahın (salləllahu əleyhi və səlləm) zama-
nında iki qardaş vardı. Biri sənətlə məşğul olur, digəri isə
Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) yanından heç
ayrılmayıb, ondan elm öyrənirdi.
Sənətlə məşğul olan qardaş elmə davam edən qarda-
şından Rəsulullaha (salləllahu əleyhi və səlləm) şikayətləndi.
Həzrət (salləllahu əleyhi və səlləm) ona buyurdu:
“Bəlkə də sən onun sayəsində Allah tərəfindən ruzilənir-
sən.”
Alim o kimsədi ki, daim haqqın yanındadır
Zalimə haqqı demək zatən onun qanındadır.
Sandıq elmində xəta bəlkə də yox, bəs xeyir var?
Elm bir qılıncdır ki, cahil hər vaxt qınındadır.
Ərzin qanunlarını, ey insan, insan düşünüb
Elm-hikmət diləsən o, səmavi qanundadır.
Girmə hər zülmətə, şirk orda iman tək görünür
Uyma hər nura da, şər çox vaxt xeyir donundadır.
Dünya qəmxanədi, döz, baqi deyil, anidi, döz
Döz ki, səbrin kamalı zərbənin ilk anındadır.
Cahili div elə zənn, nəfsi şüşə, dünyanı can
Ey könül, qır şüşəni, iş o divin canındadır.
Yeri gəlmişkən, yuxarıdakı hədis incə bir məsələyə gur işıq
tutmaqdadır. Aydın olur ki, faydalı elmlə ciddi məşğul olan-
lara faydalı əməklə ciddi məşğul olanların maddi və mənəvi
dəstəyi çox önəmli və bəyəniləndir. Allah Təala hərəyə bir
istedad və qabiliyyət verir. Mal qazanmağı bacaranlar elm
qazana bilənləri malın qazancına şərik etməklə özləri də on-
ların qazancına, yəni elmin savabına ortaq sayılır. Xeyir qar-
Dostları ilə paylaş: |