Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə61/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

238
Məsələn, mal hərisi yaxud qadın düşkünü olan biri ka-
firlərlə savaşa asanlıqla qatıla bilər, lakin bu ondan hə ris-
liyi,  düşkünlüyü  əsla  götürməz,  bunun  üçün  nəfsə  qarşı 
mücadilə gərəkdir.
Məsələnin  əslinə  baxanda  cihadın  iki  deyil,  bir  oldu-
ğunu  görməkdəyik.  Yəni  düşmənlə  savaş  nəfslə  savaşın 
tərkib hissəsidir. Çünki Uca Rəbbimiz Öz yolunda qulları-
nın təkcə canlarından deyil, həm də mallarından keçməsini 
istəmişdir. Cihadla bağlı çoxsaylı ayələrdə mal fədakarlığı 
ilə can fədakarlığı, demək olar ki, həmişə yanaşı işlənir.
“Yalnız onlar möminlərdir ki, Allaha və Rəsuluna iman 
gətirər, sonra şəkkə düşməz və Allah yolunda canları və 
malları ilə cihad edərlər” (əl-Hucurat, 15).
“Ey iman edənlər! Sizə elə bir ticarət göstərimmi ki, 
acı  əzabdan  sizi  xilas  etsin? Allaha  və  Rəsuluna  iman 
edin, Allah  yolunda  mallarınız  və  canlarınız  ilə  cihad 
edin” (əs-Səff, 10-11).
“Möminlərdən üzrsüz evdə oturanlar və Allah yolun-
da  canlarıyla,  mallarıyla  cihad  edənlər  eyni  deyildir” 
(ən-Nisa, 95).
İBRƏT İbn İshaq rəvayət etmişdir: “Əbu Heysəmə (ra-
diyallahu  ənh)  Allah  Rəsulunun  (salləllahu  əleyhi  və  səlləm) 
rəhbərliyi  altında  döyüşə  (Təbuk  qəzvəsinə)  getdi.  Lakin 
bir  neçə  gün  sonra  ordudan  ayrılıb  geri  qayıtdı.  İsti  bir 
gündə  evinə  gəldi.  İki  xanımını  xurma  bağlarındakı  çar-
daqlar altında gördü. Çardağa su səpib sərinlətmiş, onun 
üçün soyuq su və yemək hazırlamışdılar.
Əbu  Heysəmə  içəri  girincə  çardağın  qapısında  dayan-
dı,  xanımlarına  və  onun  üçün  hazırlanmış  dəm-dəstgaha 
nəzər saldıqdan sonra: “Allah Rəsulu qızmar günəş altında 
və qum fırtınaları içində qalsın, Əbu Heysəmə isə sərin bir 
kölgəlikdə hazırlanmış təamlar və gözəl xanımlar arasında 
mal-mülkünün başında olsun! Bunu vicdan qəbul etməz. 


239
Vallah,  heç  birinizin  çardağına  girməyəcək  və  qayıdıb 
Rəsulullaha  qoşulacağam!  Tez  yol  azuqəmi  hazırlayın!” 
dedi.
Xanımları dediyini etdilər. Sonra dəvəsini gətirib yükü-
nü yüklədi, Allah Rəsuluna (salləllahu əleyhi və səlləm) qo-
şulmaq  üçün  yola  çıxdı...  Orduya  yaxınlaşınca  səhabələr: 
“Baxın, baxın, qarşıdan bir süvari gəlir” dedilər. Rəsulullah 
(salləllahu  əleyhi  və  səlləm):  “İnşaallah,  Əbu  Heysəmədir” 
buyurdu.
Səhabələr: “Bəli, ya Rəsulallah, odur. Vallahi, Əbu Hey-
sə mədir!” dedilər.
Əbu Heysəmə dəvəsini çökdürdü, gəlib Peyğəmbərimizə 
salam verdi. Allah Rəsulu: “Əbu Heysəmə, az qala həlak 
olacaqdın  (Axirətini  əldən  verəcəkdin)”  buyurdu.  Əbu 
Heysəmə də başına gələnləri bir-bir danışdı.
Rəsulullah (salləllahu əleyhi və səlləm) onu təqdir edərək 
duada bulundu.”
Elə Mövladı ki, O, ayrılmaq imkansız olur
Ayıran kafir olur, ayrılan imansız olur.
Kafir o kimsədi ki, vəslə ümid saxlamayır
Rəhmətdən ayrı düşür, yəni ki, Rəhmansız olur.
Hər şeyin hicrinə bulmaqdadı bir çarə zaman
Hər şeyin Rəbbi ilə amma bu, dərmansız olur.
Eşq könül söhbətidi, nəfsani bir mövzu deyil
Qıl fəda nəfsi, vüsal, sanma ki, qurbansız olur.
Ey qul, qul Sahibindən zər diləmə, zərrədi bu
Damlaya aşiq olan, axırda ümmansız olur.
Cihad  vəzifəsinə  səhlənkar,  qeyri-ciddi  yanaşanlar  öz-
lə rini  gerçək  və  ciddi  təhlükəyə  atanlardır.  Bu  elə  bir 


240
təh lükədir  ki,  elə  bir  şey  qazandırmasa  da  hər  şeydən 
həmişəlik məhrum edər. Halbuki cihad tam əksidir, yəni 
fani nemətləri əbədi səadətə fəda etməkdir.
“Ey  iman  edənlər!  Allah  yolunda  öldürülər  və  ya 
ölərsinizsə,  Allahın  məğfirət  və  rəhməti  onların  bütün 
topladıqlarından xeyirlidir” (Ali-İmran, 157).
“De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zöv­
cələriniz,  qohumlarınız,  qazandığınız  mallar,  kasad  ol-
masından qorxduğunuz ticarət, xoşladığınız evlər Allah-
dan, Rəsulundan və Onun yolunda cihaddan sevimlidirsə 
Allahın  əmri  gələnədək  gözləyin.  Allah  fasiq  qövmü 
hidayət etməz” (ət-Tövbə, 14).
Nəfslə mübarizə və müharibə bütövlükdə cihadın ma-
hiy yətini ortaya qoyur, həqiqi düşmənin və düş mən çiliyin 
kim və nə olduğunu anladır. Bu mücadiləni verənlər heç 
vaxt Din düşmənlərinə uyub Din qardaşlarına güllə atmaz. 
Onlar əsil təhlükənin mənbəyini görərlər. Hədisi-qüdsidə 
buyuruldu:
“Ey insan! Nəfsini düşmənin bil. Çünki o, Mənə düş mən dir.”
İBRƏT  Əbu  İmrandan  rəvayət  edilir:  “Konstantiniyyə 
(İstambul) yürüşündə idik. Şəhərdən qarşımıza böyük bir 
Rum ləşkəri çıxdı. Biz də onlara qarşı səf tutduq. Bizdən 
birisi  onlara  doğru  hücum  edərək içlərinə qədər  girdi  və 
təkrar dönərək yanımıza qayıtdı. Müsəlmanlar: “Subhanallah, 
adam özünü təhlükəyə atır” dedilər.
Bunun üzərinə Əbu Eyyub əl-Ənsari (radiyallahu ənh) qal-
xıb dedi: “Ey insanlar, siz “Özünüzü təhlükəyə atmayın...” 
ayəsini yanlış anlayırsınız. Ayə biz Ənsar haqqında nazil 
olmuşdur.  Allah  Öz  dinini  qüvvətləndirdiyi  və  İslamın 
öndərləri çoxaldığı zaman, biz öz aramızda Rəsulullahdan 
(salləllahu  əleyhi  və  səlləm)  xəbərsiz  olaraq:  “Artıq  bizə  eh-
tiyac  qalmadı.  Barı  bundan  sonra  malımıza-mülkümüzə 


241
sahib  olalım,  əldən  gedən  bağ  və  bağçalarımızı  sahmana 
salalım” dedik. Bununla əlaqədar Allah yanlış düşündüyü-
müzü xatırlatmaq üçün: 
“Allah yolunda mallarınızı xərcləyin və özünüzü təh­
lükəyə atmayın...” (əl-Bəqərə, 195) ayəsini endirərək ciha-
dı  tərk  edib  mallarımızla  məşğul  olmanın  bizi  təhlükəyə 
sürükləyən bir davranış olduğunu bizə bildirdi.”
HAŞİYƏ  Əbu  Eyyub  əl-Ənsari  (radiyallahu  ənh)  Rəsulul lah   
(salləllahu  əleyhi  və  səlləm)  Məkkədən  Mədinəyə  hicrət 
edərkən onu altı ay öz evində qonaq edən və bu səbəbdən 
Mehmandari-Rəsulullah kimi anılan böyük səhabədir. Əsil 
adı  Xalid  ibn  Zeyddir.  Əbu  Eyyub  künyəsidir.  Həmişə 
“Yüngül də olsanız, ağır da olsanız, cihada çıxın” (ət-Tövbə, 
41) ayəsini xatırladar, “Mən bu iki vəsfin dışında deyiləm” 
deyərək bütün savaşlara qatılardı. 80 yaşlarında ikən (Mila-
di 669-cu il) İstambul yürüşündə iştirak etmək üçün ordu-
ya qoşuldu. İstambulun mühasirəsi zamanı xəstələndi və 
bu vəsiyyətdə bulundu:
“Öldüyüm zaman məni bir ata mindirin və düşmən tor-
pağında gedə bildiyiniz yerə qədər məni aparın və orada 
dəfn edib dönün.”
Vəsiyyətinə uyğun olaraq mübarək nəşi İstambul divar-
larına yaxın olan indiki yerinə dəfn edildi (Allah razı olsun).
Cihadı ciddiyə al, qeyri-ciddi adam olma
Nəfsi yenməkdi cihad, yenməyincə aram olma.
Alim ol söyləmirəm, arif ol da söyləmirəm
Deyirəm nəfsini bil, cahil olma, avam olma.
Cahan qəm oylağıdır, burda qəmin xətası yox
Cənnət kam yaylağıdır, kim olsan da nakam olma.
Xəlq ya Rəbbinin qulu ya nəfsinin köləsidir
Qullara iqtida et, kölələrə imam olma.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə