Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə58/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

227
Düşünmək üçün suallar
1.  Şükrünüz azdır yoxsa şikayətiniz?
2.  Narazılığınız başınıza gələnlərə qarşıdır yoxsa başı-
nıza gətirənə, yəni Allaha qarşı?
3.  Özünüzü  üzləşdiyiniz  sıxıntılara  layiq  görürsünüz-
mü?
4.  Özünüzdən Allaha  şikayət  edib  islahınızı  diləyir si-
nizmi?
5.  Sizdən şikayət ediləndə özünüzə qarşı tədbir görür-
sünüz yoxsa şikayətçiyə qarşı?
6.  Taleyinizdən,  qədərinizdən,  yəni  Allahdan  şikayət 
edirsinizmi?
7.  Başqalarından  sizə  şikayət  edilməsini  xoşlayırsınız-
mı?
8.  Dərdlərinizdən Allaha çox şikayət edirsiniz yoxsa in-
sanlara?
9.  Şikayət  sizə  nə  verir?  Qəlbinizi  boşaltmaqmı?  Boş 
qəlb nəyinizə lazımdır?
10. Dərdinizi çox bölüşdürürsünüz yoxsa sevincinizi?
11. Başqasının  dərdini  dinləyirsinizmi  yoxsa  özünüzü 
dinləyən kimi göstərirsiniz?
12. Sıxıntısını  sizinlə  bölüşənə  təsəllidən  başqa  bir  şey 
verirsinizmi?
13. Şikayətinizə qeybət qatırsınızmı?
14. Nəfsinizdən şikayət edirsinizmi?


228
11. SƏHLƏNKARLIQ
“Məni zikr etməkdə zəiflik göstərməyin!” (Ta ha, 42)
Səhlənkarlıq  məsuliyyətli  məsələlərə  məsuliyyətsiz  mü-
na sibət,  ciddi  işlərdə  qeyri-ciddi  davranışdır.  Dilimizin 
izahlı lüğətində işə, tapşırığa, vəzifəyə soyuq baxma, laqeyd 
yanaşma, yüngül münasibət bəsləmə; diqqətsizlik, başdan-
sovduluq kimi şərh edilir.
Göründüyü  kimi  bu  mərəz  vacib  vəzifələrin  icrası  ilə 
bağlı olaraq yaranır. İnsan ona tapşırılmayan işlərdə zəif-
lik,  könülsüzlük,  etinasızlıq  göstərsə  səhlənkar  sayılmaz. 
Adəm  oğlunun  isə  hüquqları  çox  olduğu  kimi  vəzifə  və 
öhdəlikləri də az deyil. Bunlar nə qədər çox olsalar da, üç 
qrupda təsnifləşdirmək mümkündür:
1) Dini vəzifələr;
2) Dünyəvi vəzifələr;
3) Dini-dünyəvi vəzifələr.
Vəzifə, öhdəlik sayılan hər bir iş özünə görə önəm daşısa 
da, biz daha çox Din ilə bağlı olanların üzərində dayanaca-
ğıq. Çünki Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Dünyan  üçün  elə  çalış  ki,  sanki  əbədi  yaşayacaqsan. 
Axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən.”
“Dünya üçün dünyada qalacağın qədər çalış! Axirət üçün 
orada qalacağın qədər çalış!”
İBRƏT Rəvayət olunur ki, bir tacir səfərinin necə olacağı-
nı öyrənmək üçün İmam Cəfər Sadiqin (əleyhissalam) yanına 
gəlir. İmam xeyirli olmayacağını bildirsə də tacir səfərindən 
qalmır və getdiyi bölgədə mallarını yaxşı qiymətə sataraq 
çoxlu qazanc götürür. Qayıdan kimi Hz.İmamın xidmətinə 
gedərək səfərinin xoş və bərəkətli olduğunu xəbər verir.
İmam Sadiq (əleyhissalam) ondan soruşur: “Yadındadır-
mı, filan evdə yorğun halda günün son namazlarını qılan-
dan  sonra  təam  edib  yatdın.  Səhər  isə  durub  gördün  ki, 
sübh namazını qəzaya vermisən?”


229
Tacir deyiləni təsdiqləyir. Həzrət buyurur: “Doğrudur, 
Allah  sənin  dünyanı  xoş  edərək  sənə  mal-dövlət  yetirib. 
Amma onlar bu mənəvi ziyanı ödəməz.”
Kainat köhnə kitab, insan yeni səhifədir
Əmri Ərşdən verilən, ərzə məsul xəlifədir.
Bəşər öz haqlarını bilməsə alçaldılar o
Ucaldan amma qulu hüquq deyil, vəzifədir.
Axirət baqi olur, fani dünya üçcə gündü
Hər gecən olsun Qədir, hər gündüzün Ərəfədir.
Din əmr-yasaqlardı, ilahi bir mənşəyi var
Ərşin qanunları haqq, ərzdəkilər fəlsəfədi.
Hökmü şeytandan alan, həşirdə atəşlik olur
Ərzə çox boylanar o, sanarsan ki, zürafədi.
Ömür haqdan biçilən dondu, ey qul, ölçüyə uy
Sən yüz ölçsən də bu dünya həyatı bir dəfədi.
Din, ilk növbədə əmr və yasaqlardır. Əmrlərin başında zikr, 
yasaqların başında qəflət gəlir. Biri əmr, digəri yasaq edil mək-
lə biri digərinin ziddidir. Çünki Allah Təala buyurdu: 
“Səhər, axşam içində yalvararaq, qorxaraq, səsini qaldır-
madan Rəbbini zikr et və qafillərdən olma! (əl-Əraf, 205).
Dində  səhlənkarlıq  zikr  və  qəflət  arasında  var-gəl  et-
mək,  bütövlükdə  isə  zikrdən  çox  qəflətə  yaxın  olmaq-
dır.  Səhlənkarlığın  dərəcəsi,  ciddiyə  alınmayan  vəzifənin 
ciddiliyi  ilə  ölçülür.  Tapşırılan  iş  nə  qədər  məsuldursa, 
məsuliyyətsizlik bir o qədər miqyaslı olur. Zikrin ən vacib 
vəzifə olduğu isə ayə ilə sabitdir.


230
“Allahı zikr etmək, əlbəttə ki, ən böyükdür” (əl-Ənkəbut, 45).
Zikr  o  qədər  zəruri  ibadətdir  ki,  Haqq  Təala  Allahdan 
qəflət edənlərin ən qafili olan Fironun yanına Hz.Musa (əley-
his salam) ilə Hz.Harunun (əleyhissalam) timsalında iki qardaş 
peyğəmbəri təbliğ üçün göndərərkən onlara buyurdu: 
“İkiniz  də  Məni  zikr  etməkdə  zəiflik  göstərməyin!”  
(Ta ha, 42)
Zikrdə,  namazda  səhlənkarlıq  riya  əlamətlərindəndir. 
Zatən  namaz  özü  nə  gözəl  zikrdir.  Çünki  qəlbin,  dilin, 
bədənin vəhdəti var. Bu ibadətlərə yüngül yanaşanlar riya-
karlara yaxınlaşırlar.
“Vay olsun namaz qılanlara. O kəslərə ki, namazların-
da səhlənkardırlar. Onlar riya edərlər” (əl-Maun, 4-6).
İBRƏT Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (əleyhissalam) 
vəfatından öncə mübarək gözlərini açaraq: “Mənim qohum 
və yaxınlarımın hamısını yanıma toplayın” dedi.
Ravi söyləyir ki, biz də bütün qohum və yaxın adamla-
rını yanına dəvət edib heç kəsi yaddan çıxarmadıq. Sonra o 
Həzrət onlar tərəfə nəzər salıb buyurdu:
“Bilin ki, namaza yüngül yanaşana şəfaətimiz yetişmə-
yəcək.”
Oxu, ilk ayədi bu, gerçək savad zikrdədi
Ömrü böl saatlara, ən xoş saat zikrdədir.
Nəfsə ən zor gələn iş əmrlər və yasaqlardı
Səbirsiz keçməz bu iş, əzm, səbat zikrdədi.
Zina haqq vəslə könül verməyənin zillətidir
Haqq zifaf umsan əgər, toy və büsat zikrdədi.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə