231
“Lə ilah” hikmətinə “illa Allah” xətmi gərək
Var cavab hər suala, dəlil, isbat zikrdədir.
Ey dil, haqq söyləmədikcə nə çörək, nə kəlmə kəs
Rəbbin Haqqın Özüdür, haqqa isnad zikrdədir.
Uca Rəbbimizin Öz qullarından zikrdə zəiflik göstərmə-
məyi istəməsi qulun təyinatından, qulluğun mahiyyətindən
doğur. İnsan yalnız yeganə Allahın qulu olmaq, qulluğun-
da durmaq, başqa sözlə, ancaq Onu tanımaq üçün yaradıl-
mışdır.
“Mən gizli bir xəzinə idim, tanınmaq istədim, buna görə
də məxluqatı yaratdım” (Hədisi-qüdsi).
Allahı tanıma mərifətdir, ariflərdən olmaq, qafillərdən
olmamaqdır. Zikrdə səhlənkarlıq edən mərifət əhli ola bil-
məz. Ariflər sultanı kimi bilinən Bəyazid Bistami həz rət-
lə rindən “Arifin əlaməti nədir?” deyə soruşdular. “Onun
zikrində zəiflik göstərməmək, Onun haqqından usanma-
maq və Ondan başqasıyla ünsiyyət etməməkdir” deyə ca-
vab verdi.
Allah gerçək ağıl sahiblərinə zikrsiz keçirə biləcəkləri bir
zaman tanımadı. Hər cür durumda anılmasını istədi.
“Onlar (ululəlbab) ayaqdaykən, oturarkən və uzanarkən
Allahı anarlar ...” (Ali-İmran, 191)
Nəfsini bilən, özünü tanıyan kimsə daim Allahın nəzə-
rin də olmaq istər. Çünki Rəbbi kimdən nəzərini götürsə,
o qul nəfsi və şeytanıyla baş-başa buraxılmış olar. Belə bir
təhlükə isə zikrdən yayınanların başı üzərindədir.
“Kim Rəhmanın zikrindən yayınarsa, ona şeytanı mü
səllət edərik və ona yaxın olar. Onlar (şeytanlar) da bunla-
232
rı azdırar. Bunlar isə düz yolda olduqlarını zənn edərlər”
(əz-Zuxruf, 36-37).
Allahın rəhmət nəzərindən bir an da olsa məhrum qal-
maq istəməyən qul bu nəzarəti bir an belə unutmamalı,
daim Rəbbinin ona baxdığını düşünərək davranmalıdır.
Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) çox etdiyi dua-
larından biri beləydi:
“Allahım, göz açıb qırpıncaya qədər də olsa, məni nəf si-
mlə baş-başa buraxma.”
Allahı unudanı Allah da unudar. O, zikr əhlini, Onu
yaddan çıxarmayanları Özündən başqasına həvalə etməz.
“Məni anın ki, Mən də sizi anım!...” (əl-Bəqərə, 152)
Öncədən qeyd etdiyimiz kimi “Məni zikr etməkdə zə ifl ik
göstərməyin” ayəsi Hz.Musa (əleyhissalam) ilə Hz.Ha ru nun
(əleyhissalam) Fironun yanına göndərilməsi ilə əlaqə dardır.
Bundan sonrası Quranda belə təsvir olunur:
“Onlar: “Ey Rəbbimiz! Fironun bizə şiddətli cəza ver
məsindən və ya azğınlaşıb həddini aşmasından qorxu
ruq” dedilər. (Allah) buyurdu: “Qorxmayın, Mən də
sizin lə yəm. Eşidirəm və görürəm” (Ta ha, 45-46).
İBRƏT Hatəm əl Əsam həzrətləri rəvayət etmişdir:
“Düşmənlə qarşılaşdıq. Aramızda qaçdı-qovdu oldu. Biri
mənə kəmənd atıb məni atdan düşürdü, miniyindən enib
sinəmə oturdu və bu gur saqqalımdan tutaraq boğazımı
kəsmək üçün cibindən bir bıçaq çıxartdı. Rəbbim Allah haq-
qı üçün qəlbimə heç bir şey gəlmədi, hətta bıçağı boğazıma
dayadığı zaman da sakitdim. Ağlım ancaq Rəbbimdəydi,
mənə nə təqdir etdiyinə baxırdım. “İlahi, məni boğazlama-
sını təqdir etmisənsə, başım, gözüm üstə, mən Sənə aidəm
və Sənin mülkünəm” dedim.
Rəbbimə belə səslənirkən, bir müsəlman bu rəqibimə bir
ox atdı, ox boğazına saplandı. Üzərimdən düşdü, mən də
233
qalxıb onun üzərinə çıxdım. Bıçağı əlindən alıb onu boğaz-
ladım. Odur ki, qəlbləriniz daim Rəbbinizlə olmalıdır ki,
ataların və anaların görmədiyi əcaibləri görəsiniz.”
Anlamaq aləmləri, Allahı anmaqla olur
Allahdan başqa nə varsa, onu danmaqla olur.
Haqq Günün gündüz çağı insan işıq istəyəcək
Zikr nurdur, zulumat nurdan yayınmaqla olur.
Bilsə vaxt qədrini qul, quşlar kimi ruzilənər
Quşdan bu, gec yatıb ondan tez oyanmaqla olur.
Quş daha uçmayırsa, tamamlanıb rizqi demək
Həyatı uçanların hər zilə qonmaqla olur.
Önə və ənginlərə - yoxdu qulun başqa yolu
Din geri qalmamaqdı, ölüm dayanmaqla olur.
Nə qədər bilsə də qul, etməz elm əqli əvəz
Elm öyrənmək ilə, mərifət qanmaqla olur.
Könül, Haqdan savayı hər düşüncə cənabətdir
Bir könül qüslü ver, bu, sanma yuyunmaqla olur.
İslamın müsəlmanlar qarşısında qoyduğu digər mühüm
bir vəzifə Allah yolunda cihaddır. Haqq Təala bu vəzifənin
xüsusi önəmini, qəzavat və şəhadətin nə qədər xeyirli oldu-
ğunu ayrı-ayrı ayələrdə dönə-dönə vurğulamış, bu yolda
möminlərin əsla zəiflik göstərməməsini istəmişdir.
“Kafir qövmü təqib etmədə zəiflik göstərməyin” (ən-
Nisa, 104).
“İstər yüngül, istər ağır olaraq hamınız savaşa çıxın,
mallarınızla və canlarınızla Allah yolunda cihad edin.
Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir” (ət-Tövbə, 41).
234
“Allah malları və canlarıyla cihad edənlərin dərəcələrini
evdə oturanlardan üstün etmişdir” (ən-Nisa, 95).
Səhlənkarlıq hər sahədə pisdir, təhlükədən xali deyil.
Lakin hərbdə bu təhlükə qat-qat artır. Uhud savaşında
düşmənin arxadan hücumunu önləmək üçün qoyulmuş
oxçular Rəsulullahın (salləllahu əleyhi və səlləm) əmrini poza-
raq döyüş mövqelərini tərk etdiklərinə görə müsəlmanların
qələbəsiylə başlayan savaş onların nisbi məğlubiyyətilə
nəticələndi. Ona görə nisbi deyirik ki, 70 şəhid bahasına
başa gəlsə də, bu məğlubiyyətdə böyük mənəvi qələbə, yəni
ibrətlər, dərslər vardı. Elə dərslər ki, onları başqa şəraitdə
almaq mümkün olmazdı.
“İnsanlar imtahan edilmədən, sadəcə, “iman gətirdik”
de məklə sərbəst buraxılacaqlarınımı sandılar?” (əl-Ənkə-
but, 2)
Cihad əmrilə bağlı ən ibrətamiz imtahanlardan biri Tə-
buk savaşına getməyib evdə qalan üç möminin haqqın-
dadır. Bunlar Kəb ibn Malik, Rəbi əl-Amri və Hilal ibn
Umeyyədir. Allah hər üçündən razı olsun.
“Həmçinin (Təbuk savaşından) geri qalmış üç nəfərin
də. Belə ki, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib
sıxılmışdı. Onlar Allahdan yalnız Onun Özünə sığın-
mağın mümkün olduğunu başa düşdülər. Allah tövbə
etmələri üçün onlara tövbə nəsib etdi. Şübhəsiz ki, Allah
Təvvabdır, Rəhimdir” (ət-Töbə, 118).
İslamda səhlənkarlığa münasibətin nə qədər düşündürü-
cü olduğunu xatırlatmaq üçün Kəb ibn Malikin rəvayətini,
uzun olsa da, ixtisarla burda verməyi münasib saydıq.
İBRƏT “Rəsulullah (salləllahu əleyhi və səlləm) bu döyüşə
meyvələrin yetişdiyi və kölgələrin xoş olduğu isti bir payız
Dostları ilə paylaş: |