Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə57/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

223
Dön, hərdən tarixə bax, kimlər gəlib kimlər getdi
Rəbbi baxmazsa qula, qul nəzərə çarpar, çarpmaz?
Allahı  sevdiklərini  yaxud  Ondan  qorxduqlarını  bəyan 
edib qəza-qədərinə baş bulayanlar bəyanatlarında səmimi 
deyillər. Belələrinin sevdiyi də, qorxduğu da fani dünya-
dır. Xoş sifət də görsələr, boz sifət də görsələr ondan qop-
mazlar.
Adəm  oğlu,  zənginləşəcəyi  təqdirdə  qarət  və  qətl  olu-
nacağını  bilsə,  zəngin  olmadığına  görə  şükürdə  bulunar, 
başını aşağı salıb kasıblığını edərdi. Halbuki daha müdhiş 
faciə yaşayar, yəni əbədi Cəhənnəm odunda yana bilərdi. 
Başa  gələn  bəlalar  məhz  başa  gələ  biləcək  daha  böyük 
bəlalardan qorumaq üçündür. Bu hikməti anlayanlara və 
qəbul edənlərə gerçəkdən zaval yoxdur. Onlar hər bəlanı, 
onu Göndərənin müjdəsi yaxud xəbərdarlığı kimi görər və 
uyğun olaraq şükür yaxud səbir edərlər.
İBRƏT Səid Əbu Osman (rahmətullahi əleyh) rəvayət et-
mişdir: “Bir kişi bir qadına baxdı. “Belə bir gözəllik, belə 
bir təravət görmədim. Bu ancaq üzülməməkdən ola bilər” 
dedi. O da: “Ey Allahın qulu, Allaha and içirəm ki, üzüntü 
boğazımı kəsmişdir, kimsə mənə ortaq ola bilməz” söylədi.
Adam: “Bu necə olur?” deyə soruşdu. Qadın bu cavabı 
verdi: “Ərim qurbanlıq bir qoyun kəsdi, mənim də oyna-
yan iki oğlan uşağım vardı. Böyüyü kiçiyinə: “Atamın qo-
yuna nə etdiyini sənə göstərimmi?” dedi və onu bir ağac-
dan asıb boğazladı. Biz isə ancaq uşaq al qana bələnəndə 
fərqinə vardıq. Səslər yüksəlincə çocuq qorxub dağ tərəfə 
qaçdı, ona bir canavar rast olub onu yedi. Biz də bilmirdik. 
Atası  onu  axtarmağa  çıxdı,  susuzluqdan  öldü.  Beləcə  za-
man içində tək başına qaldım.”
Adam:  “Necə  səbir  edirsən?”  deyə  soruşdu.  Qadın: 
“Səbir sizlikdə təsəlli tapsam, yenə onu səbirdən üstün tut-
maram” deyə cavab verdi.


224
Ey sevən, Saqi Odur, nə durmusan boş-boşuna
Baxma baldır ya bəla, piyaləni çək başına.
Qədərin badəsi dolduqca nuş etməkdi ədəb
Dolduran Dost əlidir, varmı başqa bir aşina?
Dünya aşiqlərinin eşqdən təsəvvürləri yox
Bax onun böz üzünə, baxma qara göz-qaşına.
Hər dərd bir daşdı alar içdəki şeytanı hədəf
Sevən öz sevdiyinin qızarmı bəs haqq daşına?
Əsri etdik yarı, haqq sevginin oğlan çağıdır
Eşqdə, ey qul, qocalıq yaraşarmı heç yaşına?
Məqsədə hamıdan tez öndə olanlar qovuşur
Geridə qalmamağı məqsəd kimi qoy qarşına.
Əli ibn əl-Həsən ibn Musa (rahmətullahi əleyh) rəvayət et-
mişdir: “Bir adam dedi: “Dərdə mübtəlaları imtahan etmək 
niyyətilə Tarsusda yaşayan birinin yanına getdim. Qanqren 
olmuş, bütün orqanları tökülmüşdü. Ondan necə sabahla-
dığını soruşdum. Belə cavab verdi: “Allaha and olsun, elə 
sabahladım ki, hər damarım və hər əzam ayrı-ayrı ağrıyır. 
Bu  da Allahın  gözü  önündə  olur.  O  nəyi  istəyirsə  ,  mən 
də  onu  istəyirəm.  Rəbbimin  məndən  aldığının  nə  dəyəri 
var  ki?  İstərdim  ki,  Rəbbim  Ona  qarşı  günah  işlədiyim 
əzalarımı bir-bir kəssin, Onu zikr edəcək dilimdən başqa 
bir şey buraxmasın.”
Adam ondan: “Bu illət səndə nə zaman başladı?” deyə 
soruşdu. O da: “Bütün xalq Allahın qulu və ailəsidir. Qul-
lara  bir  illət  gəldiyi  zaman  şikayət  Allaha  edilir,  qullara 
edilməz” deyə cavab verdi.”
Dində “sev” ayəsi yox, sevgi içdən gəlməlidir
Amma hər ayəni eşq əhli əmr bilməlidir.


225
Sevməyən kimsəyə “sev” əmri, düzü, ciddi deyil
Sevənə “sevmə” demək də o qədər gülməlidir.
Eşqin, ey qul, kiçiyi, böyüyü və alisi var
Ulu aşiq qoşa dünyanı qəlbdən silməlidir.
Dünya hicrətdi bütün, həşri, yəni vəsli düşün
Çünki bir gün doğulan, bir günü də ölməlidir.
Eşq ali imtahandı, müsibəti, müjdəsi var
Hər kim aşiqdisə yalnız xeyiri bölməlidir.
Hər  bir  şikayət  kimdənsə,  nədənsə  narazılıqdır,  qeyri-
məmnunluqdur.  Riza,  məmnunluq  olan  yerdə  şikayət 
yox dur,  olsa-olsa  ərk  var,  naz  var.  Bu  baxımdan  şikayət 
məmnunsuzluğun qabarıq, üsyanın zəif şəklidir. Vaxtında 
bu xəstəliklə mübarizə aparılmasa xəstəni asilər cərgəsinə 
qata  bilər.  Qul  heç  vaxt  unutmamalıdır  ki,  xoşlanmadığı 
şeylər xoşlandığı şeylərdən xeyirlidir və ilahi imtahandır. 
İmtahansız qiymət olmur.
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, 
can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə 
müjdə ver!” (əl-Bəqərə, 155)
“And olsun ki, Biz içinizdən mücahidləri və səbirliləri 
ayırd  etmək  üçün  sizi  imtahana  çəkəcək  və  sizə  dair 
xəbərləri yoxlayacağıq” (Muhəmməd, 31).
Mömin qulun, ilk baxışda adi görünən şeylərdən, hətta 
soyuqdan yaxud istidən gileylənməsi Allaha qulluqda cid-
di qüsurdur. Çünki hamısı Allahdandır.
İBRƏT  Əhməd  ibn  Əbi  əl-Həvari  (rahmətullahi  əleyhi) 
rəvayət etmişdir: “Mən və Əbu Süleyman əd-Darani həcc 
etdik.  Hava  çox  soyuq  idi.  Yolda  bir  adama  rast  gəldik. 


226
Əynində  nazik,  köhnə  bir  əlbisə  vardı. Amma  tərləyirdi. 
Biz isə şiddətli soyuğa görə kürk geyinmişdik.
Əbu Süleyman: “Sənə paltarlarımızdan verəkmi?” deyə 
soruşdu. O da bu cavabı verdi: “Ey Darani, isti də, soyuq 
da Allahın yaratdıqlarıdır. Onlara mənə toxunmalarını əmr 
edərsə mənə toxunarlar, məni tərk etmələrini əmr edərsə 
məni tərk edərlər. Ey Darani, zöhd iddiasında bulunursan, 
amma soyuqdan qorxursan? Mən isə otuz ildir bu çöllərdə 
dolaşıram,  nə  silkindim,  nə  də  titrədim.  Soyuqda  mənə 
sevgisindən sıcaq bir əsinti verir, yayda da mənə sevgisinin 
sərinliyini daddırır.”
Sonra da: “Ey Darani, ağlayırsan, bağırırsan və rahatlıq 
axtarırsan”  deyərək  getdi.  Əbu  Süleyman  Darani:  “Məni 
ondan daha yaxşı tərif edən olmadı” deyərdi.”
* * *
Əli ibn Müvəffəq həzrətləri soyuq bir gecədə təhəccüd na-
mazı üçün qalxdı. Soyuqdan əlləri və ayaqları çatlayıb yarıl-
mışdı. Gözləri yaşardı. Bu zaman: “Səni oyandırdıq, başqaları 
yatmaqdadır. Nə üçün ağlayırsan?” deyən bir səs eşidildi.
Deməsin kimsə bu dünyada işim tərs gətirir
Hər keçən gün adama gör nə qədər dərs gətirir.
Gündəlik xeyri barmaqlar eləməz saymağa bəs
Çünki hər gün ən azı beş dəfəlik fərz gətirir.
Ey yer işğalçıları, Asimanı fəth eləyin
Qərar Ərşdəndisə də, qan-qadanı ərz gətirir.
Tamahı artıq edib tükənməyən nemət umun
Çünki dünya matahı hüzn, həsəd, hirs gətirir.
Dikmə, Adəm balası, göz ata mirasına sən
Yalnız Allah Rəsulu varis üçün irs gətirir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə