207
səlləm) bir müddət sonra özünə gələrək ətrafındakılardan
nə etdiklərini soruşdu. Onlar da: “Həbəşistanda zatülcənb
xəstəliyindən əziyyət çəkənlərə bu dərmanın verildiyini
görmüşdük” dedilər.
Rəsulullah (salləllahu əleyhi və səlləm) qəzəblənərək: “Allah
mənə bu (şeytani) xəstəliyi əsla verməyəcək” buyurdu. Sonra
həmin dərmanın eyni şəkildə otaqdakılardan, əmisi istisna
olmaqla, hər birinə verilməsini əmr etdi. Həmin gün oruclu
olan xanımları da daxil olmaqla hər kəs bu əmrə itaət etdi.
* * *
Rəsulullah (salləllahu əleyhi və səlləm) ömrünün son
günlərində xəstə halıyla Məscidə gəldi və əshabı qarşısın-
da son xütbəsini oxudu. Hz.Fadl ibn Abbas (radiyallahu ənh)
xütbənin bir yerini belə rəvayət etmişdir:
“Ey insanlar! Bəlkə məndən şikayətiniz ola bilər. Əgər
kiminsə kürəyinə vurmuşamsa, buyurun kürəyim, gəlib qi-
sasını alsın! Kimi təhqir edib şərəfinə toxunmuşamsa, budur
şərəfim, gəlib qisasını alsın! Kimin malını əlindən almışam-
sa, budur malım, gəlib istədiyi qədər alsın, etiraz edəcəyimi
düşünməsin. Çünki etiraz etmək mənim sünnəm deyil. Mənə
görə sizin ən dəyərliniz haqqını arayan və ya ondan vaz
keçəndir. Bu yolla Allahın hüzuruna üzüağ çıxa bilərəm.”
Bu məsələdə çox təkid etdiyindən camaatın arasından
biri qalxdı və Rəsulullahın (salləllahu əleyhi və səlləm) əmri
ilə bir möhtaca pul (bəzi mənbələrə görə 3 dirhəm) verdiyi-
ni söylədi. Onun tələb etdiyi miqdar dərhal ödəndi.
Kim sizə yaxşıdısa ondan daha yaxşı olun
Kim də pissə, pisə yox, pisliyə siz qarşı olun.
Bir işi yaxşı bilən başqa işə güc eləməz
Əfvdə mahir isəniz qisasda siz naşı olun.
Hz.Əbu Bəkr (radiyallahu ənh) xəlifəliyi dövründə əmrini
dinləmək istəməyən birinə şillə vurur. Sonra onu yanı-
208
na çağırıb “Sən də məni vur” deyir. Hz.Ömər (radiyallahu
ənh) belə şeyləri ənənə halına gətirməməyi məsləhət görür.
Xəlifə: “Sabah Qiyamət Günü bunun hesabını soruşanda
kim məni qurtara bilər?” deyərək istəyində israr edir.
* * *
Bir misirli Hz Ömərin (radiyallahu ənh) yanına gələrək
şikayətdə bulundu: “Ey Möminlərin Əmiri! Misir valisi
Əmr ibn Asın oğluyla yarışdıq. Mən onu keçdim. Yarışdan
sonra “Mən şərəflinin oğluyam” deyərək qamçıyla məni
döydü.
Xəlifə dərhal Əmr ibn Asa məktub yazaraq özünü də,
oğlunu da yanına çağırtdırdı. Onlar Mədinəyə gələndə isə
misirlini tapdırdı, qamçını əlinə verərək: “Al, şərəflinin oğ-
luna vur” dedi. O da icra etdi. Sonra xəlifə: “İndi də Əmrin
başına vur” dedi.
Misirli: “Məni vuran o deyil, oğluydu” deyərək valini
vurmadı.
Əmr ibn As da: “Ey Möminlərin Əmiri! Mənim hadisə-
dən xəbərim yox idi” söyləyərək üzr istədi.
* * *
Hz.Ömər (radiyallahu ənh) bir adamı xətasından dola-
yı döydü. Adam Hz.Ömərə: “Ey Möminlərin Əmiri, mən
bilməyərək xəta edən və xətası özünə öyrədilən və yaxud
xəta edən və əfv olunan iki şəxsdən biri olmalı deyilmiy-
dim?” dedi.
Hz.Ömər: “Doğru söylədin. O cür etməli idim. Qalx, sən
də məndən haqqını al” dedi.
Adam haqqını bağışladı. Hz.Ömər də onu əfv etdi.
* * *
Hz.Osman (radiyallahu ənh) xəlifəliyi dövründə bir
yeniyetmənin qulağını çəkmişdi. Gənc: “Ey Möminlərin
Əmiri! Hər kəsin bir-birindən haqqını umacağı o müdhiş
günü düşünün” deyir.
209
Xəlifə bundan çox üzülərək öz qulağını ona çəkdirir,
hətta cəsarətləndirərək: “Bir az da ürəklə çək” söyləyir.
Gənc etdiyi ilə kifayətlənib deyir: “Bundan artıq çəkə
bilmərəm. Siz Qiyamətin şiddətini düşündünüz və mənim
kimi bir gəncə qulağınızı çəkdirdiniz. Bəs o Günün
şiddətindən mən qorxmarammı?”
* * *
Hz.Əli (əleyhissalam) bir döyüşdə rəqibinə qalib gələrək
öldürməzdən öncə onu İslama dəvət etdi. Lakin ka-
fir ölümdən və əbədi Cəhənnəm əzabından qurtulmaq
əvəzinə Hz.Əlinin mübarək üzünə tüpürdü. Bu hərəkətiylə
ölümünü tezləşdirmək istəyirdi. Həzrət onu öldürməkdən
vaz keçərək geri döndü. Kafir heç bir şey anlamayıb onu
öldürməməsinin səbəbini soruşdu. Hz.Əli dedi:
“Səni Allah üçün öldürəcəkdim. Ancaq mənə tüpür-
dün, qəzəbləndim. Nəfsim bu işə qarışdığı üçün ixlasım
zədələndi. Ona görə də öldürmədim.”
* * *
Qənbər Hz.Əlinin (əleyhissalam) əmri ilə br nəfərə
hədd cəzası tətbiq edərkən səhvən üç şallaq artıq vurur.
Möminlərin Əmiri oradaca Qənbərə üç şallaq vurulmasını
əmr edir.
Kimdə görsən aşırı nəfsani bir intiqam var
Sanma onda azacıq ruhani bir intizam var.
Baxma zabit kimi zahirdə səfərbərdi bütün
Qəlbi çoxdan dağılıb, nə iman var, nə İslam var.
Düşsə fürsət əlinə, milləti düşmən eləyər
Haqqa qarşı iddia, xalqa qarşı ittiham var.
Qıysa öz qəlbinə qul, zalim olur, məzlum olmur
Zülmə nə yerdə, nə göylərdə hörmət, ehtiram var.
210
Ey qul, azlarla otur, azdır indi əhli şükür
Girmə dünya evinə, görmürsənmi izdiham var?
Nəfsinə kölə olan kölələrin ən pisidir
Ya qul ol, ya da kölə, məgər başqa cür adam var?
Düşünmək üçün suallar
1. Hansından daha çox ehtiyat edirsiniz: 1) Zalimin zül-
mündən; 2) Məzlumun qiyamından; 3) Allahın ədalə tin-
dən?
2. İnsanlardan bir sədəmə toxunanda bunu zülm sayır-
sınız yoxsa qədərin ədaləti?
3. Sizdən güclünün haqsızlığı ilə üzləşəndə eyni şeyi
sizdən zəifə özünüzün də etdiyinizi xatırlayırsınızmı?
4. Özünüzdən zəifə qüdrətinizi tətbiq edəndə özü nüz-
dən Güclünün qüdrətini düşünürsünüzmü?
5. Boynunuzda qul haqqı varmı? Varsa kimliyindən
asılı olmayaraq yaxınlaşıb halallıq istəyirsinizmi?
6. İncitdiyiniz və halallıq almadığınız adamlar arasında
dünyasını dəyişənlər varmı? Varsa nə düşünürsünüz?
7. Qiyamətdə qisas alacağınız barədə çox düşünürsü-
nüz yoxsa qisas olunacağınız barədə?
8. Allah əfvin qisasdan xeyirli olduğunu buyurdu. Kön-
lünüz hansına yatışır: Qisasa yoxsa əfvə?
9. Heyvanlara işgəncə verirsinizmi? Onların Qiyamət
Günü qisas üçün dirildiləcəyini düşünürsünüzmü?
10. Özünüzə qarşı qisas tətbiq və ya tələb edirsinizmi?
11. Kimdənsə qisas aldığınız olurmu? Olursa zülmə və
ya əfvə yol verirsinizmi, yəni sizə ediləni eynilə edirisiniz
yoxsa artırıb-azaldırsınız?
12. Boynunuzdakı qul haqqından çox qorxursunuz yox-
sa Allahın haqqından?
Dostları ilə paylaş: |