Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə54/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

211
10. ŞİKAYƏT
“Uf” da demə!” (əl-İsra, 23)
Şikayət,  dilimizin  izahlı  lüğətində  “Öz  halından  və  ya 
başına gələn bir dərd və acıdan ah-zar etmə; məm nuniy-
yət sizliyini  izhar  etmə;  giley”  kimi  anladılır.  Dinimizdə, 
təbii ki, qəza-qədəri də içinə almaqla daha geniş mənaları 
ifadə edir.
Bu mənəvi mərəzə tutulmayan, demək olar ki, yoxdur. 
Çünki  cəmiyyət  onu  ciddi  bir  nöqsan  yaxud  ayıb  saymır 
və  istər  ictimai,  istər  qeyri-ictimai  yerdə  asanlıqla  biruzə 
verilə  bilir.  Halbuki  düşünənlər  üçün  düşünüldüyündən 
qat-qat  ciddi  çatışmazlıqdır.  Təkcə  onu  demək  kifayətdir 
ki,  şikayətçi,  adətən,  özünü  daha  məzlum,  yazıq,  üstəlik 
də haqlı göstərmək üçün durumunu, başına gələni, habelə 
gətirəni təsvir edərkən şişirtmələrsiz keçinməyi, tam səmi-
mi  və  adil  olmağı  bacarmır  yaxud  istəmir.  Bu  isə  yalan, 
qeybət, böhtan, qərəz kimi bir çox qəlb xəstəliklərinə mün-
bit şərait yaradır.
Şikayət hamının etdiyi bir şey olsa da, hər kəsin etməli 
olduğu bir şey deyil. Bəzən üzrlü sayılsa da, gözəl hesab 
edilməz. Gözəl olan, şikayət etməməkdir.
HƏDİS  Həbbab  ibn  Ərət  (radiyallahu  ənh)  rəvayət  et-
mişdir: “Rəsulullah (salləllahu əleyhi və səlləm) Kəbənin köl-
gəsində oturarkən, gəlib (müşriklərin müsəlmanlara etdik-
lərindən)  şikayətdə  bulunduq:  “Bizə  yardım  etmir sənmi, 
bizə dua etmirsənmi?” dedik.
Bu cavabı verdi: “Sizdən öncə elələri vardı ki, biri yaxa-
lanır, onun üçün hazırlanan çuxura qoyulur, sonra gətirilən 
bir  mişar  ilə  başının  ortasından  ikiyə  bölünürdü.  Bəzisi 
vardı,  dəmir  daraqlarla  daranır,  vücudunda  ancaq  ət  və 
sümük qalırdı. Bu işgəncələr onları dinindən döndərə bil-
mirdi. Allaha and olsun ki, Allah bu Dini tamamlayacaq-


212
dır. Belə ki, bir yolçu dəvəsinə minib Sənadan Hədramauta 
qədər gedəcək, Allahdan başqa heç bir şeydən qorxmaya-
caq, qoyunu üçün də yalnız qurddan ehtiyat edəcək. Ancaq 
siz tələsirsiniz.”
Nəfsini bilsə kişi, yaddan şikayət eləməz
Rəbbini bilsə kişi, ayrı hekayət eləməz.
Allahın bildiyi var, bilmədiyi yoxdu, könül
Bilənə bilinəni arif rəvayət eləməz.
Xalqa qarşı gələn öz qarşısında Haqqı görər
Haqqa qarşı gələni Rəbbi hidayət eləməz.
Zəngin o quldu o dünyada nəfsi, nəsibi var
Çünki bu dünya ona əsla kifayət eləməz.
Cahilin cahili o kimsədi bilməz, eləyər
Alimin cahilisə bilər, riayət eləməz.
Rizqinə razı düşən hər iki dünyada udar
Hər şeyə qane olub şükrə qənaət eləməz.
Qədərin vermədiyi bir şeyi, ey qul, diləmə
Qulluğa qəbul olan böylə cinayət eləməz.
Şikayətin iki hədəfi, iki də ünvanı vardır. Hədəflər kim-
disə, ünvanlar da odur. Yəni ya Alahdan və insandan şika-
yət  edilər,  ya  da  Allaha  və  insana  şikayət  olunar.  Adəm 
oğlu başına gələnlərdən xoşlanmayıb sızlanırsa qədərindən 
gileylənmiş  olur.  Qədərdən  şikayət  isə,  təqdir  edəndən, 
yəni Allahdan şikayətdir. Başqasının belə bir səlahiyyət və 
qabiliyyəti yoxdur.
“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir 
müsibət yoxdur ki, Biz onu yaratmazdan öncə bir Kitab-


213
da yazılmış olmasın. Şübhəsiz ki, bu Allaha görə asan-
dır! Bu, əlinizdən çıxana üzülməməyiniz və sizə verilənə 
fərəhlənib qürrələnməməyiniz üçündür” (əl-Hədis, 22-23).
İnsanın  mənəvi  dərəcələri  artdıqca  şikayətləri  azalır. 
Əks təqdirdə, dərəcələr artmaz. Bu baxımdan bəzi şikayət 
növlərini  bu  cür  sıralamaq  olar:  1)  Allahdan  (qədərdən) 
Allaha  şikayət;  2) Allahdan  (qədərdən)  insana  şikayət;  3) 
İnsandan  Allaha  şikayət;  4)  İnsandan  insana  şikayət;  5) 
Sadəcə və gizlicə Allaha şikayət; 6) Özü-özünə deyinmək. 
Bunlardan  ən  məqbul  sayılanı  beşinci,  yəni  heç  kimdən 
və  heç  nədən  şikayətçi  olmayıb  sadəcə  və  gizlicə  Allaha 
olandır  və  yalnız  ariflərə  məxsusdur.  Başqaları  buna  tab 
gətirməz.  Çünki  Hz.Yəqub  (əleyhissalam)  oğlu  Hz.Yusifin 
(əleyhissalam) uzanan ayrılığı ilə bağlı övladlarına buyurdu: 
“Mən kədərimi, hüznümü yalnız Allaha şikayət edirəm 
və Allahdan sizin bilmədiyiniz şeyləri bilirəm” (Yusuf, 86).
Səbir  mücəssəməsi  Hz.Əyyub  da  (əleyhissalam)  ona  üz 
verən xəstəliyin son nöqtəsinə çatanda Rəbbinə belə niyaz 
etdi:
“Mənə  zərər  toxundu.  Sən  isə  mərhəmətlilərin  ən 
mərhəmətlisisən.” Biz də duasını qəbul edib ona toxunan 
zərəri götürdük” (əl-Ənbiya, 83-84).
Sadəcə, Allahın Özünə şikayət gizli edilmirsə, aşkarda, 
insanların eşidəcəyi şəkildə olursa bu, Allahdan insan lara 
şikayət  kimidir.  Zatən  Haqq  Təala  Hz.Əyyubun  (əleyhis-
salam) duasını Öz Kitabında bildirməsəydi, Qiya mətə qədər 
gizli qalacaqdı. Qula bir müsibət üz verdiyi zaman aşkar-
da, elə gizlində də onun edə biləcəyi ən yaxşı iş Qurana və 
sünnəyə uymaqdır. Bir Hədisi-qüdsidə buyuruldu:
“Bir  müsibət  üz  verdikdə  “İnna  lillahi  və  inna  iləyhi 
raciun  (Həqiqətən,  Allaha  məxsusuq  və  Ona  dönəcəyik)” 
ayətini oxu.”


214
Bəlalar Allahın izniylə baş verdiyi üçün aradan qaldırıl-
ması da vaxtı yetişəndə Onun izniylə olur. Şikayətlərlə o 
vaxt  qabağa  çəkilməz.  Tələsənlər,  səbirsizlik  göstərənlər, 
sadəcə,  özlərini  əcirdən,  ilahi  mükafatdan  məhrum  edə 
bilərlər.
“Əgər Allah sənə bir zərər toxundursa, Özündən başqa 
heç kəs onu səndən sovuşdura bilməz...” (Yunus, 107)
İBRƏT  Ariflərdən  Ömər  Öngüt  həzrətləri  rəvayət  edir: 
“Bir dəfə Mədineyi-Münəvvərədə bulunurduq. Üzəri miz də 
böyük bir ibtila (bəlayla imtahan) vardı. Bu sıxıntı əs na sında 
böyük bir ehsanla da mükafatlandırıldıq. Qeyri-ixtiyari: “Bu 
ibtila götürülsəydi” dedik. “O zaman verdiyimiz mükafatı 
da geri alaq” nidası gəldi. “Yox, o qalsın” dedik. “Eləysə, o 
da qalsın” buyuruldu.
Biz də sükut etdik. O mükafatın getməməsi üçün o anda 
ən şiddətli ibtilaya razı olduq.”
Səndə, ey dil, görürəm şikayətə ehtiras var
Halbuki hər gileydə Allaha bir etiraz var.
Təqdirə təslim olan tədbirini təmin edib
Əks təqdirdə qula nə mükafat, nə miras var.
Hər iş Allah qatında baxt ilə yox, vaxt ilədir
Vəd tamam olmayınca nə nəzir var, nə niyaz var.
Qul əgər bilsə idi feyzini səbrin, şükürün
Görərdin hər qəm üçün neçə xahiş, iltimas var.
Din müsibətdədir əslində, mükafatda deyil
Bu gün dərdə dözənə sabah nə iş, nə iflas var.
Bir qara xaldı günah, qəlbdən onu bəla silər
Hər bəla bir təqdirdi, hər qədərdə bir xilas var.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə