236
olanlara boyun əyib evlərində ağlayaraq oturdular. Amma
mən onların ən gənci və dözümlüsü idim. Dışarı çıxır, na-
maza qatılır, bazarlarda dolaşırdım. Heç kim mənimlə da-
nışmazdı... Nəticədə insanların məndən əlaqəni kəsməsi
uzun müddət davam edincə gedib Əbu Katadənin bağçası-
nın divarına dırmaşıb aşdım. Əbu Katadə əmim oğlu olub
ən sevdiyim kimsə idi. Salam verdim, vallahi salamımı al-
madı... gözlərimdən yaşlar boşaldı. Geri dönüb divardan
aşıb çıxdım...
Rəsulullahın
(salləllahu əleyhi və səlləm) elçisi yanıma gəldi
və: “Rəsulullah xanımından ayrılmağını əmr edir” söylədi.
Mən: “Onu boşayımmı, yoxsa nə edim?” deyə soruşdum.
O da: “Xeyr, boşama. Fəqət ondan ayrı dur, ona yaxınlaş-
ma” buyurdu. İki yoldaşıma da eyni xəbəri göndərdi. Xanı-
mıma: “Ailənin yanına get və Allah bu məsələdə hökmünü
verənə qədər onların yanında qal” dedim...
Nəhayət, Rəsulullahın
(salləllahu əleyhi və səlləm) bizimlə
danışmağı yasaqlamasından bu yana əlli gecə tamam oldu.
Əllinci gecənin sabah namazını evlərimizdən birinin da-
mında qıldım. Allahın (Tövbə surəsinin 118-ci ayəsində)
buyurduğu kimi yer üzü bütün genişliyinə rəğmən mənə
dar gəlmiş, ruhum daralmış bir halda otururdum. Bu sı-
rada Səl dağına çıxmış bir kimsənin var gücüylə: “Ey Kəb
ibn Malik, sevin, müjdə!” deyə bağırdığını eşitdim. Dərhal
səcdəyə qapandım.
Uca Allah, Rəsuluna
“Geri qalmış o üç nəfərin də
tövbələrini qəbul etdi...
” (Tövbə, 118) ayəsini endirmiş-
di. Vallahi, Allah məni İslama qovuşdurduqdan sonra
Rəsulullaha
(salləllahu əleyhi və səlləm) qarşı doğru söz-
lü olma nemətindən daha böyük bir nemət mənə ehsan
etməmişdir. Ona yalan söyləyib həlak olma durumuna
düşməmək neməti ən böyük nemətdir.”
Səni ilk mənbəyə dartmırsa sonun,
tövbə elə
O nə məxluqdu,
nə Xaliq, Quranı mənbə elə.
237
Tövbə təkrar doğuşun, təvəllüdün tarixidi
Tövbəsiz illərinin üstündə bir türbə elə.
Səni tənhalığa
çəkmirsə həyat, üzrə tələs
Dərd
xətib etsə səni, nəfsinə sən xütbə elə.
Təpədən dırnağa hər üzvünü tam təftişə tut
Qurşaqdan həm aşağı, həm yuxarı zərbə elə.
Şeytanın xidmətində hamı
komandan kimidi
Rəhmanın qulluğunda qul adını rütbə elə.
Xalqa uymaq ya uyuşmaq yaxını eylər uzaq
Harda
Xaliq iləsən, sən o yeri Kəbə elə.
Dinin abidləri,
alimləri, arifləri var
Mərifət əhli azdı, arxasında növbə elə.
Allah yolunda cihad vəzifəsi biri kiçik, digəri böyük sa-
yılmaqla ikidir: 1) Allahın düşməninə qarşı; 2) nəfsə qarşı.
İkincinin böyüklüyü ən azı ondan anlaşılır ki, düşmənlə
cihad hərdən baş verdiyi və yalnız sağlam kişilərə aid ol-
duğu halda, nəfslə cihad səhhətindən, yaşından, cinsindən
asılı olmayaraq hər bir müsəlmanın qəbrə qədər davam
edən öhdəliyidir. Allah Rəsulu
(salləllahu əleyhi və səlləm)
buyurdu:
“Həqiqi mücahid Allah üçün nəfsiylə cihad edən şəxsdir.”
Qeyd edək ki, ikincilər birincilərdən, yəni nəfsiylə sava-
şanlar düşmənlə savaşanlardan qat-qat az olur. Çünki nəfsə
qarşı cihad edənlər istənilən düşmənlə cihada ən azı mənən
həmişə hazırdırlar. Kafirlərlə savaşanların isə hamısı haq-
qında eyni şeyi söyləmək çətindir. Döyüş meydanlarında
böyük şücaətlər göstərən nə qədər mücahidlər var ki, nəfsani
istəklərin qarşısında səhlənkar, aciz və məğlub görünürlər.
Böyük cihadı kiçikdən daha az cazibəli edən bir səbəb də
birincidə müxtəlif hərbi qənimətlərin olmamasıdır.