Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə68/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

266
Zəkat ayələri nazil olduğu zaman Saləbə zəkat məmur-
larına: “Bu, birbaşa bac-xəracdır. Mən düşünərəm” deyərək 
gələnləri əliboş geri qaytardı. Rəsulullah (salləllahu əleyhi və 
səlləm) bundan xəbər tutanda yenə: “Vay Saləbənin halına” 
buyurdu.
Bununla əlaqədar bu ayə nazil oldu: “Bəzisi də Allah-
la  belə  əhd  etmişdi:  “Əgər  Allah  bizə  Öz  nemətindən 
bəxş  etsə,  biz  mütləq  sədəqə  verəcək  və  şübhəsiz  ki, 
əməlisalehlərdən olacağıq. Allah Öz nemətindən onlara 
ehsan buyurduqda xəsislik etdilər və üz döndərdilər. On-
lar elə zatən dönükdürlər!” (ət-Tövbə, 75-76).
Qohumları  Saləbəni  ayə  barədə  xəbərdar  etdilər.  O 
da  dərhal  Rəsulullahın  (salləllahu  əleyhi  və  səlləm)  yanına 
tələsərək zəkatını qəbul etməsini istədi. Lakin Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)“Allah sənin zəkatının qəbulunu 
mənə qadağan etdi” buyuraraq qəbul etmədi.
Rəsulullahın (salləllahu əleyhi və səlləm) vəfatından son-
ra Saləbə zəkatını Hz.Əbu Bəkirə (radiyallahu ənh) gətirdi. 
Lakin xəlifə: “Rəsulullahın qəbul etmədiyini mənmi qəbul 
edəcəyəm” deyərək ondan heç nə almadı.
Hz.Ömərin (radiyallahu ənh) xəlifəliyi zamanı Saləbə eyni 
xahişlə  onun  da  yanına  gəldi.  Lakin  xəlifə:  “Rəsulullah 
(salləllahu  əleyhi  və  səlləm)  sənin  zəkatını  qəbul  etmədi  və 
Əbu Bəkr də qəbul etmədi. Mənmi qəbul edəcəyəm” dedi 
və o da vəfatına qədər Saləbədən heç nə götürmədi.
Saləbənin  Hz.Osmanın  (radiyallahu  ənh)  xəlifəliyi  döv-
ründə öldüyü rəvayət edilir.
Kim nəfs adlananın sahibi yox, köləsidir
Zahirən var isə də, zatən onun kölgəsidir.
Gövdələr əyridisə kölgələr heç düzmü olur?
Qozbeli neyləsən də, qozbel kimi öləsidir.
Nəfsini kim tanısa qafil insan sayılmaz o
Rəbbini kim tanısa arif adam böyləsidir.


267
Tövbəkar bir ölünün qəbri dəxi qəsrə dönər
Tövbəsiz bir dirinin bətni qoyun tövləsidir.
Adam var sanki nəfs, adam da var ruh kimidi
Sonda bu, odla, o, huriylə yataq böləsidir.
İbadət Axirət işidir. Yaşa bağlı deyil, təqaüdü-filanı yox-
dur. Cavana ya qocaya baxmaz. Əqli yerində olan hər kəs 
qəbrə qədər çalışmalıdır. Odur ki, mömin son anadək sağ-
lamlığını  bacardığı  qədər  qorumalı,  qulluqda  qüsura  yol 
verməməlidir. Ona ruhi tənbəllik ləyaq olmadığı kimi, cis-
mani ərincəklik də yaraşmaz.
İbadət  gecəyə,  gündüzə  də  baxmaz.  Gündüz  bədənin, 
gecə ruhun çalışma vaxtıdır. Ruhun Allah üçün çalışması, 
əslində onun istirahətidir. Çünki bədənə Allah tərəfindən 
üfürülmüşdür. Allahla olarkən rahatlanır. Ruh rahat olan-
da bədən də dincəlir. Zatən ruhi sakitlikdən, rahatlıqdan 
böyük dinclikmi var? Allah Öz Kitabında buyurdu:
“(Bir işdən) sərbəst oldun, (digəriylə) yorul (əl-İnşirah, 7).
Dünya həyatı, demək olar, hamının əldən qaçırdığı für-
sətdir. Bəziləri az, bəziləri çox qaçırırlar. Az qaçıranlar gecə 
ibadətlərini fövtə verməməyə çalışanlardır.
İbadət qocaya-cavana, gecəyə-gündüzə baxmadığı kimi 
kişiyə-qadına  da  baxmaz.  Cinsindən  asılı  olmayaraq  hər 
kəs məsuldur, əməllərindən dolayı Qiyamət Günü hesaba 
çəkiləcək, ya cəza, ya da mükafat alacaqdır.
“Kişilərdən  və  ya  qadınlardan  mömin  olaraq  kim 
saleh əməl işləyərsə, ona xoş bir həyat nəsib edəcək və 
etdikləri  əməllərin  daha  gözəliylə  mükafatlarını  verə­
cəyik” (ən-Nəhl, 97).
İBRƏT  Xalid  əl-Vərraq  (rahmətullahi  əleyhi)  rəvayət  et-
mişdir:  “İbadətdə  çox  qeyrət  edən  bir  cariyəm  vardı.  Bir 


268
gün  yanına  girib  ona Allahın  şəfqətini  və  az  əməli  qəbul 
edəcəyini anlatdım. Ağladı, sonra da dedi: “Ey Xalid, mən 
Allahdan elə şeylər umuram ki, əgər onlar dağlara yüklənsə 
dağlar əmanətləri daşıya bilmədikləri kimi onları da daşıya 
bilməzlər. Mən bilirəm ki, Allahın hər günahkara yetəcək 
qədər  kərəmi  vardır.  Ancaq  mən  geridə  qalma  həsrətinə 
dözə bilmərəm.”
Mən: “Geridə qalma həsrəti nədir?” deyə soruşdum.
O da: “Məhşər günü qəbirlər yarıldığı, yaxşılar əsil əməl 
dəvələrinə minib Sirata çapdıqları zaman, ey ağam, qüsur 
işləyənlər ciddi çalışanları, onlar hətta, iməkləsələr belə keçə 
bilməyəcəklər.  Yaxşıların  bayraqlarının  yüksəldiyi,  aşiqlər 
Siratı keçdikləri, sevənlər Allaha qovuşduqları, pislik edən 
günahkarlar  geridə  qaldıqları  zaman  halım  necə  olur?” 
söyləyərək yenə ağladı və dedi: “Xalid, bax, yolunu kəsən 
biri səni əməl ilə yürüməkdən ayırmasın. Çünki iki yurdun 
arasında, xidmət edənlərin qaçırdıqları xidmətə qovuşacaq-
ları başqa bir yurd yoxdur. Ümidli olduğu halda Mövlasının 
xidmətində qüsur edənə yazıqlar olsun! Tənbəllər uyuduğu 
zaman əməllər onu xəbərdar etməli deyildimi?”
Ayağı göldə gərək könlü balıq istəyənin
Əli avarda gərək qəlbi qayıq istəyənin.
Dünya bir görüntüdür, görünməzin qabığıdır
İçi bom-boş diridir, nəfsi qabıq istəyənin.
Xalqdan xoşluqla ya zorluqla uman şəxsə yazıq
Xaliqdən, xoş halına, yazıq-yazıq istəyənin.
Qula əl zəhmətinin bəhrəsindən dadlı nə var
Durmasın nehrəsi boş, xalis qatıq istəyənin.
Haqq yolun yolçuluğu uzun, məşəqqətli olur
Yoldaşı Allah olar əsa, çarıq istəyənin.


269
Ərzi və Ərşi deyil, Ərşin-ərzin Rəbbini um
Nə çıxar istəyindən qırıq-qırıq istəyənin.
Bəsrə qazısı Ubeydullah ibn Həsən (rahmətullahi əleyhi) 
rəvayət  etmişdir:  “Yanımda  ərəb  olmayan  yaraşıqlı  bir 
kənizim vardı. Onu çox bəyənirdim. Bir gecə yanımda uyu-
yurdu.  Oyandım,  onu  görə  bilmədim. Axtardım,  baxdım 
ki, səcdədə: “Mənə sevgin eşqinə, məni bağışla” deyir.
Mən də dedim: “Mənə sevgin eşqinə” demə, “Sənə sev-
gim eşqinə, məni bağışla” de.”
Mənə dönərək bu cavabda bulundu: “Ey tənbəl, Onun 
məni  sevməsi  məni  şirkdən  İslama  çıxardı,  məni  oyatdı, 
səni isə uyutdu.”
Zəhmətə xor baxanın zəhmətləri boşa gedər
Xidmətə kor baxanın xidmətləri boşa gedər.
Arifə nadanların mövcudluğu bir ibrətdir
Nadana ariflərin hikmətləri boşa gedər.
İmtahandır həyat, tirdən tükü seçməkdi elm
Hər gözdə tir görənin qiymətləri boşa gedər.
Şükrü çox olanlara xoş görünər möhnətləri
Şükrü az olanların nemətləri boşa gedər.
Tərifə uysa bəşər, bu töhməti bəsdi ona
Tərifə uymayanın töhmətləri boşa gedər.
Şeytandan od alanın şöləsi yüngül mehə bənd
Rəhmandan nur alanın zülmətləri boşa gedər.
Ədlinə yox tabımız, rəhminədir ancaq ümid
Ədlindən qorxmayanın ümidləri boşa gedər.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə