297
mişdir. Məsələn, Rəsulullah (salləllahu əleyhi və səlləm) Dinin
hökmlərini təbliğ edərkən bəzi müsəlmanlar ona: “Raina , ey
Allahın Rəsulu” deyə xitab edərdilər. Ərəb dilində “Bizi qoru,
bizi gözlə, bizə nəzər sal” anlamına gələn bu kəlmə ibrani
dilində söyüş, təhqir mənasında işlənirdi. Yəhudilər də bunu
fürsət bularaq həmin sözdən Peyğəmbərə və müsəlmanlara
qarşı bir istehza vasitəsi kimi istifadə edir dilər. Bu səbəbdən
Allah Təala “raina” sözünü ərəbcə eyni mənanı daşıyan “un-
zurna” kəlməsi ilə əvəz etməyi buyurdu:
“Ey iman edənlər! “Raina” deməyin, “unzurna” söylə
yin!” (əl-Bəqərə, 104)
“Yəhudilərin bir qismi kəlmələrin yerini dəyişdirərək,
dillərini əyərək və Dinə tənə vuraraq: “Eşitdik və asi ol-
duq; eşit, kar olasan və “raina” deyirlər. Əgər onlar: “Eşit-
dik və itaət etdik; eşit, bizə nəzər yetir” desəydilər, əlbəttə,
onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah
küfrlərinə görə onlara lənət etmişdir” (ən-Nisa, 46).
Rəsulullah (salləllahu əleyhi və səlləm) isə, hətta, yanlış anla-
şıla biləcək adları da dəyişdirirdi. İbn Ömərdən (radiyallahu
ənh) rəvayət edilmişdir: “Rəsulullah (salləllahu əleyhi və
səlləm) Asiyə (asi, üsyançı) şəklindəki ismi dəyişdirdi və ad
sahibinə: “Sən Cəmiləsən” buyurdu.”
İstehzada insanı özünə və ya soyuna görə aşağılamaq,
xor görmək vardır. Bu isə İslam ruhu və əxlaqı ilə daban-
dabana ziddir. Allah Rəsulu (salləllahu əleyhi və səlləm) bir
kimsəyə istehza etməmiş və əshabını, ümmətini də bundan
qətiyyətlə çəkindirmişdir.
İBRƏT Əbu Zərr (radiyallahu ənh) rəvayət etmişdir: “Bir
gün biri ilə (onun Bilal Həbəşi olduğu deyilir) mübahisə
edərkən ona: “Ey zənci qadının oğlu” dedim. Rəsulullah
(salləllahu əleyhi və səlləm) bunu eşidəndə mənə buyurdu:
“Ya Əbu Zərr! Həddini aşdın, həddini aşdın! Ağın oğlunun
qaranın oğlundan heç bir üstünlüyü yoxdur.”
298
Bu sözlərdən sonra yerə uzandım və adama: “Gəl ayağı-
nı üzümə qoy” dedim.”
Digər rəvayətdə Rəsulullahın (salləllahu əleyhi və səlləm):
“Səndə hələ cahiliyyə dövrünün əlamətlərimi var?” buyur-
duğu bildirilir.
* * *
Rəsulullah (salləllahu əleyhi və səlləm) birinin mübahisə et-
diyi adama “Mən filan kimsənin oğluyam, sən kimsən?” de-
diyini eşidərək buyurdu: “Musanın (əleyhissalam) yanında
iki kimsə öyündü. Biri: “Mən filankəsin oğluyam” deyərək
doqquzuncu babasına qədər saydı. Musaya (əleyhissalam)
vəhy gəldi: “Ona söylə, doqquzu da cəhənnəmdədir. Sən
onuncu susan!”
Haqqa rişxənd eləyən, şüurlu şeytan kimidir
Xalqa rişxənd eləyən, şüursuz heyvan kimidir.
Ən gözəl surəti də istehza mənasız edər
Baxışı ya duruşu çox da ki, ceyran kimidir.
Nəfsinə qarşı çıxan pəhləvan az-az görünür
Halbuki kürreyi-ərz sulanmış meydan kimidir.
Nəfsin axsatdığını nəsəb götürməz irəli
Nədən insan soyuna, zatinə heyran kimidir?
Xoş üz, xoş söz, xoş əməl insanı xoşbəxt edəcək
Yerdə bir damla savab göylərdə leysan kimidi.
İstehza insanın sifətini çirkinləşdirdiyi kimi könlünü də
bayağılaşdırar. Abdullah ibn Məsud (radiyallahu ənh) de-
mişdir: “Əgər bir köpəyi ələ salsam, köpəyə dönəcəyimdən
qorxaram.”
299
İstehza, məsxərə bir çox qəlb xəstəlikləri ilə sıx bağlıdır
ki, bunların da başında qeybət gəlir. Çünki bu illətə düçar
olanlar, adətən, insanları üzünə deyil, arxasınca çəkişdirib
ələ salmaqla camaatı əyləndirməyə çalışırlar.
“Qeybət edib tənə vuran hər kəsin vay halına!” (əl-
Huməzə, 1)
İnsanlara gülmək, onların qəlblərinə toxunmaq dillə
yanaşı əl, göz, qaş kimi digər əzaların da vasitəsilə olur.
Zatən yuxarıda xatırladılan ayə, ilk növbədə, məhz hərəkət
və işarələrlə edilən qeybət və tənələri ehtiva edir. Kimisə
gülüş, əyləncə hədəfinə çevirmək məqsədilə, onun bəzi
hərəkətlərini yamsılamaq, hansısa qüsuruna dair işarələrdə
bulunmaq, digər dinləyicilərə xəlvətcə göz vuraraq onunla
guya ciddi bir söhbəti etmək həmin qəbildəndir. Bunların
çoxu qeybət mahiyyətlidir. Çünki məsxərəyə qoyulan şəxs
öz yanında edilən o işarət və hərəkətlərdən xəbərsiz olur.
Möminlər bu cür davranışlardan qətiyyətlə çəkinməlidirlər.
Qeybət çəkiniləsi, qorxulası qəbahətlərdəndir. Böyük günah-
lardan olmaqla yanaşı günahkardan savabları da silə bilir.
İBRƏT Hz.Aişə (radiyallahu ənhə) rəvayət etmişdir: “Ya-
nımıza bir qadın gəlmişdi. Gedəndə əlimlə boyunun bala-
calığına işarə etdim. Rəsulullah (salləllahu əleyhi və səlləm)
buyurdu: “Onun qeybətini etdin.”
Söhbətin ən gözəli ürəklərin söhbətidir
Söhbətin ən çirkini erkəklərin qeybətidir.
Hər gülün tikanları, hər arının neştəri var
İynəsiz, tikansız söz bal və ətrin şərbətidir.
Qaş-gözü oynayanın dil-ağızsız nitqindən qorx
Çünki natiqlərin ən, bəlkə də, bədheybətidir.
300
Ən böyük faciə, sözsüz, könül oynarsa olur
Oynama, ey qul, oyan, qəlb Mövlanın məbədidir.
Qəlbi haqqa gətirən ruhla rəfiq olmasıdır
Qəlbi haqdan ayıran nəfsə onun rəğbətidir.
Qəlb var mədən kimidir, qəlb də var ki, mədə kimi
Bu sərvət sandıqçası, o da gübrə səbətidir.
Ey bu dünyanı seçən, o dünyanı gördünmü heç?
Görmədən seçmə ki, bu, damla-dəniz nisbətidir.
Bəzən istehza və məsxərənin fərdlərlə yanaşı toplumla-
ra da yönəldiyini mövzumuzun əvvəlində qeyd etmişdik.
Allah hər ikisini, yəni həm ayrı-ayrı insanların, həm də
qövmlərin araya qoyulmasını möminlərə yasaqlamış, bu
əməlin fasiqlik, zalımlıq olduğunu bildirmişdir.
“Ey iman gətirənlər! Bir qövm başqa qövmə məsxərə
etməsin. Bəlkə də onlar bunlardan daha xeyirlidirlər.
Qadınlar da qadınlara (lağ etməsinlər). Bəlkə onlar bun-
lardan daha xeyirlidirlər. Birbirinizi ayıblamayın və bir
birinizi pis ləqəblərlə səsləməyin. İmandan sonra fasiq-
lik nə pis isimdir. Kim tövbə etməzsə, məhz onlar zalım-
lardır” (əl-Hücurat, 11).
İnsan irqini, millətini, nəslini, cinsini özü seçmir. Buna
görə heç bir məsuliyyət daşımır. O biri dünyada Adəm
oğlundan hansı irqə, millətə, tayfaya, bölgəyə, cinsə deyil,
hansı Dinə mənsub olduğu soruşulacaqdır. Çünki bunu şü-
urlu bir məxluq kimi özü seçir. Allahın seçimi isə bəllidir.
“Həqiqətən, Allahın yanında yeganə Din İslamdır”
(Ali-İmran, 19).
Dostları ilə paylaş: |