Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə73/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   69   70   71   72   73   74   75   76   77

285
əhlindən  xoşlanmaması  Dindən  uzaqlaşdırırsa,  deməli, 
problem onun nəfsindən qaynaqlanır. Yəni adam seçimini 
etmiş, müvəqqəti dünyanı əbədi dünyadan üstün tutmuş-
dur. Bu seçimini ört-basdır etmək üçün nə söyləsə, bu, artıq 
bəhanə olur, dəlil olmur.
Təbii ki, dünya əhlində olduğu kimi, Din əhli arasında 
da nöqsanlı insanlar kifayət qədərdir. Lakin Din və dünya-
nı Allaha görə deyil, insanlara görə dəyərləndirmək bunu 
edənə bir nöqsan olaraq yetər. “Filankəs kimi namaz qılmaq-
dansa gedib kasıblığımı eləmək daha yaxşıdır” demək, bir 
dindarın nöqsanını Dinin adına yazmaq, bir namaz əhlinə 
görə  namazın  üstündən  xətt  çəkmək  sağlam  düşüncədən 
xəbər vermir. Bu cür düşünənlərin təkcə qəlbi deyil, əqli də 
xəstədir. Ən böyük bəla da budur ki, müalicəyə qətiyyən 
ehtiyac duymurlar.
İBRƏT Bir gün Hz.Əbu Bəkirə (radiyallahu ənh) bal şərbəti 
gətirdilər. Ağzına yaxınlaşdıranda içməyib yerə qoydu və 
ağlayaraq  oradakıların  hamısını  ağlatdı.  Sakitləşdikdən 
sonra soruşdular: “Ey Allah Rəsulunun xəlifəsi, nə oldu?”
Bu cavabda bulundu: “Bir gün Rəsulullah ilə oturmuş-
duq. Əli ilə bir şeyi özündən kənarlaşdırdığını müşahidə et-
dim. Lakin bir şey görmədim. “Ya Rəsulallah, o nədir?” de-
dim. Buyurdu ki: “Dünyadır, özünü mənə təqdim etdi. Mən 
də onu rədd etdim. Dönüb: “Sən məndən qaçırsan, amma 
səndən sonra gələnlər məndən qaçmayacaqlar” söylədi.”
Hz.Əbu  Bəkr  (radiyallahu  ənh)  sözünə  davam  edərək: 
“Dünyanın  mənə  bulaşmasından  qorxdum.  O  şərbəti 
içməyib ağladım” dedi.
Dünya aşiqində Din aşiqinə nümunə yox
Çünki haqq eşqdə, ey qul, bu dünyadan nişanə yox.
Sevənlər sevgilidə yox olmasa, həvəskardır
Peşəkar sevgidə Nur vardır ancaq, pərvanə yox.


286
Aşiqlər fərqli olur, əcnəbisi, yerlisi var
Bu sənət səmavidir, yerlilərə zəmanə yox.
Eşqlər də eyni deyil, alisi var, adisi var
Başqa eşqi bilmirəm, böyük eşqdə miyanə yox.
Əslidir, əqli deyil, əhli eşqi kamil edən
O nə eşq qövmüdü ki, içlərində divanə yox.
Ancaq Allah aşiqi Allahına asi deyil
Qeyri eşq əhli içrə bu cür adət-ənənə yox.
Sevgisiz dövran edən kimsəyə heyrət edirəm
Sevməyə min səbəb var, sevməməyə bəhanə yox.
İbadətdən yayınanların dördüncü bəhanəsi sərvət və sə-
la hiyyətin  layiq  olmayan  kimsələrə  verilməsidir.  Bəhanə-
çilər bu mövqeləri ilə ən azından biri böyük, digəri müdhiş 
olan iki xətanın içindədirlər. Böyük xəta budur ki, sərvət və 
ya səlahiyyət sahiblərini bəyənməməklə özlərini onlardan 
üstün və ləyaqətli görürlər. Bir ibadət əhlinin mənən məhv 
olması üçün bu mövqe yetər. İbadət əhli olmayanın halını 
özünüz  düşünün.  Çünki Allah  Rəsulu  (salləllahu  əleyhi  və 
səlləm) buyurdu:
“Günah etməsəniz daha böyük günaha düçar olmağınız-
dan qorxaram. O da özünü bəyənməkdir.”
Müdhiş xəta isə Allah Təalanı – haşa - ədalətsizlikdə gü-
nahlandırmaqdır. Məgər iş gördürənin adil olub-olmaması 
işin sonunda, yəni işçilərə muzd və mükafatları verilərkən 
bilinən bir şey deyilmi? İşin nəticəsi bəlli olmadan nə cür 
hökm vermək olar? Dünya həyatı bir neçə günlük işdir. İlahi  
muzd və mükafat işin axırında, yəni Axirətdə veriləcək. Bu 
gün  tələsik  qərar  verənlər  o  zaman  Allahın  məhz  ədalə-
tin dən  qorxacaq,  yəni  Onun  özlərinə  qarşı  ədalətli  deyil, 
mərhəmətli  olmasını  istəyəcəklər.  Dünyanın  sərvət  və 


287
səlahiyyətləri yaxşı bir şey olsaydı Allah onları, ilk növbədə, 
sevdiklərinə  verərdi. Allah  Rəsulunun  (salləllahu  əleyhi  və 
səlləm) bir duası beləydi:
“Ya Rəbb! Məni sevənlərə xeyirli mal ver. Mənə ədavət 
edənlərə çox mal, çox övlad ver.”
Çox  övlad  ərəblərin  cahiliyyə  dövründə  güc,  haki miy-
yət demək idi. İdarəçilik tayfa, qəbilə prinsiplərinə söy kən-
diyindən böyük, çoxsaylı nəsillər daha qüdrətli sayılırdılar. 
Başqa sözlə, mal və hakimiyyət dünyadır, sahibini fitnəyə 
düşürər,  Axirətdən  uzaqlaşdırar.  Səhabələr  həmişə  bu 
fitnədən qorunmağa çalışardılar. Çünki bir hədisdə buyu-
ruldu:
“Allah  bir  qulunu  sevdimi,  ona  dünya  işlərini  bağlar, 
axirət işlərini açar.”
İBRƏT  Məkul  ibn  Yəsar  rəvayət  etmişdir:  “Hz.Ömər 
(radiyallahu ənh) məscidə getdi. Numan ibn Mukarrin (ra-
diyallahu ənh) o arada namaz qılırdı. Hz.Ömər onun yanın-
da oturub salam verməsini gözlədi. Salamdan sonra ona: 
“Sənə bir vəzifə vermək istəyirəm” dedi.
Numan: “Əgər verəcəyin vəzifə zəkat toplamaq məmur-
luğudursa, qəbul etmərəm. Fəqət məni savaşa göndərirsənsə 
qəbul edərəm” dedi.
Xəlifə: “Səni istədiyin vəzifəyə təyin etdim” deyərək onu 
İslam ordusunun başında İsfahanın fəthinə göndərdi.
Numan ibn Mukarrin döyüşdən əvvəl əsgərlərinə xita-
bən: “Üç dəfə bayrağı yelləyəcəyəm. Birincisində, hər kəs 
dəstəmaz  alsın.  İkincisində,  silah  və  ayaqqabılarına  nə-
zarət edib əskiklərini tamamlasın. Üçüncüsündə, hücuma 
başlayın  və  heç  biriniz  bir-birinə  dönüb  baxmasın.  Mən 
belə  vurulsam  kimsə  dönüb  baxmasın.  İndi Allahdan  bir 
diləkdə  bulunacağam,  siz  də Allah  rizası  üçün Amin  de-
yin” söylədikdən sonra bu duada bulundu:
“Allahım!  Müsəlmanların  yardım  və  zəfəri  uğrunda 
Numana  şəhidlik  nəsib  et  və  onlara  zəfəri  müyəssər  qıl. 


288
Hamı “Amin” dedi. Ardınca bayrağı yellədi. Üçüncü dəfə 
yellədikdən sonra zirehini geyib hücuma keçdi və ilk şəhid 
düşən o oldu.”
Kim desə “qul deyiləm”, düşünməsin aram olur
Qulluğu tərk edənə hər ağalıq haram olur.
Sərvət də, səltənət də Axirət nemətləridir
Dünyaya aldanana nə mal, nə də məqam olur.
Gədadı ziddi qulun, başqa əks söz arama
Bu dünya gədalığı o dünyada davam olur.
Əhli zövqün kamalı fani həzdən qaçmasıdır
Dünyadan kam alanlar Axirətdə nakam olur.
Ərz soyulmaq yeri, bişmək yeri, yanmaq yeridir
Cahanda çiy yaşayan, Cəhənnəmdə ilk xam olur.
Bacar, insan balası, qəbrədək insanlıq elə
Burda şeytanlıq edən, sanma orda adam olur.
Bəhanəçilərin  beşinci  “üzrü”  iş  ilə  əlaqədardır.  Guya 
iba  dətsiz  qalmaları  işsiz  qalmamaları  üçündür.  Dövrü-
müz də və dövlətimizdə bunun açıq-aşkar bəhanə olduğu-
nu isbat etməyə də lüzum yoxdur. Çünki, əvvəla, müxtəlif 
vəzifələrdə  işləyən  və  ibadətdən  qalmayan  Din  qardaşla-
rımız  kifayət  qədərdir  və  heç  kim  onları  işdən  çıxarmır. 
Bunlar hələ bizim tanıdıqlarımızdır. Digər tərəfdən iş in-
sanla insan arasında olsa da, ibadət insanla Allah arasın-
dadır.  Yəni  onu  insanlara  bildirmədən  də  edə  bilərsən. 
Məsələn, Ramazan ayında sənə “niyə yeyirsən?” deyənlər 
ola bilər, amma, “niyə yemirsən?” deyə soruşan kimdi? Ya-
xud kiminsə evində və ya nahar fasiləsində namaz qılması-
nın, eləcə də qazancından zəkat verməsinin kimə aidiyyatı 
var? Maliyyə məsələlərinə gəldikdə isə insaf və infaq edin, 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə