278
ri öz mövqelərinə, yəni ibadətsizliklərinə haqq və ya bə-
ra ət qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Bu
bəhanələrin ən məşhurlarını burada sıralayaq:
1) Əsas
qəlb təmizliyidir, ibadət etməsən də olar;
2) Hələ hazır deyiləm,
ibadət içdən gəlməlidir;
3) İbadət edənləri, hətta, həcdən gələnləri görürük də.
Hər oyundan çıxırlar;
4) Allah nə üçün sərvəti, səltənəti pislərə verib yaxşıları
möhtac və asılı edir?
5) Bizim işimizdə ibadət alınmır. İşdən də çıxsaq, ailəni
nəylə dolandıraq?
Göründüyü kimi ilk iki bəhanə müdafiə və bəraət, so-
nuncular isə hücum və ittiham üzərində qurulub. Bunların
hər birini ayrıca işıqlandırmağa çalışaq.
Birinci bəhanənin tərəfdarları ibadətsizliklərini əsas lan-
dırmaq üçün öz qəlblərinin təmiz olduğunu iddia edən-
lərdir. Təmizlik meyarları da budur ki, heç kəsə pislikləri
dəymir, əksinə hamıya yaxşılıq eləməyə çalışırlar. Aydındır
ki, ibadətsizin qəlb təmizliyinə iddiası bir cahilin, bir qafilin,
yəni elm və mərifətdən uzaq düşənin, nə dediyini anlama-
yanın, Təmizin Kim, təmizliyin nə olduğunu bilməyənin,
yumşaq desək, həyasızlığından başqa bir şey deyildir. Çün-
ki heç bütün ömrünü İslama, nəfsiylə mücadiləyə həsr et-
miş Din böyüklərimiz belə o iddiada deyillər. Bir neçəsinin
etirafını xatırlayaq:
“Əgər nəfsim haqqında bildiklərimi bilsəydiniz başıma
tor paq sovurardınız”
(Abdullah ibn Məsud-radiyallahu ənh).
“Kaş ki, qəlbim də geydiyim əlbisə qədər təmiz olaydı”
(Adurrəhman Darani – bu sözü deyərkən paltarı orta hallı idi).
“Nəcasət (pislik) bir başqasını təmizləyə bilməz”
(Nurəddin Nursafi – bu sözü yanına gəlib təriqətə alınması-
nı, mənən təmizlənməsini istəyən birinə demişdi).
“Nəfsini tanıyan Rəbbini tanıyar” hədisinin hikmətinə
qovuşan, nəfsini küçədə gördüyü köpəkdən aşağı bilir”
(Abdullah ibn Mübarək).
279
“Şəxsən mən onu geymək istəmirəm. Çünki layiq deyi-
ləm. Onu geymək üçün bir saflıq və iç təmizliyi gərəkdir”
(Malik ibn Dinar – sufilərin geydiyi yun əlbisədən sual
edilərkən bu sözü demişdi).
“Özümü heyz görmüş övrət sanıram. Rəbbimin evinə
girməyə layiq deyiləm, ona görə ağlayıram”
(Bəyazid Bis-
tami – məscidə gələndə qapıda dayanıb xeyli ağlamasının
səbəbini izah edərkən demişdi).
“Zahiri batininə uymayan birini görmək istəsəniz mənə
baxın! Çünki mən yüzə qədər yaxşı xasiyyət sayıram, amma
heç birini özümdə görə bilmirəm. Pis xasiyyətləri sayıram,
hamısının özümdə olduğunu görürəm”
(Yunus ibn Ubeyd).
Kimin öz nəfsinə heyranlığı, vurğunluğu var
Bax
onun bətninə, heyvanlığı, quzğunluğu var.
Bir həqiqətdi bu ki, hamı
müsəlman doğulur
Ona qırx yaşda da bax, çoxmu Din uyğunluğu var.
Qafillik və cahillik
qonşu və ya cur kimidir
Qəflətin cəhalətdən, sadəcə, solğunluğu var.
Cahil o kimsədi ki,
beyni onun dilindədir
Qafil o kimsədi ki, qəlbində pozğunluğu var.
Qızmadıqca qədərə
qədri qulun yüksək olur
Haqqa darğın olanın əqlində durğunluğu var.
Tövbə, təqva və təvazödü könül yolçuluğu
Artıq-əskik dediksə, demək yol yorğunluğu var.
İbadətsiz bir insan Subhan (Pak və müqəddəs) Allahın
önündə iç təmizliyi ilə öyünmək üçün Rəbbindən nə qədər
qəflətdə olmalıdır. Həqiqətən, bəni-Adəm özünü tanıma-
dıqca Mövlasını tanımayacaqdır. Ayələrdə buyuruldu: