117
Ağsu tapıntıları içərisində qəliblərin xüsusi yeri var. Elmi ədəbiyyatdan
məlumdur ki, son orta əsrlərdə zərgərlik sənətində ştamplama, burma, döymə,
soyuq işləmə, şəbəkəçilik üsulları ilə yanaşı, qəliblərdən də istifadə olunmuşdur.
Həmin qəliblərdən biri kvadrat formalı olub, diametri 11,5 sm, eni
9,5 sm, qalınlığı
isə 2 sm-dir. Ehtimal ki, həmin qəlibdən şəbəkə tipli naxışların vurulmasında
istifadə olunub.
Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, XVIII əsrdə
Azərbaycanın digər şəhərləri kimi, Ağsu da çox mühüm sənətkarlıq mərkəzi olub.
Ağsu ustalarının istehsal etdikləri müxtəlif çeşidli metal məmulatları əsasən daxili
bazarın ehtiyaclarını ödəməyə xidmət edib. Lakin yerli ustalar tərəfindən
hazırlanmış bir çox məmulat nümunələri, xüsusən də zərgərlik əşyaları daxili
bazarla yanaşı, xarici bazarda da rəqabətə dözümlü məhsullar idi.
Ağsu materiallarına istinadən demək olar ki, sənətkarlığın inkişafı heç də
həmişə yüksələn xətlə davam etməmişdir. Bir çox obyektiv və subyektiv amillərlə
bağlı
zaman-zaman tənəzzül tərəqqi, tərəqqi tənəzzül ilə əvəzlənmişdir.
Tərəqqi üçün başlıca amillər ərazinin keyfiyyətli xammal ehtiyatları ilə
zənginliyi, ticarət əlaqələrinin yüksək səviyyədə olması, hazır məhsulun keyfiyyəti
və alıcılıq qabiliyyətinə cavab verməsi idi. Daxili və xarici müharibələr, istehsal
üçün xammalın keyfiyətsiz hazırlanması, ticarət yollarının vəziyyəti
(qaçaqmalçılıq), vergilərin həddindən artıq yüksək olması isə tənəzzülün
yaranmasına, bəzən isə hətta ayrı-ayrı sənət növlərinin həyat səhnəsindən
çıxmasına səbəb olurdu.
Təhlillər onu göstərir ki, son orta əsrlərdə metalişləmə sənəti və onun
sahələri kifayət qədər yüksək inkişaf səviyyəsində olmuşdur. Dəmirçi və misgər
emalatxanalarının qalıqları, ocaqlar, istehsal kürələri və onlardan aşkar edilmiş
metal külçə və çıxarlar, kömür qalığı, habelə iş zamanı istifadə olunan əmək
alətləri və s. deyilənləri təsdiq edir.
METAL PRODUCTS REVEALED IN AGSU
EXCAVATIONS:TECHNOLOGY AND CLASSIFICATION
Handicraft of metallurgy had a special place in medieval cities of
Azerbaijan along with many developed vocation fields. One of basic, mainly
leading factors in development of this occupation is richness of the area of
Azerbaijan with raw-material resources, with useful fossils, as well as precious
stones, colourful metal's clay and kaolin deposits. Existence of mainly rich deposits
created ground for development of metallurgy occupation in last middle ages like
previous.
Valuable information was given about useful ores, copper deposits, and the
rule of their usage in Azerbaijan - Ganja, Aran, Shirvan, Nakhchievan, Dashkesen,
and other areas due to written sources.